Məhkəmə qərarları › İş №2(102)-6052/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6052/2022

26.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6052/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvı, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarş ı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, icarə haqqının tutulması, mənzilin boşaldılması” barədə və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” barədə bir icraatda birləşdirilmiş iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5087/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 oktyabr 2019-cu il tarixli notarial qaydada bağlanmış “Daşınmaz Əmlakın nisyə alqı-satqı müqaviləsi”nə əsasən, ünvan 1 (ümumi sahəsi 138,65 kv.m, 3 otaq) 230.000 manata Cavabdeh1 tərəfindən İddiaçı satılıb. Müqavil əni satıcı Cavabdeh1 əvəzinə Cavabdeh2, alıcı İddiaçı əvəzinə X12 imzalamışlar. Müqavilədə göstərilən mənzilin dəyəri 28 oktyabr 2019-cu il tarixdə 132.000 manat, 02 noyabr 2019-cu il tarixdə 90.000 manat, 08 noyabr 2019-cu il tarixdə 8000 manat olmaqla ödənilib.

2. Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınıb. 3. 04 fevral 2020-ci il tarixli notarial qaydada bağlanmış “İcarə müqaviləsi”nə əsasən, ünvan 1 İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixədək icarəyə verilmiş, icarə haqqının məbləği aylıq 500 manat müəyyən edilmişdir.

4. Mübahisə bir tərəfdən icarə müqaviləsi üzrə icarə haqqının ödənilməməsi, mənzilin boşaldılmaması, digər tərəfdən mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığ ı barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manatın, ümumilikdə 7000 manatın cavabdehlərdən onun xeyrinə tutulması və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırıb ki, ünvan 1-cu mərtəbəsində yerlə şən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzili iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış "Alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh1 230.000 manata almışdır.

7. Alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə, iddiaçı almış olduğu mənzilin dəyərini 01 ay müddətində ödəmxxxolsa da, ümumi məbləğin 132000 manatını müqavilənin bağlandığı gün, 90000 manatını xx.xx.2019-cu il tarixdə və yerdə qalan 8000 manatını isə xx.xx.2019-cu il tarixdə ödəyərək, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtından əvvəl icra etmişdir. Mənzil ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********012-05301-093022 reyestr və ********* qeydiyyat nömrxxx“Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyest rindən Çıxarış”a əsasən iddiaçının xüsusi mülkiyyətindədir.

8. Həmin müqavilənin 11-ci maddəsinə əsasən, satıcı Cavabdeh1 xx.xx.2019-cu il tarixədək mənzili boşaldaraq ona təhvil verməyi, 13-cü maddəsinə görə isə xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

9. Sonradan cavabdeh ailə üzvləri ilə birlikdə ev tapa bilmədiyini bildirdiyindən, iddiaçı onlara 2020-ci ilin yanvar ayının sonuna kimi mənzili boşaltmalarına vaxt vermişdir. Həmin vaxt cavabdeh yenə də mənzili boşalda bilməyəcəyini söyləyib, mənzili onlara aylıq 500 manat olmaq şərtilə kirayə verməyini təklif etmişdir. Bu məqsədlə iddiaçı Cavabdeh2 ilə mənzilin aylıq 500 manat kirayə haqqı olmaq şərtilə xx.xx.2020-ci il tarixdə icarəyə verilməsi barədə Bakı şəhəri 19 saylı Notariat Kontorunda icarə müqaviləs i bağlamış və müqaviləyə görə icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin Cavabdeh2 yalnız fevral ayı üçün ilk icarə haqqını ödəsə də, xx.xx.2020-ci il tarixdən hazıradək heç bir icarə haqqı ödəmir. xx.xx.2020-ci il tarixə icarə haqqı üzrə 2500 manat borc yaranmış və bununla bağlı cavabdehə həmin tarixdə xəbərdarlıq məktubunu təqdim etmişdir. Buna baxmayaraq, cavabdehlər bu günədək mənzili boşaltmamış və müqavilə üzrə öhdəliklərini icra etməmişlər.

10. Cavabdehlərin günahı üzündən iddiaçı mənzilə sahib olmaq, mənzildən istifadə etmək və ona sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə öz növbəsində xx.xx.2020-ci il tarixdən 03 may 2021-ci il tarixədək 9 aylıq müddət üçün aylıq 500 manat olmaqla, ümumilikdə 4500 manatın əldən çıxması deməkdir.

11. İddi açı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 203.1, 442, 443.1, 445.2.1, 448.1 və 448.4-cü maddələrinə istinad etmişdir.

12. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 3-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrxxx4Ə/1205 reyestr nömrxxxalqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh1 iddiası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irxxxsürməyən üçüncü şəxsdir, Bakı şəhəri 9 saylı Notariat ofisi isə üçüncü şəxs kimi işə cəlb edilib.

14. İddiaçı Cavabdeh1 iddia tələbi onunla əsaslandırılıb ki, 10 avqust 2020-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində olan mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan oğlu Cavabdeh2 tərəfindən tanımadığı İddiaçı satılmışdır. İddiaçı mənzili heç kimə satmamış, ümumiyyətlə, kiməsə satmaq fikri belə olmamışdır. İddiaçı mənzil barəsində alqı-satqı müqaviləsinin bağlanmasından yaşadığı evə tanımadığı şəxslər daxil olduqdan sonra xəbər tutmuşdur.

15. Notariat işinə görə mənzil iddiaçının adından 230000 manata satılmışdır. Halbuki mənzilin bazar dəyəri 230000 manat deyil, ən azı təxminən 360000 manatdır, çünki qonşusu bu yaxınlarda eyni tipli mənzili təcili qaydada 360000 manata satmışdır. Belə olan halda, əgər mənzilinin qiyməti ən azı 360000 manat təşkil edirsə, nəyə görə iddiaçı bu mənzili 230000 manata satmalı idi. Digər tərəfdən, onlar mənzilin satılması barədə hər hansı bir elan vermədikləri və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədikləri halda cavabdeh İddiaçı mənzilin satılmasını haradan öyrənmiş və mənzili necə almışdır.

16. Cavabdeh İddiaçı mənzili görmədən, baxmadan və bəyənmədən necə ola bilərdi ki, 230000 manat pul versin. Həm də alqı-satqı müqaviləsi 2019-cu ilin oktyabr ayında bağlansa da, nədənsə İddiaçı iddia qaldırılana kimi bir dəfə də olsa belə mənzilin boşaldılması barədə onlara xəbərdarlıq etməyib.

17. İddia çının mənzili satmaq niyyəti olmayıb, iddiaçı mənzilini satmayıb. Göründüyü kimi xüsusi mülkiyyəti olan ünvan 3 dələduzluq yolu ilə iddiaçının razılığı və məlumatı olmadan Cavabdeh2 tərəfindən İddiaçı satılmışdır ki, bu da qanunvericiliyə görə bağlanmış əqdin etibarsızlığına səbəb olur.

18. Digər tərəfdən mənzilə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli 4Ə/1205 reyestr nömrxxxalqı-satqı müqaviləsi aldatma nəticəsində bağlandığından etibarsızdır. Yuxarıda qeyd etdiyi kimi iddiaçının, ümumiyyətlə, mənzil satmaq fikri olmamış və bu haqda heç kimə, o cümlədən oğlu Cavabdeh2 tapşırıq verməmişdir. Yəni iddiaçının mənzillə bağlı müqavilə, əqd bağlamaq iradəsi olmamışdır ki, bunu ifadə etmək üçün kiməsə tapşırıq versin.

19. Notariat işinə əlavə edilmiş etibarnamə ilə müəyyən olunur ki, iddia çı məhz ünvan 1, mənzil 22 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət verməmişdir. Verilmiş etibarnamə ümumi xarakter daşıyır və iddiaçının sözügedən mənzillə bağlı iradəsini əks etdirmir ki, bu hal yuxarıda göstərdiyi faktlarla öz təsdiqini tapır. Əgər sözügedən alqı-satqı müqaviləsi Cavabdeh2 ilə İddiaçı arasındakı borc münasibətləri ilə bağlı imzalanmışdırsa, bu halda əqdin pərdələnməsi baş vermişdir ki, Mülki Məcəlləyə görə bu da əqdin etibarsızlığına səbəb olur.

20. İddiaçı Cavabdeh1 iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 337 və 339.2-ci maddələrinə istinad etmişdir.

21. Hər iki iddia tələbi 26 fevral 2021-ci il tarixli qərardadla bir icraatda birləşdirlimişdir.

22. İddiaçı Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbini müdafiə edərək bildirib ki, onun evi sa tmaq fikri olmayıb, olsaydı özü satardı. Mənzili alan şəxs heç vaxt həmin mənzilə gəlməmişdir. Onun həmin mənzilin satılmasından xəbəri olmamışdır. Oğlu Cavabdeh2 xxxVəkili adlı şəxsdən borc pul almış, bütün münasibətlər xxxVəkili ilə Kamran arasında olmuş, İddiaçı heç bir söhbətdə iştirak etməmişdir. Onların şahidləri var, hansılar ki, təsdiq edə bilərlər ki, xxx Vəkilidən faizə pul götürmüşdür. Faizləri verə bilməyəndə də xxxVəkili evin boşaldılmasını tələb etmişdir.

23. Hər iki iddia tələbi üzrə cavabdeh olan Cavabdeh2 birinci instansiya məhkəməsində bildirib ki, onunla İddiaçı arasında ev alqı-satqısı olmamışdır. O, NurlanBaxışov adlı şəxslə bir məhəllədə yaşayıb. Ona pul lazım idi. Nurlan onu Aynur və Röya adlı xanımlarla tanış edib. Həmin xanımların vasitəsilə xxxVəkilini tanımışdır. xxxVəkilidən aylıq 5 fazilə 100000 ABŞ dolları məbləğində borc pul alıb, hər ay 5000 ABŞ dolları faiz ödəyib. xxxpulu götürəndə Nurlan, Röya və Aynur da orada olublar. 9 ay ödədikdən sonra 10-cu ay çətinlikləri olmuş, ödəyə bilməmişdir. Faizə pul götürməyindən valideynlərinin xəbəri olmamışdır.İddiaçı tanımır, alqı-satqı oan kimi evə baxmayıblar.

24. O.Cvadovun iddası üzrə Cavabdeh3 iddya etoraz edərək göstərib ki, bir müddətdir ki, xəstə idi, onu infarkt vurmuşdu. Bir avtomobili var idi, oğlunun adına baş etibarnamə vermişdi ki, onun adından işlər görsün. Onun bütün bu hadisələrdən xəbəri olmamışdır. Biləndən sonra etibarnaməni ləğv elətdirmişdir. O, oğlu Kamranın faizə pul götürdüyünü sonradan bilmişdir. Kamran faizə götürdüyü pula görə evi vermiş, əslində alqı-satqı olmamışdır.

25. Bir inci instansiya məhkəməsində şahid X3 ifadəsində bildirib ki, o, ev alqı-satqısı ilə məşğul olur. Kamranla eyni məhəllədə qalır. Bir dəfə Kamran ona pul lazım olduğu üçün evi girov qoymaq istədiyini deyib. O da Aynur adlı şəxslə danışmış, Aynur xxxadlı bir şəxsin faizə pul verdiyini demişdir. xxxKamrandan pulu nə edəcəyini soruşduqda Kamran xaricdə olan valideynlərinə yollayacağını bildirmişdir. Aralarında razılaşmışlar ki, xxxKamrana 100000 ABŞ dolları pul verir, verilmiş borcun təminati kimi evin alqı-satqısına dair formal müqavilə bağlayırlar. Kamran isə hər ay borcun 5 faizi məbləğində Əliyə faiz ödəyir. Danışdıqları günün ya səhərisi, ya da sonrası gün xxxona demişdir ki, Kamrana de, notariusa gəlsin. Kamranla alqı-satqı olunmuşdur. 2 ayın faizi əvvəldən verilməli, 12 faiz də “şapka” verilmxxxidi. Kamran 2 ayın faizini dərhal vermişdir. Üçüncü ay o, Əliyə zəng edib Kamranın pulu ödəyib-ödəmədiyini soruşmuş, xxxisə ödədiyini bildirmişdir. Dördüncü ay xxxKamranın keçən aydan borclu qaldığını, faizləri ödəyə bilmədiyini ona bildirmişdir. Sonra xxxbir dəfə yenə demişdir ki, Kamran pulu vermir. Kamrana zəng etmiş, Kamran Xırdalanda olduğunu, maşını girov qoyub gələcəyini bildirmişdir. Sonra Kamranla görüşmüş, Kamran səbr etməsini, pulu verəcəyini demişdir. O, əvvəl Kamranın Əlini aldatdığını fikirləşmiş və buna görə də bu vaxta kimi həmişə xxxmüəllimin tərəfində olmuşdur. Lakin sonradan Əlinin Kamrana verdiyi 100000 ABŞ dollarının, daha doğrusu, 12 faiz “şapka” və iki ayın faizini çıxdıqdan sonra Kamrana çatan 130000 manat pulun əvəzində Əlinin əvvəl 230000 manat, daha so nra isə 250000 manat və bir ilin kirayə pulunu istəməsini Kamrana qarşı qəddarlıq hesab etmişdir.

26. Birinci instansiya məhkəməsində şahid X5 ifadəsində bildirib ki, o, Kamranı faizə pul verilmə məsələsində tanımışdır. Özü alqısatqı şirkətində makler kimi işləmişdir. Hardasa il yarım bundan əvvəl ofisdə xxxadlı şəxslə söhbət düşmüşür ki, faizə pul verib, ala bilmir, şəxs bunu incidir. O da pulu almaqda kömək edəcəyini demişdir. Kamranla danışıb görüşmüş, onun yanında xxxyə 2000 manat pul vermişdir.

27. Birinci instansiya məhkəməsində şahid X4 ifadəsində bildirib ki, o, xxxVəkilini 2012-ci ildən tanıyır. xxxtikinti şirkətində işləyir. Bir neçə dəfə tikinti işi ilə bağlı xxxmüəllimə müraciət etmişdir. xxxmüəllim ailəvi olaraq onun ailəsini tanıyır. Nurlanı da 2012-ci ildən tanıyır. xxxmüəll im ona demişdir ki, ev almaq istəyən var. Nurlan da demişdir ki, qonşuluqda ev satan var. O, xxxmüəllimə belə bir ev olduğunu demiş, gedib həmin evə baxmışlar. Həmin gün alqı-satqı olmamış, xxxmüəllim o qədər pulu olmadığını demişdir. Kamran valideynlərinin Amerikada olduğunu, orada məktəb tikirlər deyə pul lazım olduğunu demişdir. Kamran həmçinin Londonda evləri olduğunu demişdir. xxxmüəllim vəkili ilə də məsləhətləşəcəyini bildirmiş, bir ay möhlət istəmişdir. Alqı-satqıdan sonra xxxmüəllim ona 500 manat pul vermişdir.

28. Birinci instansiya məhkəməsində şahid X13 ifadəsində bildirib ki, o, İddiaçı adından Cavabdeh2 ev almışdır. Onu Kamranla tanış edib demişlər ki, evini satır. Gedib evə baxmış, ev baha olduğu üçün razılaşmamışdır. Kamran demişdir ki, valideynləri Amerikadadır, orada məkt əb açacaqlar, ona görə pul lazımdır. Evin qiymətini 230.000 manata razılaşmış, nisyə alqı-satqı etmişlər. 1 ay müddətində 230.000 manat ödəmişdir. Kamran ondan xahiş etmişdir ki, 9 ay evdən çıxmasın, Amerikaya gedəcək, hələlik orda yaşasın. Sonra icarə müqaviləsi bağlamışlar. Kamran icarə pulunu ödəmədiyi üçün ona zəng etmiş, telefonuna zəng çatmamışdır. Evlərinə getmiş, Kamranın anası qapını açmışdır. O, evin kirayəsi ilə bağlı məsələ olduğunu bildirmiş, Cavabdeh1 demişdir ki, qoyun atası gəlsin. O, Cavabdeh1 Amerikada olmalı olduqlarını demiş, liftdən düşməmiş Kamran zəng eləmişdir ki, görüşsünlər. Kamran həmçinin tutulduğunu, 2-3 gün ərzində pulu verəcəyini, valideynlərinin bilməməsini demişdir. Amma pulu yenə verməmiş, uzatmış, atasının xəstə olduğunu, DİN-nin hospitalında yatdığını de mişdir. Kamran bir müddət belə vaxtı uzatmış, sonra pandemiya başlamışdır. Sonra da Cavabdeh2 atasının rəhmətə getdiyini demişdir. Təsadüfən həmin vaxt həyətdə yas olduğundan o, buna inanmışdır. Kamran atasının ölüm kağızını çıxarmaq üçün ondan 500 manat pul istəmişdir. Sonra atasının qırxı olduğunu demiş, onu da gözləmişdir. Sonra demişdir ki, banka gəlsin, anası pul çıxarıb verəcək. O, banka getmiş və məlum olmuşdur ki, həmin bank artıq bir ildir ki, işləmir. Sonra Kamranın telefonuna zəng çatmamış, polis Kamranın anasına zəng etmiş, onun telefonunu vermişdir ki, ona zəng etsin. Lakin zəng etməmişdir. Sonra Kamran ona demişdir ki, “səndə açar var, get qapını aç otur, anamla gəlirəm”. O, getməmişdir. Mühafizə demişdir ki, həftədə 3-4 dəfə sırf bunlarla bağlı belə bir proses var. Növbəti g ün o yenə qapılarına getmişdir. Kamran aşağı düşmüş, sonra görmüşdür ki, anası Kamranı vurur, polisə zəng vurmuş, polis gəlməmişdir. Sonra Kamran ona kömək etməsi üçün sms yazmış, görüşmələrini bildirmişdir. “Zeytun” marketin qabağında gözləmiş, bir kişi gəlmişdir ki, Kamranın dayısıyam. Onların işinin məhkəməlik olduğunu demişdir. Sonra sənədləri hazırlamış və məhkəməyə vermişlər.

29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)538/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində xitam verilmişdir.

30. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)538/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ödənilməmiş icarə haqqının əvəzi olaraq 2500 manat pulun Cavabd eh2 alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzildən çıxarılması, iddianın digər hissələrdə təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim Solmaz Mustafayeva)

31. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, tərəflərin izahatına və şahid ifadklərinə əsasən müəyyən etmişdir ki, ünvan 3 alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisidir. Mübahisxxxmənzilin alqı-satqısı etibarnamə əsasında Cavabdeh1 adından onun oğlu Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. 04 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı həmin mənzili aylıq 500 manat icarə haqqı ödənilməklə xx.xx.2020-ci il tarixədək Cavabdeh2 icarəyə vermişdir.

32. Birinci instansiya məhkəməsi ilkin olaraq iddiaçı Cavabdeh1 “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğvi barədə” iddia tələbinə münasibətdə qeyd edib ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki h üquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

33. Birinci instansiya məhkəməsi göstərib ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.

34. Birinci instansiya məhkəməsi qeyd edilənərə əsasən hesab edib ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı sub yektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.

35. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal isə yoxdur. Əksinə, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

36. Birinci instansiya məhkəməsi iş materiallarını müqayisxxxşəkildə araşdıraraq belə nəticəyə gəlib ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün hər-hansı əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəki l edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

37. Cavabdeh1 oğluna verdiyi etibarnamənin ümumi xarakter daşıdığına, ünvan 3 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət vermədiyinə və bağlanmış alqı-satqı müqaviləsinin onun iradəsini əks etdirmədiyinə əsaslansa da, qeyd edilən etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etm ək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Bu mənada iddiaçının irxxxsürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır.

38. Birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh1 daşınmaz əmlakın həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlilinə münasibətdə göstərib ki, mülki qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin tələbindən də göründüyü kimi alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır.

39. Birinci instansiya məhkəməsi iş üzrə şahidlər X4 və X9 ifadələrini də tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sübut kimi qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin ifadələr digər tutarlı faktlarla da sübut olunur.

40. Bununla yanaşı, şahidlər X3 və X2 ifadələrinin digər sübutlarla öz təsdiqini tapmadığını nəzərə alaraq, birinci instansiya məhkəməsi həmin şəxslərin ifadlərini mötəbər sübut kimi qiymətləndirməmişdir.

41. İddiaçı cavabdehlərin mənzildən çıxarılmalarına dair iddia tələbinə münasibətdə isə birinci instansiya məhkəməsini mövqeyi belə olub ki, mənzil İddiaçı adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından və həmin mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

42. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən mənzilin İddiaçı satılmasını, hazırda evin İddiaçı mülkiyyətində olmasını, cavabdehlərin həmin evə hüquqlarının olmamasına baxmayaraq mənzili tərk etməmələrini, nəticədə iddiaçının öz mülkiyyətində olan mənzildən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edib ki, İddiaçı iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 3-dən məcburi qaydada çıxarılmalıdırlar.

43. İddiaçı 2500 manat icarə haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı tələbini isə birinci instansiya məhkəməsi qismən əsaslı sayıb və bunu onunla əsaslandırıb ki, icarə müqaviləsi İddiaçı (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlandığından, icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyin daşıyıcısı da məhz Cavabdeh2dur. Lakin Cavabdeh2 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də icarə haqqı üzrə öd ənilməmiş 2500 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, icarə haqqının digər cavabdehlərdən tutulması hissəsində isə tələb əsassız olduğundan təmin edilməməlidir.

44. İddiaçı əldən çıxmış fayda kimi 4500 manat pulun tutulması barədə iddiasını isə birinci instansiya məhkəməsi sübut edilməməsi əsası ilə təmin etməmişdir.

45. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 158.1.2, 178.1, 324.1, 324.2, 324.4, 324.5, 331.1, 385.1, 359.1, 389, 390, 405.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 700.1-700.3-cü, “İcarə haqqında” Qanunun 7-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslnadırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

46. Qətnamədən İddiaçı iddası üzrə cavabdehlər Cavabdeh1 (həm də iddiaçı), Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddiaçı Cavabdeh1 iddiasının təmin, İddiaçı isə iddiasının rədd edilməsi barədə yeni qətnamə çıaxırlmasını xahiş etmişlər.

47. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə qanunsuz və əsassızdır, müqavilə bağlanarkən, mülkiyyətçinin, yəni Cavabdeh1 iradə ifadəsi olmamışdır; - məhkəmədə şahid kimi dindirilmiş X4 ilə X1 ifadələri arasında olan ziddiyətlər aydınlaşdırılmamış, hüquqi qiymət verilməmişdir; - məhkəmə iclasında Cavabdeh2 bildimişdir ki, xxxVəkiliyə aylıq 5000 ABŞ dolları faiz borcunu sonralar ödəyə bilmədiyindən sonuncu evi banka girov qoyaraq və lizinq müqaviləsi bağlayaraq ona olan borcunu bağlamasını təklif etmiş və bu məqsədlə xxxVəkili onun evinə bank işçilərini göndərmişdir, xxxVəkili məhkəmə iclasında bununla bağlı Cavabdeh2la aralarında razılaşma olmadığını bildirsə də, şahid Nurlan Baxışov ifadəsində bunu təsdiq etmiş və xxxVəkilinin Kamranla olan yazışmalarında bu məsələ öz əksini tapmışdır.

48. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı Cavabdeh1 onun sifarişi əsasında "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli rəyini təqdim etmişdir. Həmin rəydə mübahisə adı keçən mənzilin rəy verilən dövrə bazar qiymətinin 345000 manat olması göstərilmişdir.

49. İddiaçı (cavabdeh) Cavabdeh1 apellyasiya instansiyasında şikayətinə əlavə olaraq göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında oğluna etibarnamə vermişdir. Özü xarici məktəbdə işləyir və işdən tez-tez icazə ala bilmir, avtomobilini satmaq istədiyi üçün bununla bağlı nə isə lazım olduqda oğlunun icra etməsi məqsədi ilə etibarnamə vermişdir. 2020 -ci ilin iyun ayında binanın mühafizəçisi zəng edərək, bildirmişdir ki, iki şəxs gəlib onların evini aldıqlarını bildirir. Həmin vaxta qədər heç kim onların evinə gəlməmiş, baxmamışdır. Həmin şəxslərdən xxxVəkili qeyd etmişdir ki, oğlu ona olan borcunu qaytarmadığından onun qarşılığında evi almışdır. 2020-ci ilin fevral ayına qədər oğlu xxx Vəkiliyə pul ödəmiş, lakin onların xəbəri olmamışdır. Fevral ayından sonra Kamran pulu ödəyə bilməmiş, buna baxmayaraq, fevral ayından iyun ayına qədər də evlərinə heç kim gəlməmiş, evin satılmağından məlumatları olmamışdır. Evin açarı yalnız onda olmuş, oğlu Kamran isə həmin vaxt evli olmuş və başqa evdə yaşamışdır. İddiaçı adlı şəxsi görməmişdir və tanımır.

50. Cavabdeh2 apellyasiya instansiyasında əlavə olaraq göstərmişdir ki, ərzaq mağazası işlədird i və pul lazım olmuşdur. Bu səbəblə tanışlardan maraqlanmış və ona bildirmişlər ki, evi girov qoyub ayda 5 faiz ödəməklə pul götürə bilər, elə bu qaydada da etmişdir. 8 ay 5 faiz ödəmiş, lakin sonra ödəyə bilməmişdir. İddiaçı görməmişdir, tanımır. Alqı-satqıda xxxVəkili iştirak etmişdir. Notarial qaydada alqı-satqıdan əvvəl heç vaxt gəlib evə baxmamışlar. Evin açarını heç kimə verməmişdir. Fevral ayına qədər hər ay 5000 ABŞ dolları faiz ödəmiş, faizdən əlavə əsas borcdan da 52000 manat ödəniş etmişdir.

51. Apellyasiya instansiyasında cavabdehlər Cavabdeh3 və həm də iddiaçı Cavabdeh1 nümayəndəsi şikayətə əlavə kimi göstərib ki. Kamrana xxxVəkili 170000 manat pul vermiş və qarşılıqlı razılıq əsasında Kamran ona 35000 ABŞ dolları və 500 manat notariat xərclərini ödəmxxxidi, 500 manat və 350 00 ABŞ dolları birlikdə 59500 manat edir ki, əsas borc olan 170000 manatın üzərinə 60000 manat gəldikdə, 230000 manat təşkil edir, buna görə də alqı-satqı zamanı evin dəyəri 230000 manat qeyd edilmişdir. Sonra da Kamran 3000 manat bir, 54000 manat da bir ödəniş etmişdir. Hazırda Kamranın 53000 manat borcu qalmışdır, iyul ayına qədər xxxVəkili Kamrandan pul tələb etməmişdir. xxxVəkili məhkəmə iclasında bildirib ki, evi icarə məqsədi ilə almışdır, 10 ay ona görə vaxt vermişdir ki, Kamran valideynlərinin yanına xaricə gedəcəyini bildirmişdir, halbuki müqavilədən görünür ki, Cavabdeh1 evdən çıxmaq üçün müqaviləyə əsasən 1 ay vaxt verilmişdir, 9 ay isə qeydiyyatdan çıxmaq üçün vaxt verilmişdir.

52. Cavabdeh3 apellyasiya şikayətinə əlavə olaraq göstərib ki, xəstə olduğu üçün oğluna müəyyən işlər in görülməsi məqsədi ilə etibarnamə vermişdir. Bu hadisələrdən sonradan məlumatı olmuşdur.

53. Apellyasiya şikayətinə iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi etiraz edərək göstərib ki, 2019-cu ildə təmsil etdiyi şəxs ev almaq niyyəti ilə makler Aynur Məmmədovaya müraciət etmiş, bir müddət sonra X10 Cavadova hazırki mübahisxxxmənzilin satıldığını bildirmiş, evə baxmış, lakin məbləğdə razılaşmamışlar. Sonradan isə 230000 manata razılaşmışlar və əmlakı satan şəxs qismində Cavabdeh2la danışmışlar, sonuncu bildirmişdir ki, atası və anası xaricdə yaşayır, onlara təcili pul göndərməlidir, buna görə evi satır. Kamran həmin vaxt evdən çıxmaq imkanı olmadığını bildirdiyi üçün təmsil etdiyi şəxslə sonuncu arasında icarə müqaviləsi bağlanmışdır. Kirayə haqqı isə yalnız 2020-ci ilin fevral ayında ödənil miş, sonra isə ödənilməmişdir. İddiaçı ev alqı-satqısı ilə məşğul olur.

54. Apellyasiya instansiyasında şahidlər X14, X4 və X3 birinci instansiya məhkəməsində verdiyi ifadələrin məzmununa uyğun ifadə vermişlər.

55. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8734/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 nömrxxxqətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin madd i hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Göründüyü kimi, iddiaçı mübahisxxxmənzilin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir, cavabdehlərin əşyaya sahiblik hüququ yoxdur. Bundan başqa, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən öhdəliyin daşıyıcısı Cavabdeh2dur. Lakin Cavabdeh2 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhd əliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də icarə haqqı üzrə ödənilməmiş 2500 manatın Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

57. İddiaçı (cavabdeh) Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1514/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-8734/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

59. Kassasiya instansiya məhkəməsinin mövqeyi belə ibarət olmuşdur: - Cavabdeh1 və onun əri Cavabdeh3 birgə mülkiyyətində olmuş mübahisxxxmənzilin onların oğlu tərəfindən etibarnamə əsasında ilk iddiaçı ilə alqı-satqı müqaviləsi bağlaması işin mübahisəsiz halıdır. Eyni zamanda, mənzilin satılmasına razılıq verilməsinə dair ərizənin, mənzil barəsində məhdudiyyətin olub-olmamasına dair ərizənin və alqı-satqı zamanı zəruri olan digər sənədlərin məhz Cavabdeh2 tərəfindən etibarnaməyə əsaslanaraq imzalaması işin sübuta yetirilmiş halıdır; - kassatorların dəlili ondan ibarətdir ki, mülkiyyətçilərin mənzilin satılmasından məlumatları olmamış və on lar etibarnamə verərkən belə bir iradə ifadə etməmişlər. Bunun sübutu olaraq iddiaçı Cavabdeh1 bir sıra dəlillər irxxxsürmüş, o cümlədən, mənzili satmaq fikirlərinin olmadığını, mülkiyyətçi olaraq özü və əri tərəfindən mənzilin satılması ilə bağlı heç bir yerdə elan vermədiklərini, mənzilin dəyərinin alqı-satqı müqaviləsində qeyd olunan məbləğdən kəskin fərqli olduğunu (daha baha), yaxın qonşuluqda yaşayan şəxsin analoji mənzili 360.000 manata satmasını və mübahisxxxmənzilin də dəyərinin ona yaxın olması barədə rəyi, iddia qaldırılan vaxta qədər mülkiyyətçi kimi özünü təqdim etmiş şəxsin mənzilə gəlmədiyini, baxmadığını, Kamranın mənzili girov olaraq aldığı pulun müqavbilində alqı-satqı kimi rəsmiləşdirdiyini bildirmişlər; - iddiaçı Cavabdeh1 irxxxsürdüyü dəlillərin araşdırılması məhkəməyə imkan verəcəydi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadəsinin olub-olmamasını müəyyən etsin. Müqavilənin bağlanmasında müqavilə tərəfinin iradə ifadəsi əsas şərtdir. Çünki, müqavilənin bütün mühüm şərtləri barədə tərəflər razılığa gəldikdə müqavilə bağlanmış hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, hazırkı mübahisə predmeti ərarvadın birgə mülkiyyəti olduğundan mənzilin alqı-satqısı üçün hər iki tərəfin iradə ifadəsinin (razılığı) olması zəruridir; - “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 mart 2016-cı il tarixli Qərarında qeyd edilm işdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir; - Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hazırki iş üzrə ilk növbədə aydınlaşdırılması zəruri olan hal – Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 müvafiq etibarnamələri verərkən mübahisxxxmənzilin alqı-satqısına yönələn iradə ifadələrinin olubolmamasını müəyyən etməkdir; - mülkiyyətçilərin adından oğlanları Kamrana verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Buna görə məhkəməyə lazım gəlirdi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadələrinin olub-olmam asına dair sübutları araşdıraraq onlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət versin; - Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur; - “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilib ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır; - apellyasiya instansiya məhkəməsi hazırki mübahisəyə qiymət verərkən, məsələyə yalnız müqavilə bağlanarkən qanunvericiliyin şərtlərinin formal olaraq gözlənilməsi baxımından qiymət vermişdir ki, bu da Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeyinə ziddir; - həm alqı-satqı müqaviləsi, həm də icarə müqaviləsi etibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən imzalanmış, bütün SMS yazışmalar da Cavabdeh2 ilə X6 arasında olmuşdur. Həmçinin, mübahisxxxmənzilin satışa çıxarılması barədə əvvəlcədən heç bir elan verilməmiş, qarşı tərəf bu faktı təkzib edə bilməmişdir; - digər tərəfdən, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, mübahisxxxmənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. Analoji işlərə baxılması ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, adətən məhkəmələr satılan əmlakın dəyərinin onun real dəyərindən kəskin az olması halında bunun müqavilə tərəflərinin iradəsinə uyğun olaraq müəyyənləşdirilməsi mövqeyindən çıxış edərək bu halı faktı təsdiq edən sübut kimi dəyərləndirmirlər. Hazırkı işdə də məhkəmələrin mövqeyi belə olmuşdur ki, mülki qanunvericiliyin alqı-satqını nizama salan normalarından göründüyü kimi, alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı ra zılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır; - qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi zamanı satılan əşyanın, əmlakın dəyərinin tərəflərin müəyyən etməsi mülki qanunvericiliyin ümumi qəbul edilmiş prinsiplərindəndir. Bu, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək (MM-nin 390-cı maddəsi) prinspindən irxxxgəlir. Lakin, o yerdə ki, əqd təmsilçi vasitəsi ilə bağlanır və mülkiyyətçi əqdi bağlamağa səlahiyyət vermədiyini mübahisələndirir, əmlakı n satılmasına mülkiyyətçinin iradəsinin olub-olmaması məsələsinin müəyyən edilməsində bir sıra sübutlarla yanaşı, əmlakın satış dəyəri ilə bağlı faktın sübut kimi istifadə olunması istisna deyil. Konkret halda, əmlakın dəyəri ilə bağlı razılaşmanı əqdi bağlayan, təmsilçi mübahisələndirmir, mülkiyyətçi həmin faktdan sübut kimi istifadə edir ki, özünə məxsus əmlakı dəyərindən qat-qat ucuz satmağa əsaslar olmamışdır. Bu halı, mənzili satmağa həqiqi iradəsinin olmamasını təsdiq edən sübutun bir növü kimi təqdim edir; - eyni zamanda, hazırkı işdə əmlakın satış dəyəri ilə bağlı açıq-aşkar uyğun gəlməyən sübut təqdim edilmişdir. Həmçinin, əmlakın satış dəyərinin hansı məbləği ifadə etməsi barədə Cavabdeh3 məhkəmə iclası zamanı aydın izahat vermişdir (mülki iş, 3-cü cild, səhifə 30); - bundan başq a, alqı-satqının bilavasitə iştirakçıları olan şahidlər Məmmədova Aynur və Baxışov Nurlanın ifadələri məhkəmə iclaslarında dinlənilmişdir. Birlikdə işləmiş, eyni məsələ ilə bağlı olan şəxslərin ifadələri bir-birinə tamamilə zidd olmuşdur. Məhkəmə onların hansının ifadəsinin həqiqət olması və hansı əsaslara görə digərinin ifadəsinin düzgün olmaması ilə bağlı dəyərləndirmə aparmamışdır. Hansı ki, həmin hallar məhz mülkiyyətçilərin mənzilin satılmasına iradə ifadələrinin olub-olmamasını müəyyən etməyə kömək edən hallar olmuşdur. Şahidlər alqı-satqıdan əvvəl mənzilə baxış keçirilməsi, mənzil barəsində hansı məqsədlə, hansı əqdi bağlamaları, onların bu işdə maraqları ilə bağlı dinlənilmişlər; - məhkəmə araşdırmalarına Cavabdeh2la Vakili Razlighi Arasında yazışmalar əlavə edilmişdir. Mənzilin alqı-satqısı barədə razılaşma olmuşdursa, belə yazışmaların məzmunu və hansı zərurətdən yaranması, bunların hansı münasibətləri ifadə etməsi ilə bağlı qiymətləndirmə aparılmamışdır. Cavabdeh tərəfin dəlillərinin hərtərəfli aydınlaşdırılması üçün sübutlar tədqiq edilmiş olsa da, onlara sübutların məcmusu qaydasında qiymət verilməmişdir; - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmxxxhüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı Cavabdeh1 irxxxsürdüyü dəlillər yoxlanıldığı təqdirdə öz təsdiqini taparsa, toplanmış bütün sübutların, o cümlədən, satış barədə elan verilib-verilməməsi, mənzilə baxış keçirilib-keçirilməməsi, bunun hansı sübutlarla təsdiq edilmə si, şahid ifadələrinin hansının düzgünlüyü, yuxarıda qeyd olunan SMS yazışmaların mahiyyəti və məqsədi, əmlakın satış dəyəri ilə bağlı sübutlar məcmu halda qiymətləndirildikdə ortada olan yazılı sübutun, yəni əqdin əhəmiyyətsiz olub-olması barədə qənaəti formalaşdırmaq mümkün olacaqdır; - yazılı sübutların həqiqiliyi prezumpsiyası mövcuddur. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdı r ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irxxxsürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

60. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5087/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair x x.xx.2019-cu il tarixli AN-İ№0796052 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması, İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 (iki yüz otuz min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, İlham Kərimli)

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qənaətini “X.Mirzəliyevin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarına istinad etməklə belə əsaslandırb ki, həmin qərara görə, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 202 1-ci il 12 aprel tarixli Qərarları).

62. Apellyasiya instansiyası məhkəməsi işin hallarına Ali Məhkəmənin göstərişlərinə müvafiq qiymət verərkən Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını əsas götürərək vurğulayıb ki, Cavabdeh2 mübahisxxxmənzili 230000 manata İddiaçı etibarnamə əsasında satmışdır. Lakin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. Göründüyü kimi, mənzilin bazar qiyməti ilə satıldığı qiymət arasında kəskin fərq vardır ki, bu da həmin mənzilin alıq-satqısına dair müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlandığına sübhə oyadır. Bundan başqa, Cavabdeh1 və Cavabdeh3 kollegiya iclasında verdikləri izaha tlarında mənzili satmaq niyyətlərinin olmadığını, hətta mənzilin satılması üçün heç yerdə elan vermədiklərini bildirmişlər.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, alqı-satqı müqaviləsi zamanı satılan əşyanın, əmlakın dəyərinin tərəflərin müəyyən etməsi mülki qanunvericiliyin ümumi qəbul edilmiş prinsiplərindəndir. Bu, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək (MM-nin 390-cı maddəsi) prinspindən irxxxgəlir. Lakin, o yerdəki, əqd təmsilçi vasitəsi ilə bağlanır və mülkiyyətçi əqdi bağlamağa səlahiyyət vermədiyini mübahisələndirir, əmlakın satılmasına mülkiyyətçinin iradəsinin olubolmaması məsələsinin müəyyən edilməsində bir sıra sübutlarla yanaşı əmlakın satış dəyəri ilə bağlı faktın sübut kimi istifadə olunması i stisna deyildir. Konkret halda, əmlakın dəyəri ilə bağlı razılaşmanı əqdi bağlayan, təmsilçi mübahisələndirmir, mülkiyyətçi həmin faktdan sübut kimi istifadə edir ki, özünə məxsus əmlakı dəyərindən qat-qat ucuz satmağa əsaslar olmamışdır. Bu halı, mənzili satmağa həqiqi iradəsinin olmamasını təsdiq edən sübutun bir növü kimi təqdim etmiş, qarşı tərəf bu faktı təkzib edə bilməmişdir.

64. Apellyasiya instansiyası məhkəməsinin işin hallarına əsasən mövqeyi belə olub ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti daşınmaz əmlakdır və onun mülkiyyətçisinin kim olması mənzilin alıcısı üçün qeyri-müəyyən ola bilməzdi. İddiaçı isə sözügedən mənzili alarkən onun mülkiyyətiçisinin Cavabdeh1 olmasını bildiyi halda onun həqiqətən də iradə ifadəsinin olub-olmamasını öyrənməyə çalışmam ışdır. Mənzili satan Cavabdeh2 onun etibarnamə üzrə nümayəndəsi olsa da, kifayət qədər yüksək dəyərə malik olan daşınmaz əmlakın alqı-satqısını həyata keçirərkən iddiaçı mülkiyyətçinin iradə ifadəsinin olub-olmamasına müəyyən qədər tədbirli yanaşmalı idi. Qeyd edilməlidir ki, Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitər əfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nət icəsində bağlanmış əqd etibarsız sayıla bilər.

65. Apellyasiya instansiyası məhkəməsi “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 mart 2016-cı il tarixli Qərarına istinad edərək göstərib ki, həmin Qərara əsasən Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

66. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hesab edib ki, hazırki iş üzrə Cavabdeh2 sözügedən mənzili bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla təmsil edilənin maraqlarına və mülki qanunvericiliyin təmsilçiliklə bağlı müddəalarının mahiyyətinə zidd əqd bağlamışdır.

67. Apellyasiya instansiyası məhkəməsi SMS yazışmaları ilə bağlı qeyd etmişdir ki, həmin yazılara nəzər yetirilərkən SMS yazışmalarında evin alqı-satqısı ilə bağlı hə hansı fikrə rast gəlinməmişdir. Bu hal onu deməyə əsas verir ki, mübahisələndirilən müqavilənin bağlanmasında alqı-satqı niyyəti olmamış və əqd başqa əqdi pərdələmək məqsədi daşımışdır.

68. Apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsi ilə bağlı qeyd edib ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi etibarsız hesab olunduğundan ödənilməmiş icarə haqqının mənzilin mülkiyyətçisindən tutulması əsassız olmuşdur. Belə ki, iş materiallarından və İddiaçı iddia tələbinin məzmunundan da aydın olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 sözügedən mənzildə yaşamışlar. Tərəflər arasında olan alqısatqı müqaviləsi etibarsız sayıldığından, cavabdehlər həmin mənzildə yaşadıqları zaman mənzilin mülkiyyətçiləri olmuşlar. İddiaçı mənzilə mülkiyyət hüququ əldə etmədiyinə görə, mülkiyyətçilərin ona icarə haqqı ödənilməsi ilə bağlı iddia tələbi də əsassız olmuşdur. 69. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri” üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadına istinadən apellyasiya instansiyası məhkəməsi qeyd edib k i, hazırda tərəflər arasında olan kredit müqaviləsinin etibarlılığının da yoxlanılması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

70. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Çünki Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsı zlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

71. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

72. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 oğlu Cavabdeh2 verdiyi baş etibarnamədə onun iradə ifadəsinin mülkiyyətində olan bütün əmlakla bağlı olmadığı qənaətinə gəlməsi Mülki Məcəlləni n 324 və 325-ci maddələrinin tələblərinə ziddir. Cavabdeh1 özü notariat kontoruna gedərək şüurlu şəkildə bütün mülkiyyətə dair etibarnamə vermişdir. Cavabdeh1 guya bu etibarnamədə məqsədinin mənzil yox, nəqliyyat vasitəsi ilə bağlı olduğunu bildirirsə, bu söz heç bir sübut əhəmiyyət daşımır. Belə ki, Cavabdeh1 və Cavabdeh3 2012-ci ildən başlayaraq oğlanları Cavabdeh2 çoxsaylı və müxtəlif təyinatlı, cəmi 60 ədəd etibarnamə vermişlər (nəqliyyat vasitəsi üçün, bankda təmsil etmək üçün və s.). Yəni bu şəxslər etibarnamə verərkən, onun hansı təyinatlı olmasını özləri aydın və dəqiq şəkildə müəyyənləşdirə bilirlər. Buna görə də mübahisə ilə bağlı olan baş etibarnamədə məqsədin mənzil deyil, maşın satmaq olması qəti şəkildə sübutlarla üst-üstə düşmür; - apellyasiya instansiyası məhkəməsi mənzilin alqı-satqısı barədə mübahisələndirilən əqdin təmsilçi vasitəsi ilə bağlandığından və Cavabdeh1 iradəsini ifadə etmədiyindən etibarsız olması qənaətinə gələrkən qanunun bu normasını da pozmuşdur. Belə ki, əqdin təmsilçi vasitəsi ilə bağlanması təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bunu bildiyi halda Cavabdeh1 oğlu Kamranın öz mülkiyyətində olan başqa bir mənzili satması və bundan narazı olduğundan hətta oğlu Kamran barəsində hüquq mühafizə orqanlarına da şikayət etməsini prosesdə özü də təsdiqləmişdir ki, buna baxmayaraq, həmin vaxt oğlu Kamrana verdiyi etibarnamə qüvvədə olmuşdur. Yəni Cavabdeh1 oğlunun ona problemlər yaratdığını əvvəlcədən bilmiş, onun əməllərindən xəbərdar olduğu halda Kamrana geniş səlahiyyətlər vermiş, sonrad an da qanuna müvafiq qaydada alqı-satqı yolu ilə mənzil əldə etmiş mülkiyyətçi İddiaçı problemlər yaratmışdır; - iş materiallarından tam aydın olur ki, İddiaçı vicdanlı olaraq Cavabdeh2la alqı-satqı müqaviləsi imzalayıb mənzil almışdır. Cavabdeh2 qanuni təmsilçi olaraq alqı-satqıda iştirakı tam qanuni əsaslarla baş vermiş və notariat kontoru da bu əqdi təsdiq etmişdir. Şərti olaraq qəbul edilsə ki, Cavabdeh1 mənzili satmaq istəməmişdir və ya Cavabdeh2 etibarnamədən sui-istifadə etmişdir, bu halda da Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən İddiaçı vicdanlı alıcı və mənzilin mülkiyyətçisi hesab edilir; - Cavabdeh1 mübahisxxxbinada satılan başqa bir əla təmirli və bütün əşyaları ilə birgə olan mənzil elanına dair təqdim etdiyi sənəd mövcuddur, həmin mənzilin sahəsi 210 kv.metrdir və 390000 manata satılır. Yəni orta hesabla mübahisxxxbinada təmirli və əşyalı mənzilin 1 kv.metri 1857 manat təşkil edir və 138 kv.metrlik mənzil 1857 manatdan hesablandıqda 256 000 manat edir. Bu dəyər isə məhz İddiaçı aldığı dəyərlə eynilik təşkil edir. Həm də nəzərə alınmalıdır ki, İddiaçı aldığı mənzil orta təmirli və əşyasız satılmışdır. Sadalanan xüsusat, yəni mənzilin bazar dəyəri ilə bağlı internet resurslarında da kifayət qədər sübutlar mövcuddur. Göründüyü kimi alqı-satqı müqaviləsinin hərfi mənası ilə məzmunu arasında hər hansı ziddiyyət yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

73. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

74. Etira zın məzmunu iş üzrə qəbul edilmiş məhkəmə aktlarının məzmunundan ibarət olmaqla, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, kassasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmxxxhüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilmxxxolduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irxxxsürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irxxxgələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

77. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

79. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 59-cu bəndində qeyd edilən göstərişlərin heç birinə əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri hər iki iddia tələbi üzrə tərəflər arasındakı hüquq münasibətlərinin müəyyən edilməsi və mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

80. İşdən görünür ki, mübahisəyə ikinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən 3 dəfə məhkəmə baxışı olmuş (29 iyul, 10 avqust və 12 avqust 2 022-ci il), birinci məhkəmə baxışında iddiaçının nümayəndəsi (protokolda nümayəndənin hansı iddiaçını təmsil etməsi göstərilməsə də, onun İddiaçı nümayəndəsi olması müəyyən edilir) iştirak etmiş, həmin nümayəndə apellyator olmasa da, nədənsə onun apellyasiya şikayətinin təmin edilməsini xahiş etməsi göstərilmiş və iş cavabdehlərin iştirakını təmin etmək üçün 10 avqust 2022-ci il tarixə təxirə salınmışdır. 10 və 12 avqust 2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən apellyatorlar apellyasiya şikayətini müdafiə, cavabdeh (iddiaçı) İddiaçı nümayəndəsi isə şikayətə etirazını bildirmişlər.

81. Məhkəmə iclas protokollarından apellyasiya instansiyası məhkəməsinin hazırki üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı hər hansı araşdırma aparması, işdəki sübutların t ədqiqi və işin halları (“sms” yazışmaları, mülkiyyətçinin həqiqi iradə ifadəsi, əmlakın qiymət və s.) ilə bağlı tərəflərin sorğu-sual olunması görünmür.

82. Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı, ümumiyyətlə, hər hansı araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmxxxolan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını İddiaçı iddiasını rədd, Cavabdeh1 iddiasını isə təmin etmək üçün formal əsas kimi qəbul etmiş və iddia tələbləri üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Halbuki Ali Məhkəmənin qərarında göstərilən məsələlərin (“sms” yazışmaları, mülkiyyətçinin həqiqi iradə ifad əsi, əmlakın qiymət və s.) olub-olmamasını işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi özü müəyyən etmxxxidi.

83. Məsələn, apellyasiya instansiyası məhkəməsi SMS yazışmalarına nəzər yetirildiyini, SMS yazışmalarında evin alqı-satqısı ilə bağlı hər hansı fikrə rast gəlinməməsini qeyd etməklə iddia tələbləri üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Hərçənd ki, SMS yazışmalarının hərfi mənası yalnız onlarda əks edilən mətnlə məhdudlaşmır. Həmin mətnlərdə tərəflərin əslində yazışmasının nə barədə olması açıq qalıb, əslində, apellyasiya instansiyası məhkəməsi həmin yazışmalardakı nədən söhbət getməsini mətn müəlliflərinin iştirakı ilə araşdırmaqla bu və ya digər nəticəyə gələ bilərdi.

84. Başqa bir misal: apellyasiya instansiyası məhkəməsi iş materiallarında o lan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına əsasən göstərib ki, mübahisədə adı keçən mənzilin bazar qiyməti 345000 manat olduğu halda, həmin mənzilin satıldığı qiymət arasında kəskin fərq vardır ki, bu da həmin mənzilin alıq-satqısına dair müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlandığına sübhə oyadır. Apellyasiya instansiyası məhkəməsi yalnız həmin rəyə istinad etməklə kifayətlənmiş, rəyə MPM-in 88 və 103.1-ci maddələri baxımından qiymət verməmiş, bu da rəydə həmin mənzilin dəyərinin onun satılmasından 2 il sonrakı dövrə müəyyən edilməsinə diqqət yetirilməməsi ilə nəticənlənmişdir.

85. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqxxxşəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

86. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisənin həlli bağlı Ali Məhkəmənin qərarına bu cür formal yanaşmasını əsaslı hesab etmir.

87. Məhkəmə kollegiyası analoji işlərlə bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şər h edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.

88. Göründüyü kimi, hazırkı işdə tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisxxxhalların olmasına, üstəlik, həmin halların araşdırılmalı olması ilə bağlı Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi onlara heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində mübahisəyə dair mövqeyini yalnız Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərlə əsaslandırmışdır.

89. Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarını bir iddianı rədd, digər iddianı təmin etmək üçün formal əsas kimi qəbul edərək, mübahisənin qanuni və əsaslı həlli ilə bağlı lazımi araşdırma aparmadan qərar qəbul etmişdir.

90. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

91. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irxxxgələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 92. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddə sinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

93. Yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz.

94. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks ha lda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

95. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

96. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5087/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar