Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3854/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X3 cavabdehlər Cavabdeh1, Quba şəhər Bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba Regional “Asan Xidmət” mərkəzinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X5 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 31 may tarixli 2(105)-78/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə X6 1989-cu ildə nikaha daxil olmuşlar.
2. Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 68/4 saylı qərarına əsasən Quba Y.T.T. ərazisində yerləşən 0,62 hektar torpaq sahəsi X1 və JN-1097 Kod 30301004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Quba Y.T.T. ərazisində yerləşən Quba rayonu Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 68/4 saylı qərarı ilə verilmiş 0,62 hektar torpaq sahəsi X2 adına qeydə alınmışdır.
3. X6 27 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. 4. 15 nömrəli vərəsəlik işinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsidir. 5. xx.xx.2018-ci il tarixdə yaşayış məntəqələri torpaqlarına aid olan 0.04 ha torpaq sahəsi tam mülk iyyət hüququ ilə Quba Bələdiyyəsinin xüsusi mülkiyyətinə verilmişdir. 6. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi bələdiyyə tərəfindən Cavabdeh1 satılmışdır. 7. 19.09.2018-ci il tarixdə 0.04 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışın ləğv olunması, cavabdeh Quba Şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 201 8-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək belə əsaslandırmışdır ki, həyat yoldaşının mülkiyyətində 0.62 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsinə onlar 2006-cı ildən hec bir etiraz olmadan sahiblik etmişlər və qeyd edilən torpaq istifadələrində olmuşdur. Ancaq 2018-ci ildə həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olub. Bununla bağlı araşdırdıqda həmin torpaq sahəsinin bələdiyyə tərəfindən satıldığını öyrənmişlər. Bundan sonra müvafiq qurumlara sorğu ünvanlanmış və mübahisə predmeti olan torpaq sahəsinə dair həm Quba Şəhər Bələdiyyəsindən, həm də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən aldıqları cavablara əsasən Cavabdeh1 adına hüquqların dövlət reyestrindən çıxarış olduğunu öyrənmişlər. Qeyd edilən torpaq sahəsi əslində onlara aiddir və bununla bağlı dövlət aktları vardır. Ancaq cavabdehlərdən Quba şəhər bələdiyyəsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozaraq onların mülkiyyətində olan torpaq sahəsini qa nunsuz olaraq Cavabdeh1 sataraq onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.
10. Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə məlumatında X2 JN-1097 kod 30301004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 0.62 ha torpaq sahəsinin məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar olunmadığından Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus Quba şəhərində yerləşən 0.04 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur.
11. Cavabdeh1 məhkəmə iclasında vəsatət təqdim edərək, AR Mülki Məcəlləsinin 373cü maddəsinə əsasən iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Quba Rayon Məhkəməsinin 2(027)-95/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia ərizəsi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi iddiaçı X7 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü və Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaət ə gəlmişdir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi mövqeyini, AR Mülki Məcəlləsinin 152.1-ci, AR Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi hansı səbəbdən iddia müddətini tətbiq etdiyini əsaslandırmamışdır. Apellyasiya şikayətinin digər dəlilinə görə məhkəmə iddiaçıya aid 0.62 ha torpaq sahəsinin onlara məxsus olan torpaq sahəsini Cavabdeh1 satılmasını araşdırmamışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-468/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı işin icraatı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan bələdiyyə qərarlarının ləğv edilməsi tələbinə dair e-2-1(118)-1017/2022 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır.
18. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “Quba Bələdiyyəsinin qəbul etdiyi xx.xx.2016-cı il tarixli, 1106 saylı və xx.xx.2016-cı il tarixli, 1106 saylı qərarlarının ləğv e dilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-763/2023 nömrəli inzibati iş üzrə xx.xx.2023-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilərək iddia tələbi təmin edilmişdir, məhkəmə qərarı xx.xx.2023-cü iildə qanuni qüvvəyə minmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı işin icraatı təzələnmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər Səyyad Qafarinin sədrliyi və məruzəsi ilə, Ayaz Mahmudov və Lətifə Məmmədovdan ibarət tərkibdə) Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, X3 cavabdehlər Cavabdeh1, Quba şəhər Bələdiyyəsinə və müstəqil tələb irəli sür məyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “Asan Xidmət” mərkəzinə qarşı 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışın ləğv olunması tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
21. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana q arşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.
22. Lakin iddiaçı çıxarışın etibarsız hesab olunması ilə bağlı hazırki iddianı inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmə isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktını qəbul etmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1ci maddəsinə əsasən iddia tələbinin çıxarışın ləğv olunması hissəsində iş üzrə icraata xitam verməli, iddiaçıya çıxarışının mübahisələndirilməsi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır.
24. Məhkəmə kollegiyası mövqeyini AR Mülki Pr osessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafarinin sədrliyi və məruzəsi ilə, Ayaz Mahmudov və Lətifə Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.
26. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə Quba şəhərində 0.62 ha torpaq sahəsinin JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən həyat yoldaşı X2 müıkiyyətində olması, sonuncunun 21 dekabr 2017-ci ildə vəfat etməsi işin mübahisəsi z halıdır.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli çıxarış hissəsində iş üzrə icraata xitam verilməklə həmin çıxarışın inzibati qaydada mübahisələndirilməsi qərara alındığından, həmin hüquqi aktın nəticəsi hazırkı mövcud əqdə təsir etdiyindən, mövcud halda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Lakin o da nəzərə alınmalıdır ki, həmin çıxarışın nəticəsindən asılı olaraq iddiaçının yenidən bu əqdi mübahisələndirmək hüququ istisna deyil.
28. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər idd iaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
29. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassator şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mübahisələndirlən qətnaməsində qeyd edilən prosessual hüquq norması pozulmuşdur. Belə ki, iddiaçının nümayəndəsinin tələbinə qarşılıq olaraq mübahisə predmeti olan 15 avqust 2018-ci il tarixli çıxarışın ləğv edilməsinin mülki məhkəmə aidiyyəti üzrə olması bildirilmişdir. Belə ki, torpaq sahəsinin cavabdehə satılmasına dair Quba bələdiyyəsinin 30 avqust 2016-cı il tarixli bələdiyyə qərarının ləğv edilməsi tələbinə dair işə inzibati məhkəmədə baxılan zaman iddianın mümkünlüyü müzakirə edilərkən çıxarışların ləğv edilməsi tələbinin mülki məhkəmə aidiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlinmişdir.( Bildirmişdir ki,inzibati icraat qaydasında məhkəmənin iddia tələbini müzakirə etməsi və düzgün iddia tələbini formalaşdırılması vəzifəsi məhkəmələrə havələ edilib). Bundan sonra iddiaya dəqiqləşdirmə verilmişdir. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən çıxarışların hansı səbəblə inzibati icraat qaydasında mübahisləndirilməli olduğuna dair hüquq norması və yaxud məhkəmə təcrübəsinə dair əsaslı məlumat qətnamədə əks olunmamışdır. Məhkəmə qətnaməsi ədalətli və əsaslı olmalıdır. Ancaq hazırki işdə məhkəmə yalnız çıxarışın ləğv edilməsi mübahisəsinin inzibati qaydada baxılmalı olduğunu bildirmiş və bununla kifayətlənmişdir. Çıxarışların ləğv edilməsinin hansı hüquq norması ilə tənzimləndiyinə dair əsas göstərməmişdir. Bu baxımdan iş üzrə qəbul edilmiş qətnamə əsaslı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz göndərilərək, şikayətin əsassız olduğu üçün təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılması xahiş edilmişdir.
33. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdı r.
35. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
36. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı saymır, ona görə ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəfindən Quba Bələ diyyəsi ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanarkən Quba Bələdiyyəsinin dövlət reyestrindəki qeydə əsasən daşınmaz əşyaya sərəncam vermək səlahiyyətinə malik olduğu, bu səbəbdən həmin əqdin etibarsız sayılması üçün əsas aşkar olunmadığı müəyyən edilmişdir.
48. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hazırkı işin icraatını dayandıraraq sözügedən 0.04 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə Quba Bələdiyyəsinə məxsus olması barədə xx.xx.2018-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa dair Sumqayıt İnzibati Məhkəməsində qaldırılmış iddia üzrə yekun məhkəmə aktını gözləmiş (§ 16-18), həmin işə baxılması yekunlaşsa da, adı çəkilən reyestr qeydinin ləğv olunması barədə məlumat və sübutlar apellyasiya məhkəmə sinə təqdim olunmamışdır.
49. Belə olan halda, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli çıxarış hissəsində iş üzrə icraata xitam verilməklə həmin çıxarışın inzibati qaydada mübahisələndirilməsi qərara alındığından, həmin hüquqi aktın nəticəsi hazırkı mövcud əqdə təsir etdiyindən, mövcud halda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Lakin o da nəzərə alınmalıdır ki, həmin çıxarışın nəticəsindən asılı olaraq iddiaçının yenidən bu əqdi mübahisələndirmək hüququ istisna deyil (§ 26).
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməkl ə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 31 may tarixli, 2(105)-78/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.