Məhkəmə qərarları › İş №2(102)-1512/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1512/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1512/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: tələbin qanuni əsası, əşya hüququ, müqavilədən irəli gələn tələb hüququ, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1620/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə X8 arasında olan şifahi razılaşma ilə Sadıqov Elməddin iddiaçıya Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivində fərdi yaşayış evinin inşa edilməsini öz öhdəsinə götürmüşdür;

3. X3 inşa etdiyi mübahisəli tikili “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən Cavabdeh verilmiş torpaq sahəsində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılması və özünün həmin evə köçürülməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69 iddiaçıya məxsusdur. 2021-ci ilin sentyabr ayında iddiaçı X4 75500 manat pul vermişdir. Aralarında olan razılaşmaya görə o, iddiaçıya fərdi ev tikib verməli idi. O, həmin pulun 34500 manatını Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-un tikintisinə sərf etmiş, qalan 41000 manat pul vəsaitini isə ələ keçirməklə iddiaçıya qarşı dələduzluq etmişdir. Faktla əlaqədar olaraq həmin şəxsin barəsində cinayət işi başlanılmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, evi iddiaçıya təhvil versə də, hazırkı iş üzrə cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu və Elməddin Sadıqovun onu aldadaraq 51000 manat pulunu vermədiyi üçün evin darvazasının açarını dəyişərək, evə sahib çıxmış və hazırda da iddiaçını evə buraxmır. İddiaçı həmin cinayət işi üzrə 41000 manat pula görə zərəçəkən kimi tanınmışdır. Cavabdeh isə 51000 manat pula görə zərərçəkən şəxs kimi tanınıb. Belə ki, o, evin yerləşdiyi torpaq sahəsini Elməddin Sadıqova 55000 manata satmış və Elməddin Sadıqov həmin puldan 4000 manatını ona vermişdir. Qalan pulu isə ona verməyərək, ona qarşı da dələduzluq etmişdir. Cavabdeh 51000 manat pula görə zərərçəkən şəxs kimi tanındığından o, hazırda qanunsuz və əsassız olaraq iddiaçı üçün tikilən fərdi evə sahib çıxır. Həmin evin bütün kommunalları da iddiaçının adınadır.

6. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2510/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmı şdır ki, İddiaçı Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılmasını və özünün həmin evə köçürülməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut edə bilməmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 798 nömrəli, xx.xx.2004-cü il tarixli X6 əsasən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1986-cı il tarixdə qeydə alınmış müqaviləsinə əsasən Bakı mebel fabrikində 1988-ci ildən dülgər vəzifəsində işləyən Cavabdeh daimi istifadəsinə verilmişdir. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2024-cü il tarixli arayışında da qeyd edilmişdir ki, 69 nömrəli evin ərazisi Cavabdeh aiddir. 69 nömrəli evin tikintisinin aparılması ilə bağlı qonşuların təsdiq etdiyi akta əsasən İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-un ərazisi Cavabdeh məxsusdur. Eyni zamanda, sözügedən ünvanda İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir. Lakin sözügedən əmlakın alqı-satqısı, çəkilən xərclərlə bağlı tərəflər, yəni iddiaçı və cavabdeh arasında hər hansı razılaşma olmamışdır.

10. Bununla da, məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırkı iddia tələblərini irəli sürməsi əsassızdır.

11. Məhkəmə mövqeyin i Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını nəzərə almamış, obyektiv araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı sub yektiv hüquqa malik olmasını sübut etməmişdir. Məhkəm tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla ləğv olunmalıdır. Həmin fərdi ev, faktiki sahibliyində və istifadəsində olduğundan o, pozulmuş hüquqlarını müdafiə etmək hüququna sahibdir. Məhkəmə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırkı qətnamə cavabdehin əsassız varlanmasına səbəb olur və o, hazırda hüquqdan sui-istifadə edir. Belə hüquqdan sui-istifadə isə yolverilməzdir. Cavabdeh həm hazırki vəziyyətdə iddiaçıya məxsus 69 saylı fərdi yaşayış evinə, həm də satdığı torpaq sahəsinə görə zərərçəkən şəxs kimi 51000 manat pula sahib çıxır. Hazırkı iş üzrə cavabdeh Elməddin Sadıqova qarşı cinayət işində mülki qayd ada pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etməlidir. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir.

14. Məhkəmə iclasında dindirilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 ev alqı-satqısı ilə məşğul olduğunu, vətəndaşlardan müəyyən məbləğdə pul alıb onlara fərdi həyət evi tikib təhvil verdiyini bildirmişdir. O, makler kimi İddiaçı evini 75000 manata satandan sonra həmin pulla Xəzər bağlarından Cavabdeh 41000 manata torpaq almaq barədə danışmış, həmin torpaqda 34000 manata ev tikmişdir. Lakin sonradan sənədləşdirmə işlərini alındıra bilmədiyindən həmin torpaq da, ev də Cavabdeh sahibliyində qalıb. Zahidlə aralarında olan razılığa əsasən o evi tikib tam təhvil verdikdən sonra torpağın pulunu ona ödəyəcəyini bildirmişdi r. Günay üçün evin tikintisinə onun öz iştirakı və nəzarəti ilə 34.000 manat pul sərf etmişdir. Əslində onun Zahidə 5000 manat borcu qalmışdır. Lakin daha sonra tutulduğundan evin tikintisi yarımçıq qalmış və Zahid Günayı onun üçün tikdiyi fərdi yaşayış evinə buraxmamışdır. O Zahiddən torpaq sahəsini 55.000 manata alıb, həmin pulun 4.000 manatını ona ödəmişdir, Zahid hazırda həmin torpaq sahəsində öz evində yaşayır, İddiaçı üçün tikdiyi evi də özünə götürərək Günayı həmin torpaq sahəsinə buraxmır. Onun Zahidə 7.000 manat borcu var. Evin tikintisi bir il ərzində davam etmiş, İddiaçı tikintiyə özü nəzarət etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1620/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılması və İddiaçı həmin evə köçürülməsi qət edilmidir.

16. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin inşa edilməsi üçün İddiaçı ilə X8 arasında razılaşmanın olması, həmin tikilinin “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən Cavabdeh verilmiş Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsində inşa edilməsi işin mübahisəsiz halıdır. Həmçinin işin mübahisə olunmayan digər halı odur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.

17. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanu ni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.

19. İddiaçı həmin tikiliyə öz vəsaitini xərclədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni İddiaçı məxsusdur.

20. İşdən görünür ki, iddiaçı sözügedən fərdi yaşayış evini öz vəsaiti ilə inşa edərək faktiki sahiblik etməklə sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edərək, cavabdehin onun iradəsinə zidd olaraq həmin mənzilə girdiyini və hazırda da həmin evi boşaltmaqdan imtina etdiyini bil dirmişdir. Qeyd olunan hal Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə qeyd olunmuş iddiaçının ifadəsində və hazırkı iş üzrə üçüncü şəxs qismində dindirilən Elməddin Sadıqovun izahatında da öz təsdiqini tapmışdır.

21. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılmalı və İddiaçı həmin evə köçürülməlidir.

22. Məhkəmə mövqeyini Mülki Məcəllənin 180, 180.1.157.8, 158.2, 159,164.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndər ilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli, 3226 nömrəli arayışından görünür ki, 26 saylı məhəllə, “Xəzər bağları” ərazisi, Kəhriz küçəsi, ev 69 İddiaçı məxsusdur. İş materiallarında olan sənəd "xxxx" ASC Sumqayıt rayon sukanal idarəsi tərəfindən verilmiş hesab fakturanın surətindən(dəlillər) görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisi, 667 nömrəli ev üzrə abonent kodu **********020 olmaqla abonent İddiaçı adınadır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları ünvanı üzrə İ ddiaçı 160 manat borcu mövcuddur. Göründüyü kimi kommunal xidmətlərə dair ödənişlər iddiaçının mübahisələndirdiyi evə aid deyildir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən 1135 saylı arayışdan görünür ki, İddiaçı “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində yuxarı adlandırılan, yəni Sumqayıt şəhəri, 26-cı məhəllədə olan, qonşuların aktına əsasən 69 saylı bağ evində qeydiyyatsız yaşayır. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi iş üzrə iddiaçı faktiki olaraq hazırkı iddia üzrə mübahisələndirdiyi bağ sahəsi başqa ünvanda yerləşir. Yəni o, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ sahəsində yerləşən evdə deyil, Sumqayıt şəhəri, 26-cı məhəllədə, 69 saylı bağ evində yaşayır.

25. Bundan başqa cavabdeh qeyd etmişdir ki, Sadıqov Elməddin iddiaçı üçün Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı torpaq sahəsində tikdirdiyini bildirmişdir. Bu ünvan isə hazırki, iş üzrə mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ünvan deyildir. Eyni zamanda Sadıqov Elməddin iş üzrə iddiaçı üçün tikilən evə 34.500 (otuz dörd min beş yüz) manat sərf etdiyini qeyd edir, amma iş materiallarında bunu təsdiq edən hər-hansı mötəbər sübut yoxdur. İş materiallarında olan Hökmün 5-ci səhifəsinin axırıncı abzasından göründüyü kimi, Sadıqov Elməddinlə iş üzrə cavabdeh arasında razılaşma cavabdehin uzun müddət yaşadığı evin yanında olan torpaq sahəsinə münasibətdə olmuşdur. Bu fakt məhkəmə kollegiyasının qəbul etdiyi qətnaməsi nin 3-cü səhifəsinin 5-ci abzasında da qeyd edilmişdir. İş materiallarında olan sənəd və şəkillərdən göründüyü kimi cavabdehin uzun müddət istifadəsində olan torpaq üzərində bir mərtəbəli köhnə tikili var və cavabdeh oranı özü inşa edərək hazırki dövrədək orada yaşayır. İşdə olan sənədlərdən və sübutlardan göründüyü kimi cavabdeh qeyd olunan ünvanda ona məxsus torpaq sahəsinin bir hissəsini Sadıqov Elməddinə satmaq istəmiş, Elməddin cavabdehə 4000 (dörd min) manat ödəmiş qalan pulun isə evi inşa edib, satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Lakin həbs olunduğu üçün bunu edə bilməmişdir. İşdə olan sənəd və sübutlardan göründüyü kimi iddiaçı ilə cavabdeh bir-birilərini tanımamışlar və aralarında hər hansı bir məsələ ilə razılaşma olmamışdır. Bundan başqa, iş üzrə üçüncü şəxs olan Sadıqov E lməddin də iddiaçı ilə cavabdeh arasında hər-hansı bir hüquqi əlaqənin olmasını, cavabdehə məxsus torpaq sahəsi üzərində iddiaçının ev tikməsini bildirməmişdir. Bundan əlavə iddiaçı özü də iddia ərizəsində və məhkəmədə vermiş olduğu ifadələrdə qeyd olunan ünvanda evin inşa etdiyini bildirməmişdir. Qeyd olunanlardan göründüyü kimi iş üzrə cavabdeh qanuni istifadəsində olan torpaq sahəsini 3 cü şəxs olan Sadıqov Elməddinə satmaq istəmişdir. İddiaçı ilə isə hər-hansı razılaşma olmamışdır və iddiaçı tərəfindən cavabdehə məxsus ünvanda yerləşən torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilinin xərcinin çəkilməsi heç bir sənəd ilə sübut olunmur. Məhkəmə bu əsasla iddiaçı tərəfindən verilmiş iddianı rədd etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxarkən və müvafiq məhkəmə qətnaməsin i ləğv edərkən iddia qaldırmış şəxsin subyektiv hüququnun olub-olmaması məsələsinə bir cümlə belə olsun hüquqi münasibət bildirməmişdir.

26. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

28. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 X 5:

29. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır.

32. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

33. Maddə 159.Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

34. Maddə 164.

2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

35. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.

45. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157. 8-ci, 158.2-ci, 159-cu, 164.2-ci və 180-ci maddələrinə istinad etmişdir.

46. Əvvəlcə ilk iki norma ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur.

47. Həmin Məcəllənin 158.1-ci və 158.2-ci maddələrinə görə, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

48. Kollegiya vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəz ərdə tutulmuşdur.

49. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər.

50. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.

51. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə, vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; podrat müqaviləsi üzrə sifarişçinin müqavilədə nəzərdə tutulan işi icra etməyi podratçıdan tələb etmək hüququ – MM, m.752.1). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.

52. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırl anması) tələb hüququnun predmeti ola bilər.

53. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.

54. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.

55. Hazırkı işdə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın Mülki Məcəllənin 157.8-ci və 158.2-ci madd ələrinə istinadla təmin edilməsi qanuni və əsaslı olmamışdır.

56. Apellyasiya məhkəməsinin əsaslandığı digər maddi hüquq normaları - Mülki Məcəllənin 159-cu və 164.2-ci maddələrinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

57. Göründüyü kimi, bu normalar sahiblik və sahibliyin müdafiəsi barədədir. Sahiblik, bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

58. Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər.

59. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir.

60. İddianın Mülki Məcəllənin 164.2-ci maddəsi əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki hallar).

61. Bu şərtlər ardıcıl şəkildə yoxl anılmalı, onlardan birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.

62. Baxılan işdə isə apellyasiya məhkəməsi ilk növbədə iddiaçının mübahisəli torpaq sahəsi və üzərindəki tikilinin əvvəlki sahibi olmasını işin müəyyən edilmiş faktiki halları ilə əsaslandırmadan və digər şərtləri yoxlamadan iddianı sahibliyin müdafiəsi qaydasında təmin etməsi Mülki Məcəllənin 164.2-ci maddəsinə uyğun olmamışdır.

63. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün öz qətnaməsində Mülki Məcəllənin 180-ci maddəsinin mətnini qeyd edərək göstərmişdir ki, “Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşı layan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur....”.

64. Kollegiya hesab edir ki, bu mövqe yanlış olmaqla iddianın təmin olunmasına əsas vermir.

65. Ona görə ki, əvvəla, bir şəxsin torpaq sahəsində müvafiq inşaat qaydalarına uyğun inşa edilmiş tikilinin bitişik olduğu torpaq sahəsinin mülkiyyətçisinə aid olduğu ümumi qaydadır. Belə ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Təbii ki, bu ümumi qaydanın (prinsipin) qanun və ya müqavilə əsasında əmələ gələn istisnaları vardır. Lakin, hazırkı işdə məhkəmə tikilini iddiaçının hətta mülkiyyəti kimi qiymətləndirərkən belə istisnanın nədən ibarət olduğunu (əsasını) göstərməmişdir.

66. İkincisi, istinad olunan maddi hüquq normalarında məhkəmənin bildirdiklərini əks etdirən dispozisiya şərtləri nəzərdə tutulmamışdır. Heç məhkəmənin özü də bu fikirlərin əsaslandığı qanun normasını göstərməmişdir. Belə olan halda həmin mövqelər qanuni dayanağı olmayan subyektiv mülahizə sayılır.

67. Üçüncüsü, işin müəyyən olunmuş faktiki halları nəzərə alındıqda Mülki Məcəllənin 180-ci maddəsinə istinad edilm əsinin səbəbi, həmin normanın hansı şərtlərinin iddianın təmin olunmasına əsas verməsi qətnamədə açıqlanmamışdır.

68. Dördüncüsü, iş materiallarında belə məlumatlar var ki, iddiaçının sözügedən tikilinin inşası ilə bağlı faktiki və hüquqi münasibətlərinə girdiyi şəxs cavabdeh deyil, üçüncü şəxs Elməddin Sadıqov olmuşdur. Belə ki, iddiaçı əldə etmək istədiyi evin inşası üçün Elməddin Sadıqovla razılığa gəlmiş, bu məqsədlə pul vəsaitini ona vermişdir. E.Sadıqov isə bu tikintini cavabdehin ərazisində aparmaq və gələcəkdə torpaq sahəsini almaq üçün Cavabdehlə razılaşmış, ona qismən ödəniş etsə də, torpağın dəyərinin əhəmiyyətli hissəsini ödəməmişdir. Nəticə etibarilə, cavabdehin torpaq sahəsinin alqı-satqısına dair iddiaçı ilə müqavilə bağlanması, hətta tikintini aparan Elməddin Sadıqov tərəfi ndən torpağın əvəzinin cavabdehə ödənilməsi aşkar edilməmişdir.

69. Belə olan halda, iddiaçının hansı hüquq münasibəti və subyektiv hüquq çərçivəsində cavabdehə qarşı tələb irəli sürməsi, 798 nömrəli, xx.xx.2004-cü il tarixli X6 əsasən torpaq üzərində hüquq sahibi olan cavabdehin hansı əsasla sahədən çıxarılması və iddiaçının tikiliyə köçürülməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında qanundan və ya müqavilədən irəli gələn öhdəliyinin olması göstərilmədən iddia təmin olunmuşdur.

70. Halbuki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 36).

71. Yuxarıda qe yd edilənləri ümumiləşdirərək məhkəmə tərkibi bildirir ki, apellyasiya məhkəməsinin istinad etdiyi maddələr müxtəlif hüquq institutlarına aid və öz şərtləri olan qanuni əsaslardır. Odur ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin nədən ibarət olmasını, öhdəliyin qanundan, yoxsa müqavilədən irəli gəlməsini, buna müvafiq olaraq iddiaçının tələbinin əşya hüququna, yoxsa tələb hüququna söykənməsini göstərmədən, işin faktiki halları ilə tələbin qanuni əsasını təşkil edən konkret normanın dispozisiya şərtləri arasındakı uyğunluğu əsaslandırmadan, müxtəlif maddələri ümumi şəkildə qeyd etməklə iddianın təmin edilməsi yolverilməzdir.

72. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümu milikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

73. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə aidiyyəti maddi hüquq normaları əsasında hüquqi qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

74. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X7 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 28-29).

75. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

76. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

77. Göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1620/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar