Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1503/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək şəraitinin şərtlərinin dəyişdirilməsilə bağlı əmrin ləğv edilməsi; əvvəlki işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ş əki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1245/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2023-cü il tarixli, 384 №li əmrə əsasən, İddiaçı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı vəzifəsindən Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (Laboratoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir. 2. 29.03.2023-cü il tarixli ərizəyə əsasən, İddiaçı onun tərəfindən imzalanmış ərizənin etibarsız sayılması və Radiologiya şöbəsinə qayta rılmağını xahiş etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ 6-61/3-80/2023 №li cavab məktubuna əsasən, İddiaçı xx.xx.2023-ci il tarixdən Radiologiya şöbəsindən təhkimliyi ləğv olunaraq Laboratoriya şöbəsinə təhkim olunmuş və bu barədə tərəfə məlumat verilmişdir. Əmək müqaviləsi əlavəsi iddiaçının özü tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 (bundan sonra iddiaçı) cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə (bundan sonra cavabdeh və ya xəstəxana) qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cav abdeh PHŞ-in direktoru Faiq Abdullayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 384 №li əmrin ləğv edilməsi, onun yenidən Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı vəzifəsinə bərpa olunması, 400 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı 30 ildən çoxdur ki, xəstəxananın Radiologiya şöbəsində işləyir. Yoldaşı İ qrup gözdən əlil olduğu üçün onun himayəsindədir və ona görə dövlətdən baxım pulu alır. xx.xx.2012-ci il tarixdən cavabdehin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin xadiməsi, Radiolojiya şöbəsinə təsərrüfat bacısı vəzifəsinə təyin edilmi ş və 11 il fasiləsiz olaraq Radiologiya şöbəsində təsərrüfat bacısı işləmişdir. xx.xx.2023-cü il tarixdə xəstəxananın direktor müavini Fuad müəllim, təsərrüfat bacılarının rəhbəri vəzifəsində işləyən Gülşən xanım, xəstəxananın direktor köməkçisi işləyən Aynur adlı şəxsin sifarişi ilə iddiaçını çağırmış və komputerdə yazılmış ərizəni imzalamasını tələb etmişlər. İddiaçı bu zaman ərizənin mahiyyətinin nədən ibarət olmasını soruşmuş, iddiaçıya onun yerini dəyişəcəklərini bildirmişlər. İddiaçı isə yerini dəyişmək istəmədiyini bildirmişdir. Bu zaman həmin şəxslər iddiaçıya bildirmişlər ki, əgər ərizəni imzalamasa, işdən çıxarılacaq. İddiaçı həm işini itirməkdən qorxduğu, həm də himayəsində əlil həyat yoldaşı olduğu üçün yer dəyişmə barədə ərizəni imzalamışdır. Sonra deyəsən hansısa sənədə imza etdirmələrini xatırlamır. İddiaçı təhvil-təslim aktına imza etməmişdir. Evə gəldikdən sonra iddiaçı özünə gəldi və həyat yoldaşı tərəfindən dəstək alaraq, iradə əleyhinə olan iş yerinin dəyişdirilməsi barədə ərizənin etibarsız sayılması barədə ərizə ilə müraciət etmişdir. Cavabdehin PHŞ-in direktoru tərəfindən müsbət cavab almamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh PHŞ-in direktoru Faiq Abdullayev tərəfindən verilmiş müvafiq əmrdə onun Laboratoriya şöbəsinin təsərrüfat bacısı vəzifəsinə keçirilməsi, təhvil-təslimin mühasibatlıqla aparılması və əsas kimi “İşin Keyfiyyətinin yüksəldilməsi” nəzərdə tutulmuşdur. Göründüy ü kimi əsas kimi ərizənin verilməsi deyil, işin keyfiyyətinin yüksəldilməsi qeyd edilmişdir. 30 ildən artıq işlədiyi şöbədə, yetərincə təcrübə qazandığı halda, başqa şöbəyə keçirilməsiylə hansı işin keyfiyyətinin yüksəldilməsindən söhbət gedə bilər. İddiaçı ilə təhvil-təslim aparılmamışdır. Yeni kollektivə uyğunlaşa bilmir və yeni şöbədə olan avadanlıqların funksiyası ona məlum deyil. Həmin əmrdə müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. İddiaçının iş yerinin dəyişməsi barədə xx.xx.2023-cü il tarixdə imzaladılmış ərizə hədə-qorxu və zor tətbiq edilmə yolu ilə, iradə əleyhinə olan ərizədir. Həmin ərizənin də etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etmişdir. Cavabdehin əmri əsassız və qanunsuzdur. Ona görə də həmin əmr ləğv olunmalı və iddiaçı əv vəlki işinə bərpa olunmalıdır.
5. Cavabdehin nümayəndəsi və vəkili X2 etirazına uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, verilmiş iddia tələbi ilə razı deyillər. Belə ki, iddiaçı xx.xx.1988-ci ildən həmin xəstəxanada işə qəbul olunmuşdur. İddiaçı ilə cavabdeh PHŞ-in direktoru arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin xəstəxananın “Dəstək xidmətləri şöbəsinə təsərrüfat bacısı (Radiologiya şöbəsinə) vəzifəsinə təyin olunmuşdur. O, xx.xx.2023-cü il tarixli, əmrlə Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (laboratoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir. Bundan başqa onu da qeyd edir ki, təsərrüfat bacısı ştatı Xəstəxananın ştat cədvəlinə Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində nəzərdə tutulmuşdur. Təsərrüfat bacısı müəssisə rəhbərinin əmrinə əsasən xəstəxananın tərkibində olan şöbələrə təhkim olunurlar. Onların işini daha da yaxşılaşdırmaq və nəzarəti artırmaq məqsədilə Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilməklə əmək şəraiti və əmək haqqı dəyişməmək şərti ilə xəstəxana daxilində xəstəxananın bütün təsərrüfat bacısının təhkim olunduğu şöbələr qarşılıqlı şəkildə dəyişdirilir. O cümlədən iddiaçı da xx.xx.2023-cü il tarixdə Radiologiya şöbəsindən təhkimliyi ləğv olunaraq Laboratoriya şöbəsinə təhkim olunmuşdur. Həmin vaxt İddiaçı əmək haqqısı və əmək şəraitində heç bir dəyişiklik olmamışdır. Bununla bağlı bildirir ki, Xəstəxana tərəfindən 2023-cü ilin fevral ayının 7-də keçirilmiş iclas zamanı iddiaçıya işlədiyi Radiologiya şöbəsindən başqa şöbəyə təhkim olunacağı barədə qabaqcada n məlumat verilmişdir. Bu zaman iddiaçı bununla razılaşmış və heç bir şikayətinin olmadığını bildirmişdir. Ümumiyyətlə, xəstəxanada 23 tibb bacısının 19 nəfəri müvafiq əmrlərlə başqa şöbələrə təhkim, rotasiya olmuşlar. Bundan başqa, iddiaçı iddia ərizəsində ona hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə təzyiq göstərildiyini və buna görə də ərizəyə imza etdiyini qeyd etmişdir. Bununla bağlı bildirilmişdir ki, iddiaçıya əgər hər-hansı bir təzyiq göstərilsəydi, o bununla bağlı ən azından hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin iddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Buradan da görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri, qeyri-rəsmi və qəbul edilməzdir. Belə olan halda cavabdeh PHŞ-in direktorunun xx.xx.2023-cü il tarixli, 384 nömrəli ə mri tam qanuni və əsaslıdır. Qeyd olunmalıdır ki, işəgötürən ilə iddiaçının arasında bağlanmış əmək müqaviləsinə 6 saylı əlavə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildiriş həmin elektron informasiya sistemində qeydiyyata alınmış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Göründüyü kimi işəgötürən Qanunvericiliyin bütün tələblərinə riayət etməklə xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmri qəbul etmişdir. Ona görə də məhkəmədən iddiaçının cavabdehə qarşı olan iddia tələbinin, qanunsuz və əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(051)-1403/2023 nömrəli, 02 avqust 2023-c ü il tarixli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 384 №li əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh PHŞ-nin Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilməsi, iddianın qalan hissəsədə təmin edilməməsi qət olunmuşdur.
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən iddiaçı iradəsinə zidd olaraq, onun razılığı olmadan başqa işə keçirilmişdir. Belə ki, iddiaçı başqa işə keçirilərkən ona təsir (hədə-qorxu) göstərilmiş, onun başqa işə keçirilməsi barədə ərizəsi alınmışdır. İş materiallarından da görünür ki, iddiaçı ərizə yazdığı vaxtdan 14 gün keçdikdən sonra həmin ərizənin etibarsız sayılması barədə işəgötürənə ərizə ilə müraciət etmişdir. İşəgötürən tərəfindən onun ərizəsinə rədd cavabı verildikdən sonra iddiaçı, onun hüquqları pozulduğu üçün xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikası TƏBİB Publik Hüquqi şəxsə və xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsinə bu barədə şikayət etmişdir. Həmçinin iddiaçı iddia edir ki, onun başqa işə keçirilməsinə dair ərizəsi ona hədə qorxu gələrək məcburən hazır ərizəyə imza etdirilmişdir. Məhkəmə həmin yerdə video çəkilişlərin aparılmasını müəyyən edərək, həmin faktın tam araşdırılması üçün, məhkəmə baxışında öz təşəbbüsü və iddiaçının vəkilinin vəsatəti əsasında cavabdehin nümayəndəsinə ərizənin yazıldığı yerin video görüntülərini məhkəməyə təqdim edi lməsini tələb etsə də xəstəxananın nümayəndəsi həmin görüntünün video çəkilişini məhkəməyə təqdim etməmişdir. Bunqdan başqa da əmək müqaviləsinə əlavəni məhkəmə tələb etsə də müqavilə məhkəməyə təqdim edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, əgər işçi onun başqa işə keçirnlməsinə razılaşmış olsaydı onun tərəfindən ərizənin etibarsız sayılmasını tələb etməzdi və aidiyyatı orqanlara bu barədə şikayətlər etməzdi. Həmçinin məhkəmə işçinin əmək hüquq münasibətlərində işəgötürnə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf olmasını nəzərə alaraq, ona əsaslanmışdır ki, iddiaçı iş yerini itirməkdən ehtiyat etdiyi üçün onun iradəsinə zidd olaraq yeni əmək müqaviləsi bağlamağa məcbur edilərək başqa işə keçirilmişdir. Bu hal isə qanunvericliklə qadağan olunan haldır.
9. Birinci instansiya məhkəməsi h əmçinin bildirmişdir ki, işəgötürən tərəfindən işçinin başqa işə keçirilməsi və bu barədə əmək müqaviləsinin bağlanılması zamanı Əmək qanunvericiliyinin qaydalarına mütləq əməl edilməli olduğu halda bunu etməmişdir. Belə ki, iddiaçının başqa işə keçirilməsi zamanı Əmək Məcəlləsi ilə təsbit edilmiş əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar araşdırılmamış, iddiaçının öhdəsində 1-ci qrup əlil olan ərinin olmasını və ailədə yeganə gəlir gətirən və 1-ci qrup əlil ərinə yeganə baxan şəxs olmasını və yeni iş rejiminin və əmək şəraitinin həmin hallara təsirinin olması nəzərə alınmamışdır. Bundan əlavə iddiaçının əvvəlki vəzifəsində 11 il fasiləsiz işləməsidə nəzərə alınmamışdır.
10. Həmçinin, iddiaçının başqa işə keçirilməsinə dair müvafiq əmr Əmək Məcəlləsinin 84-cü maddəs inin tələbinə uyğun qaydada verilməmişdir. Həmin əmrdə müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir. Bu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə həmin əmrin etibarsız hesab edlməsi üçün əsasdır.
11. Məhkəmə iddia tələbində nəzərdə tutulan “400 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun cavabdehdən alınması” hissəsinə qiymət verərək onu qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 12-ci maddəsinin 1-ci hissəsinin a və b bəndlərinə, 14-cü maddəyə, 42-ci maddəsinin 1-ci hissəsinə, 59-cu maddəyə, 69-cu maddəsinin 4 və 7-ci hissələrinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 82 və 84-cü maddələrinə, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndinə, “Avropa Sosial Xartiyası”nın 1-ci hissəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci tarixli Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iş üzrə yeni məhkəmə qətnaməsinin çıxarılaraq iddia tələbinin tam rədd edilməsibarədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iş üzrə yeni məhkəmə qətnaməsinin çıxarılaraq iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını yetərincə aydınlaşdırmamış, təqdim edilmiş sübutlara obyektiv olaraq qiymət verməmiş, sübutları tam və təfsilatı ilə araşdırmamış, iddiaya qeyri-obyektiv qiymət vermişdir. İddia tələbi qanunsuz və əsassızdır. Məhkəmə iddiaya baxarkən əmək qanunvericiliyinin tələblərini açıq-aşkar pozmuşdur. Müəssisə rəhbərliyi tərəfindən daxili nizam intizamı təmin etmək, müəssisədə neqativ halları və özbaşınalığı aradan qaldırmaq, səhiyyənin səviyyəsini artırmaq baş verən hərc-mərcliyi tamamilə götürm ək üçün işçilərin əvvəlki iş yeri və əmək haqqı qorunmaqla tədbirlər aparılmışdır. Təsərrüfat bacısı vəzifəsi mühüm bir vəzifə deyil. Əvvəlki təmizlənmə yerindən az, aldığı əmək haqqından aşağı olmamaqla şəxsə iş yeri verilib. İşlədiyi yerin nüfuzuna xələl gətirərək növbədə olan insanlara hörmətsizlik edilərək arxa qapıdan müəyyən xərc müqabilində növbəsiz şəxsləri Radiologiya şöbəsinə keçirərək həm şəxsi mənfəət əldə etmiş, həm də səhiyyənin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İddiaçı xx.xx.1988-ci ildən Mingəçevir şəhər X3 Hüquqi şəxsdə işə qəbul olunmuşdur. İddiaçı ilə Mingəçevir şəhər X3 Hüquqi şəxsin direktoru arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Xəstəxananın “Dəstək xidmətləri şöbəsinə təsərrüfat bacısı (Radiologiya şöbəsinə) vəzi fəsinə təyin olunmuşdur. İddiaçı hazırki vaxtda da Xəstəxanada təsərrüfat bacısı vəzifəsində işləyir. Xəstəxananın direktorunun xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmri ilə iddiaçı Xəstəxananın “Dəstək xidmətləri şöbəsinə təsərrüfat bölməsinin (Radiologiya şöbəsi) təsərrüfat bacısı xx.xx.2023-cü il tarixdən etibarən Dəstəx xidmətləri şöbəsinin Təsərrüfat bölməsinə (laboratiya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə keçirilmişdir. Bundan başqa onu da qeyd edirlər ki, təsərrüfat bacısı ştatı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının ştat cədvəlinə Dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsində nəzərdə tutulmuşdur. Təsərrüfat bacısı müəssisə rəhbərinin əmrinə əsasən xəstəxananın tərkibində olan şöbələrə təhkim olunurlar. Onların işini daha da yaxşılaşdırmaq və nəzarəti artırmaq məqsədilə Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilməklə əmək şəraiti və əmək haqqı dəyişməmək şərti ilə xəstəxana daxilində xəstəxananın bütün təsərrüfat bacısının təhkim olunduğu şöbələr qarşılıqlı şəkildə dəyişdirilir. O cümlədən, iddiaçı da xx.xx.2023-cü il tarixdə Radiologiya şöbəsindən təhkimliyi ləğv olunaraq Laboratoriya şöbəsinə təhkim olunmuşdur. Həmin vaxt iddiaçının əmək haqqı və əmək şəraitində heç bir dəyişiklik olmamışdır. Bununla bağlı bildirmişlər ki, Xəstəxana tərəfindən 2023-cü ilin fevral ayının 7-də keçirilmiş iclas zamanı iddiaçı işlədiyi Radiologiya şöbəsindən başqa şöbəyə təhkim olunacağı barədə qabaqcadan məlumat verilmişdir. İddiaçı bununla razılaşmış və heç bir şikayətinin olmadığını bildirmişdir. Ümumiyyətlə, xəstəxanada 23 tibb bacısının 19 nəfəri müvafiq əmrlərl ə başqa şöbələrə təhkim, rotasiya olmuşlar. Bundan başqa iddiaçı iddia ərizəsində ona hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə təzyiq göstərildiyini və buna görə də ərizəyə imza etdiyini qeyd etmişdir. Bununla bağlı bildirmişlər ki, iddiaçıya əgər hər-hansı bir təzyiq göstərilsəydi, o bununla bağlı ən azından hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin iddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Buradan da görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri, qeyri-rəsmi və qəbul edilməzdir. Belə olan halda Mingəçevir şəhər X3 Hüquqi şəxsin direktorunun xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmri tam qanuni və əsaslıdır. İşəgötürən ilə iddiaçının arasında bağlanmış əmək müqaviləsinə 6 saylı əlavə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildiriş həmin elektron informasiya sistemində qeydiyyata alınmış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Göründüyü kimi işəgötürən qanunvericiliyin bütün tələblərinə riayət etməklə xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmri qəbul etmişdir. Məhkəmə qətnamənin əsasını təşkil edən sübutları ortaya qoya bilməmişdir. Əsassız qaydada əmri ləğv edərək müəssisənin nüfuzunu salan qərar qəbul etmişdir. Halbuki bu şəxsin etdikləri ilə bağlı normal hal onun işdən çıxarılması olduğu halda işçinin radiologiyadan labarotoriyaya eyni işi görməyə təhkim edilməsi məhkəmə tərəfindən qanunsuzluq hesab edilmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-1245/2023 n ömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 384 №-li əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh PHŞ-nin Dəstək xidmətləri şöbəsinin X1 şöbəsinə təsərrüfat bacısı işinə bərpa edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrin in köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf iş yerinin dəyişdirilməsi barədə ərizənin təzyiq əsasında yazdığına dair göstərdikləri iş materialları ilə təkzib edilir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan cavabdeh PHŞ-in xx.xx.2023-cü il tarixli növbədənkənar iclas protokolundan görünür ki, təsərüffat bölməsinin təsərrüfat bacılarının işinin keyfiyyətinin yüksəldilməsi mə qsədi ilə şöbə və bölmələrin dəyişdirilməsi məsələsi gündəliyə çıxarılmışdır. Bu barədə direktor Faiq Abdullayev tərəfindən ətraflı məlumat verilmiş və yer dəyişmələrin baş tutacağını bildirmişdir. Sonda bütün təsərrüfat bacılarından bu qərarla bağlı hər hansı bir narazılıqlarının olub-olmaması barədə soruşmuş, cavablarında isə bütün təsərrüfat bacıları yekdil olaraq qərardan narazı olmadıqlarını bildirmişlər.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 15 mart 2023-cü il tarixli əmək müqaviləsinin 6 nömrəli əlavəsindən görünür ki, Xəstəxananın direktoru Faiq Abdullayev və işçi İddiaçı aralarında olan 16 avqust 1988-ci il tarixli 129 saylı Əmək Müqaviləsinə əsasən müvafiq bəndlər üzrə dəyişiklik edilməsi barədə razılıq əldə olunmuş və iddiaçı Xəstəxananın dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsinə (laborotoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 15 mart 2023-cü il tarixli əmək müqavilsinin 6 nömrəli əlavəsini 15 mart 2023-cü il tarixdə imzalamışdır.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı həmin əmri xx.xx.2023-cü il tarixində imzalayaraq tanış olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının ona hədə-qorxu gəlməklə iş yerinin dəyişdirilməsi üçün ərizə yazdırılması barədə iddiasının heç bir əsası yoxdur.
21. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti bir gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işə götürənə təqdim edilə bilərdi. Lakin işi n halları ilə müəyyən olunduğu kimi iddiaçı ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün həmin ərizənin əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, həmin ərizə məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “işçin in işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf olması” əsaslandırması ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının bir şöbədən digər şöbəyə keçirilməsi onun alacağı əmək haqqına heç bir təsir göstərməmişdir. Eyni zamanda kollegiya qeyd etmişdir ki, iddiaçıya ərizəni məcburən yazdırmışlarsa və onun məzmunundan bixəbər imzalamışsa, nədən əmək müqaviləsinə olan əlavəni imzalamaqdan imtina etməmişdir.
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin “iddiaçının başqa işə keçirilməsi zamanı Əmək Məcəlləsi ilə təsbit edilmiş əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar araşdırılmaması” hissəsilə də razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının öhdəsində 1-ci qrup əlil olan ərinin olması, ailədə yeganə gəlir gətirən və 1-ci qrup əlil ərinə yegan ə baxan şəxs olması işçi ilə işəgötürən arasında yeni əmək müqaviləsinin imzalanmasını qadağan edilən hallar kimi Əmək qanunvericiliyində nəzərdə tutulmamışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin müvafiq əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmaması barədə gəldiyi nəticə əsassızdır. Çünki, həmin normada əmək müqaviləsinin ləğv edilməsindən bəhs edilir. Hazırkı mübahisələndirilən əmr isə iş yerinin dəyişdirilməsi barədə olmuş və əmək müqaviləsinin 6 nömrəli əlavəsi əsasında imzalanmışdır. Ona görə də məhkəmə kollegiyası bildirmişdir ki, əmrdə müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adının göstərilməməsi həmin əmrin etibarsız hesab edilməsi üçün əsas deyildir.
25. Məhkəmə kollegiyası son olaraq qeyd etmişdir ki, iddiaçı il ə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla dəyişikliklər edilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 14-cü maddəyə, 42-ci maddəsinin 1-ci hissəsinə, 59-cu maddəyə, 69-cu maddəsinin 4 və 7-ci hissələrinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 82 və 84-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması na dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Xəstəxanadan asılı olduğu üçün məcbur olub, baqa işə keçirilmə ilə bağlı əmrə “tanış oldum” qeyd etmişdir. Həmçinin, iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən bu yer dəyişmə elə onun əsas məqsədi olan “işin keyfiyyətinin yüksəldiləməsi” məsələsinə ziddir. Çünki, iddiaçı artıq uzun müddətdir ki, eyni şöbədə çalışır və kifayət qədər də təcrübəsi vardır. Onun başqa şöbəyə keçirilməsi işinin keyfiyyətinin artırılmasına xələl gətirə bilər.
29. Qeyd olunmalıdır ki, cavabdehlə onun arasında olan xx.xx.1988-ci il tarixli 129 saylı Əmək Müqaviləsinə xx.xx.2023-cü il tarixli 6 nömrəli əlavə elektron imza ilə deyil, sadə imza ilə təsdiqlənmişdir və əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmamışdır. Müqavilədə xx.xx.2023-cü il tarixli 6 nömrəli əlavə möcud olmamış, bu sənəd sonradan saxtalaşdırılmışdır. Həqiqətən 6 nömrəli əlavə mövcud olsaydı, əlavə birinci instansiya məhkəməsinə təqdim olunardı və bundan başqa apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya yalnız iddiaçının işinin dəyişdirilməsi ilə bağlı olan əmr təqdim edilməzdi. 6 nömrəli əlavə apellyasiya məhkəməsində iş baxılıb qurtardıqdan sonra hazırlanmışdır, elektron kabinetə diqqət yetiriləndə vurulmuş möhürün yeni olması da müəyyən edilir.
30. Həmçinin, əlavədə yazılmış “Zamanova” soyadı və imza iddiaçı tərəfindən icra edilməmişdir. Əmrdə olan imza ilə müqaviləyə əlavədə olan imzalar eyniləşdiriləndə imzaların eyni şəxs tərəfind ə icra edilməməsi də müəyyən olunur. Video görüntüləri məhkəməyə təqdim etməməklə, cavabdeh tərəfindən zor tətbiq edilməklə əmrə imza etdirilmə müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
31. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
32. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsəd i ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
33. Maddə 14. (1-ci hissə). Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsin də əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
34. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
35. Maddə
59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
36. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğ v etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
37. Maddə 69 (7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
38. Maddə
82. Bu Məcəllədə nəzərd ə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.
39. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əm ək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
40. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
41. Maddə 84 (3-cü hissə). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsi ndən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirild iyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arası ndakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının iş yerinin Xəstəxananın dəstək xidmətləri şöbəsinin təsərrüfat bölməsinə (laborotoriya şöbəsi) təsərrüfat bacısı vəzifəsinə işə keçirilməsi barədə əmri xx.xx.2023-cü il tarixində imzalayaraq tanış olması, həmin tarixli əmək müqavilsinin 6 nömrəli əl avəsini imzalaması iş materialları ilə təsdiqini tapdığından, onun iş yerinin dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixdə imzaladığı ərizəni imzalamağa məcbur edildiyi, hədə-qorxu gəlməklə təzyiq altında, iradəsinə zidd olaraq imzaladığı barədə iddiaçının dəlilləri əsassızdır. Çünki iddiaçı tərəfindən bu faktı təsdiq edən sübutlar təqdim edilmədiyinə görə həmin dəlil rədd edilməlidr. Bu səbəbdən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1245/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.