Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1509/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1689/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Mə hkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 180 baş qoyunun alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Quba Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1689/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və kassasiya şikayəti a pellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1 və 112.1.2-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə; əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiy a şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razı lıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.
8. Belə ki, kassasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində dövlət rüsumunun “qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında əriz ənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə” ödənildiyini qeyd edilməklə, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə 1 manat, 1827438165 nömrəli qəbzlə isə 50 manat, cəmi 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
9. Halbuki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia qiymətləndirilən iddia olmaqla, 180 baş qoyun, yəni əmlakın tələb edilməsi barədədir.
10. Mülki Prosessual Məcəllənin 112.1, 112.4 və 112.5-ci maddələrinin tələblərinə uyğun olaraq əmlak tələbi üzrə iddialarda, iddianın qiyməti iddiaçı tərəfindən iddia ərizəsi verilən vaxt mövcud olan qiymətlərlə müəyyən edilməklə, dövlət rüsumu bu qiymətə uyğun olaraq ödənilməlidir.
11. Lakin, iddiaçı hazırkı iş üzrə tələb etdiyi 180 baş qoyunun dəyərini iddia verilən vaxtdakı qiymətlərə uyğun mü əyyən etməmiş, buna dair sübut təqdim etməmiş və kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunu bu qiymətə uyğun ödəməmişdir.
12. Məhkəmə kollegiyası həmçinin izah edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.
13. Göründüyü kimi, kassasiya şikayətinə görə dövlət rüsumu birinci instansiya məhkəməsinə faktiki ödənilmiş məbləğə münasibətdə deyil, qanunvericiliyin tələblərinə uyğun ödənilməli olan məbləğə münasibətdə - 50 faizi məbləğində tutulmalıdır.
14. Qeyd olunanlara əsasən, iddiaçının kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyi nə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1689/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mü lki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.