Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1502/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Musayev Əlimusa Bayram oğlu və Cavabdeh3 Sergeyevnaya qarşı iddia tələbi barədə iş üzrə QƏRARİ Açar sözlər: “qanunsuz inşa edilmiş tikililərin və hasarın mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən giriş-çıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi, girişçıxış yolunun bərpa edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Musayev Əlimusa Bayram oğlu və Cavabdeh3 qarşı “qanunsuz inşa edilmiş tikili lərin və hasarın mülkiyyətində olan torpaq sahəsinə qanunla müəyyən giriş-çıxış yolunun bərpa edilməsi hissəsində sökülməsi, giriş-çıxış yolunun bərpa edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli 2(103)-1114/2024 nömrəli qətnaməsindən cavabdeh Musayev Əlimusa Bayram oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi 24 yanvar 2018-ci il tarixdə X7 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
2. X11 anoloji iddia ilə hazırkı iş üzrə cavabdehlərə qarşı 10 may 2018-ci ildə məhkəməyə müraciət etmişdir. X11 hazırkı iş üzrə cavabdehl ərə qarşı verdiyi iddiadan 14 avqust 2018-ci ildə imtina etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.
3. X11 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini 25 iyul 2018-ci ildə notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə iddiaçıya satmışdır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları 17 avqust 2018-ci il tarixdə qeydə alınmışdır. 4. ünvan 2 ünvanda sahəsi 1200 kv.m. olan torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 aprel 1993-cü il tarixli, 682 saylı sərəncamı ilə X8 şəxsi yaşayış evi tikmək üçün ayrılmış, onun torpaq sahəsi üzrə mülkiyyət hüququ 24 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 25 iyul 2018- ci il tarixli müqavilə ilə İddiaçı (bundan sonra mətndə-iddiaçı) satılmaqla, hazırda sonuncunun mülkiyyətindədir.
5. Qeyd olunan torpaq sahəsinin cənub tərəfində giriş-çıxış piyada yolunun sağ tərəfində olan torpaq sahələri Cavabdeh2, Cavabdeh1, sol tərəfində isə Cavabdeh4 və Cavabdeh3 faktiki istifadələrində olmaqla, üzərində tikililər və hasar inşa olunmuşdur. Həmin tikililər üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Musayev Əlimusa Bayram oğluna, Cavabdeh3 qarşı iddia qaldıraraq, sonradan iddia tələbini dəqiqləşdirərək, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsin in giriş-çıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolun məhdudlaşdırılması hissəsində (sağ tərəfdən 1 metr və sol tərəfdən 1 metr, yolun eni 5 metr müəyyən edilməklə) sökülməsi, Cavabdeh2 evinə və həyətyanı sahəsinə əks tərəfdən darvazanın bağlanmaqla torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi ona məxsus torpaq sahəsi yaşayış sahəsinin inşa edilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsinin giriş-çıxış yo lunu məhdudlaşdırmaqla qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi həmin torpaq sahəsi ilkin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə X8 fərdi evin inşa edilməsi üçün ayrılmış və sonuncu ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən göründüyü kimi X11 həmin torpaq sahəsini ona satmış və xx.xx.2018-ci ildən də mübahisə edilən torpaq sahəsinə dair mülkiyyət hüquqları ******* saylı çıxarışla dövlət reyestrində adına qeydiyyatdan keçmişdir. Peykdən çəkilmiş həmin yerin görüntüsündən məlum olduğu kimi ona məxsus həmin torpaq sahəsinə girişçıxış yolu cavabdehlərin qanunsuz inşa etdikləri tikililər və hasarlarla məhdudl aşdırılmış, giriş-çıxış yolu bir cığır kimi daraldılmışdır. Hazırda iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahəsinə müəyyən edilmiş giriş-çıxış yolunu zəbt edərək qanunsuz özbaşına evlər və hasarlar inşa etmiş, nəticədə də torpaq sahəsinə giriş-çıxış yolunun eni bir metrəyədək daraldılaraq ümumiyyətlə avtomaşınların torpaq sahəsinə giriş-çıxışını mümkünsüz vəziyyətə salmışlar. Məlum məsələdir ki, mövcud vəziyyətdə ona məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək üçün tikinti və digər materialların gətirilməsi və ya gələcəkdə buna zərurət yarandığı halda yanğınsöndürən və ya təcili yardım avtomaşınların həmin torpaq sahəsinə daxil olmasını təmin etmək qeyri-münkündur. Bakı şəhəri Zabrat Bələdiyyəsinin sədri N.Y.Nəsirovanın xx.xx.2018-ci il tarixli,46 saylı məktubu ilə bild irilmişdir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin cənub tərəfində giriş-çıxış piyada yolunun sağ tərəfində Cavabdeh2, Cavabdeh1 və sol tərəfində isə Musayev Əlimusa Bayram oğlunun və həmçinin Cavabdeh3 istifadəsində olan həyətyanı torpaq sahələrinə dair təsdiqedici mülkiyyət sənədləri yoxdur. Bu əsasla da hesab edir ki, cavabdehlərin heç bir hüquqi əsası olmadan qanunla müəyyən edilmiş ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunda qanunsuz tikililər və hasarlar inşa etməklə məhdudlaşdırılması kimi hərəkətləri qanunsuz və əsassız hesab edilməklə həmin tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməlidir.
8. Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddiaçının sökülməsini tələb etdiyi evi həmin şəkildə almış, iddiaçı tor paq sahəsini alarkən Cavabdeh4 məxsus evi və hasarı görmüşdür. Lakin cavabdehin qeyd olunan ünvana dair hüquq müəyyənedici sənədi yoxdur. O, həmin evdə ailəsi ilə birlikdə yaşayır. İddiaçının qeyd olunan ərazidə başqa torpaq sahələri də olmuş, həmin sahələri fərqli şəxslərə satmışdır. Qeyd olunan torpaq sahəsinin də digər tərəfdən küçəyə çıxışı olmuşdur.
9. Cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, o uzun müddət əvvəl yaşadığı evi almış, lakin ev daşınmaz əmlakın dövlət reyestrindən rəsmi qeydiyyatdan keçməmişdir. İddiaçı qeyd oluna ərazidə böyük torpaq sahəsi əldə edərək, onu hissə-hissə satmağa başlamışdır. Həmin vaxt torpaq sahəsinin digər avtomobil yoluna çıxışı olmuşdur. Cavabdehin yaşadığı ev və həmin evin hasarı əvvəlcədən də hazırkı vəziyyətdə olmuş, evin hasarı evə t am bitişik inşa edilmişdir. Evə zərər vurulmadan hasarın sökülməsi mümkün deyildir.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mübahisələndirilən ərazinin koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırılaraq rəyə əlavə edilmiş sxemlər hazırlanmışdır. Sxemlərdən göründüyü kimi İddiaçı reyestr nömrəsi **********58 olan çıxarışa əsasən mülkiyyətində olan 0,1200 hektar torpaq sahəsinə yolun eni 2,6 metr olmaqla, bir giriş-çıxış qapısı mövcuddur. Elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. İddiaçı reyestr nömrəsi **********58 olan çıxarışa əsasən mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolun sağ və sol hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır. Cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələri olması barədə məlumat aşkar edilmədi. İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə giriş-çıxış yolunun eni 2,6 metr olmaqla geniş dalana qədər 25 metrdir. İddiaçı adına olan Bakı şəhəri, Zabrat qəsəbəsində y erləşən 5F saylı, 0,12 ha torpaq sahəsinin naturada yeri müəyyən edildi, hasara alınmış həyətyanı sahədir və yerləşmə mövqeyi elektron kadastr baza məlumatlarında onun adına verilmiş reyestr nömrəsi **********58 olan çıxarışın yerləşmə mövqeyi ilə (eynidir) üst-üstə düşür, onun qonşuluğunda hər hansı fiziki və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur. İddiaçı faktiki istifadəsində olan ümumi torpaq sahəsi 0,1199 hektardır. İddiaçı istifadəsində və mülkiyyətində olan torpaq sahəsindən ümumi istifadədə olan gediş-gəliş yollarına çıxışı mübahisələndirilən eni 2,6 metr olan dalana çıxan bir yoldur, başqa çıxış yoxdur. Ətraflar həyətyanı sahələr və evlərdir. Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin İddiaçı mülkiyyətində olan torp aq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 10 iyul 2019-cu il tarixli, 2(008)710/2019 nömrəli qətnaməsi ilə (hakim A.Z.Rzayev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məxsus qanunsuz inşa edilmiş hasar və tikililərin yolun (nəqliyyat vasitələrinin hərəkətinin) məhdudlaşdırıldığı hissədə sökülməsi və həmin torpaq sahəsinə giriş-çıxış yolu bərpa edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi təqdim edilmiş mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, iddiaçılar tərəfindən torpaq sahəsinə giriş-çıxış yolu həmin yo lun sağ və sol hissəsində cavabdehlər tərəfindən fərdi evlərin tikilməsi və torpaq sahələrinin daş hasara alınması nəticəsində məhdudlaşdırılmışdır, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələri olması barədə məlumat aşkar edilməmişdir. Eləcə də, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X6 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinə xidmət edən hasarın və tikililərin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə nəqliyyat vasitələrinin giriş-çıxışını məhdudlaşdırır.
13. Məh kəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı qaldırdığı ünvan 5 torpaq sahəsinin girişçıxış yolunda qanunsuz inşa edilmiş hasar və tikililərin yolunun məhdudlaşdırılması hissəsində sökülməsi və ona məxsus torpaq sahəsinə qanunla müəyyən edilmiş norması hüdudlarında giriş-çıxış yolunun bərpa edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Həmçinin cavabdehlər Cavabdeh2 və Ca vabdeh4 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 03 noyabr 2021-ci il tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın (sədrliyi və məruzəsi ilə), hakimlər R.Ə.Eyvazovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti tam, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının mülkiyyətinə gedən yolun məhdudlaşdırılması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul olun araq, iddianın həmin hissədə təmin olunması, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin girişçıxış yolu soldan 1 metr və sağdan 1 metr olmaqla enləndirilməsi məqsədi ilə sağ tərəfdən hasar və tikililər (fərdi yaşayış evi (evləri)), sol tərəfdən isə daş hasarların sökülərək yolun genişləndirilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 15 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, elektron kadastr baza məlumatlarında cavabdehlə r Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mübahisələndirilən ərazidə torpaq sahəsinin ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə heç bir məlumatın aşkar edilməməsi, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərinin inşa edilməsi üçün müvafiq İcra Hakimiyyəti orqanının icazəsi, qabaqcadan İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti layihələrinin təqdim edilməməsi (olmaması) səbəbindən, iddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə gedən uzunluğu 25 metr olan yolun eninin ilkin olaraq nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən cavabdehlərə dair yuxarıda qeyd edilən sənədlərin təqdim edilməməsi (olmaması) səbəbindən onlar tərəfindən fərdi yaşa yış evləri inşa etmələri və həyətyanı torpaq sahələri hasara alınması nəticəsində həmin torpaq sahəsinə giriş-çıxış yolunun hansı hissədə və hansı məsafədə zəbt edilməsi və məhdudlaşdırılmasını müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər, Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir.
18. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2041 saylı, 29 dekabr 2020-ci il tarixli Rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının iqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 15 sentyabr 2020-ci il tarixli **********70 saylı mütəxəssis rəyinə əsasən, elektron kadastr baza məlumatlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 mübahisələndirilən ərazidə torpaq sahəsinin ayrılması, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə heç bir məlumatın aşkar edilməməsi, cavabdehlərin istifadələrindəki həmin fərdi yaşayış evlərinin inşa edilməsi üçün müvafiq İcra Hakimiyyəti orqanının icazəsi, qabaqcadan İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyyələrinin təqdim edilməməsi (olmaması) səbəbindən, iddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə gedən uzunluğu 25 metr olan yolun eninin ilkin olaraq nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır.Mütəxəssis rəyinə əsasən cavabdehlərə dair yuxarıda qeyd edilən sənədlərin təqdim edilməməsi (olmaması) səbəbindən onlar tərəfindən fərdi yaşayış evləri inşa etmələri və həyətyanı torpaq sahələri hasara alınması nəticəsində həmin torpaq sahəsinə giriş-çıxış yolunun hansı hissədə və hansı məsafədə zəbt edilməsi və məhdudlaşdırılmasını müəyyən etmək mümkün olmamışdır.Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinə keçid yolunun Dövlət Şəhərsalma Norma Qaydaları Şəhər, Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə uyğun olmadığı müəyyən edilir.
19. Təyin olunmuş əlavə məhk əmə tikinti-texniki ekspertizasının 16 iyul 2021-ci il tarixli rəyinə əsasən ünvan 7 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə gedən yola baxış keçirilərək ölçü işləri aparılmış və mülki iş materiallarından istifadə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan torpaq sahəsi trapesiya formalı olub, dörd tərəfdən qonşu torpaq sahələri və fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Torpaq sahəsinə giriş məhəllə daxili yol ilə həmin sahəni birləşdirən dalan vasitəsilədir. Dalanın uzunluğu 25,0 metr, eni isə başlanğıc hissədə 2,6 metr, torpaq sahəsinə giriş hissədə 2,5 metr təşkil edir. İddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə gedən yolun soldan 1 metr və sağdan 1 metr olmaqla enlənməsi üçün sağ tərəfdən hasar və fərdi yaşayış evi, sol tərəfdən isə daş hasar ma neçilik törədir. Həmin tikililərin 1 metr məsafədə sökülərək yolun genişləndirilməsi mümkündür. 20.Apellyasiya instansiyası məhkəməsi mövgeyini iş üzrə keçirilmiş ekspertiza rəylərinə istinad etməklə əsaslandırmışdır. 21.Məhkəmə kolleqiyası öz mövgeyinin hüquqi əsası kimi Konstitusiyanın 29-cu maddəsinə, Mülki Məcəllənin 152-ci maddəsinə, Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və “Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1,119.1, 217.4-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: 22.Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 03 noyabr 20 21-ci il i tarixli, 2(103)-216/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir 23.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3743/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim E.Y. Şamayevin (sədrliyi və məruzəsi ilə), hakimlər E.R.Vəliyevadan və Ə.M.Xıdırovdan ibarət tərkibdə) kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021ci il tarixli, 2(103)- 216/2021 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 24.Kassasiya instansiyası məhkəməsi qərarınd a qeyd etmişdir ki, iddiaçı ünvan 8 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 25 iyul 2018-ci il tarixdə X5 almışdır. Həmin torpaq sahəsi satıcıya Sabunçu rayon İcra Hakimiyyətinin 05 aprel 1993-cü il tarixli sərəncamı ilə ayrılmış, mülkiyyət hüququ isə 24 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 25.Həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh4 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının torpaq sahəsini alarkən cavabdehlərə məxsus evin və hasarın mövcudluğunu görmüşdür. 26.Eyni dəlili cavabdeh apellyasiya şikayətində və apellyasiya məhkəməsinin sonuncu iclasında verdiyi izahatında da irəli sürmüş, əlavə olaraq göstərmişdir ki, əvvəlki mülkiyyətçi ilə eyni məsələ ilə bağlı məhkəmə mübahisəsi o lmuş və X11 iddiasından imtina etmişdir. 27.İş materiallarına əsasən iddiaçı hazırki iddia ilə 18 sentyabr 2018-ci il tarixdə, yəni torpağa mülkiyyət hüququ qeydə alındıqdan təxminən 2 ay sonra məhkəməyə müraciət etmişdir. 28.Cavabdehlər mübahisəli yolun ətrafında tikililər inşa edərək, uzun müddət ərzində həmin tikililərdən hər hansı etiraz olmadan istifadə etmələrini bildirmişlər. İddiaçı isə torpaq sahəsini 2018-ci ilin iyul ayında almışdır. Belə olduğu halda, apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsini alarkən ətrafda tikililərin olmasını, yolunun isə dar olmasını bilməli olduğu nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli idi ki, bununla bağlı qiymətləndirmə qətnamədə aparılmamışdır. 29.Məhkəmə kollegiyası əlavə olaraq qeyd e tmişdir ki, cavabdehlərin tikililərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir. 30.Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004). 31.Misal üçün, Məmmədova Azərbaycana qarşı 0 6 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər. 32.Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X11 əvvəllər də cavabdehlərə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, sonradan isə iddiasından imtina etmişdir. 33.Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya şikayətinin həmin dəlili üzrə ümumiyyətlə araşdırma aparılmamış, tərəflərə suallar verilməmiş, sü butların təqdim edilməsi təklif olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməlidir. 34.Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsinin nəticə hissəsi Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələbləri pozulmaqla, qeyri-dəqiq tərtib edilmişdir. 35.Belə ki, qətnamə ilə iddiaçının mülkiyyətində olan torpa q sahəsinin giriş-çıxış yolunun soldan 1 metr, sağdan 1 metr olmaqla hasar və tikililərin sökülməsi qət edilsə də, həmin hasar və tikililərin cavabdehlərdən hər birinə aid hissəsi müəyyən olunmamış və qətnamədə qeyd edilməmişdir. 36.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, iddianın əsaslılığını müəyyən etmək məqsədi ilə sökülməsi tələb olunan tikililərin cavabdehlərin istifadəsində nə vaxtdan olması, həmin tikililərin hansı məqsədlər üçün istifadə edilməsi, cavabdehlərin hüquqları daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınmasa da, faktiki istifadə və sahibliklərinə səlahiyyətli dövlət orqanları və maraqlarına toxunan digər şəxslər tərəfindən etiraz edilibedilməməsi, belə etirazlar olduğu halda bunun nəticəsi, o cümlədən əvvəlki mülkiyyətçinin hazırki tələblə cavabdehlərə qarşı iddia verib-verməməsi, həmin mülki mübahisənin nəticəsi barədə iddiaçının xəbəri olub-olmaması və s. məsələlər araşdırılmaqla, verilən iddia ilə iddiaçının hüquqdan sui-istifadəyə yol verməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 18 dekabr 2024-cü il tarixli, 2(103)-1114/2024 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin (sədrliyi və məruzəsi ilə), hakimlər G.T.Axundovadan, F.H.Qasımovdan ibarət tərkibdə) iddiaçı və cavabdehlər Cavabdeh2 və Musayev Əlimusa Bayram oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmi n edilmiş və birinci instansiya məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(008)-710/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi və iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin giriş-çıxış yolunun soldan 1 metr, sağdan 50 sm olmaqla, Cavabdeh2 evinə qədər (əgər evin sağ tərəfi yola düşərsə) genişləndirilməsi məqsədi ilə sağ (cavabdehlər Cavabdeh1 və Cavabdeh2) və sol (cavabdehlər Cavabdeh4 və Cavabdeh3) tərəfdən hasarın sökülərək yolun genişləndirilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul iddiaçıdan 150 (bir yüz əlli) m anatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Musayev Əlimusa Bayram oğlu və Cavabdeh3 tutularaq, dövlət xəzinədarlığı Agentliyinin hesabına keçirilmışdır.
38. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsinin nəticə hissəsi Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinin tələbləri pozulmaqla, qeyri-dəqiq tərtib edilmişdir. Belə ki, qətnamə ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun soldan 1 metr, sağdan 1 metr olmaqla hasar və tikililərin sökülməsi qət edilsə də, həmin hasar və tikililərin cavabdehlərdən hər birinə aid hissəsi müəyyən olunmamış və qətnamədə qeyd edilməmişdir. Qeyd olunan məsələ ilə bağlı hazırki apellyasiya mərhələsində məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
39. Azərbaycan Respukası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 10/2757 nörməli ekspert rəyinə əsasən: iddiaçının adına olan ünvan 9 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gediş-gəliş yolunun soldan 50 sm və sağdan 40 sm olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin 50 və 40 sm-ə qədər olan hissədə yerləşən tikililəri söküntüyə məruz qalır. İddiaçının olan ünvan 9 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gediş-gəliş yolunun soldan 40 sm və sağdan 40 sm olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin 40 sm-ə qədər olan hissədə yerləşən tikililəri söküntüyə məruz qalır. İddiaçının adına olan ünvan 9 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gediş-gəliş yolunun soldan 1 metr və sağdan 1 metr olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin 1 metrə qədər olan hissədə yerləşən tikililəri söküntüyə məruz qalır.
40. Ekspert qarşısında müxtəlif ölçülərdə yolun genişləndirilməsi halında hazırki iş üzrə cavabdehlərin hər birinin yaşadıqları hissənin hansı ölçüdə ev və daş hasar tikililəri (dəqiq ölçülər göstərilməklə) söküntüyə məruz qalması ilə bağlı suallar qoyulsa da, ekspert suallara bəsit cavablar verməklə, yolun genişləndirilməsi halında cavabdehlərə məxsus hansı ölçüdə ev və daş hasar tikililərinin (dəqiq ölçülər göstərilməklə) söküntüyə məruz qalmasına dəqiq ölçülərlə aydınlıq gətirməmiş, bununla bağlı müvafiq cizgi tərtib etməmiş, qərardadda qeyd oluna n suallara tam olaraq cavab verməmişdir.
41. Buna görə də, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respukası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 10/7013 nörməli ekspert rəyinə əsasən: -İddiaçının olan ünvan 9 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gediş-gəliş yolunun soldan 1 metr və sağdan 50 sm olmaqla genişləndirilməsi halında hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları fərdi yaşayış evinlərinə toxunmadan həmin hissədə olan daş hasar tikililəri söküntüyə məruz qalır.
42. Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən əraziyə yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə yalnız bir giriş-çıxış yolu mövcuddur, iddiaçının mülkiyyətin də olan torpaq sahəsinə həmin yolla gedərkən cavabdehlərə məxsus tikililər səbəbindən avtomobilin girişini qeyri-mümkün edəcək şəkildə daralmağa başlayır. Avtomobillə yalnız bir neçə metr hərəkət etdikdən sonra hərəkət tam olaraq məhdudlaşır. Cavabdehlərin iddiaçıya məxsus evə qarşı tərəfdən də girişinin mövcud olduğunu bildirdikləri yer iddiaçının mülkiyyətində olmayan, onun qohumlarına aid evə giriş yeridir. İddiaçıya və onun qohumuna məxsus torpaq sahələri bitişik, qonşu sahələr olmaqla kiçik hündürlüklü hasarla bir-birindən ayrılır.
43. Apellyasiya instansiyası məhkəməsi mövgeyini iş üzrə keçirilmiş ekspertiza rəylərinə istinad etməklə belə əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən aparılmış tikililər nəticəsində məhdudlaşdırılmışdır. Cavabdehlərin apardıqları tikililərin yerləşdiyi torpaq sahəsinə hər hansı rəsmi sənədləri, tikililərin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olması barədə məlumat aşkar edilməmişdir.
44. Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, Qəsəbə və X2 və Tikilib Abadlaşdırılması AzDTN 2.6-1-in 8.18. bəndinin (cədvəl 9), 8.19. bəndinin və "Yanğın əleyhinə tələblər” bölməsinin tələblərinə əsasən, məhəllə daxilində yerləşən yaşayış evlərini küçə ilə əlaqələndirən hərəkət yolunun eni 2,7-3,0 metr, həyətyanı sahələrə yük maşınlarının keçidi 4,5 metr, yanğınsöndür ən maşınların keçidi 6,0 metr qəbul edilməlidir.
45. Kollegiya qeyd edib ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Göründüyü kimi, iddiaçının mübahisələndirilən hissədə tələbi üzr ə işin faktiki halları MM-nin 157.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqla, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə giriş-çıxış yolu həmin yolun sağ və sol hissəsində cavabdehlər tərəfindən aparılmış tikililər nəticəsində məhdudlaşdırılmışdır. Cavabdehlər tərəfindən inşa edilmiş tikililər (daş hasar) iddiaçının mülkiyyətindən təyinatı üzrə sərbəst şəkildə istifadə etməsinə, ünvana təcili tibbi yardım və yanğınsöndürmə maşınlarının daxil olmasına maneə yaratmaqla, iddiaçının mülkiyyətindən istifadəsi ilə bağlı qanunla qorunan mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir.
47. Kollegiya yuxarıda qeyd olunanlara əsasən cavabdeh Əlimusa Musayevin təqdim etdiyi “evin satılması elan”ı ilə bağlı qeyd edib ki, bu hal iddiaç ının torpaq sahəsinin iki giriş-çıxışının olmasının sübutu kimi qəbul oluna bilməz.
48. Cavabdeh Əlimusa Əliyev məhkəmə kollegiyasına kommunal xidmətlərlə bağlı sənədlər təqdim edərək, inşa etdiyi özbaşına tikilidə iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının yarandığı vaxtdan əvvəl orada yaşadığını qeyd etmişdir. Kollegiya cavabdeh tərəfin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehlərin apardıqları tikililərin yerləşdiyi torpaq sahəsinə hər hansı rəsmi sənədləri, tikililərin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi, qabaqcadan icra hakimiyyəti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyələri olmadığından, həmin tikililər özbaşına tikili olduğundan, bu iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırıl masına yönəlməməlidir.
49. X1 anoloji iddia ilə hazırkı iş üzrə cavabdehlərə qarşı 10 may 2018-ci ildə məhkəməyə müraciət etməsi və onun iddiadan imtinası nəticəsində məhkəmənin 14 avqust 2018-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi ilə bağlı qeyd edib ki, bu hal hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməməklə, iddiaçının hazırkı tələbinə baxılması üçün maneə yaratmır.
50. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehlər mübahisəli yolun ətrafında tikililər inşa edərək, uzun müddət ərzində həmin tikililərdən hər hansı etiraz olmadan istifadə etmələrini bildirmişlər. İddiaçı isə torpaq sahəsini 2018-ci ilin iyul ayında almışdır. Belə olduğu halda, apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsini alarkən ətrafda tikililərin olmasını, yolunun i sə dar olmasını bilməli olduğu nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli idi ki, bununla bağlı qiymətləndirmə qətnamədə aparılmamışdır.
51. Kollegiya işin araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət olunarkən, MM-nin 560-cı maddəsinə əsasən hüquqdan sui-istifadə hallarına yol verilməmişdir.
52. Belə ki, iddiaçının mülkiyyət hüququnun qeydə alındığı rəsmi reyestr sənədlərinə əsasən onun istifadəsində və mülkiyyətində olan torpaq sahəsindən ümumi istifadədə olan gediş-gəliş yollarına çıxışı mübahisələndirilən eni 2,65 metr olan cavabdehlər tərəfindən tikinti işləri aparılmış dalana çıxan bir yoldur və başqa çıxışı yoxdur.
53. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edib ki, iddiaçının tələbinin əsaslılığını xarakterizə edən işin fakitki halları və qanunvericiliyin qeyd olunan müddəaları onun tərəfindən hüquqdan-sui istifadə edilməsini istisna edir.
54. Kollegiya qeyd edib ki, cavabdehlər tərəfindən tikilmiş fərdi yaşayış evlərinin özbaşına tikinti olmasına baxmayaraq, onlar üzün müddət həmin mənzillərdə yaşamış, onların mənzillərinin sökülməsinə dair hər hansı icra orqanı tərəfindən tələb irəli sürülməmişdir. Həmin evlər onların daimi yaşayış yeri kimi istifadə olunur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 10/7013 nörməli ekspert rəyindən göründüyü kimi İddiaçı adına olan ünvan 9 ünvanda yerləşən uzunluğu 25 metr olan torpaq sahəsinə gediş-gəliş yolunun soldan 1 metr və sağdan 50 sm olmaqla genişləndirilməsi halınd a hazırkı iş üzrə cavabdehlərin hər birinin yaşadıqları fərdi yaşayış evinlərinə toxunmadan həmin hissədə olan daş hasar tikililəri söküntüyə məruz qalır.
55. Kollegiya həmçinin qeyd edib ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə göndərərək qeyd etmişdir ki, o, qonşuluqla yerləşən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 5F ünvanında yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinə küçədən giriş-çıxış yolunun faktiki istifadəsində olan ona məxsus Zabrat qəsəbəsi Şirvan küçəsinin cənub hissəsində yerləşən evin həyətyanı torpaq sahəsinin hesabına, daş hasar sökülməklə 1 metr genişləndirilməsinə etiraz etmir.
56. Məhkəmə kolleqiyası öz mövgeyinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hiss əsinə, 29-cu maddəsinin 1-ci bəndi və 2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4, 140, 152.1.,152.2,152.3., 152.5,157.4.-cu maddələrinə, baycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddəsinin 1 və 3-cü hissələrinə,111-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1,119.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: e) Kassasiya şikayətinin dəlilləri:
57. Cavabdeh Musayev Əlimusa Bayram oğlu kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,2(103)-1114/20214 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
58. Kassasiya şikayəti belə əsaslandırılm ışdır ki, məhkəmə qəbul etdiyi qətnəmənin əsaslandırıcı hissəsində iddiaçının istifədəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxərışın olduğunu, lakin cavabdehlərin istifadəsində olan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədin olmadığına istinad etmişdir. Lakin məhkəmə həm bu torpaq sahəsinin, həm də bu torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun sahibliyində və istifadəsində olmağını nəzərə almamış və bununla də onların sahiblik və istifadə hüququnu pozmuşdur.Cavabdehin istifadəsində olan fərdi yaşayış evləri 1992-ci ildən sonra inşa edilmişdir. Həmçinin bildirilmişdir ki, bu torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tərixli sərəncamı əsasında ayrılsa da, bu sərəncamla Zabrat qəsəbəs i ərazisində başqa şəxslərə də torpaq sahəsi də ayrılmışdır ki, onlar tamamilə başqa ərazidə yerləşir. İşin hallarından də görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edilməsindən söhbət gedə bilməz. Lakin əfsuslar olsun ki, iddiaçı iddia ərizəsində işin hallarını özünə sərf edən şəkildə təqdim etmişdir. Təəssüf ki, məhkəmə cavabdehin istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evinin olmasına fikir verməmiş və bununla da onun istifadə və sahiblik hüququnu pozmuşdur. Apellyasiya məhkəməsində məhkəmə tərəfindən ekspertiza təyin edildikdən sonra iddiaçı xx.xx.2024-cü il tarixində “Tik-tok” sosial şəbəkəsində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan agent vasitəsi ilə həmin evin və torpaq sahəsinin alqı-satqısı baradə video elan yerləşdirmiş və həmin elanda satılan həyət evinin ümumi torpaq sahəsinin 32 sot olmaqla 2 mərtəbəli, 5 otaqdan ibarət olduğunu və torpaq sahəsinin iki tərəfə çıxışı olduğunu göstərmişdir. Eyni zamanda evin və torpığın satış qiyməti 670.000 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa iddiaçı tərəfindən “yeni əmlak.az” alqı-satqı saytında da satılan həyət evinin ümumi torpaq sahəsinin 32 sot olmaqla 2 mərtəbəli, 5 otaqdan ibarət olduğunu və torpaq səhəsinin iki tərəfə çıxışı olduğunu göstərmişdir. Eyni zamanda evin və torpağın satış qiyməti 670.000 manat məbləğində müəyyən edilmişdir. Yəni bu elanlarda da iddiaçı özü açıq- aşkar şəkildə etirəf edir ki, mübahisə predmeti olan yaşayış evinin və torpaq sahəsinin iki tərəfdən giriş-çıxış yolu vardır. Qeyd olunub ki, biz apellyasiya baxışı zamanı iddiaçını n mübahisə predmeti olan torpaq sahəsi barədə sosial şəbəkələrdə elan yerləşdirilməsi ilə əlaqədar video görüntüləri məhkəməyə təqdim etmişdik.Bu torpaq sahəsinin ilkin mülkiyyətçisi, yəni X7 adından verilmiş iddiadan da hal-hazırkı iddiaçının, yəni İddiaçı xəbəri olmuş və bu torpaq sahəsi ilə əlaqədar mübəhisənin olduğunu bildiyi halda torpaq sahəsinin alqı-satqısı baradə müqavilə bağlamışdır. Məhkəmənin qəbul etdiyi qətnəmədə dəfələrlə iş üzrə təyin edilmiş ekspertin rəyinə istinəd edilmiş və hər dəfə mübəhisə predmeti olan torpaq sahəsinin bir giriş-çıxışı olduğu görüntüsü yaradılməğə cəhd edilmişdir. Bu isə məhəkəmə tərəfindən sübutların obyektiv, qərəzsiz, qiymət verilmədiyini göstərir.
59. Cavabdeh Musayev Əlimusa Bayram oğlu kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası M ülki Məcəlləsinin 1, 164, 175, 560-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 88, 420-ci maddələrinə istinad etmişdir. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
60. Kassasiya şikayətinə iddiaçı tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini əsas götürmməklə gəldiyi nəticə əsaslı hesab edilməli,həmin nəticə ilə razılaşmayaraq cavabdehin verdiyi kassasiya şikayəti işin həqiqi hallarına və qanunveriuciliyin tələblərinə zidd hesab edilməklə təmin edilməməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
61. Mad də 60 hissə 1 Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
62. Maddə 29 bənd 1 Hər kəsin mülkiyyət hüququ vardır.
63. Maddə 29 bənd 2 Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
64. Maddə 6.1.4 Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
65. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
66. Maddə 152.1. Mü lkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
67. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
68. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
69. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə b ilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
70. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
71. Maddə 84 hissə 1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
72. Maddə 84 hissə 3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icar əçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
73. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayəti cavabdeh Musayev Əlimusa Bayram oğlu tərəfindən mübahisələ ndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
77. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.
78. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
79. Hazırkı işə kassasiya instansiyası məhkəməsi tərəfindən bir dəfə baxılmış və apellyasiya instansiyası məhkəməsinə mübahisənin qanuni və obyektiv həll edilməsi üçün göstərişlər verilmişdi r. İşə yenidən baxmış apellyasiya instansiyaspı məhkəməsi həmin göstərişlər üzrə yenidən araşdırma apararaq işin faktiki hallarına mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət vermişdir.
80. Kassasiya şikayətində istinad edilmiş maddi hüquq normaları MM-in 164-cü və 175-ci maddələri hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığından şikayətin dəlilləri bu hissədə əsassızdır. MM-nin 560-cı maddəsinə əsasən iddiaçı tərəfindən hüquqdan suiistifadəyə yol verilib-verilmədiyinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. (bax 50-53 )
81. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Qeyd edilən normaya əsasən kassasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlilləri kassasiya baxışının predmeti ola bilməz.
82. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
83. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(103)-1114/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən