Məhkəmə qərarları › İş №2(102)-1873/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1873/2023

08.05.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab ed
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1873/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı3, İddiaçı4 və X6 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba regional “ASAN Xidmət" Mərkəzində notariat ofisi və X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X8 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı3, İddiaçı4 və X6 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba regional “ASAN Xidmət" Mərkəzində notariat ofisi və X7 qarşı “alqı-satqı müqaviləsinin etibarsız və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-175/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 8 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət atktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1, 40 hektar torpaq sahəsi Quba şəhər sakinləri X21, X17, İddiaçı1, xxx qızı, İddiaçı3, İddiaçı4 və X6 mülkiyyətinə verilmişdir.

2. Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə124 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi Cavabdeh2 satılmış və xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla X3 adına mülkiyyət hüququ tanınmışdır.

3. Dövlət Notariat Arxivinin məktubu ilə Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.

4. Mübahisə 18 mart 2003-cü il tarixli, 4-Ə124 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, xxx qızı, İddiaçı3, İddiaçı4 və X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-628 KOD 30301004 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvləri olan X21 və X11 məxsus olan 1,40 hektar torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və onların mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh2 adına özgəninkiləşdirilməsində iştirak edən şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara və vəfat etmiş digər ailə üzvləri olan X21 və X11 Quba rayon Aqrar İslahatı Komissiyasının 5 may 2000-ci il tarixli, 5 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,40 hektar torpaq sahəsi verilmişdir. İddiaçıların hüquqları Torpağa mülkiyyət hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktına əsasən qeydə alınmışdır. Mülkiyyətçilərdən X17 və X21 iddiaçılardan İddiaçı1 valideynləridir. X17 25 noyabr 2001-ci il tarixdə, X21 isə 9 iyul 2007ci il tarixdə vəfat etmişdir.

7. Dövlət Aktınd a mülkiyyətçilərdən X12 adı yanlışlıqla X5, İddiaçı1 adı isə İddiaçı1 İmam oğlu kimi qeyd edilmişdir və Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən adların səhv olması barədə arayış vardır. İddiaçılardan X18 isə 7 mart 2009-cu il tarixdə X23 ilə ailə quraraq Musayeva soyadını qəbul etmişdir.

8. İddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 saylı Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmişlər. Lakin həmin qurumdan onlara torpaq sahəsinə dair dövlət aktına əsasən çıxarış verilə bilməyəcəyi bildirilmişdir. Daha sonra iddiaçılara vəkil sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavab verilərək göstərilmişdir ki, İddiaçı1 və ailə üzvlərinin adına olan 1,4 hektar torpaq sahəsi Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

9. İddiaçılar qeyd edilən alqı-satqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmiş və Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-12 4 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.

10. Göründüyü kimi cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Cavabdeh4 iddiaçıların xəbəri olmadan onlara məxsus olan torpaq sahəsinin öz yaxın qohumu olan Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, həmin müqavilə notariat arxivində başqa şəxslərin adına tərtib olunmasına baxmayaraq, digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına alqı-satqı müqaviləsi olmasına, qeyd edilən alqı-satqı müqaviləsinin iddiaçılarla Cavabdeh2 arasında bağlanması ilə bağlı arxivdə heç b ir məlumat olmamasına baxmayaraq, həmin şəxsə çıxarış vermişdir. Halbuki iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsi hazırda da onların istifadəsindədir. Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktının əsli də iddiaçılardadır.

11. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğundan, iddiaçılar pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar.

12. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 140, 144.1, 146.8, 149.2, 152.1, 157.1, 157.2, 213.6, 215.5, 337.1, 337.2, 337.3, 405.1, 567-ci, “Notariat haqqında” Qanunun 28, 43-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1, 23.1 və 23.3.-cü maddələrinə istinad etmişlər.

13. Cavabdeh birinci i nstansiya məhkəməsində iştirak etməmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna və doğum haqqında arayışlara əsasən X19 ilə X4 bacıdırlar.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilə 15 aprel 2003-cü il tarixdə təsdiq edilib və həmin müqavilə digər şəxslər barəsində rəsmiləşdirilib.

16. Quba Rayon Məhkəməsinin 2(027)-1093/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Quba rayon notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4-ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********694 reyestr nömrəli çıxarışın ləğv olunması qət edilmişdir. (hakim İlqar Məmmədov)

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktı ilə Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,40 hektar torpaq sahəsi Quba şəhər sakinləri X21, X17, İddiaçı1, xxx qızı, İddiaçı3, İddiaçı4 və X6 mülkiyyətinə verilmişdir. Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə124 reyestr nömrəli alqısatqı müqaviləsi ilə həmin torpaq sahəsi C avabdeh2 satılmış və xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla X2 adına mülkiyyət hüququ tanınmışdır. Dövlət Notariat Arxivinin məktubunda Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi qeyd edilmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Mehriban Quliyeva iddiaçılara məxsus olan torpaq sahəsinin Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, notariat arxivində verilən məlumata əsasən, həmin müqavilə başqa şəxslərin adına tərtib olunmasına baxmayaraq, dig ər cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də Cavabdeh2 eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına alqı-satqı müqaviləsi olmasına, qeyd edilən alqı-satqı müqaviləsinin iddiaçılarla Cavabdeh2 arasında bağlanması ilə bağlı arxivdə heç bir məlumat olmamasına baxmayaraq həmin şəxsə çıxarış vermişdir.

19. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarına əsasən belə qənaətə gəlib ki, iddia tələbi müqavilənin etibarsızlığı və çıxarışın ləğvi hissəsində təmin edilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 139.1, 140, 141.1, 141.2, 141.3, 148.2, 149.2, 152.1, 324.1, 324.4, 337.1, 567, 646.1, 646.2-ci “Notariat haqqında” Qanununun 28-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işin faktiki hallarını tam araşdırmadan yalnız iddiaçıların tələbləri və izahatları əsasında qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi bu kimi mübahisəli məhkəmə işində əsas tərəf kimi cavabdehin iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipini pozmuşdur. Cavabdehin belə bir məhkəmə icraatından xəbəri olmamışdır. Məhkəmədə iştirakı təmin olunmadığından, izahat verə bilməmiş, sübutlarını təqdim edə bilməmişdir; - cavabdehin tərəf olduğu 18 mart 2003-cü il tarixli, 4-Ə-124 reyestr nömrəli alqısat qı müqaviləsi tam qanuni əsaslarla bağlanmışdır və mübahisəli torpaq sahəsinə dair cavabdehin adına olan çıxarış bu gün də qüvvədədir. Lakin birinci instansiya məhkəməsi heç bir qanuni əsas olmadan, həmin müqaviləni etibarsız hesab etmiş, bununla da cavabdehin qanuni hüquqlarını pozmuşdur; - məhkəmə qətnaməsi demək olar ki, əsaslandırılmamış, yalnız maddi hüquq normalarının formal sadalanması ilə tərtib olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qanuni qətnamə qəbul edilməlidir.

23. Apellyasiya baxışında Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirib ki, mübahisələndirilən 18 mart 2003-cü il tarixli, 4-Ə124 reyestr nömrəli alqı-satqı müqaviləsi tam qan uni əsaslarla bağlanmışdır. Elə həmin vaxtdan qeyd olunan torpaq sahəsi məhz cavabdehin mülkiyyətində və faktiki istifadəsindədir. Cavabdeh tərəfindən orada taxıl əkilir, məhsul əldə edilir. Hazırda da həmin torpaq sahəsində cavabdeh tərəfindən taxıl əkilmişdir. İddiaçılar tam qanuni əsaslarla bağlanmış müqavilədən məlum olmayan səbəblərdən imtina edərək, guya, ümumiyyətlə, bu müqavilədən xəbərsiz olmalarını bildirirlər. İddia tələbi tamamilə əsassızdır. Lakin məhkəmə heç bir hüquqi və qanuni əsası olmayan uydurma iddianı təmin etmişdir.

24. Apellyasiya baxışında iddiaçıların nümayəndəsi və vəkili bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edərək göstəriob ki, iddiaçılar mübahisəli torpaq sahəsini heç kimə satmamışlar. Onlar mübahisələndirilən alqı-satqı müqaviləsindən onlara məxsus to rpaq sahəsinə dair çıxarış əldə edilməsi üçün müvafiq quruma müraciət etdikdən sonra məlumatlı olmuş və dərhal hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Torpaq sahəsi əzəldən onların mülkiyyət və istifadəsində olmuşdur. Hazırdada iddiaçıların istifadəsindədir. Torpaq sahəsinə dair dövlət mülkiyyət aktının əsli də iddiaçı tərəfdədir. Habelə torpaq sahəsinə dair subsidiyalar məhz iddiaçılara verilmişdir. Mübahisələndirilən müqavilə isə özlüyündə əhəmiyyətsiz əqddir. Belə ki, müqavilə mövcud qanunvericiliyin tələblərinə tam ziddir. Müqavilədə onun bağlandığı an iddiaçının artıq vəfat etmiş valideyni Dilbər Ağaməliyeva, habelə yetkinlik yaşına çatmayan uşaqları da tərəf kimi qeyd olunmuş və müqavilə imzalanmışdır. Bütün bu hallar belə bir əqdin realda mövcud olmamasından xəbər ve rir. Birinci instansiya məhkəməsi bu halları tam araşdırmış və iş üzrə düzgün nəticəyə gəlmişdir.

25. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya baxışında müqavilədəki imzaların iddiaçılara məxsus olub-olmamasını müəyyən etmək məqsədilə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət və mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

26. İddiaçılar iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz verərək göstəriblər ki, hazırki işdə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia əqd nəticəsində əldə edilən daşınmaz əşyaların geri qaytarılması ilə bağlı olan tələbdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarı da vardır.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 2(105)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(027)-1093/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, İlqar Dəmirov)

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, əvvəla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilə 15 aprel 2003-cü il tarixdə təsdiq edilmişdir və həmin müqavilə digər şəx slər barəsində rəsmiləşdirilmişdir. Başqa sözlə, Quba rayon Notariat Kontorunda reyestrdə 4-Ə-124 nömrə qeyd edilən müqavilə, mübahisə tərəfləri arasında 1,40 hektar torpaq sahəsinə dair bağlandığı bildirilən 18 mart 2003-cü il tarixli alqı-satqı müqaviləsi deyildir.

29. İkincisi, mübahisələndirilən müqavilə bağlanan zaman X1 qismində müqavilə tərəfi kimi qeyd olunmuş və həmin müqavilədə onun adının qarşısında imza edilmişdir. Halbuki, işdə olan ölüm haqqında şəhadətnamədən göründüyü kimi X17 xx.xx.2001-ci ildə vəfat etmişdir.

30. Üçüncüsü, mübahisələndirilən müqavilədə eyni qaydada satıcı tərəf kimi 1993cü ildə doğulmuş İddiaçı3, 1995-ci ildə doğulmuş X6 və 1991-ci ildə doğulmuş X9 adları qeyd olunmuş və müqavilə guya onlar tərəfindən imzalanmışdır. Halbuki, adları çəkilən şəxslər həmin v axt azyaşlı olmuşlar.

31. Apellyasiya instansiyası məhkəməsi müqavilədəki imzalarla bağlı onu da qeyd etmişdir ki, hər hansı imza nümunəsinin kim tərəfindən icra edilməsinin aydınlaşdırılması xüsusi bilik tələb edən məsələ kimi xətşünaslıq sahəsinin mütəxəssislərinin fəaliyyət sahəsidir, lakin konkret iş üzrə mübahisəli müqavilədə satıcılar tərəfindən icra edilən imza nümunələrinin hədsiz bir-birinə bənzəməsi, həmin imzaların bir nəfər tərəfindən icra edildiyinə dair kifayət qədər şübhələrin yaranmasına əsas verir.

32. Apellyasiya instansiyası məhkəməsi ən vacib məsələlərdən biri kimi onu da vurğulayıb ki, mübahisəli alqı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X13 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan Cavabdeh2 bacı sıdır.

33. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları baxımından hesab etmişdir ki, iddia tərəfinin irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Yəni sadalanan hallardan aydın olmuşdur ki, iddiaçılar mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamamışlar, onların belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan müqavilənin qanuni əsaslarla bağlanmasına dair cavabdeh tərəfin etirazı isə yalnız formal mülahizələrdən ibarətdir. Mövcud müqavilənin qanunvericiliyin tələblərinə zidd bağlanmasına dair iddiaçı tərəfin dəlilləri yetərli və ağlabatan olmaqla, həmin dəlillər, tərəflərin izahatları iş materiallarına əlavə edilmiş sənədlərlə əlaqəlidir. Tərəflər arasında bu formada razılaşmaya dair cavabdeh tərəf hər ha nsı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

34. İddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh2 vəkili və nümayəndəsinin ərizəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tərəfi mübahisələndirilən əqdin mövcudluğundan xəbərsiz olmuşdur. Belə ki, bir tərəfdən həmin əqdin qanunauyğun bağlanması və notariat kontorunda qeydiyyatı öz təsdiqini tapmadığı kimi, digər tərəfdən mübahisəli torpaq sahəsinin, həmin torpağa dair hüquqmüəyyənedici sənədin əslinin iddiaçılarda olması bu faktın doğruluğuna, iddiaçıların bu dəlilinin daha ağlabatan olmasına dəlalət edir. Bu fakt həm də onunla öz təsdiqini tapır ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ yalnız xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan, iddiaçılar ın Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN628 KOD 30301004 saylı Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət edən vaxtı mübahisəli əqddən xəbər tutmaları barədə dəlillərini ağlabatandır. Çünki, məhz bundan sonra iddiaçılar vəkilə müraciət etmiş və müvafiq sənədləri əldə edilərək məhkəməyə müraciət ediblər.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlvaə olaraq Mülki Məcəllənin 354.2, 375-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda olmaqla belə əsaslandırılıb: - cavabdeh mübahisələndirilən torpağı 20 ildir ki, fasiləsiz əkib becərir və bələdiyyəyə torpaq vergisi ödəyir. Uzun müddət torpağından xəbərsiz iddiaçıların guya çıxarış almaq istəyərkən torpağın özgəninkiləşdirildiyini öyrəndiklərinə dair dəlilləri uydurma və əsassızdır. Birinci instansiya məhkəməsində iştirak edə bilmədikləri üçün müvafiq dəlillərini apelyasiya məhkəməsinə təqdim etməyə çalışmış, lakin m əhkəmə kollegiyası tərəfindən qəbul edilməmişdir (hazırda notariat işi baxılması üçün kassasiya şikayətinə əlavə olunur); - bundan əlavə, alqı-satqı müqaviləsindəki imzaların kim tərəfindən icra edildiyinin müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətləri də apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir; - apellyasiya instansiyası məhkəməsi əsassız olaraq qeyd edib ki, müqavilədə onun bağlandığı an iddiaçının artıq vəfat etmiş valideyni Dilbər Ağaməliyeva, habelə yetkinlik yaşına çatmayan uşaqları da tərəf kimi göstərilmiş və müqavilə imzalanmışdır. Halbuki bununla bağlı apellyasiya instansiyası məhkəməsinə tutarlı sübut təqdim etsələr də, apellyasiya məhkəməsi sübutları qəbul etməkdən imtina etmişdir; - həmçinin vərəsəlik işini mülki iş materi allarına əlavə edilməsi üçün məhkəməyə təqdim etsələr də, məhkəmə bunu da qəbul etməmişdir. Həmin işdə iddiaçı tərəfin yalanları və alqı-satqıdan guya xəbərsiz olmaları tam təsdiqini tapmışdır. Dilbər Ağaməliyeva 25 noyabr 2001-ci ildə vəfat etdiyindən Qanun üzrə vərəsəlik şəhadətnaməsindən müəyyən edlir ki, onun vərəsəsi X16r; - 20 il fasiləsiz torpağından xəbəri olmayan şəxslərin guya şıxarış almaq istərkən satılmasından xəbər tutmaları barədə dəlillər gətirməsi tam əsassızdır. Belə olmasaydı, məhkəmə həmin torpağı cavabdehin pullu əkib becərdiyi Quba rayonu Çağacıqcay kənd sakini olan X10 məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatəti təmin edərdi; - bələdiyyəyə ödənilən torpaq vergisinin hansı torpaq sahəsinə aid edilməsini araşdırmaq da məhkəmənin marağında olmamışdır. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz verərk, apelyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişlər.

39. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçilərindən olan X20 əqd bağlanan zaman vəfat etsə də, sanki sağ olan şəxs kimi onun adının qarşısına imza edilmişdir. Hazırda cavabdeh bildirir ki, guya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. X14 ölümündən sonra vərəsəlik işi yalnız xx.xx.2022-cı il tarixdə açılmışdır. Cavabdehin hazırda kassasıya şikayətinə əlavə etdiyi 10 sentyabr 2002-cı il tarixli, reyestrdə 2-V-721 nömrə ilə qeydiyyatdan keçmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun qeydə alındığı reyestr kitabı da D övlət Notariat Arxivində yoxdur, ümumiyyətlə, belə bir vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud deyildir. Kassasiya şikayətinə əlavə edilmiş alqısatqı müqaviləsi də mövcud deyildir. Həmçinin həmin müqavilə cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Xaçmaz rayon 5 saylı ərazi idarəsinə təqdim etdiyi uydurma alqı-satqı müqaviləsindən də məzmun etibarilə fərqlənir. Bundan əlavə, cavabdeh tərəfndən apelyasiya məhkəməsinə heç bir sübut təqdim edilməmişdir. Bunu, məhkəmə iclaslarının video yazısını izləməklə də müəyyən etmək olar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

28. Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası m əhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət verilib.

45. İşə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını sübutları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq qiymətləndirməklə müəyyən etmiş, mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişlər.

46. İşin müəyyən edilən ha lına görə Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna dair JN-628 KOD 30301004 nömrəli Dövlət Aktı ilə Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,40 hektar torpaq sahəsi Quba şəhər sakinləri X21, X17, İddiaçı1, xxx qızı, İddiaçı3, İddiaçı4 və X6 mülkiyyətinə verilmişdir. Quba rayon Notariat Kontorunun 18 mart 2003-cü il tarixli, 4-Ə124 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi Cavabdeh2 satılmış və xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla X2 adına mülkiyyət hüququ tanınmışdır. Lakin Dövlət Notariat Arxivinin məktubunda Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-124 reyestr nömrəli müqavilənin 15 aprel 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi qeyd edilmişdir.

47. Həmçinin müəyyən edlib ki, mübahisələndirilən müqavilə bağlanan zaman X1 qismində müqavilə tərəfi kimi qeyd olunmuş və həmin müqavilədə onun adının qarşısında imza edilsə də, işdə olan ölüm haqqında şəhadətnaməyə əsasən X17 xx.xx.2001-ci ildə vəfat etmişdir. Eyni qaydada satıcı tərəf kimi 1993-cü ildə doğulmuş İddiaçı3, 1995-ci ildə doğulmuş X6 və 1991-ci ildə doğulmuş X9 adları qeyd olunmuş və müqavilə guya onlar tərəfindən imzalanmışdır. Halbuki, adları çəkilən şəxslər həmin vaxt azyaşlı olmuşlar. Nəticə etibari ilə aydın olmuşdur ki, iddiaçılar mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamamışlar, onların belə bir iradə ifadəsi olmamışdır.

48. Üstəlik, o da m üəyyən edlib ki, mübahisəli alqı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X13 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan Cavabdeh2 bacısıdır.

49. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 28-33-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.

50. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı saymır. Belə ki, etibarsız əqdlər üzrə müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.

51. Buna görə də, hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi və apellyasiya instansiyası məhkəməsinin həmin ərizə üzrə iddia müddətini keçməməsi barədə dəlilləri əsas lı sayıla bilməz. Çünki əhəmiyyətsiz əqdlərdə ümumiyyətlə müddətin tətbiq istisan edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında hüquqi mövqeu belə olub ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması ü çün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

52. Eyni əsaslarla məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçıların müqavilədən 20 il ərzində xəbərsiz olmalarının ağlabatan sayılmaması, bu səbəbdən müddəti keçirmələri barədə dəlillərini də qəbul etmir.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər işin faktiki halları ilə bağlıdır, məhz həmin dəlillərə işə mahiyyəti üzrə baxan məhkəmələr qiymət verməklə iddianı təmin etmişlər. Prosessual qanunvericiliyə görə kassasiya instansiyası məhkəməsi fakt araşdıran məhkəmə instansiyası deyil. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-175/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar