Məhkəmə qərarları › İş №2(102)-1514/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1514/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1514/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ iş № 2(102)-1514/22 (Açar sözlər: etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələrində sübutetmənin xüsusiyyətləri) Bakı şəhəri, 26 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzə çi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı bir icraatda birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)8734/2021 nömrəli, 15.10.2021-ci il tarixli qət naməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 oktyabr 2019-cu il tarixli notarial qaydada bağlanmış “Daşınmaz Əmlakın nisyə alqı-satqı müqaviləsi”nə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.m, yaşayış sahəsi 86.44 kv.m, yardımçı sahəsi 86.44 kv.m olan 3 otaqlı mənzil 230.000 manata Cavabdeh1 tərəfindən İddiaçı satılmış, müqaviləni satıcı Cavabdeh1 əvəzinə Cavabdeh2, alıcı İddiaçı əvəzinə X7 imzalamışdır. 28 oktyabr 2019-cu il tarixdə 132.000 manat, 02 noyabr 2019-cu il tarixdə 90.000 manat, 08 noyabr 2019-cu il tarixdə 8000 manat ödəniş edilməsinə dair rəsmiləşmə aparılmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət re yestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 3. 04 fevral 2020-ci il tarixli notarial qaydada bağlanmış “icarə müqaviləsi” nə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.m olan mənzil İddiaçı tərəfindən Cavabdeh2 04.08.2020-ci il tarixədək icarəyə verilmiş, icarə haqqı aylıq 500 manat müəyyən edilmişdir.

4. Cavabdeh2 ünvanlanmış 03 iyul 2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, yalnız fevral ayı üçün ilk icarə haqqı ödənilsə də, 04.03.2020-ci il tarixdən hazıradək heç bir icarə haqqı ödənilmədiyindən, icarə haqqı üzrə 2000 manat borc yaranmışdır. 3 gün müddətində borc tam ödənilməyəcəyi halda, icarə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma üçün məhkəməyə müraciət ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 ilə bağlanmış 04.02.2020-ci il tarixli icarə müqaviləsi üzrə 04.08.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manat olmaqla, ümumilikdə 7000 manatın cavabdehlərdən onun xeyrinə tutulması və cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzili 28.10.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış "Alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh1 230.000 manata almışdır. Həmin ünvandakı mənzil ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02.11.2019-cu il tarixli, **********012-05301-093022 reyestr və ********* qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən o nun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq, cavabdehlər bu günədək mənzili boşaltmamış və müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərin günahı üzündən mənzil üzərindəki mülkiyyət hüquqlarını tam həyata keçirə bilmir.

7. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli 4Ə/1205 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlə t Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 2020-ci il tarixdə ona məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində olan mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan oğlu Cavabdeh2 tərəfindən tanımadığı İddiaçı satılmışdır. O, mənzili heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmamışdır. Mənzil barəsində alqı-satqı müqaviləsi bağlanılması haqda yaşadığı evə tanımadığı şəxslər daxil olduqdan sonra xəbər tutmuşdur. Notariat işinə görə mənzil onun adından 230.000 manata satılmışdır. Mənzilin bazar dəyəri 230.000 manat deyil, ən azı təxminən 360.000 man atdır, çünki qonşusu bu yaxınlarda eyni tipli mənzili tələsik 360.000 manata satmışdır. Belə olan halda, əgər mənzilinin qiyməti ən azı 360.000 manat təşkil edirsə, nəyə görə o, bu mənzili 230.000 manata satmalı idi. Digər tərəfdən, onlar mənzilin satılması barədə hər hansı bir elan vermədikləri və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədikləri halda cavabdeh İddiaçı mənzilin satılmasını haradan öyrənmiş və mənzili necə almışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)538/2021 saylı qərardadı ilə iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair və iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə icraata "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində xitam verilmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)538/2021 saylı qətnaməsi ilə (hakim S.Mustafayeva) İddiaçı iddiası qismən təmin edilmiş, ödənilməmiş icarə haqqının əvəzi olaraq 2500 manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1, Cavab deh3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzildən çıxarılması, iddianın digər hissələrdə təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə iddiaçı Cavabdeh1 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna gö rə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 oğluna verdiyi etibarnamənin ümumi xarakter daşıdığına, ünvan 3 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət vermədiyinə və bağlanmış alqı-satqı müqaviləsinin onun iradəsini əks etdirmədiyinə əsaslansa da, qeyd edilən etibarnamədən müəyyən edilmişdir ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdlə ri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. 05.10.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır.

13. Məhkəmə iddiaçı Cavabdeh1 istinad etdiyi daşınmaz əmlakın həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müddəadan göründüyü kimi, alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qi ymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır.

14. Məhkəmə İddiaçı cavabdehlərin mənzildən çıxarılmalarına dair iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, mübahisəli mənzil İddiaçı adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından və həmin mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, icarə müqaviləsi İddiaçı (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlandığından, ic arə haqqının ödənilməsi ilə bağlı öhdəliyin daşıyıcısı da məhz Cavabdeh2dur. Lakin Cavabdeh2 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Ona görə də icarə haqqı üzrə ödənilməmiş 2500 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, icarə haqqının digər cavabdehlərdən tutulması hissəsində isə tələb əsassız olduğundan təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, öz mövqeyini Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 140, 152.1, 157.2, 178.1, 331.1, 385.1, 390, 405.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 700.1, 700.2, 700.3, “İcarə haqqında” Qanunun 7, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77. 1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, müqavilə bağlanarkən, mülkiyyətçinin, yəni onun iradə ifadəsi olmamışdır. Məhkəmədə şahid kimi dindirilmiş X2 ilə X1 ifadələri arasında olan ziddiyətlər aydınlaşdırılmamış, hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildimişdir ki, Əli Vəkiliyə aylıq 5000 ABŞ dolları faiz borcunu sonralar ödəyə bilmədiyindən sonuncu evi banka girov qoyaraq və lizinq müqaviləsi bağlayaraq ona olan borcunu bağlamasını təklif etmiş və bu məqsədlə Əli Vəkili onun evinə bank işçilərini göndərmişdir, Əli Vəkili məhkəmə iclasında bununla bağlı Cavabdeh2la aralarında razılaşma olmadığını bildirsə də, şahid Nurlan Baxışov ifadəsində bunu təsdiq etmiş və Əli Vəkilinin Kamranla olan yazışmalarında bu məsələ öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Apellyasiya baxışı zamanı Cavabdeh1 tərəfindən ünvanlanmış ərizəyə əlavə edilmiş Premium Legal Services MMC-nin 08.10.2021-ci il tarixli hesabata əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Sadıqov – sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 2(103)-8734/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qətnaməsi dəyişdiri lmədən sаxlаnılmışdır.

20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 oğluna verdiyi etibarnamənin ümumi xarakter daşıdığına, ünvan 3 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət vermədiyinə və bağlanmış alqı-satqı müqaviləsinin onun iradəsini əks etdirmədiyinə əsaslansa da, qeyd edilən etibarnamədən müəyyən edilmişdir ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. 05.10.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir.

21. Apellyasiya məhkəməsi müqavilənin etibarsızlığına aid hissədə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan bir hal müəyyən edilməmişdir, əksinə, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmi n müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır.

22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir, cavabdehlərin əşyaya sahiblik hüququ yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir.

24. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia tələbinə, apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh3 Cavabdeh1 əri olduğundan onun birgə nikah dövründə əldə edilmiş və arvadının mülkiyyətində olan evə ½ payı olmuşdur. Cavabdeh2 atası Vüqar Məmmədovun evin satılmasına razı olduğunu bildirsə də, atası evin satılmasından məlumatsız olmuş, onun ümumiyyətlə mənzili satmaq niyyəti olmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

32. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təms ilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

33. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.

34. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlə r bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 3

9. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılm aq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

44. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş həmin icraatda yenidən baxılması üçün qaytarılmalıdır.

48. Cavabdeh1 və onun əri Cavabdeh3 birgə mülkiyyətində olmuş mübahisəli mənzilin onların oğlu tərəfindən etibarnamə əsasında ilk iddiaçı ilə alqı-satqı müqaviləsi bağlaması işin mübahisəsiz halıdır. Eyni zamanda, m ənzilin satılmasına razılıq verilməsinə dair ərizənin, mənzil barəsində məhdudiyyətin olub-olmamasına dair ərizənin və alqı-satqı zamanı zəruri olan digər sənədlərin məhz Cavabdeh2 tərəfindən etibarnaməyə əsaslanaraq imzalaması işin sübuta yetirilmiş halıdır. Kassatorların dəlili ondan ibarətdir ki, mülkiyyətçilərin mənzilin satılmasından məlumatları olmamış və onlar etibarnamə verərkən belə bir iradə ifadə etməmişlər.

49. Bunun sübutu olaraq qarşılıqlı iddiaçı bir sıra dəlillər irəli sürmüşdür. O cümlədən, mənzili satmaq fikirləri olmadığını, mülkiyyətçi olaraq özü və əri tərəfindən mənzilin satılması ilə bağlı heç bir yerdə elan vermədiklərini, mənzilin dəyərinin alqı-satqı müqaviləsində qeyd olunan məbləğdən kəskin fərqli olduğunu (daha baha), yaxın qonşuluqda yaşayan şəxsin analoji mən zili 360.000 manata satmasını və mübahisəli mənzilin də dəyərinin ona yaxın olması barədə rəyi, iddia qaldırılan vaxta qədər mülkiyyətçi kimi özünü təqdim etmiş şəxsin mənzilə gəlmədiyini, baxmadığını, Kamranın mənzili girov olaraq aldığı pulun müqavbilində alqı-satqı kimi rəsmiləşdirdiyini bildirmişlər.

50. Qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərin araşdırılması məhkəməyə imkan verəcəydi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadəsinin olub-olmamasını müəyyən etsin. Müqavilənin bağlanmasında müqavilə tərəfinin iradə ifadəsi əsas şərtdir. Çünki, müqavilənin bütün mühüm şərtləri barədə tərəflər razılığa gəldikdə müqavilə bağlanmış hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, hazırkı mübahisə predmeti ərarvadın birgə mülkiyyəti olduğundan mənzilin alqı-satqısı üçün hər iki t ərəfin iradə ifadəsinin (razılığı) olması zəruridir. 51. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik old uğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

52. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hesab edir ki, hazırki iş üzrə ilk növbədə aydınlaşdırılması zəruri olan hal – Cavabdeh1 və Ca vabdeh3 Cavabdeh2 müvafiq etibarnamələri verərkən mübahisəli mənzilin alqısatqısına yönələn iradə ifadələrinin olub-olmamasını müəyyən etməkdir.

53. Mülkiyyətçilərin adından oğlanları Kamrana verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Ona görə məhkəməyə lazım gəlirdi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadələrinin olub-olmamasına dair sübutları araşdıraraq onlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət versin.

54. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıq ların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

55. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

56. Apellyasiya instansiya məhkəməsi hazırki mübahisəyə qiymət verərkən, məsəl əyə yalnız müqavilə bağlanarkən qanunvericiliyin şərtlərinin formal olaraq gözlənilməsi baxımından qiymət vermişdir ki, bu da Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeyinə ziddir.

57. Kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm alqı-satqı müqaviləsi, həm də icarə müqaviləsi etibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən imzalanmış, bütün SMS yazışmalar da Cavabdeh2 ilə X4 arasında olmuşdur.

58. Həmçinin, mübahisəli mənzilin satışa çıxarılması barədə əvvəlcədən heç bir elan verilməmiş, qarşı tərəf bu faktı təkzib edə bilməmişdir.

59. Digər tərəfdən, iş materiallarında olan "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli qiymətləndirmə hesabatına (mülki iş, İİİ cild, səhifə 35-45) əsasən, mübahisəli mənzilin bazar qiyməti 345.000 manat müəyyən edilmişdir.

60. Analoji işlərə baxılması ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, adətən məhkəmələr satılan əmlakın dəyərinin onun real dəyərindən kəskin az olması halında bunun müqavilə tərəflərinin iradəsinə uyğun olaraq müəyyənləşdirilməsi mövqeyindən çıxış edərək bu halı faktı təsdiq edən sübut kimi dəyərləndirmirlər. Hazırkı işdə də məhkəmələrin mövqeyi belə olmuşdur ki, mülki qanunvericiliyin alqı-satqını nizama salan normalarından göründüyü kimi, alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilə lərin etibarsız hesab edilməsinə zəmin yaratmır.

61. Kollegiya həmin məsələ ilə bağlı qeyd edir ki, alqı-satqı müqaviləsi zamanı satılan əşyanın, əmlakın dəyərinin tərəflərin müəyyən etməsi mülki qanunvericiliyin ümumi qəbul edilmiş prinsiplərindəndir. Bu, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək (MM-nin 390-cı maddəsi) prinspindən irəli gəlir. Lakin, o yerdəki, əqd təmsilçi vasitəsi ilə bağlanır və mülkiyyətçi əqdi bağlamağa səlahiyyət vermədiyini mübahisələndirir, əmlakın satılmasına mülkiyyətçinin iradəsinin olub-olmaması məsələsinin müəyyən edilməsində bir sıra sübutlarla yanaşı əmlakın satış dəyəri ilə bağlı faktın sübut kimi istifadə olunması istisna deyil. Konkret halda, əmlakın dəyəri ilə bağlı razılaşmanı əqdi ba ğlayan, təmsilçi mübahisələndirmir, mülkiyyətçi həmin faktdan sübut kimi istifadə edir ki, özünə məxsus əmlakı dəyərindən qat-qat ucuz satmağa əsaslar olmamışdır. Bu halı, mənzili satmağa həqiqi iradəsinin olmamasını təsdiq edən sübutun bir növü kimi təqdim edir.

62. Eyni zamanda, hazırkı işdə əmlakın satış dəyəri ilə bağlı açıq-aşkar uyğun gəlməyən sübut təqdim edilmişdir. Həmçinin, əmlakın satış dəyərinin hansı məbləği ifadə etməsi barədə Cavabdeh3 məhkəmə iclası zamanı aydın izahat vermişdir (mülki iş, 3-cü cild, səhifə 30).

63. Bundan başqa, alqı-satqının bilavasitə iştirakçıları olan şahidlər Məmmədova Aynur və Baxışov Nurlanın ifadələri məhkəmə iclaslarında dinlənilmişdir. Birlikdə işləmiş, eyni məsələ ilə bağlı olan şəxslərin ifadələri bir-birinə tamamilə zidd olmuşdur. Məhkəmə onla rın hansının ifadəsinin həqiqət olması və hansı əsaslara görə digərinin ifadəsinin düzgün olmaması ilə bağlı dəyərləndirmə aparmamışdır. Hansıki, həmin hallar məhz mülkiyyətçilərin mənzilin satılmasına iradə ifadələrinin olub-olmamasını müəyyən etməyə kömək edən hallar olmuşdur. Şahidlər alqı-satqıdan əvvəl mənzilə baxış keçirilməsi, mənzil barəsində hansı məqsədlə, hansı əqdi bağlamaları, onların bu işdə maraqları ilə bağlı dinlənilmişlər.

64. Məhkəmə araşdırmalarına Cavabdeh2la Vakili Razlighi Arasında yazışmalar əlavə edilmişdir. Mənzilin alqı-satqısı barədə razılaşma olmuşdursa, belə yazışmaların məzmunu və hansı zərurətdən yaranması, bunların hansı münasibətləri ifadə etməsi ilə bağlı qiymətləndirmə aparılmamışdır.

65. Göründüyü kimi, cavabdeh tərəfin dəlillərinin hərtərəfli aydınlaşd ırılması üçün sübutlar tədqiq edilmiş olsa da, onlara sübutların məcmusu qaydasında qiymət verilməmişdir.

66. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

67. Qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillər yoxlanıldığı təqdirdə öz təsdiqini taparsa, toplanmış bütün sübutların, o cümlədən, satış barədə elan verilib-verilməməsi, mənzilə baxış keçirilib-keçirilməməsi, bunun hansı sübutlarla təsdiq edilməsi, şahid ifadələrinin hansının düzgünlüyü, yuxarıda qeyd olunan SMS yazışmaların mahiyyəti və məqsədi, əmlakın satış dəyəri ilə bağlı sübutlar məcmu halda qiymətləndirildikdə ortada olan yazılı s übutun, yəni əqdin əhəmiyyətsiz olub-olması barədə qənaəti formalaşdırmaq mümkün olacaqdır.

68. Kollegiya qeyd edir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası mövcuddur. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür (MPM-in 14.2. və 77.1. maddələri). 69. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

70. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8734/2021 nömrəli, 15.10.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: İsmayıl Xəlilov Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar