Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1506/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)11638/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Ə.Məmmədov) 2(011)-6761/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qərardadı ilə iddia çının cavabdeh1 və cavabdeh2 qarşı ziyanın ödənilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə cavabdeh1 mülki işin aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Ə.Məmmədov) 2(011)-6761/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh1 və cavabdeh2 qarşı ziyanın ödənilməsi və mənzilə köçürülmə tələbinə dair iş üzrə 12 sentyabr 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 2(011)-6761/2018 nömrəli mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), F.S.Hacıyev və R.Ə.Eyvazov) 2(103)-11638/2018 n ömrəli iş üzrə 22 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh1-nın şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6761/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov) 2(103)-11638/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11638/2018 nömrəli iş üzrə 22 oktyabr 2018-ci il tarixli qərardadından cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı ziyanın ödənilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh1 məh əməyə vəsatət təqdim edərək mülki işin ərazi aidiyyəti üzrə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili1 Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)11638/2018 nömrəli iş üzrə 22 oktyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11638/2018 nömrəli iş üzrə 15 noyabr 2018ci il tarixli qərardadı ilə cavabdeh1 nümayəndəsi və vəkili1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 nümayəndəsi və vəkili1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11638/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qər ardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apell yasiya Məhkəməsinin MK-nın 2(103)-11638/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh1-nın nümayəndəsi və vəkili1 kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassa siya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdeh1-nın nümayəndəsi və vəkili1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prrosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habel ə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11638/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1-nın nümayəndəsi və vəkili1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11638/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1506/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1506/2019
05.03.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver