Məhkəmə qərarları › İş №2(103)-1909/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1909/2023

01.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1909/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “icarə haqqının tutulması, mənzilin boşaldılması” barədə və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” barədə bir icraatda birləşdirilmiş iddia tələbləri üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvı,) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Birinci iş üzrə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh1 vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “icarə haqqının tutulması, mənzilin boşaldılması” barədə və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” barədə bir icraatda birləşdirilmiş iddia tələbləri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28 oktyabr 2019-cu il tarixli notarial qaydada bağlanmış “Daşınmaz Əmlakın nisyə alğısatqı müqaviləsi”nə əsasən, ünvan 1 (ümumi sahəsi 138,65 kv.m, 3 otaq) 230.000 manata Cavabdeh1 tərəfindən İddiaçı satılıb. Müqaviləni satıcı Cavabdeh1 əvəzinə Cavabdeh2, alıcı İddiaçı əvəzinə X19 imzalamışlar. Müqavilədə göstərilən mənzilin dəyəri 28 oktyabr 2019-cu il tarixdə 132.000 manat, 02 noyabr 2019-cu il tarixdə 90.000 manat, 08 noyabr 2019-cu il tarixdə 8000 manat olmaqla ödənilib.

2. Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınıb.

3. 04 fevral 2020-ci il tarixli notarial qaydada bağlanmış “İcarə müqaviləsi”nə əsasən, ünvan 1 İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixədək icarəyə verilmiş, icarə haqqının məbləği aylıq 500 manat müəyyən edilmişdir.

4. Mübahisə bir tərəfdən icarə müqaviləsi üzrə icarə haqqının ödənilməməsi, mənzilin boşaldılmaması, digər tərəfdən mənzilin alğı-satqı müqaviləsinin etibarsızlığı barədədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manatın, ümumilikdə 7000 manatın cavabdehlərdən onun xeyrinə tutulması və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzili iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış "Alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh1 230.000 manata almışdır. Alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə, iddiaçı almış olduğu mənzilin dəyərini 01 ay müddətində ödəməli olsa da, ümumi məbləğin 132000 manatını müqavilənin bağlandığı gün, 90000 manatını xx.xx.2019-cu il tarixdə və yerdə qalan 8000 manatını isə xx.xx.2019-cu il tarixdə ödəyərək, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtından əvvəl icra etmişdir. Mənzil ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********012-05301-093022 reyestr və ********* qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin müqavilənin 11-ci maddəsinə əsasən, satıcı Cavabdeh1 xx.xx.2019-cu il tarixədək mənzili boşaldaraq ona təhvil verməyi, 13-cü maddəsinə görə isə xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sonradan cavabdeh ailə üzvləri ilə birlikdə ev tapa bilmədiyini bildirdiyindən, iddiaçı onlara 2020-ci ilin yanvar ayının sonuna kimi mənzili boşaltmalarına vaxt vermişdir. Həmin vaxt cavabdeh yenə də mənzili boşalda bilməyəcəyini söyləyib, mənzili onlara aylıq 500 manat olmaq şərtilə kirayə verməyini təklif etmişdir. Bu məqsədlə iddiaçı Cavabdeh2 ilə mənzilin aylıq 500 manat kirayə haqqı olmaq şərtilə xx.xx.2020-ci il tarixdə icarəyə verilməsi barədə Bakı şəhəri 19 saylı Notariat Kontorunda icarə müqaviləsi bağlamış və müqaviləyə görə icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin Cavabdeh2 yalnız fevral ayı üçün ilk icarə haqqını ödəsə də, xx.xx.2020-ci il tarixdən hazıradək heç bir icarə haqqı ödəmir. xx.xx.2020-ci il tarixə icarə haqqı üzrə 2500 manat borc yaranmış və bununla bağlı cavabdehə həmin tarixdə xəbərdarlıq məktubunu təqdim etmişdir. Buna baxmayaraq, cavabdehlər bu günədək mənzili boşaltmamış və müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərin günahı üzündən iddiaçı mənzilə sahib olmaq, mənzildən istifadə etmək və ona sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə öz növbəsində xx.xx.2020-ci il tarixdən 03 may 2021-ci il tarixədək 9 aylıq müddət üçün aylıq 500 manat olmaqla, ümumilikdə 4500 manatın əldən çıxması deməkdir.

7. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 3-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli 4Ə/1205 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh1 iddiası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir, Bakı şəhəri 9 saylı Notariat ofisi isə üçüncü şəxs kimi işə cəlb edilib.

9. İddiaçı Cavabdeh1 iddia tələbi onunla əsaslandırılıb ki, 10 avqust 2020-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, onun xüsusi mülkiyyətində olan mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan oğlu Cavabdeh2 tərəfindən tanımadığı İddiaçı satılmışdır. İddiaçı mənzili heç kimə satmamış, ümumiyyətlə, kiməsə satmaq fikri belə olmamışdır. İddiaçı mənzil barəsində alqı-satqı müqaviləsinin bağlanmasından yaşadığı evə tanımadığı şəxslər daxil olduqdan sonra xəbər tutmuşdur. Notariat işinə görə mənzil iddiaçının adından 230000 manata satılmışdır. Halbuki mənzilin bazar dəyəri 230000 manat deyil, ən azı təxminən 360000 manatdır, çünki qonşusu bu yaxınlarda eyni tipli mənzili təcili qaydada 360000 manata satmışdır. Belə olan halda, əgər mənzilinin qiyməti ən azı 360000 manat təşkil edirsə, nəyə görə iddiaçı bu mənzili 230000 manata satmalı idi. Digər tərəfdən, onlar mənzilin satılması barədə hər hansı bir elan vermədikləri və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədikləri halda cavabdeh İddiaçı mənzilin satılmasını haradan öyrənmiş və mənzili necə almışdır. Cavabdeh İddiaçı mənzili görmədən, baxmadan və bəyənmədən necə ola bilərdi ki, 230000 manat pul versin. Həm də alqı-satqı müqaviləsi 2019-cu ilin oktyabr ayında bağlansa da, nədənsə İddiaçı iddia qaldırılana kimi bir dəfə də olsa belə mənzilin boşaldılması barədə onlara xəbərdarlıq etməyib. İddiaçının mənzili satmaq niyyəti olmayıb, iddiaçı mənzilini satmayıb. Göründüyü kimi xüsusi mülkiyyəti olan ünvan 3 dələduzluq yolu ilə iddiaçının razılığı və məlumatı olmadan Cavabdeh2 tərəfindən İddiaçı satılmışdır ki, bu da qanunvericiliyə görə bağlanmış əqdin etibarsızlığına səbəb olur. Digər tərəfdən mənzilə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli 4Ə/1205 reyestr nömrəli alqı-satqı müqaviləsi aldatma nəticəsində bağlandığından etibarsızdır. Yuxarıda qeyd etdiyi kimi iddiaçının, ümumiyyətlə, mənzil satmaq fikri olmamış və bu haqda heç kimə, o cümlədən oğlu Cavabdeh2 tapşırıq verməmişdir. Yəni iddiaçının mənzillə bağlı müqavilə, əqd bağlamaq iradəsi olmamışdır ki, bunu ifadə etmək üçün kiməsə tapşırıq versin. Notariat işinə əlavə edilmiş etibarnamə ilə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhəri Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21 A, mənzil 22 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət verməmişdir. Verilmiş etibarnamə ümumi xarakter daşıyır və iddiaçının sözügedən mənzillə bağlı iradəsini əks etdirmir ki, bu hal yuxarıda göstərdiyi faktlarla öz təsdiqini tapır. Əgər sözügedən alqı-satqı müqaviləsi Cavabdeh2 ilə İddiaçı arasındakı borc münasibətləri ilə bağlı imzalanmışdırsa, bu halda əqdin pərdələnməsi baş vermişdir ki, Mülki Məcəlləyə görə bu da əqdin etibarsızlığına səbəb olur.

10. Hər iki iddia tələbi 26 fevral 2021-ci il tarixli qərardadla bir icraatda birləşdirlimişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)- 538/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində xitam verilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-538/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ödənilməmiş icarə haqqının əvəzi olaraq 2500 manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzildən çıxarılması, iddianın digər hissələrdə təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdəki sənədlərə, tərəflərin izahatına və şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, ünvan 3 alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisidir. Mübahisəli mənzilin alqı-satqısı etibarnamə əsasında Cavabdeh1 adından onun oğlu Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. 04 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı həmin mənzili aylıq 500 manat icarə haqqı ödənilməklə xx.xx.2020-ci il tarixədək Cavabdeh2 icarəyə vermişdir. Birinci instansiya məhkəməsi ilkin olaraq iddiaçı Cavabdeh1 “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğvi barədə” iddia tələbinə münasibətdə qeyd edib ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab etmişdir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal isə yoxdur. Əksinə, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Mübahisələndirilən alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün hər-hansı əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Cavabdeh1 oğluna verdiyi etibarnamənin ümumi xarakter daşıdığına, ünvan 3 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət vermədiyinə və bağlanmış alqı-satqı müqaviləsinin onun iradəsini əks etdirmədiyinə əsaslansa da, qeyd edilən etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh1 daşınmaz əmlakın həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlilinə münasibətdə göstərib ki, mülki qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin tələbindən də göründüyü kimi alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır. Birinci instansiya məhkəməsi iş üzrə şahidlər X6 və X13 ifadələrini də tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sübut kimi qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin ifadələr digər tutarlı faktlarla da sübut olunur. Bununla yanaşı, şahidlər X5 və X2 ifadələrinin digər sübutlarla öz təsdiqini tapmadığını nəzərə alaraq, birinci instansiya məhkəməsi həmin şəxslərin ifadlərini mötəbər sübut kimi qiymətləndirməmişdir. İddiaçı cavabdehlərin mənzildən çıxarılmalarına dair iddia tələbinə münasibətdə isə birinci instansiya məhkəməsini mövqeyi belə olub ki, mənzil İddiaçı adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından və həmin mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən mənzilin İddiaçı satılmasını, hazırda evin İddiaçı mülkiyyətində olmasını, cavabdehlərin həmin evə hüquqlarının olmamasına baxmayaraq mənzili tərk etməmələrini, nəticədə iddiaçının öz mülkiyyətində olan mənzildən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edib ki, İddiaçı iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 3-dən məcburi qaydada çıxarılmalıdırlar. İddiaçı 2500 manat icarə haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı tələbini isə birinci instansiya məhkəməsi qismən əsaslı sayıb və bunu onunla əsaslandırıb ki, icarə müqaviləsi İddiaçı (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlandığından, icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyin daşıyıcısı da məhz Cavabdeh2dur. Lakin Cavabdeh2 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də icarə haqqı üzrə ödənilməmiş 2500 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, icarə haqqının digər cavabdehlərdən tutulması hissəsində isə tələb əsassız olduğundan təmin edilməməlidir. İddiaçı əldən çıxmış fayda kimi 4500 manat pulun tutulması barədə iddiasını isə birinci instansiya məhkəməsi sübut edilməməsi əsası ilə təmin etməmişdir. 14.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 158.1.2, 178.1, 324.1, 324.2, 324.4, 324.5, 331.1, 385.1, 359.1, 389, 390, 405.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 700.1-700.3-cü, “İcarə haqqında” Qanunun 7-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslnadırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən İddiaçı iddası üzrə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddiaçı Cavabdeh1 iddiasının təmin, İddiaçı isə iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, müqavilə bağlanarkən, mülkiyyətçinin, yəni Cavabdeh1 iradə ifadəsi olmamışdır. Məhkəmədə şahid kimi dindirilmiş X6 ilə X1 ifadələri arasında olan ziddiyətlər aydınlaşdırılmamış, hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildimişdir ki, Əli Vəkiliyə aylıq 5000 ABŞ dolları faiz borcunu sonralar ödəyə bilmədiyindən sonuncu evi banka girov qoyaraq və lizinq müqaviləsi bağlayaraq ona olan borcunu bağlamasını təklif etmiş və bu məqsədlə Əli Vəkili onun evinə bank işçilərini göndərmişdir, Əli Vəkili məhkəmə iclasında bununla bağlı Cavabdeh2la aralarında razılaşma olmadığını bildirsə də, şahid Nurlan Baxışov ifadəsində bunu təsdiq etmiş və Əli Vəkilinin Kamranla olan yazışmalarında bu məsələ öz əksini tapmışdır.

17. İddiaçı (cavabdeh) Cavabdeh1 apellyasiya instansiyasında şikayətinə əlavə olaraq göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında oğluna etibarnamə vermişdir. Özü xarici məktəbdə işləyir və işdən tez-tez icazə ala bilmir, avtomobilini satmaq istədiyi üçün bununla bağlı nə isə lazım olduqda oğlunun icra etməsi məqsədi ilə etibarnamə vermişdir. 2020-ci ilin iyun ayında binanın mühafizəçisi zəng edərək, bildirmişdir ki, iki şəxs gəlib onların evini aldıqlarını bildirir. Həmin vaxta qədər heç kim onların evinə gəlməmiş, baxmamışdır. Həmin şəxslərdən Əli Vəkili qeyd etmişdir ki, oğlu ona olan borcunu qaytarmadığından onun qarşılığında evi almışdır. 2020-ci ilin fevral ayına qədər oğlu Kamran Əli Vəkiliyə pul ödəmiş, lakin onların xəbəri olmamışdır. Fevral ayından sonra Kamran pulu ödəyə bilməmiş, buna baxmayaraq, fevral ayından iyun ayına qədər də evlərinə heç kim gəlməmiş, evin satılmağından məlumatları olmamışdır. Evin açarı yalnız onda olmuş, oğlu Kamran isə həmin vaxt evli olmuş və başqa evdə yaşamışdır. İddiaçı adlı şəxsi görməmişdir və tanımır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8734/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir, cavabdehlərin əşyaya sahiblik hüququ yoxdur. Bundan başqa, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən öhdəliyin daşıyıcısı Cavabdeh2dur. Lakin Cavabdeh2 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də icarə haqqı üzrə ödənilməmiş 2500 manatın Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1514/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8734/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 21.1 Cavabdeh1 və onun əri Cavabdeh3 birgə mülkiyyətində olmuş mübahisəli mənzilin onların oğlu tərəfindən etibarnamə əsasında ilk iddiaçı ilə alqı-satqı müqaviləsi bağlaması işin mübahisəsiz halıdır. Eyni zamanda, mənzilin satılmasına razılıq verilməsinə dair ərizənin, mənzil barəsində məhdudiyyətin olub-olmamasına dair ərizənin və alqı-satqı zamanı zəruri olan digər sənədlərin məhz Cavabdeh2 tərəfindən etibarnaməyə əsaslanaraq imzalaması işin sübuta yetirilmiş halıdır; 21.2 Kassatorların dəlili ondan ibarətdir ki, mülkiyyətçilərin mənzilin satılmasından məlumatları olmamış və onlar etibarnamə verərkən belə bir iradə ifadə etməmişlər. Bunun sübutu olaraq iddiaçı Cavabdeh1 bir sıra dəlillər irəli sürmüş, o cümlədən, mənzili satmaq fikirlərinin olmadığını, mülkiyyətçi olaraq özü və əri tərəfindən mənzilin satılması ilə bağlı heç bir yerdə elan vermədiklərini, mənzilin dəyərinin alqı-satqı müqaviləsində qeyd olunan məbləğdən kəskin fərqli olduğunu (daha baha), yaxın qonşuluqda yaşayan şəxsin analoji mənzili 360.000 manata satmasını və mübahisəli mənzilin də dəyərinin ona yaxın olması barədə rəyi, iddia qaldırılan vaxta qədər mülkiyyətçi kimi özünü təqdim etmiş şəxsin mənzilə gəlmədiyini, baxmadığını, Kamranın mənzili girov olaraq aldığı pulun müqavbilində alqı-satqı kimi rəsmiləşdirdiyini bildirmişlər; 21.3 İddiaçı Cavabdeh1 irəli sürdüyü dəlillərin araşdırılması məhkəməyə imkan verəcəydi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadəsinin olub-olmamasını müəyyən etsin. Müqavilənin bağlanmasında müqavilə tərəfinin iradə ifadəsi əsas şərtdir. Çünki, müqavilənin bütün mühüm şərtləri barədə tərəflər razılığa gəldikdə müqavilə bağlanmış hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, hazırkı mübahisə predmeti ərarvadın birgə mülkiyyəti olduğundan mənzilin alqı-satqısı üçün hər iki tərəfin iradə ifadəsinin (razılığı) olması zəruridir; 21.4 “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir; 21.5 Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hazırki iş üzrə ilk növbədə aydınlaşdırılması zəruri olan hal – Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 müvafiq etibarnamələri verərkən mübahisəli mənzilin alqı-satqısına yönələn iradə ifadələrinin olubolmamasını müəyyən etməkdir; 21.6 mülkiyyətçilərin adından oğlanları Kamrana verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Buna görə məhkəməyə lazım gəlirdi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadələrinin olub-olmamasına dair sübutları araşdıraraq onlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət versin; - Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur; 21.7 “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilib ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır; 21.8 Apellyasiya instansiya məhkəməsi hazırki mübahisəyə qiymət verərkən, məsələyə yalnız müqavilə bağlanarkən qanunvericiliyin şərtlərinin formal olaraq gözlənilməsi baxımından qiymət vermişdir ki, bu da Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeyinə ziddir; - həm alqı-satqı müqaviləsi, həm də icarə müqaviləsi etibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən imzalanmış, bütün SMS yazışmalar da Cavabdeh2 ilə X8 arasında olmuşdur. Həmçinin, mübahisəli mənzilin satışa çıxarılması barədə əvvəlcədən heç bir elan verilməmiş, qarşı tərəf bu faktı təkzib edə bilməmişdir; 21.9 Digər tərəfdən, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, mübahisəli mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. Analoji işlərə baxılması ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, adətən məhkəmələr satılan əmlakın dəyərinin onun real dəyərindən kəskin az olması halında bunun müqavilə tərəflərinin iradəsinə uyğun olaraq müəyyənləşdirilməsi mövqeyindən çıxış edərək bu halı faktı təsdiq edən sübut kimi dəyərləndirmirlər. Hazırkı işdə də məhkəmələrin mövqeyi belə olmuşdur ki, mülki qanunvericiliyin alqı-satqını nizama salan normalarından göründüyü kimi, alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır; 21.10 Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi zamanı satılan əşyanın, əmlakın dəyərinin tərəflərin müəyyən etməsi mülki qanunvericiliyin ümumi qəbul edilmiş prinsiplərindəndir. Bu, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək (MM-nin 390-cı maddəsi) prinspindən irəli gəlir. Lakin, o yerdə ki, əqd təmsilçi vasitəsi ilə bağlanır və mülkiyyətçi əqdi bağlamağa səlahiyyət vermədiyini mübahisələndirir, əmlakın satılmasına mülkiyyətçinin iradəsinin olub-olmaması məsələsinin müəyyən edilməsində bir sıra sübutlarla yanaşı, əmlakın satış dəyəri ilə bağlı faktın sübut kimi istifadə olunması istisna deyil. Konkret halda, əmlakın dəyəri ilə bağlı razılaşmanı əqdi bağlayan, təmsilçi mübahisələndirmir, mülkiyyətçi həmin faktdan sübut kimi istifadə edir ki, özünə məxsus əmlakı dəyərindən qat-qat ucuz satmağa əsaslar olmamışdır. Bu halı, mənzili satmağa həqiqi iradəsinin olmamasını təsdiq edən sübutun bir növü kimi təqdim edir; 21.11 Eyni zamanda, hazırkı işdə əmlakın satış dəyəri ilə bağlı açıq-aşkar uyğun gəlməyən sübut təqdim edilmişdir. Həmçinin, əmlakın satış dəyərinin hansı məbləği ifadə etməsi barədə Cavabdeh3 məhkəmə iclası zamanı aydın izahat vermişdir (mülki iş, 3-cü cild, səhifə 30); 21.12 Bundan başqa, alqı-satqının bilavasitə iştirakçıları olan şahidlər Məmmədova Aynur və Baxışov Nurlanın ifadələri məhkəmə iclaslarında dinlənilmişdir. Birlikdə işləmiş, eyni məsələ ilə bağlı olan şəxslərin ifadələri bir-birinə tamamilə zidd olmuşdur. Məhkəmə onların hansının ifadəsinin həqiqət olması və hansı əsaslara görə digərinin ifadəsinin düzgün olmaması ilə bağlı dəyərləndirmə aparmamışdır. Hansı ki, həmin hallar məhz mülkiyyətçilərin mənzilin satılmasına iradə ifadələrinin olub-olmamasını müəyyən etməyə kömək edən hallar olmuşdur. Şahidlər alqı-satqıdan əvvəl mənzilə baxış keçirilməsi, mənzil barəsində hansı məqsədlə, hansı əqdi bağlamaları, onların bu işdə maraqları ilə bağlı dinlənilmişlər; 21.13 Məhkəmə araşdırmalarına Cavabdeh2la Vakili Razlighi Arasında yazışmalar əlavə edilmişdir. Mənzilin alqı-satqısı barədə razılaşma olmuşdursa, belə yazışmaların məzmunu və hansı zərurətdən yaranması, bunların hansı münasibətləri ifadə etməsi ilə bağlı qiymətləndirmə aparılmamışdır. Cavabdeh tərəfin dəlillərinin hərtərəfli aydınlaşdırılması üçün sübutlar tədqiq edilmiş olsa da, onlara sübutların məcmusu qaydasında qiymət verilməmişdir; 21.14 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı Cavabdeh1 irəli sürdüyü dəlillər yoxlanıldığı təqdirdə öz təsdiqini taparsa, toplanmış bütün sübutların, o cümlədən, satış barədə elan verilib-verilməməsi, mənzilə baxış keçirilib-keçirilməməsi, bunun hansı sübutlarla təsdiq edilməsi, şahid ifadələrinin hansının düzgünlüyü, yuxarıda qeyd olunan SMS yazışmaların mahiyyəti və məqsədi, əmlakın satış dəyəri ilə bağlı sübutlar məcmu halda qiymətləndirildikdə ortada olan yazılı sübutun, yəni əqdin əhəmiyyətsiz olub-olması barədə qənaəti formalaşdırmaq mümkün olacaqdır; 21.15 Yazılı sübutların həqiqiliyi prezumpsiyası mövcuddur. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür.

b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5087/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2019-cu il tarixli ANİ№0796052 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması, İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 (iki yüz otuz min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qənaətini “X.Mirzəliyevin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarına istinad etməklə belə əsaslandırb ki, həmin qərara görə, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Apellyasiya instansiyası məhkəməsi işin hallarına Ali Məhkəmənin göstərişlərinə müvafiq qiymət verərkən Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını əsas götürərək vurğulayıb ki, Cavabdeh2 mübahisəli mənzili 230000 manata İddiaçı etibarnamə əsasında satmışdır. Lakin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. Göründüyü kimi, mənzilin bazar qiyməti ilə satıldığı qiymət arasında kəskin fərq vardır ki, bu da həmin mənzilin alıq-satqısına dair müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlandığına sübhə oyadır. Bundan başqa, Cavabdeh1 və Cavabdeh3 kollegiya iclasında verdikləri izahatlarında mənzili satmaq niyyətlərinin olmadığını, hətta mənzilin satılması üçün heç yerdə elan vermədiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hesab edib ki, hazırki iş üzrə Cavabdeh2 sözügedən mənzili bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla təmsil edilənin maraqlarına və mülki qanunvericiliyin təmsilçiliklə bağlı müddəalarının mahiyyətinə zidd əqd bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi SMS yazışmaları ilə bağlı qeyd etmişdir ki, həmin yazılara nəzər yetirilərkən SMS yazışmalarında evin alqı-satqısı ilə bağlı hə hansı fikrə rast gəlinməmişdir. Bu hal onu deməyə əsas verir ki, mübahisələndirilən müqavilənin bağlanmasında alqı-satqı niyyəti olmamış və əqd başqa əqdi pərdələmək məqsədi daşımışdır. Apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsi ilə bağlı qeyd edib ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi etibarsız hesab olunduğundan ödənilməmiş icarə haqqının mənzilin mülkiyyətçisindən tutulması əsassız olmuşdur. Belə ki, iş materiallarından və İddiaçı iddia tələbinin məzmunundan da aydın olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 sözügedən mənzildə yaşamışlar. Tərəflər arasında olan alqı-satqı müqaviləsi etibarsız sayıldığından, cavabdehlər həmin mənzildə yaşadıqları zaman mənzilin mülkiyyətçiləri olmuşlar. İddiaçı mənzilə mülkiyyət hüququ əldə etmədiyinə görə, mülkiyyətçilərin ona icarə haqqı ödənilməsi ilə bağlı iddia tələbi də əsassız olmuşdur. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri” üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadına istinadən apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hazırda tərəflər arasında olan kredit müqaviləsinin etibarlılığının da yoxlanılması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Çünki Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6052/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5087/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

25. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 25.1 Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 59-cu bəndində qeyd edilən göstərişlərin heç birinə əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri hər iki iddia tələbi üzrə tərəflər arasındakı hüquq münasibətlərinin müəyyən edilməsi və mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 25.2 İşdən görünür ki, mübahisəyə ikinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən 3 dəfə məhkəmə baxışı olmuş (29 iyul, 10 avqust və 12 avqust 2022-ci il), birinci məhkəmə baxışında iddiaçının nümayəndəsi (protokolda nümayəndənin hansı iddiaçını təmsil etməsi göstərilməsə də, onun İddiaçı nümayəndəsi olması müəyyən edilir) iştirak etmiş, həmin nümayəndə apellyator olmasa da, nədənsə onun apellyasiya şikayətinin təmin edilməsini xahiş etməsi göstərilmiş və iş cavabdehlərin iştirakını təmin etmək üçün 10 avqust 2022-ci il tarixə təxirə salınmışdır. 10 və 12 avqust 2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən apellyatorlar apellyasiya şikayətini müdafiə, cavabdeh (iddiaçı) İddiaçı nümayəndəsi isə şikayətə etirazını bildirmişlər. 25.3 Məhkəmə iclas protokollarından apellyasiya instansiyası məhkəməsinin hazırki üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı hər hansı araşdırma aparması, işdəki sübutların tədqiqi və işin halları (“sms” yazışmaları, mülkiyyətçinin həqiqi iradə ifadəsi, əmlakın qiymət və s.) ilə bağlı tərəflərin sorğu-sual olunması görünmür. 25.4 Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı, ümumiyyətlə, hər hansı araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını İddiaçı iddiasını rədd, Cavabdeh1 iddiasını isə təmin etmək üçün formal əsas kimi qəbul etmiş və iddia tələbləri üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Halbuki Ali Məhkəmənin qərarında göstərilən məsələlərin (“sms” yazışmaları, mülkiyyətçinin həqiqi iradə ifadəsi, əmlakın qiymət və s.) olub-olmamasını işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi özü müəyyən etməli idi. 25.5 Məsələn, apellyasiya instansiyası məhkəməsi SMS yazışmalarına nəzər yetirildiyini, SMS yazışmalarında evin alqı-satqısı ilə bağlı hər hansı fikrə rast gəlinməməsini qeyd etməklə iddia tələbləri üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Hərçənd ki, SMS yazışmalarının hərfi mənası yalnız onlarda əks edilən mətnlə məhdudlaşmır. Həmin mətnlərdə tərəflərin əslində yazışmasının nə barədə olması açıq qalıb, əslində, apellyasiya instansiyası məhkəməsi həmin yazışmalardakı nədən söhbət getməsini mətn müəlliflərinin iştirakı ilə araşdırmaqla bu və ya digər nəticəyə gələ bilərdi. 25.6 Başqa bir misal: apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına əsasən göstərib ki, mübahisədə adı keçən mənzilin bazar qiyməti 345000 manat olduğu halda, həmin mənzilin satıldığı qiymət arasında kəskin fərq vardır ki, bu da həmin mənzilin alıqsatqısına dair müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlandığına sübhə oyadır. Apellyasiya instansiyası məhkəməsi yalnız həmin rəyə istinad etməklə kifayətlənmiş, rəyə MPM-in 88 və 103.1-ci maddələri baxımından qiymət verməmiş, bu da rəydə həmin mənzilin dəyərinin onun satılmasından 2 il sonrakı dövrə müəyyən edilməsinə diqqət yetirilməməsi ilə nəticənlənmişdir. 25.7 Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 25.8 Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisənin həlli bağlı Ali Məhkəmənin qərarına bu cür formal yanaşmasını əsaslı hesab etmir. 25.9 Məhkəmə kollegiyası analoji işlərlə bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. 25.10 Göründüyü kimi, hazırkı işdə tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli halların olmasına, üstəlik, həmin halların araşdırılmalı olması ilə bağlı Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi onlara heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində mübahisəyə dair mövqeyini yalnız Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərlə əsaslandırmışdır. 25.11 Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarını bir iddianı rədd, digər iddianı təmin etmək üçün formal əsas kimi qəbul edərək, mübahisənin qanuni və əsaslı həlli ilə bağlı lazımi araşdırma aparmadan qərar qəbul etmişdir.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

26. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən birinci iş üzrə Cavabdeh1 vəkili X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının 59-cu bəndi onların kassasiya şikayətinə verdiyi etiraza əsaslanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, hazırki iş üzrə ilk növbədə aydınlaşdırılması zəruri olan hal - Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 müvafiq etibarnamələri verərkən mübahisəli mənzilin alqı-satqısına yönələn iradə ifadələrinin olub-olmamasını müəyyən etməkdir. Mülkiyyətçilərin adından oğlanları Kamrana verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Ona görə məhkəməyə lazım gəlirdi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadələrinin olub-olmamasına dair sübutları araşdıraraq onlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət versin. Həmçinin qeyd olunmuşdur ki,həm alqı-satqı müqaviləsi, həm də icarə müqaviləsi etibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən imzalanmış, bütün SMS yazışmalar da Cavabdeh2 ilə X8 arasında olmuşdur. Həmçinin, mübahisəli mənzilin satışa çıxarılması barədə əvvəlcədən heç bir elan verilməmiş, qarşı tərəf bu faktı təkzib edə bilməmişdir. Digər tərəfdən, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına (mülki iş, İİİ cild, səhifə 35-45) əsasən, mübahisəli mənzilin bazar qiyməti 345.000 manat müəyyən edilmişdir. Eyni zamanda, hazırkı işdə əmlakın satış dəyəri ilə bağlı açıq-aşkar uyğun gəlməyən sübut təqdim edilmişdir. Həmçinin, əmlakın satış dəyərinin hansı məbləği ifadə etməsi barədə Cavabdeh3 məhkəmə iclası zamanı aydın izahat vermişdir. Ali Məhkəmənin qeyd edilən göstərişinə əsasən kollegiya vurğulayır ki, işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman həmin SMS yazışmalarına nəzər yetirilmiş və müəyyən edilmişdir ki, həmin SMS yazışmalarında evin alqı-satqısı ilə bağlı hə hansı fikirə rast gəlinməmişdir. Bu hal onu deməyə əsas verir ki, mübahisələndirilən müqavilənin bağlanmasında alqı-satqı niyyəti olmamış və əqd başqa əqdi pərdələmək məqsədi daşımışdır. Tərəflərin gətirdiyi yeganə sübut maşını satmaq üçün etibarnamə verməsidir, lakin 60-a yaxın Kamrana etibarnamə verilmişdir. Tərəflərin gətirdiyi yeganə sübut maşını satmaq üçün etibarnamə verməsidir, lakin 60-a yaxın Kamrana etibarnamə verilmişdir.

27. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən birinci iş üzrə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Nərimanovda ev oğlunun evi idi. Həyat yoldaşı ilə birlikdə yaşamışdır. Apellyasiya şikayətini müdafiə edir, təmin olunmasını xahiş edir.

28. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən birinci iş üzrə Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, xəstə olduğuna görə oğluna etibarnamə verib. Apellyasiya şikayətini müdafiə edir, təmin olunmasını xahiş edir. Onlar pulu qaytarmağa hazırdılar. Sadəcə evi satmaq üçün vaxt lazımdır.

29. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir, izahatında əlavə olaraq bildirir ki, ikinci kassasiya baxış zamanı Ali Məhkəmənin birinci qərarında göstərilən xüsusatlar araşdırılmadığına görə şikayəti təmin olunmuşdur. Onlar kifayət qədər sübutları təqdim ediblər. İddiaçı vicdanlı alıcıdır. Cavabdeh2 etibarnamə əsasında alqı-satqını həyata keçirmişdir. Həmin etibarnaməni Kamrana vermişdir. Bu epizoda oxşar başqa bir iş də var. Baş etibarnamə verilən zaman notariatda hər bir hal izah olunur.Tərəflər maşını satmaq üçün etibarnamə verdiklərini desə də, bu belə deyil. Sorğuya cavabı digər proseslərdə təqdim edə bilməməklərinin səbəbi cavabı gec almağı olmuşdur. İş materiallarından tam aydın olur ki, İddiaçı vicdanlı olaraq Kamranla alqı-satqı müqaviləsi imzalayıb mənzil almışdır. Kamranın qanuni təmsilçi olaraq alqı-satqıda iştirakı tam qanuni əsaslarla baş vermiş və notariat kontoru da bu əqdi təsdiq etmişdir. Şərti olaraq qəbul edilsə ki, Cavabdeh1 mənzili satmaq istəməmişdir və ya Kamran etibarnamədən sui-istifadə etmişdir, bu halda da Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən İddiaçı vicdanlı alıcı və mənzilin mülkiyyətçisi hesab edilir. Çünki İddiaçı bu baş verənlərdə nməlumatsız olmuş, vicdanlı qaydada pul verib mənzil almışdır. İşdə olan sübutlar bunu tam təsdiq edir. Məhkəmə kollegiyası isə 182.1-ci maddənin tələblərini pozaraq vicdanlı mülkiyyətçini mülkiyyət hüququndan məhrum etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə prosesində aparılmış müzakirələr və araşdırmalar cavabdehin irəli sürdüyü iddiaların əsassız olduğunu və İddiaçı qanuni və vicdanlı alıcı olduğunu, baş verənlərin Cavabdeh1 və Cavabdeh3 oğlanları Cavabdeh2 arasında olmasını müəyyən etməsinə baxmayaraq məhkəmənin qəbul etdiyi qətnamə tam əksinə İddiaçı hüquqlarının kobud şəkildə pozulması ilə çıxarılmış, tərtib edilmiş məhkəmə iclasının protokolu isə prosesdə baş verənləri əks etdirməmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasının protokolu ilə tanış olaraq qeydləri təqdim ediblər və hesab edir ki, Apelyasiya Kollegiyası qeyd edilən prosessual normaları da pozmuşdur. Əqdin təmsilçi vasitəsi ilə bağlanması təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bunu bildiyi halda Cavabdeh1 oğlu Kamranın öz mülkiyyətində olan başqa bir mənzili satması və bundan narazı olduğundan hətta oğlu Kamran barəsində hüquq mühafizə orqanlarına da şikayət etməsini prosesdə özü də təsdiqləmişdir ki, buna baxmayaraq həmin vaxt oğlu Kamrana verdiyi etibarnamə qüvvədə olmuşdur. Yəni Cavabdeh1 oğlunun ona problemlər yaratdığını əvvəlcədən bilmiş, onun əməllərindən xəbərdar olduğu halda Kamrana geniş səlahiyyətlər vermiş, sonradan da qanuna müvafiq qaydada alqı-satqı yolu ilə mənzil əldə etmiş mülkiyyətçi İddiaçı problemlər yaratmışlar. Vakili Razlighi alğı-satqıda iştirak etmişdir. Cavabdeh2 kimi o da bir tərəfi təmsil etmişdir, heç bir qanunsuzluq olmamışdır. X16 İran vətəndaşı olduğu üçün evin mülkiyyətçisi ola bilməyib. Evi X16 Orxanın adına almışdır. Mənzilin elanı maklerlər vasitəsi ilə olub. Aynur bir neçə evdə də köməklik etmişdir. Nurlan və Aynur birgə çalışıblar. Mənzilin dəyəri 28 oktyabr 2019-cu il tarixində 230.000 olub. Mənzilə X16 tərəfindən baxış keçirilmişdir. Ona səhv etmirəmsə açar da verilib. X16 230.000 pulunu istəyir, pulu qaytarsalar evi də qaytaracağını bildirmişdir.

30. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası baxmayaraq digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə baxmayaraq onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

40. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

41. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. İşin mübahisəsiz halları odur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 m2 olan 3 otaqlı 22 saylı mənzilin İddiaçı satılması barədə alğı-satqı müqaviləsini Cavabdeh1 adından etibarnamə üzrə nümayəndəsi olan oğlu Cavabdeh2 və İddiaçı adından etibarnamə üzrə nümayəndəsi X20 imzalamışlar. O cümlədən notariat qaydasında təsdiq edilmiş ərizədən müəyyən olunur ki, Cavabdeh3 mənzilin satılmasına etiraz etməmişdir. Ərizəni Cavabdeh3 adından etibarnamə üzrə nümayəndəsi olan oğlu Cavabdeh2 imzalamışdır.

50. Cavabdeh1 apellyasiya şikayətinin dəlili odur ki,mənzili satma niyyəti olmamışdır. Bunu onunla əsaslanıdırır ki, nə özü, nə də əri tərəfindən evin satılması barədə elan verilməmişdir.

51. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm Cavabdeh1, həm də Cavabdeh3 tərəfindən övladları olan Cavabdeh2 bütün əmalklarla bağlı geniş səlahiyyətlər verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən şahid qismində dindirilmiş Aynur Məmmədova ifadəsində bildirmişdir ki, Əli müəllim ona demişdir ki, ev almaq istəyir. Nurlan da demişdir ki, qonşuluqda ev satan var. O, Əli müəllimə demiş, gedib evə baxmışlar.

52. O cümlədən Nurlan Baxışov da şahid qismində dindirilmişdir. Nurlan isə ifadəsində bildirmişdir ki, o, ev alğı-satqısı ilə məşğul olur.Kamran ona demişdir ki, evi girov qoymaq istəyir. Kamran 200000 manat pul istəyirdi. Əli müəllimlə getdik evə baxdıq. Dedi ki, 100000 dollar verərəm. Kamrana dedim ki, 100000 dollara alan var. Amma pulu hissə hissə verəcək (2-ci cild, səhifə 196).

53. Nurlan ifadəsində o cümlədən bildirir :”əvvəl danışdığım yalan olub, indi danışdığım tam döğrudur, Nəyə görə kiminsə evi əlindən alınmalıdır” (2-ci cild, səhifə 197).

54. Göründüyü kimi həm Aynur, həm də Nurlan bilidirir ki, Əli evə baxmışdır. O cümlədən Aynurla Nurlanın ifadəsində ziddiyyət vardır. Məhkəmə kollegiyası qeyd edir ki, şahid Nurlan gah bildirir ki, Kamran evi girov qoymaq istəyirdi, gah da deyir ki, Kamrana dedim 100000 dollara alan var. O cümlədən məhkəmə kollegiyası hesab edir ki, əvvəl yalan deyirdim, indi doğru deyirəm kimi ifadə işlədən şahidin dedikləri inandırıcı deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2la X20 arasında olan sms yazışmada Kamran yazır: “mamaynan danışdım 2-ci gün evi təhvil verək... vsyo gəlirəm Ali müəllim” (2-ci cild, səhifə 156).

55. Mənzilin dəyəri ilə bağlı qeyd olunmalıdır ki, mənzilə dair alğı satqı müqaviləsi 2019cu ilin oktyabr ayında bağlanmışdır. İşdə olan Premium Legal Services MMC-nin arayışından müəyyən olunur ki, mənzilin bazar dəyərinin 345000 manat olmasına dair rəy 2021-ci ilin oktyabr ayında verilmişdir. Göründüyü kimi qiymətləndirmə 2 il sonraki tarixə verilmişdir. Lalə Əiyevanın istinad etdiyi hallardan biri odur ki, qonşuluqda oxşar mənzil daha baha qiymətə satılmışdır. İş materiallarından da görünür ki, istinad olunan mənzilin sahəsi 210 kv metrdir, yəni daha böyükdür. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı prinsipindən irəli gələrək tərəflər qanunvericiliyə zidd olmayan qaydada müqavilə bağlaya bilərlər. O cümlədən əmlakın dəyəri tərəflərin razılığı ilə müəyyənləşdirilir, bununla bağlı qanunvericilikdə hər hansı qadağan edici norma yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, 138.65 kvm olan 3 otaqlı mənzilin dəyəri olaraq 230000 manat məbləğə tərəflərin razılaşması mümkündür.

56. xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh3 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. xx.xx.2029-cu il tarixədək Cavabdeh2 etibar etmişdir.

57. xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir.

58. Məhkmə kollegiyası qeyd edir ki, yalnız nəqliyyat vasitəsi ilə bağlı səlahiyyətin verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Etibarnamələrin məzmunundan müəyyən olunduğu ki, Cavabdeh2 bütün əmlaklarla bağlı geniş səlahiyyət verilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, işdə olan etibarnamələrdən müəyyən olunur ki, nəqliyyat vasitəsinə dair sərəncam hüququ ilə bağlı başqa etinarnamələr verilmişdir. (4-cü cild səhifə 22)

59. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 m2 olan 3 otaqlı 22 saylı mənzil xx.xx.2020-ci il tarixədək Cavabdeh2 500 manat aylıq icarə haqqı ödənilməklə icarəyə verilmişdir. İcarə müqaviləsini də İddiaçı adından nümayəndəsi X20 imzalamışdır.

60. Göründüyü kimi mənzilə dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra, mənzilə dair icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Yəni Cavabdeh2 ilə münasibətlər davam etmişdir. Bunu Cavabdeh2la X20 arasında olan sms yazışmalar da təsdiq edir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə tərəflər arasında notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi vardır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi prezumpsiyası qüvvəsini saxlayır.

62. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

63. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

64. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar