Məhkəmə qərarları › İş №2(103)-5087/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5087/2022

12.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5087/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s.” tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)- 538/2021 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manat olmaqla, ümumilikdə 7000 manatın cavabdehlərdən onun xeyrinə tutulması və cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzili xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış "Alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh1 230000 manata almışdır. Həmin ünvandakı mənzil ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il **********012-05301-093022 reyestr və ********* qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən onun xüsusi mülkiyyətindədir. Aralarında bağlanmış müqavilənin 5-ci bəndinə görə, almış olduğu mənzilin dəyərini 01 ay müddətində ödəməli olsa da, ümumi məbləğin 132000 manatını müqavilənin bağlandığı gün, 90000 manatını xx.xx.2019-cu il tarixdə və yerdə qalan 8000 manatını isə xx.xx.2019-cu il tarixdə ödəyərək, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtından əvvəl icra etmişdir. Həmin müqavilənin 11-ci maddəsinə əsasən, satıcı Cavabdeh1 xx.xx.2019-cu il tarixədək mənzili boşaldaraq ona təhvil verməyi, 13-cü maddəsinə görə isə xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sonradan cavabdeh ailə üzvləri ilə birlikdə ev tapa bilmədiyini bildirdiyindən, onlara 2020-ci ilin yanvar ayının sonuna kimi mənzili boşaltmalarına vaxt vermişdir. Həmin vaxt cavabdeh yenə də mənzili boşalda bilməyəcəyini söyləyib, həmin mənzili onlara aylıq 500 manat olmaq şərtilə kirayə verməyini təklif etmişdir. Bu məqsədlə Cavabdeh2 ilə mənzilin aylıq 500 manat kirayə haqqı olmaq şərtilə xx.xx.2020-ci il tarixdə icarəyə verilməsi barədə Bakı şəhəri 19 saylı Notariat Kontorunda icarə müqaviləsi bağlamış və müqaviləyə görə icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin, Cavabdeh2 yalnız fevral ayı üçün ilk icarə haqqını ödəsə də, xx.xx.2020-ci il tarixdən hazıradək heç bir icarə haqqı ödəmədiyindən, xx.xx.2020-ci il tarixə icarə haqqı üzrə 2000 manat borcu yaranmış və bununla bağlı cavabdehə həmin tarixdə xəbərdarlıq məktubunu təqdim etmişdir. Buna baxmayaraq, cavabdehlər bu günədək mənzili boşaltmamış və müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli 4Ə/1205 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 2020-ci il tarixdə ona məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan oğlu Cavabdeh2 tərəfindən tanımadığı İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Lakin 10 avqust 2020-ci il tarixdə mənzilinə tanımadığı adamlar gələrək ona bildirmişlər ki, onun mənzilini alıblar və mənzil onlara məxsusdur. Kimdən və nə vaxt aldıqlarını gələn adamlardan soruşsa da, yalnız mənzilin oğlu Cavabdeh2 tərəfindən satıldığını bildirmiş və başqa heç bir məlumat vermədən getmişlər. Oğlundan bununla bağlı aydınlıq gətirilməsini tələb etmiş, oğlu isə öz növbəsində bildirmişdir ki, mənzillə bağlı yalnız borc münasibətləri olmuş, amma borc verən şəxslər sənədləşməni alqı-satqı kimi rəsmiləşdirmişlər. Ona məxsus mənzilin alqı-satqısı ilə bağlı notariat işi ilə müəyyən olunur ki, mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan tanımadığı şəxslərlə əlbir olaraq oğlu Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının vətəndaşı olan X7 vasitəsi ilə İddiaçı satılmışdır. Mülkiyyətində olan ünvan 2-ni heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmamışdır. Mənzil barəsində alqı-satqı müqaviləsi bağlanılması haqda yaşadığı evə tanımadığı şəxslər daxil olduqdan sonra xəbər tutmuşdur. Notariat işinə görə mənzil onun adından 230.000 manata satılmışdır. Mənzilin bazar dəyəri 230.000 manat deyil, ən azı təxminən 360.000 manatdır, çünki qonşusu bu yaxınlarda eyni tipli mənzili tələsik 360.000 manata satmışdır. Belə olan halda əgər mənzilinin qiyməti ən azı 360.000 manat təşkil edirsə, nəyə görə o, bu mənzili 230.000 manata satmalı idi. Digər tərəfdən, onlar mənzilin satılması barədə hər hansı bir elan vermədikləri və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədikləri halda cavabdeh İddiaçı mənzilin satılmasını haradan öyrənmiş və mənzili necə almışdır. Cavabdeh bir dəfə də olsun onun mənzilini görmədən, baxmadan və bəyənmədən necə olur ki, mənzilə 230.000 manat pul verir. Baxmayaraq ki, alqı-satqı müqaviləsi 2019-cu ilin oktyabr ayında bağlanmışdır, nədənsə İddiaçı iddia qaldırılana kimi bir dəfə belə olsun mənzilin boşaldılması barədə onlara xəbərdarlıq etməmişdir. Onun ev satmaq niyyəti olmamış və ev satmamışdır. Yuxarıda qeyd etdiyi kimi onun ümumiyyətlə mənzil satmaq fikri olmamış və bu haqda heç kimə, o cümlədən oğlu Cavabdeh2 bununla bağlı tapşırıq verməmişdir. Yəni onun mənzillə bağlı müqavilə, əqd bağlamaq iradəsi olmamışdır ki, bunu ifadə etmək üçün kiməsə tapşırıq versin. Notariat işinə əlavə edilmiş etibarnamə ilə müəyyən olunur ki, o, məhz ünvan 2 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət verməmişdir. Verilmiş etibarnamə ümumi xarakter daşıyır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(006)-546/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair” 2(006)-546/2021 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s. tələbinə dair” 2(006)-538/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qərardadı ilə iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair və iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə icraata "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ödənilməmiş icarə haqqının əvəzi olaraq 2500 manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzildən çıxarılması, iddianın digər hissələrdə təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməsi, İddiaçı isə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, müqavilə bağlanarkən, mülkiyyətçinin, yəni onun iradə ifadəsi olmamışdır. Məhkəmədə şahid kimi dindirilmiş X2 ilə X1 ifadələri arasında olan ziddiyətlər aydınlaşdırılmamış, hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildimişdir ki, Əli Vəkiliyə aylıq 5000 ABŞ dolları faiz borcunu sonralar ödəyə bilmədiyindən sonuncu evi banka girov qoyaraq və lizinq müqaviləsi bağlayaraq ona olan borcunu bağlamasını təklif etmiş və bu məqsədlə Əli Vəkili onun evinə bank işçilərini göndərmişdir, Əli Vəkili məhkəmə iclasında bununla bağlı Cavabdeh2la aralarında razılaşma olmadığını bildirsə də, şahid Nurlan Baxışov ifadəsində bunu təsdiq etmiş və Əli Vəkilinin Kamranla olan yazışmalarında bu məsələ öz əksini tapmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehlər L.Georgiyevna, Cavabdeh3 və L.Georgiyevnanın vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etdilər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan 05 oktyabr 2019-cu il tarixliİ, AR-İ 890399 saylı etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı,.... xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Cavabdeh1 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzili tam mülkiyyət hüququ üzrə 230.000 manata alıcının mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh1 əvəzinə Bakı şəhəri 51 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 9509 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2, İddiaçı əvəzinə Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 15168 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X8 imzalamışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlanmış 04 fevral 2020-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzili aylıq 500 manat icarə haqqı ödənilməklə xx.xx.2020-ci il tarixədək Cavabdeh2 icarəyə vermişdir. Müqaviləni İddiaçı əvəzinə Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 15168 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X8 imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanan məktubun surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən icarə haqqı ödəmədiyindən icarə haqqı üzrə yaranmış 2000 manat borcun 3 gün müddətində ödənilməsi barədə Cavabdeh2 xəbərdarlıq edilmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh1 tərəfindən ünvanlanmış ərizəyə əlavə edilmiş Premium Legal Services MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: İşin müəyyən edilmiş hallarına əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzil alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisidir. Mübahisəli mənzilin alqı-satqısı etibarnamə əsasında Cavabdeh1 adından onun oğlu Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. 04 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ünvan 2-ni aylıq 500 manat icarə haqqı ödənilməklə xx.xx.2020-ci il tarixədək Cavabdeh2 icarəyə vermişdir. Hazırda iddiaçı Cavadov X3 Lalə Georgiyevna, Cavabdeh3 və Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi mənzildən çıxarılmalarını və sonuncuların həmin mənzilə istifadə hüquqlarının itirilməsini, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manat olmaqla, ümumilikdə 7000 manatın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun xeyrinə tutulmasını xahiş etmiş, iddiaçı Cavabdeh1 isə evin satılması zamanı onun razılığının alınmadığını, bununla da aldadıldığını əsas gətirərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilə dair 28 oktyabr 2019-cu il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hesab edir ki, hazırki iş üzrə ilk növbədə aydınlaşdırılması zəruri olan hal – Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 müvafiq etibarnamələri verərkən mübahisəli mənzilin alqı-satqısına yönələn iradə ifadələrinin olub-olmamasını müəyyən etməkdir. 53. Mülkiyyətçilərin adından oğlanları Kamrana verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Ona görə məhkəməyə lazım gəlirdi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadələrinin olub-olmamasına dair sübutları araşdıraraq onlara MPMnin 88-ci maddəsinə uyğun qiymət versin.... Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hesab edir ki, hazırki iş üzrə ilk növbədə aydınlaşdırılması zəruri olan hal – Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 müvafiq etibarnamələri verərkən mübahisəli mənzilin alqı-satqısına yönələn iradə ifadələrinin olub-olmamasını müəyyən etməkdir.» İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı iş materiallarında olan etibarnamələrin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 həmin etibarnamələr əsasında “Harada yerləşməsindən asılı olmayaraq onların adına olan bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olan hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka(girov) qoymaq, ipotekanı qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və ondan imtina etmək, bütün şəxslərdən, müəssisələrdən, Gömrük orqanlarında, ASAN Xidmət mərlkəzində, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, İcra Hakimiyyəti orqanlarında, idarələrdən, notariat kontorundan, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” təşkilatlarından, banklardan, sığorta şirkətindən, poçtdan və teleqrafdan bütün əsaslar üzrə onlara çatası əmlakı, pulu, diplomu almağı, qiymətli kağızları, çıxarışı, texniki pasportu, sənədləri almağı, kassa aparatını qeydiyyata qoymağı, qeydiyyatdan çıxarmağı, bank orqanlarında və onun filiallarında depozit və cari hesab açmağı, açılmış hesablar üzərində sərəncam verməyi, hesabdan pul çıxarmağı, bank əməliyyatları aparmağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ vvə ictimai təşkilatlarda onların adından ərizə verməyi, imza etməyi, bu tapşırıqların yerinə yetirilməsi” etibar edilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 oğluna verdiyi etibarnamənin ümumi xarakter daşımasına, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibar etməsinə əsaslanaraq hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün hərhansı əsas yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qənaətini X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırır. Həmin qərara görə, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Kollegiya işi hallarına Ali Məhkəmənin göstərişlərinə müvafiq qiymət verərkən Konstitusiya Məhkəməsinin qeyd edilən qərarını əsas götürür və vurğulayır ki, Cavabdeh2 mübahisəli mənzili 230000 manata İddiaçı etibarnamə əsasınd satmışdır. Lakin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. Göründüyü kimi, mənzilin bazar qiyməti ilə satıldığı qiymət arasında kəskin fərq vardır ki, bu da həmin mənzilin alıq-satqısına dair müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlandığına sübhə oyadır. Bundan başqa, Cavabdeh1 və Cavabdeh3 kollegiya iclasında verdikləri izahatlarında mənzili satmaq niyyətlərinin olmadığını, hətta mənzilin satılması üçün heç yerdə elan vermədiklərini bildirmişlər. Kollegiya həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsi zamanı satılan əşyanın, əmlakın dəyərinin tərəflərin müəyyən etməsi mülki qanunvericiliyin ümumi qəbul edilmiş prinsiplərindəndir. Bu, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək (MM-nin 390-cı maddəsi) prinspindən irəli gəlir. Lakin, o yerdəki, əqd təmsilçi vasitəsi ilə bağlanır və mülkiyyətçi əqdi bağlamağa səlahiyyət vermədiyini mübahisələndirir, əmlakın satılmasına mülkiyyətçinin iradəsinin olubolmaması məsələsinin müəyyən edilməsində bir sıra sübutlarla yanaşı əmlakın satış dəyəri ilə bağlı faktın sübut kimi istifadə olunması istisna deyildir. Konkret halda, əmlakın dəyəri ilə bağlı razılaşmanı əqdi bağlayan, təmsilçi mübahisələndirmir, mülkiyyətçi həmin faktdan sübut kimi istifadə edir ki, özünə məxsus əmlakı dəyərindən qat-qat ucuz satmağa əsaslar olmamışdır. Bu halı, mənzili satmağa həqiqi iradəsinin olmamasını təsdiq edən sübutun bir növü kimi təqdim etmiş, qarşı tərəf bu faktı təkzib edə bilməmişdir. Kollegiya qeyd edilən normalara və işin hallarına əsasən qeyd edir ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti daşınmaz əmlakdır və onun mülkiyyətçisinin kim olması mənzilin alıcısı üçün qeyri-müəyyən ola bilməzdi. İddiaçı isə sözügedən mənzili alarkən onun mülkiyyətiçisinin Cavabdeh1 olmasını bildiyi halda onun həqiqətən də iradə ifadəsinin olub-olmamasını öyrənməyə çalışmamışdır. Mənzili satan Cavabdeh2 onun etibarnamə üzrə nümayəndəsi olsa da, kollegiya hesab edir ki, kifayət qədər yüksək dəyərə malik olan daşınmaz əmlakın alqı-satqısını həyata keçirərkən iddiaçı mülkiyyətçinin iradə ifadəsinin olub-olmamasına müəyyən qədər tədbirli yanaşmalı idi. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Kollegiya həmçinin “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 mart 2016-cı il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Həmin Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hesab edir ki, hazırki iş üzrə Cavabdeh2 sözügedən mənzili bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla təmsil edilənin maraqlarına və mülki qanunvericiliyin təmsilçiliklə bağlı müddəalarının mahiyyətinə zidd əqd bağlamışdır. Kassasiya instansiyası məhhkəməsi öz qərarında həmçinin qeyd edir ki, « ... həm alqısatqı müqaviləsi, həm də icarə müqaviləsi etibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən imzalanmış, bütün SMS yazışmalar da Cavabdeh2 ilə X4 arasında olmuşdur.» Ali Məhkəmənin qeyd edilən göstərişinə əsasən kollegiya vurğulayır ki, işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman həmin SMS yazışmalarına nəzər yetirilmiş və müəyyən edilmişdir ki, həmin SMS yazışmalarında evin alqı-satqısı ilə bağlı hə hansı fikirə rast gəlinməmişdir. Bu hal onu deməyə əsas verir ki, mübahisələndirilən müqavilənin bağlanmasında alqı-satqı niyyəti olmamış və əqd başqa əqdi pərdələmək məqsədi daşımışdır. Kollegiya icarə müqaviləsi ilə bağlı qeyd edir ki, tərəflər arasında olan alqı-satqı müqaviləsi etibarsız hesab olunduğundan ödənilməmiş icarə haqqının mənzilin mülkiyyətçisindən tutulması əsassız olmuşdur. Belə ki, iş materiallarından və İddiaçı iddia tələbinin məzmunundan da aydın olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 sözügedən mənzildə yaşamışlar. Tərəflər arasında olan alqı-satqı müqaviləsi etibarsız sayıldığından, cavabdehlər həmin mənzildə yaşadıqları zaman mənzilin mülkiyyətçiləri olmuşlar. İddiaçı mənzilə mülkiyyət hüququ əldə etmədiyinə görə, mülkiyyətçilər ona icarə haqqı ödənilməsi ilə bağlı iddia tələbi də əsassız olmuşdur. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri” üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadına əsasən, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarında formalaşdırılan hüquqi mövqeyə görə, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Kollegiya qeyd edir ki, hazırda tərəflər arasında olan kredit müqaviləsinin etibarlılığının da yoxlanılması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddia rədd edilməli, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair xx.xx.2019-cu il tarixli AN-İ№0796052 saylı alqı-satqı müqaviləsi etibarsız sayılmalı, İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddia rədd edilməli, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair xx.xx.2019-cu il tarixli AN-İ№0796052 saylı alqı-satqı müqaviləsi etibarsız sayılmalı, İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s.” tələbinə dair iddia rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən mənzilə dair xx.xx.2019-cu il tarixli AN-İ№0796052 saylı alqı-satqı müqaviləsi etibarsız sayılsın. İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 (iki yüz otuz min) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar