Məhkəmə qərarları › İş №2(102)-1503/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1503/2023

11.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1503/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “su arxının açılması və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(107)- 672/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respu blikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyun 2020-ci il tarixdə verilmiş 256 nömrəli arayışa əsasən, Cavabdeh Rəsul oğluna (bundan sonra-cavabdeh) məxsus həyətyanı torpaq sahəsindən İddiaçı (bundan sonra-iddiaçı) məxsus əraziyə suvarma suyu üçün təxminən 20 metr ərazidən suvarma arxı keçir. Eyni zamanda cavabdehə məxsus həyətyanı ərazidən iddiaçının ərazisinə 40 metr məsafədən, yerin altından içməli su xətti keçir. Hal-hazırda onların hər ikisi işlək vəziyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, su arxının açılması və maneənin aradan qaldırılması ilə 0,50 ha fındıq bağının quruyub məhv olmasının qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi yuxarıda sadalanan işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Yuxarı Çardaxlar kəndi dağ ətəyi kəndidir, torpaqların süni suvarmaya ehtiyac olduğunu bilən ata-babalar kəndin içindən keçən çaydan suvarma arxı çəkmişlər. Həmin arxdan 45 ailə suvarma işlərində istifadə edir. Hər bir aşağıda olan ailələr yuxarıda yaşayan ailələrin həyətindən, bağ-bağçasından suvarma arxı keçməklə sudan istifadə edirlər. Onun 67 yaşı var. O, xatırlamır ki, indiyənə kimi kimsə şəxsi münasibətlər zəmnində qonşunun suvarma arxının qarşısını kəsməklə qisas almaq fikrinə düşsün. 45 ailə içərisində yeganə şəxsdir ki, cavabdeh onunla olan şəxsi münasibətlərə görə artıq ikinci dəfədir ki, onun 0,50 ha bağ sahəni sulayan qoruğundan keçən 30-40 mlik arxın qarşını kəsmişdir. Belə ki, cavabdeh ilk dəfə belə addımı 1998-ci ildə atmışdır. Bu zaman Yuxarı Çardaxlar kənd İcra Nümayəndəliyinin işə müdaxiləsindən sonra arxın qarşısını açdı. Cavabdehin yenidən arxın qarşını kəsməsi səbəbsiz deyildir. Cavabdeh 30 ildən çoxdur ki, həmin su arxın yanında ev tikib yaşamaqdadır. Bu müddət ərzində cavabdeh kanalizasiya çirkab sularını onun bağına axıtmışdır. O, qonşuluq münasibətlərini nəzərə alaraq buna dözmüş və ümid etmişdir ki, o, özü başa düşərək çirkab suların axıdılmasının qarşısını alacaq, lakin cavabdehin bu niyyətdə olmadığını gördükdən sonra iddiaçı onun qarşısına çirkab-k analizasiya sularının qarşısını kəsmək üçün 2019-cu ilin sentyabr ayına qədər möhlət vermişdir. Cavabdeh onun bu tələbindən sonra kanalizasiya sularını bağına axıtmağı dayandırıb, suyun istiqamətini dəyişdirdi. Kanalizasiya sularının qarşısını kəsdirdiyinə görə cavabdeh ondan qisas almaq, əvəz çıxmaq məqsədi ilə əvvəlcə suvarma suyunun yoldan keçən hissəsinə yerləşdirilmiş çuqun borunu çıxarıb oğurlayıb apardı. O, bu hadisə haqqında əvvəlcə Yuxarı Çardaxlar kənd icra nümayəndəsinə məlumat verdi. Kənd İcra Nümayəndəsi cavabdehə onun hərəkətlərinin qanunsuz olduğunu, boruları yerinə qoymaqla arxın bərpa edilməsinin vacibliyini bildirsə də, o, buna əməl etmədi.

4. Məhkəmə iclası zamanı cavabdeh bildirmişdir ki, o, iddiaçı ilə qonşuluqda yaşayır. İddiaçının iddia etdiyi su arxının açılması isə qeyri-mümkündür. Hazırda həmin arx mövcud deyil. Belə ki, onun həyətyanı torpaq sahəsinin yuxarı hissəsində yığılan su açıldığı təqdirdə onun evi batacaqdır. Çünki həmin suyun axıdılması üçün arx da mövcud deyil. İddiaçının torpaq sahəsinə onun həyətyanı sahəsindən iki tərəfdən su gedir.

5. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar mübahisə predmeti olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də cavabdehin torpaq sahəsindən iddiaçının torpaq sahəsinə iki tərəfdən su xətti keçir. Hazırda açılması tələb edilən su arxı mövcud deyil. Yerində müayinə zamanı açılması tələb edilən su arxının fotoşəkilləri çəkilmişdir.

6. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(033 )-624/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi (hakim:Tural Həsənov) ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılmasında iddiaçı və cavabdeh Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində onların adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişlər. Belə ki, tərəflərin həyətyanı torpaq sahələrinə aid hüquqmüəyyənedici və texniki sənədlər işlənilmədiyinə görə iddiaçının açılmasını tələb etdiyi su arxının cavabdehin torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçının tələb etdiyi suyun qarşısının açılması halında cavabdehin tikdirdiyi fərdi ya şayış evinə və həyətyanı torpaq sahəsinə zərər dəyməsi istisna edilmir.

8. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin əsasını təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 170.1, 170.2, 170.3, 170.4-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 106.1, 106.2, 119.1, 184.2, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 2.4-cü bəndinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 80-ci illərdə iki arx arasında ev tikmişdir və hal-hazırda həmin evdə yaşamaqdadır. Hər iki arx yaşı əsrlərlə ölçülən arxlardır. Onlardan biri cavabdehin evinin 2 metr aralıq məsafədən keçməklə 2030 ailənin il boyu istifadə etdiyi əsas arxdır. Mübahisə obyekti olan arx da yaşı məlum olmayan babalarının tərəfindən əsas arxdan ayrılmış bir qoludur. Bu arx mövsümü mayavqust aylarında hər ay üç dəfə su aparmaqla onun istifadəsindədir. Arx cavabdehin evinin arxasından ən yaxın məsafə 10 metr olmaqla 40 metr məsafə qət etməklə avtomobil yoluna tökülür, yoldan isə onun tərəfindən qoyulmuş iki 150 çuqun boru ilə fındıq bağına ötürülür. Cavabdeh otuz il müddətində bir dəfə də olsun arxın o nun evinə hər hansı bir ziyan vurduğunu, fəsadlar törətdiyini ona bildirməmişdir. İddiaçı yalnız onunla münasibətlər soyuyanda qisas almaq, əvəz çıxmaq vasitəsi kimi arxdan istifadə edir. İlk dəfə belə hal 1998-ci ildə baş vermişdi, bu zaman Yuxarı Çardaxlar kənd icra nümayəndəliyi Əlini başa saldı və o, arxın qabağını açdı. Cavabdeh artıq ikinci dəfə yenə 1998-ci ildə etdiyi özbaşınalığı təkrarlayır, el-obada əsrlərlə formalaşan birgə yaşayış qaydalara məhəl qoymur. Cavabdehin onun mövsümü istifadə etdiyi arxın onun evinə guya ziyan verməsi fikri başdan-başa yalan və bəhanədir. Arxı torpaqla dolduraraq ona fındıq bağını sulamağa imkan verməməsinin bir səbəbi vardır. Belə ki, cavabdeh otuz il müddətindən keçən ilin sonuna qədər çirkab-kanalizasiya sularını həmin mübahisə edilən arxla onun fındıq bağına axıtmışdır. Keçən il ona çirkab suların kəsilməsi ilə bağlı iradını bildirəndən sonra o çirkabkanalzasiya suların qarşısını kəsmişdir. Cavabdeh ondan qisas almaq, əvəz çıxmaq üçün əsrlərin suvarma arxının qarşısını kəsməklə 70 ədəd fındıq topası olan 0,50 ha bağını qurudub məhv etməyə çalışır. Hakim hadisə yerində baxış keçirmiş, bütün detalları ona göstərmiş və izah etmişdir, lakin o faktlara istinad etmədən qətnamə çıxarmış və cavabdehin arxın onun evinə ziyan vurması ilə dedikləri bəhanəyə haqq qazandırmağa çalışır. Özü də görmüşdür ki, qətnamədə adı çəkilən 20 metr ərazidən keçən arx il boyu fəaliyyətdə olub cavabdehin evinin 2 metr məsafədən keçir, iddiaçının istifadə etdiyi arx mövsümi olub cavabdehin evinin ən yaxın məsafəsi 10 metr olmaqla keçir. Əgər arx yoxdursa, 70 ədəd fındıq topası olan 0,50 ha bağ necə ərsəyə gələ bilər. Hətta cavabdehin qoruğundan onun bağına suyu yoldan keçirmək üçün qoyulmuş iki ədəd çuqun boru onun dediklərinə sübutdur. Özünün mövcud olmadığı deyilən arxdan cavabdeh evinin arxasında əkdiyi tərəvəzi sulayır.

12. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, “X1” MMC-nin xx.xx.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyinə əsasən, qərardadın birinci sualı üzrə, İddiaçı Cavabdeh Rəsul oğlunun həyətindən keçən açılmasını tələb etdiyi su arxı olmadan İddiaçı istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılması ərazinin relyefinə əsaslanaraq yerinə yetirmək mümkündür. İddiaçıya məxsus 0,50 ha fındıq bağının suvarılması üçün cavabdehə məxsus fərdi yaşayış evinin arxasından keçən mövcüd su arxından alternativ olaraq istifadə oluna bilər. Qərardadın ikinci və üçüncü sualları üzrə iddia predmetini təşkil edən su arxı İddiaçı tələb etdiyi yerdən açılaraq suvarma arxı kimi davamlı istifadəsi Cavabdeh Rəsul oğlunun yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura bilər. Bunun üçün su arxının istiqamətinin relyefə uyğun alternativ mövcud su arxına dəyişdirilməsi məqsədə müvafiq hesab olunmuşdur. Sözügedən alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinə arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 23 sentyabr 2021-ci il tarixli, 2(107)-222/2021 nömrəli qətnaməsi ilə (hakimlər: Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, sözügedən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair sübut olmasa da, yerli icra hakimiyyəti orqanlarının təsərrüfatbaşına kitabları ilə həmin torpaq sahələrinin tərəflərə məxsus olmasının müə yyən edilməsi də mümkündür.

15. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqlarının pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Əksinə, məhkəmə kollegiyası tərəfindən alınan mütəxəssis rəyi ilə cavabdehin həyətindən keçən və açılması tələb edilən su arxı olmadan da iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasının ərazinin relyefinə əsaslanaraq yerinə yetirilməsinin mümkün olduğu, habelə mübahisəli su arxından davamlı olaraq istifadə edilməsinin cavabdehin yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikilil ərə təhlükə yaratmaqla ziyan vura biləcəyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin bildirdikləri ilə iddia tələbi təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilməmişdir.

16. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir.

17. Apellyasiya instansiya məhkəm əsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 170.1, 170.2, 170.3, 170.4-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217, 384.0.2, 385.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 2.4-cü bəndinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yen idən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1065/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarma suyu ilə suvarılmasının ərazinin relyefinə əsaslanaraq yerinə yetirilməsinin mümkün olduğunu qeyd etsə də, X1” MMC-nin xx.xx.2021-ci il tarixli 330 saylı mütəxəssis rəyinə əsasən, alternativ mövcud su arxından istifadə zamanı iddiaçının torpaq sahəsinin arxdan yuxarı səviyyədə yerləşən hissələrinə suyun ötürülməsi müvafiq üsulla suyun səviyyəsini qaldırmaqla və ya su nasosu avadanlıqlarından istifadə etməklə həmin sahələrin suvarılması mümkündür.

22. Göründüyü kimi suyun səviyyəsini qaldırmadan və ya su nasosu ava danlıqlarından istfadə etmədən alternativ mövcud su arxından istifadə yolu ilə iddiaçının istifadəsində olan 0,50 ha fındıq bağının suvarılması mümkün deyildir.

23. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 170.3-cü maddəsinə istinad etsə də, həmin maddənin düzgün tətbiq etməmişdir.

24. Bundan başqa apellyasiya instansiyası məhkəməsi mübahisəli su arxından davamlı olaraq istifadə edilməsinin cavabdehin yaşayış evinə və həyətyanı sahədə yerləşən köməkçi tikililərə təhlükə yaratmaqla ziyan vura biləcəyini qeyd etsə də, təhlükənin və mübahisəli arxın istifadəsi nəticəsində cavabdehə dəyə biləcək ziyanın nədəb ibarət olmasını əsaslandırmamışdır.

25. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 1 70.2, 170.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 88, 217.1, 217.3, 218.1, 218.3, 417.1.3, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(107)-672/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Mahir Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddiaçının cavabdehə qarşı su arxının açılması və maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağına suvarma arxının cavabdehin fə rdi yaşayış evindən 15-20 metr aralıdan bu iş üzrə alınmış 6 oktyabr 2022-ci il tarixli 10/3602 nömrəli ekspert rəyində göstərilmiş qaydada çəkilməklə açılması qət edilmişdir.

27. Apellyasiya icraatı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6 oktyabr 2022-ci il tarixli, 10/3602 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1-ci və 2-ci sualları tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin suallar üzrə tədqiqat aparılmamışdır. Açılması tələb edilən su arxı ərazinin relyefinə uyğun olaraq Cavabdeh (Məmmədrəsul) Rəsul oğluna məxsus yaşayış evindən 15-20 metr kənardan çəkilə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instan siya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlməmiş, qətnamə faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız, mahiyyəti üzrə isə düzgün olmadığından, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.

29. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın həmin həcmdə təmin edilməsi iddia tələbinin digər hissələrini də əhatə etdiyindən həmin hissələrin ayrıca qətnamə ilə təmin edilməsinə zərurət qalmamışdır.

30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 170.1, 170.2, 170.3, 170.4-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 117.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1. 372.1. 372.6. 372.7. 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmış dır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki və mülki prosessual qanunvericiliyin təməl məqsədlərindən biri nə olursa olsun, iddianın təmin edilməsi deyil, mübahisənin ədalətli həll edilməsidir. İndiki halda isə iddiaçı tərəfindən mübahisələndirilən su arxının açılması, maneələrin aradan qaldırılması tələbi müdafiə edilməli olan şəxsi mənafe deyildir. Cavabdehin torpaq sahəsinə 2 tərəfdən su keçir, hazırda isə açılması tələb olunan su arxı ümumiyyət lə mövcud deyildir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iddiaçı tərəfindən verilmiş iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa dair ərizəsi olmadığı təqdirdə iddia tələbindən kənara çıxaraq qərar qəbul etmişdir.

33. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 71-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 560-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 53, 77.1, 88, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

36. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

37. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

38. Mad də 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

39. Maddə 170.4.Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İrəli sürülmüş tələblərlə bağlı düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini əvvləki kassasiya icraatı zamanı verilmiş göstərişləri tərəflərin dəlilləri ilə birlikdə araşdırılmış, qiymətləndirmiş və düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, həmin hissədə (iddiaçının istifadəsində olan və Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,50 ha fındıq bağına suvarma arxının açılması) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, tərəflərin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iddia tələbləri üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissələrdə ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Bununla belə, birinci instansiya məhkəməsi ilkin iddiada irəli sürülmədiyi halda, «… cavabdehin fərdi yaşayış evindən 15-20 metr aralıdan bu iş üzrə alınmış 6 oktyabr 2022-ci il tarixli 10/3602 nömrəli ekspert rəyində göstərilmiş qaydada çəkilməklə» göstərməklə qətnamə qəbul etmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən iddia tələbləri ilə əhatə olunmadığını əslində qayda olaraq qeyd etməsinə baxmayaraq müstəqil tələb olmasını və tərəfləri arasında digər maddi əsaslı münasibətlər (məsələn servitut) yaratmasını nəzərə almamışdır.

58. Apellyasiya instansiyası məhkəməsi nəzər almamışdır ki, iddia tələbinə yeni tələbin əlavə edilməsi MPM-nin 218.3-cü maddəsində nəzərdə t utulan qaydanın pozulmasıdır. İddiaçının yeni tələbə şifahi münasibət (göstərilən qaydada iddianın təmin edilməsinə etiraz etməməsi) bildirilməsi iddia tələbinin MPM-in 53-cü maddəsi baxımından tələbin həcminin artırılması kimi qəbul edilə bilməz. Bu qaydanın isə apellyasiya instansiyası məhkəməsində edilməsi MPM-in 372.4-cü maddəsinin (apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır) tələbi baxımından yolverilən deyidir.

59. Ona görə də, kassasiya məhkəməsi hesab edir ki, həmin pozuntu hazırkı mərhələdə aradan qaldırılmaqla, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli qətnaməsi «cavabdehin fərdi yaşayış evindən 15-20 metr aralıdan bu iş üzrə alınmış 6 oktya br 2022-ci il tarixli 10/3602 nömrəli ekspert rəyində göstərilmiş qaydada çəkilməklə» hissəsində ləğv edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-672/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi «cavabdehin fərdi yaşayış evindən 15-20 metr aralıdan bu iş üzrə alınmış 6 oktyabr 2022-ci il tarixli 10/3602 nömrəli ekspert rəyində göstərilmiş qaydada çəkilməklə» hissəsində ləğv edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar