Məhkəmə qərarları › İş №2(102)-3345/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3345/2021

02.09.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab ed
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3345/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 LTD-yə və X (üçüncü şəxs X) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh X və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5352/2020 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərardadından İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X5 cavabdeh X3 LTD-yə və X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin X1 əvəzsiz verilməsinə dair “Balaxanıneft”NQÇİ tərəfindən verilmiş 19 saylı, 15 oktyabr 1993-cü il tarixli qərarın, eləcə də bu qərar əsasında 4 saylı notairusda «Balaxanıneft» NQÇİ ilə X6 arasında imzalanmış 29.10.1993-cü il tarixli müqavilənin, X2 adına verilmiş 23.12.2016-cı il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ba kı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5352/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-392/2020 saylı mülki iş üzrə 05 fevral 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5. 19.01.2021-ci il tarixdə iddiaçının qətnamədən kassasiya şikayəti məhkəməyə daxil olmuşdur.

6. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5352/2020 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) İddiaçı cavabdeh X3 LTD-yə və X qarşı (üçüncü şəxs X cəlb edilməklə) “qərarın və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5352/2020 saylı iş üzrə 15.09.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş vəsatət təmin edilməmiş, kassasiya şikayəti əlavə olunmuş sənədlər lə birlikdə geri qaytarılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində qeyd edilmiş ünvanına poçt rabitəsi vasitəsi ilə göndərilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5352/2020 saylı iş üzrə 15.09.2020-ci il tarixli qətnaməsi 14.10.2020- ci il tarixdə təhvil alınmışdır. Bu hal iddiaçı tərəfin qətnamənin alındığı tarixi təsdiqləyən xəbərnamədəki qeydi ilə təsdiqlənir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti 19.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb olaraq ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi göstərilmişdir.

9. Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında Koronovirus (Covid-19) infeksiyas ının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli qərarının 3-cü bəndində bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir.

10. Məhkəmə kollegiyası nəzərə almışdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə sərtləşdirilmiş tədbirlər tətbiq olunsa da, xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşa yış yerini və olduqları yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək imkanı yaradılmışdır. Habelə, həmin dövrdə poçt rabitəsi xidmət göstərmişdir. Həmin imkanlarla icazə verilən vaxt çərçivəsində iddiaçı qətnamədən kassasiya şikayəti verilməsi üçün lazımi prosessual hərəkətləri yerinə yetirməsi mümkün idi.

11. İddiaçı tərəf prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı digər əsaslara istinad etməmiş, ərizəyə bununla əlaqədar hər hansı sübut əlavə etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış müddətin bərpasına dair ərizədəki tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh X kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh X və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılması na baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

18. MPM-ə əsasən kassasiya instansiyası m əhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

21. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (maddə 133.1)

22. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. (maddə 405.0.1)

23. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

24. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəl illər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5352/2020 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar