Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1513/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Sumqayıt Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə)iş üzrə QƏRAR Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Sumqayıt Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair Sumqayıt Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(105)-32/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 31 nömrəli qərarı ilə Corat bağları ərazisində sahəsi 700 kv.m olan B2238 saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərardan görünür ki, B2238 saylı bağ torpaq sahəsi 2338 saylı bağ torpaq sahəsi ilə qonşuluqda yerləşir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-69/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 cavabdehlər Nümayəndə, İddiaçı, üçüncü şəxslər Sumqayıt Şəhər Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olan 2338 saylı torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilərək həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onun adına bağlanmış hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2011 nömrəli, xx.xx.2011 -ci il tarixli qətnaməsi ilə İddiaçı istifadə olan torpaq sahəsi üzərində mülkiyyət hüququn müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 700 m2 olan, 2338 saylı bağ torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə, həmin bağ torpaq sahəsinə dair plan və ölçünün hazırlanması Azərbaycan Respublikası DT və XK-nın Sumqayıt şəhər şöbəsinə həvalə edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1106/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Cavabdeh2 İsrat oğlunun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)4428/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı ərizəsi baxılmamış saxlanılmışdır.
5. Sumqayıt şəhər sakini Cavabdeh2 2004-cü ilin avqust ayında Nümayəndə Sumqayıt şəhəri, Corat bağları ərazisində ümumi sahəsi 0,18 ha olan 2338 nömrəli bağ sahəsini 3000 ABŞ dolları müqabilində alması, lakin uzun illər sonuncunun müxtəlif bəhanələrlə bağ sahəsinin alqı-satqısı ilə əlaqədar müvafiq sənədləşmə aparılmasında n boyun qaçırması, 2015-ci ildə isə 2338 nömrəli bağ sahəsinin plan sənədlərini ağardıcı maddə ilə düzəlişlər edilməsi yolu ilə saxtalaşdırılması faktı əsasında Sumqayıt ŞPİ-nin İŞnin baş müstəntiqi Bəhruz Qulamovun 20.08.2024- cü il tarixli ********* nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mahkamasinda icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli bağ torpaq sahəsi Sumqayıt şəhəri, Corat b ağlar sahəsində yerləşməklə sahəsi 700 kv.m olan B-2338 nömrəli bağdır. Bu bağ sahəsi Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 31 saylı qərarına əsasən ona ayrılmış və onun istifadəsində olmuşdur. Lakin cavabdehlər qonşuluqda yerləşən X1 mülkiyyətində olan 0,11 ha torpaq sahəsini aldıqdan sonra ona məxsus olan 700 kv.m torpaq sahəsini də zəbt etmişlər. Həmin torpaq sahəsini boşaltmalarını tələb etdikdə isə cavabdehlər məhkəmədə ona və Məsiməxanım Qədiməliyevaya qarşı iddia qaldırmaqla ümumi sahəsi 0,18 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx. xx.2016-cı il tarixli qətnaməsi ilə də qarşı tərəfin iddiası rədd olunmuş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Artıq bu qətnamələrdən xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər zəbt etdikləri, ona məxsus 700 kv.m torpaq sahəsini könüllü olaraq boşaltmaq istəmirlər, bu səbəbdən də onlar həmin sahədən məhkəmə qətnaməsinə əsasən çıxarılmalıdırlar.
8. Cavabdehlər Cavabdeh2 İsrat oğlu və Cavabdeh1 iddiaya etiraz edərək göstərmişlər ki, 2338 saylı bağ sahəsini Nümayəndə bağın pulunu tam ödəməklə almışlar. Həmin torpaq sahəsi satılarkən sonuncunun bütün ailə üzvləri də razılığını vermişlər. Hazırda da ailəsi ilə birlikdə 2338 saylı bağ sahəsində 2004-cü ildən yaşayırlar. Həmin vaxtlar sözügedən 7 sot torpaq s ahəsini Nümayəndə onlara satmışdır.
9. Məhkəmə iclasında Cavabdeh2 İsrat oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Sumqayıt şəhəri, Corat bağları sahəsindən 0,18 ha torpaq sahəsi Nümayəndə tərəfindən etibarnamə ilə onlara satılmışdır. Həmin vaxtlar Məsuməxanım sənədin əslində dəyişiklik etmiş, xlorla pozmuş və yeni qeydlər etmişdir. Bu haqda ekspertizanın rəyi də vardır. xx.xx.2005-ci il tarixində 31 saylı qərara əsasən protokol 31dən çıxarışla X6 700 kv. metr Sumqayıt şəhər bələdiyyəsi tərəfindən B2338 saylı bağ sahəsi ayrılmışdır. Həmin sahə isə onlar tərəfindən 18 ildir ki, mişar daşı ilə hasarlanmış və onların istifadəsindədir.
10. Sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 16254 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2338 saylı bağ sahəsinin planını n sol tərəfində olan “77,0” rəqəmini, “S=700» rəqəminin olan hissədə soldan sağa və aşağı sağ hissəsində isə sağdan sola olan kəsə xətlərinin üstündən ağardıcı maddə çəkməklə, indiki vəziyyətə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “30,4” və “46,6" rəqəmlərini əlavə etməklə, indiki vəziyyətə dəyişdirilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2021-ci il tarixli, 10/1908 nömrəli məktubunda qeyd etmişdir ki, ekspert Ziya Tağıyev tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndər ilən arayışda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, Corat bağlar sahəsi, B2338 və 2338 saylı bağ sahələrinə aid məhkəmə tərəfindən yerli baxış zamanı təqdim edilmiş sənədlər toplusunda torpaq sahəsinə aid texniki kadastr sənədləri və döngə nöqtələrinin koordinatları olmadığından torpaq sahələrinin bir-birilərinə müdaxilə olub- olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-308/2021 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı cavabdehlər Cavabdeh2 israt oğlunun və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt şəhəri, Corat bağlarında yerləşən, ərazisi 700 m2 olan B-23 38 saylı mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş, sonuncunun müvafiq orqan və təşkilatlara qarşı sözügedən bağa dair Bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və plan-ölçünün hazırlanması barədə ərizəsi apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən baxılmamış saxlanılmışdır. Bu qərar mübahisələndirilməmiş, eyni zamanda mülki və ya inzibati məhkəmə icraatı qaydasında belə bir iddia irəli sürülməmiş, həmin bağa dair iddiaçının hər hansı hüququ müvafiq reyestrdə qeydə alınmamışdır.
15. Ona görə də, iddiaçının hazırkı tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmadığından, eləcə də cavabdehlər Cavabdeh2 İsrat oğlunun və Cavabdeh1 Sumqayıt şəhəri, Corat bağlarında yerləşən B-2338 saylı bağ torpaq sahəsini zəbt etmələri barədə dəlili işin faktiki halları və sübutlarla təsdiq edilmədiyindən əsassızdır.
16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.2, 157.8-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmasını aydınlaşdırmaq üçün məhkəmə müvafiq eks pertiza təyin etmiş, lakin ekspertiza müvafiq sənədləri tələb etsə də, məhkəmə həmin sənədlərin ekspertizaya göndərilməsini təmin etmədən, iddiaçıya ayrılmış torpaq sahəsinin hazırda cavabdehlərin istifadəsində olan torpaq sahəsi olub-olmamasını müəyyən etmədən iş üzrə qətnamə çıxarılmışdır. Belə olan halda çıxarılmış qətnamə kimin xeyrinə çıxarılmasından asılı olmayaraq tamamilə qanunsuz və əsassız qətnamədir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlərin istifadəsində və faktiki sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmədən hər hansı bir hüquqi nəticəyə gəlmək mümkün deyildir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, o, qarşı tərəfə 12 sot torpaq sahəsi satmışdır, amma onların dediyi ərazidə daha çox, yəni 25 sot torpaq sahəsi vardır. 7 sot ilə bağlı notariat qaydasında sənədlər vardır. O, aldığı çıxarışda torpaq sahəsinin ölçüsü 18 sot qeyd olunmuşdur. Cavabdehin evi həmin torpaq sahəsində yerləşir. Bundan əvvəlki alıcıya 9 sot torpaq satmışdır. Cavabdehin evi isə qalıq qalan 9 sot sahənin içərisində yerləşir. Rahimin torpaq sahəsi cavabdehlərin torpaq sahəsindən aşağıda yerləşir. Cavabdehin evinin yerləşdiyi torpaq sahəsi onun adına olan sahədir. Əgər cavabdeh torpaq sahəsini ona geri qaytarsa o da ona sənədləri verə bilər.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7719 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 8 iyul 2005-ci il tarixli, 31 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Corat bağlan ərazisində sahəsi 700 kv.metr olan B-2338 saylı bağ torpaq sahəsinin naturada koordinatlarının cavabdeh tərəfindən dəqiqliklə göstərilməsi mümkün olmamışdır. Cavabdehlər Cavabdeh2 İsrat oğlunun və X3 istifadələrində Sumqayıt şəhəri, Corat bağları ərazisində faktiki olaraq 0.1721 ha torpaq sahəsi mövcuddur. Qoşma faylda təqdim olunmuş Sumqayıt Şəhər Bələdiyyəsinin 8 iyul 2005-ci il tarixli, 31 saylı qərarında, Sumqayıt bələdiyyəsi tərəfindən tərtib edilmiş B-2338 saylı bağ sahəsinin planında və digər əlaqəli sənədlərdə bağ sahələrinin yerləşmə vəziyyətini əks etdirən (qonşu bağ sahələrinin əks olunduğu) və ya sənəd üzrə koordinatlarının əks olunduğu hər ha nsı bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Qeyd olunanlara görə digər sualların cavablandırılması mümkün olmamışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il taixli, 2(105)-32/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
22. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisinin imzası ilə təsdiqlənmiş mütəxəssis rəyinə əsaslanaraq 05.09.2024- cü il tarixli 3-16-16/2-10/4111 nömrəli rəy verilmiş və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 31 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşməklə sahəsi 700 k v.m olan B-2338 nömrəli bağ torpaq sahəsinin naturada koordinatları göstərilmiş, lakin mütəxəssislər tərəfindən qərardadda qoyulmuş digər suallar cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır.
23. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi üçün tədqiq olunan torpaq sahəsinə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmiş, baxış zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər bələdiyyəsinin nümayəndələri X11, X9, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi X10 iştirak etmişlər. Yerli baxış zamanı torpaq sahəsinin daxilində bir mərtəbəli hazırda üzərində təmir işlərinin həyata keçirildiyi evin, topraq sahəsinin aşağı sağ hissəsində heyvan s axlanılması üçün istifadə olunan tikilinin olması müəyyən edilmişdir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmış vəziyyətdə olmuşdur.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-32/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-308/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına görə ödənilməli olan ümumilikdə 100 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmiş, lakin Sumqayıt şəhəri, Corat bağlar sahəsi, B2338 və 2338 saylı bağ sahələrinə aid məhkəmə tərəfindən yerli baxış zamanı təqdim edilmiş sənədlər toplusunda torpaq sahəsinə aid texniki kadastr sənədləri və döngə nöqtələrinin koordinatları olmadığından torpaq sahələrinin bir-birilərinə müdaxilə olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
26. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il taixli, 2(105)-32/2024 nömrəli qərardad ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən mütəxəssis rəyinə əsaslanaraq xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4111 nömrəli rəy verilməkl ə və İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşməklə sahəsi 700 kv.m olan B-2338 nömrəli bağ torpaq sahəsinin naturada koordinatlarını göstərmiş, mütəxəssislər tərəfindən qərardadda qoyulmuş digər suallar cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi üçün tədqiq olunan torpaq sahəsinə baxış keçirilmiş, yerli baxış zamanı torpaq sahəsinin daxilində bir mərtəbəli hazırda üzərində təmir işlərinin həyata keçirildiyi evin, topraq sahəsinin aşağı sağ hissəsində heyvan saxlanılması üçün istifadə olunan tikilinin olması müəyyən edilmişdir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmış vəziyyətdə olmuşdur.
27. Göründüyü kimi hazırkı iş üzrə bir neçə dəfə ekspertiza təyin edilsə də, qoyulmuş suallar üzr ə əsaslandırılmış rəy verilməmişdir. Göstərilən koordinatlar isə faktiki mübahişələndirilən torpaq sahəsinə aiddir ki, cavabdehlər tərəfindən də həmin torpaq sahəsinin iddiaçıya aid olmaması, texniki pasportdakı saxta üsulla dəyişiklikdən sonra eyniləşdirildiyi iddia olunur.
28. Bu hal məhkəmə-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 16254 saylı rəyində də əksini tapmışdır. Həmçinin Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 31 nömrəli qərarı ilə İddiaçı oğuna verilmiş B-2338 saylı bağ sahəsinə dair tərtib edilmiş plandan (İİİ cild iş v. 111) görünür ki, İddiaçı oğuna verilmiş B-2338 saylı bağ sahəsi A-dan B-yə, yəni torpaq sahəsi qərb tərəfdən Nümayəndə 2338 nömrəli bağ sahəsi ilə qonşu olmuşdur.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh2 2004-cü ili n avqust ayında Nümayəndə Sumqayıt şəhəri, Corat bağları ərazisində ümumi sahəsi 0,18 ha olan 2338 nömrəli bağ sahəsini 3000 ABŞ dolları müqabilində alması, lakin uzun illər sonuncunun müxtəlif bəhanələrlə bağ sahəsinin alqı-satqısı ilə əlaqədar müvafiq sənədləşmə aparılmasından boyun qaçırması, 2015-ci ildə isə 2338 nömrəli bağ sahəsinin plan sənədlərini ağardıcı maddə ilə düzəlişlər edilməsi yolu ilə saxtalaşdırılması faktı əsasında Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işi başlanılmışdır.
30. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlər ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən X1 mülkiyyətində olan 0,11 ha torpaq sahəsini aldıqdan sonra ona məxsus olan 700 kv.m torpaq sahəsini də zəbt etmişlər.
31. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarix li ekspert rəyinə istinadən qeyd etmişdir ki, cavabdehlərin faktiki olaraq istifadəsində 0.1721 ha torpaq sahəsi mövcuddur. Bundan əlavə, Nümayəndə bağın alınması (qəbzdə torpaq sahəsi 17 ha göstərilir) ilə bağlı Cavabdeh2 tərəfindən pul vəsaitinin verilməsi ilə əlaqədar xx.xx.2004-cü il və xx.xx.2004cü il tarixli qəbzlər tərtib edilmişdir.
32. Həmçinin Nümayəndə Cavabdeh2 Sumqayıt şəhər bağlar idarəsinin xx.xx.2004cü il tarixli 1541 nömrəli müqaviləsinə əsasən ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi 2338 saylı bağ sahəsində 0.18 ha torpaq sahəsini özəlləşdirməyi, DƏDRX-dən çıxarış almağı və s. hərəkətlərin edilməsinə dair səlahiyyətlərin verilməsi haqqında 30 il müddətinə qüvvədə olan etibarnamə vermiş, xx.xx.2008-ci il tarixdə həmin etibarnamə ləğv edilmişdir.
33. Məhkəmə kollegi yası onu da qeyd etmişdir ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 israt oğlunun cavabdeh DƏDRX-nin 2 saylı ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair Nümayəndə adına xx.xx.2010- cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində aparılmış qeydiyyatın əsassız və etibarsız hesab edilməsi, ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsində baxılan iş üzrə icraat yuxanda adı çəkilən cinayət təqibi üzrə icraat yekunlaşana qədər məhkəmənin 14.03.2024- cü il tarixli qərardadı ilə dayandırılmışdır.
34. Sadalananlardan göründüyü kimi mübahisəli 700 kv.m torpaq sahəsinin yeri müvafiq hüquqmüəyyənedici və ya texniki sənədə əsasən dəqiq müəyyən edilmədiyindən, həmin torpaq sahəsinin məhz cavabdehl ər tərəfindən zəbt edilməsinə dair iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, müvafiq torpaq sahəsinin yeri dəqiq müəyyən edilmədən və uyğunsuzluqlar aradan qaldırılmadan, cavabdehlərə qarşı hazırkı iddia tələbi əsaslı hesab oluna, bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
35. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 146, 152-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68 və 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 4, 8 və 13-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-32/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinin xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı həmin iş üzrə dəvət edilmiş Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən iddiaçıya satılan torpaq sahəsinin planı və koordinatlarını əks etdirən sxem təqdim olunmuş, lakin cavabdehlər qeyd edilən torpaq sahəsi nin onlara məxsus olmasına dair heç bir sənəd təqdim etməmiş, buna baxmayaraq məhkəmə tərəfindən cavabdehlərin qanunsuz zəbt etdikləri torpaq sahəsindən çıxarılmalarına dair əsaslı iddia tələbi təmin edilməmişdir. Məhkəmə tərəfindən dəfələrlə ekspertiza təyin edilmiş, lakin cavabdehlər həmin ekspertizada iddiaçının və ya onun nümayəndəsinin iştirakına imkan verməmişlər. Qeyd olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə venrilməsinə dair Sumqayıt şəhər bələdiyyəsinin qərarı mövcuddur və həmin qərar ləğv olunmamışdır. Qərarda iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin B-2338 kimi qeyd olunması, həmin torpaq sahəsinin digər 2338 saylı torpaq sahəsinin yanında yerləşməsini ehtiva edir. Bundan başqa qeyd olunan torpaq sahəsinin koordinatlarını və sxemini özündə əks etdirən bütün sən ədlər Sumqayıt şəhər bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmuş və təyin edilmiş ekspertlərə də həmin sənədlərin surəti göndərilmişdir. Ekspertlərin rəy verməkdən, məhkəmənin onların qarşısında qoyduğu sualları cavablandırmaqdan imtina etmələri əsaslı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Lakin məhkəmə bu halları nəzərə almamış, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinad etsə də, düzgün təfsir etməmiş və bu normalara istinad etməklə iddianı təmin etməli olduğu halda rədd etmişdir. Həmçinin qeyd olunan torpaq sahəsi 20 ildir ki, qanuni əsaslarla iddiaçıya ayrılmışdır. İddiaçının bacısı hazırkı işdə nümayəndəsi olan Nümayəndə ilə cavabdehlər arasında 2338 saylı torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş və cavabdehlər iddiaçının da torpaq sahəsini zəbt etmi ş, onun mülkiyyətinə müdaxilə edilmiş və mülkiyyət hüquqları pozulmuşdur. Lakin məhkəmə qətnaməsi vətəndaşın pozulmuş mülkiyyət hüquqlarına təminat verməmişdir. Bundan əlavə, hazırkı mübahisə iddiaçıya məxsus 700 kv.m. torpaq sahəsinin zəbt edilməsi ilə bağlı olsa da, məhkəmə iddiaçının bacısı Nümayəndə məxsus olan torpaq sahəsinin araşdırmasını aparmış və həmin torpaq sahəsi ilə bağlı yaranmış və uzun müddət davam etmiş məhkəmə mübahisələri çərçivəsində hazırkı mübahisəyə qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır 2və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
40. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüq uqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
42. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
43. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab ed ilir.
44. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
45. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
48. Maddə 152.3. İstifa də hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
49. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
50. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslər in hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respblikasının Torpaq Məcəlləsi
51. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
52. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rə smiləşdirilir.
53. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
54. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən s onra yaranır.
55. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
56. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqa sına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
57. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
58. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
59. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssi sələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
60. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materialların ı kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
73. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
74. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələbləri ni nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(105)-32/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.