Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3877/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı tələblərə dair birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, icarə haqqının tutulması, mənzilin boşaldılması tələblərinə dair, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi və Bakı şəhəri 9 saylı notariat ofisi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbləri barədə bir icraatda birləşdirilmiş iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1909/2023 nömrəli iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 28 oktyabr 2019-cu il tarixli notarial qaydada bağlanmış Daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 (ümumi sahəsi 138,65 kv.m, 3 otaq) 230.000 manata Cavabdeh1 tərəfindən İddiaçı satılıb. Müqaviləni satıcı Cavabdeh1 əvəzinə Cavabdeh2, alıcı İddiaçı əvəzinə X2 imzalamışlar. Müqavilədə göstərilən mənzilin dəyəri 28 oktyabr 2019-cu il tarixdə 132.000 manat, 02 noyabr 2019-cu il tarixdə 90.000 manat, 08 noyabr 2019-cu il tarixdə 8000 manat olmaqla ödənilib.
2. Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınıb. 3. 04 fevral 2020-ci il tarixli notarial qaydada bağlanmış İcarə müqaviləsinə əsasən, ünvan 1 İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixədək icarəyə verilmiş, icarə haqqının məbləği aylıq 500 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməs ində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək ödənilməmiş 2.500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4.500 manatın, ümumilikdə 7.000 manatın cavabdehlərdən onun xeyrinə tutulması və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı Cavabdeh1 da cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək, ünvan 1-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli AN-İ ******* nömrəli 4Ə/XXX reyestr nömrəli alq ı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-538/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) İddiaçı iddiası qismən təmin edilmiş, ödənilməmiş icarə haqqının əvəzi olaraq 2.500 manat pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzildən çıxarılması, iddianın digər hissələrdə təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdeh1 oğluna verdiyi etibarnamənin ümumi xarakter daşıdığ ına, ünvan ev 21 A, mənzil 22 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət vermədiyinə və bağlanmış alqı-satqı müqaviləsinin onun iradəsini əks etdirmədiyinə əsaslansa da, qeyd edilən etibarnamədən müəyyən edilmişdir ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki halla r, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Məhkəmə həmçinin iddiaçı Cavabdeh1 istinad etdiyi daşınmaz əmlakın həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müddəadan göründüyü kimi alqı-satqının müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin ir adəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ondan apellyasiya şikayəti vermişlər.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8734/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov, A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti vermişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1514/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
12. Ali Məhkəmənin hüquqi mövqeyinə görə: - Cavabdeh1 və onun əri Cavabdeh3 birgə mülkiyyətində olmuş mübahisəli mənzilin onların oğlu tərəfindən etibarnamə əsasında ilk iddiaçı ilə alqı-satqı müqaviləsi bağlaması işin mübahisəsiz halıdır. Eyni zamanda, mənzilin satılmasına razılıq verilməsinə dair ərizənin, mənzil barəsində məhdudiyyətin olub-olmamasına dair ərizənin və alqı-satqı zamanı zəruri olan digər sənədlərin məhz Cavabdeh2 tərəfindən etibarnamə yə əsaslanaraq imzalaması işin sübuta yetirilmiş halıdır; - kassatorların dəlili ondan ibarətdir ki, mülkiyyətçilərin mənzilin satılmasından məlumatları olmamış və onlar etibarnamə verərkən belə bir iradə ifadə etməmişlər. Bunun sübutu olaraq iddiaçı Cavabdeh1 bir sıra dəlillər irəli sürmüş, o cümlədən, mənzili satmaq fikirlərinin olmadığını, mülkiyyətçi olaraq özü və əri tərəfindən mənzilin satılması ilə bağlı heç bir yerdə elan vermədiklərini, mənzilin dəyərinin alqı-satqı müqaviləsində qeyd olunan məbləğdən kəskin fərqli olduğunu (daha baha), yaxın qonşuluqda yaşayan şəxsin analoji mənzili 360.000 manata satmasını və mübahisəli mənzilin də dəyərinin ona yaxın olması barədə rəyi, iddia qaldırılan vaxta qədər mülkiyyətçi kimi özünü təqdim etmiş şəxsin mənzilə gəlmədiyini, baxmadığını, XXX ın mənzili girov olaraq aldığı pulun müqavbilində alqı-satqı kimi rəsmiləşdirdiyini bildirmişlər; - iddiaçı Cavabdeh1 irəli sürdüyü dəlillərin araşdırılması məhkəməyə imkan verəcəydi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadəsinin olub-olmamasını müəyyən etsin. Müqavilənin bağlanmasında müqavilə tərəfinin iradə ifadəsi əsas şərtdir. Çünki, müqavilənin bütün mühüm şərtləri barədə tərəflər razılığa gəldikdə müqavilə bağlanmış hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, hazırkı mübahisə predmeti ər- arvadın birgə mülkiyyəti olduğundan mənzilin alqı-satqısı üçün hər iki tərəfin iradə ifadəsinin (razılığı) olması zəruridir; - “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir; - Konstitusiya Məhkəməsi Plenumunun təmsilçi vasitəsi ilə əqdin bağlanmasına dair məsələlərlə bağlı yuxarıda qeyd olunan mövqeyinə əsasən hazırki iş üzrə ilk növbədə aydınlaşdırılması zəruri olan hal – Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 müvafiq etibarnamələri verərkən mübahisəli mənzilin alqı-satqısına yönələn iradə ifadələrinin olubolmamasını müəyyən etməkdir; - mülkiyyətçilərin adından oğlanları XXXa verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtl ərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Buna görə məhkəməyə lazım gəlirdi ki, mənzilin satılmasına mülkiyyətçilərin iradə ifadələrinin olub-olmamasına dair sübutları araşdıraraq onlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət versin; - Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur; - “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilib ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır; - apellyasiya instansiya məhkəməsi hazırki mübahisəyə qiymət verərkən, məsələyə yalnız müqavilə bağlanarkən qanunvericiliyin şərtlərinin formal olaraq gözlənilməsi baxımından qiymət vermişdir ki, bu da Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan mövqeyinə ziddir; - həm alqı-satqı müqaviləsi, həm də icarə müqaviləsi e tibarnamə üzrə nümayəndə Cavabdeh2 tərəfindən imzalanmış, bütün SMS yazışmalar da Cavabdeh2 ilə X1 arasında olmuşdur. Həmçinin, mübahisəli mənzilin satışa çıxarılması barədə əvvəlcədən heç bir elan verilməmiş, qarşı tərəf bu faktı təkzib edə bilməmişdir; - digər tərəfdən, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, mübahisəli mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. Analoji işlərə baxılması ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, adətən məhkəmələr satılan əmlakın dəyərinin onun real dəyərindən kəskin az olması halında bunun müqavilə tərəflərinin iradəsinə uyğun olaraq müəyyənləşdirilməsi mövqeyindən çıxış edərək bu halı faktı təsdiq edən sübut kimi dəyərləndirmirlər. Hazırkı işdə də məhkəmələrin mövqeyi belə olmuşdur k i, mülki qanunvericiliyin alqı-satqını nizama salan normalarından göründüyü kimi, alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır; - qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi zamanı satılan əşyanın, əmlakın dəyərinin tərəflərin müəyyən etməsi mülki qanunvericiliyin ümumi qəbul edilmiş prinsiplərindəndir. Bu, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək (MM-nin 3 90-cı maddəsi) prinspindən irəli gəlir. Lakin, o yerdə ki, əqd təmsilçi vasitəsi ilə bağlanır və mülkiyyətçi əqdi bağlamağa səlahiyyət vermədiyini mübahisələndirir, əmlakın satılmasına mülkiyyətçinin iradəsinin olub-olmaması məsələsinin müəyyən edilməsində bir sıra sübutlarla yanaşı, əmlakın satış dəyəri ilə bağlı faktın sübut kimi istifadə olunması istisna deyil. Konkret halda, əmlakın dəyəri ilə bağlı razılaşmanı əqdi bağlayan, təmsilçi mübahisələndirmir, mülkiyyətçi həmin faktdan sübut kimi istifadə edir ki, özünə məxsus əmlakı dəyərindən qat-qat ucuz satmağa əsaslar olmamışdır. Bu halı, mənzili satmağa həqiqi iradəsinin olmamasını təsdiq edən sübutun bir növü kimi təqdim edir; - eyni zamanda, hazırkı işdə əmlakın satış dəyəri ilə bağlı açıq-aşkar uyğun gəlməyən sübut təqdim edilmişdir. Həmçinin, əmlakın satış dəyərinin hansı məbləği ifadə etməsi barədə Cavabdeh3 məhkəmə iclası zamanı aydın izahat vermişdir (mülki iş, 3-cü cild, səhifə 30); - bundan başqa, alqı-satqının bilavasitə iştirakçıları olan şahidlər XXX və XXXın ifadələri məhkəmə iclaslarında dinlənilmişdir. Birlikdə işləmiş, eyni məsələ ilə bağlı olan şəxslərin ifadələri bir-birinə tamamilə zidd olmuşdur. Məhkəmə onların hansının ifadəsinin həqiqət olması və hansı əsaslara görə digərinin ifadəsinin düzgün olmaması ilə bağlı dəyərləndirmə aparmamışdır. Hansı ki, həmin hallar məhz mülkiyyətçilərin mənzilin satılmasına iradə ifadələrinin olub-olmamasını müəyyən etməyə kömək edən hallar olmuşdur. Şahidlər alqı-satqıdan əvvəl mənzilə baxış keçirilməsi, mənzil barəsində hansı məqsədlə, hansı əqdi bağlamaları, onların bu işdə maraqları ilə bağlı dinlənilmişlər; - məhkəmə araşdırmalarına Cavabdeh2la Vakili Razlighi Arasında yazışmalar əlavə edilmişdir. Mənzilin alqı-satqısı barədə razılaşma olmuşdursa, belə yazışmaların məzmunu və hansı zərurətdən yaranması, bunların hansı münasibətləri ifadə etməsi ilə bağlı qiymətləndirmə aparılmamışdır. Cavabdeh tərəfin dəlillərinin hərtərəfli aydınlaşdırılması üçün sübutlar tədqiq edilmiş olsa da, onlara sübutların məcmusu qaydasında qiymət verilməmişdir; - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı Cavabdeh1 irəli sürdüyü dəlillər yoxlanıldığı təqdirdə öz təsdiqini taparsa, toplan mış bütün sübutların, o cümlədən, satış barədə elan verilib-verilməməsi, mənzilə baxış keçirilib-keçirilməməsi, bunun hansı sübutlarla təsdiq edilməsi, şahid ifadələrinin hansının düzgünlüyü, yuxarıda qeyd olunan SMS yazışmaların mahiyyəti və məqsədi, əmlakın satış dəyəri ilə bağlı sübutlar məcmu halda qiymətləndirildikdə ortada olan yazılı sübutun, yəni əqdin əhəmiyyətsiz olub-olması barədə qənaəti formalaşdırmaq mümkün olacaqdır; - yazılı sübutların həqiqiliyi prezumpsiyası mövcuddur. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübu tlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5087/2022 nömrəli iş üzrə 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov, İ.Kərimli) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı idd iası rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız sayılmış, İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş cəmi 230.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı ondan kassasiya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6052/2022 nömrəli iş üzrə 26 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov (məruzəçi), E.Şamayev və E.Vəliyeva) kassasiya şikayəti qismən təmin edi lmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “İşdən görünür ki, mübahisəyə ikinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən 3 dəfə məhkəmə baxışı olmuş (29 iyul, 10 avqust və 12 avqust 2022-ci il), birinci məhkəmə baxışında iddiaçının nümayəndəsi (protokolda nümayəndənin hansı iddiaçını təmsil etməsi göstərilməsə də, onun İddiaçı nümayəndəsi olması müəyyən edilir) iştirak etmiş, həmin nümayəndə apellyator olmasa da, nədənsə onun apellyasiya şikayətinin təmin edilməsini xahiş etməsi göstərilmiş və iş cavabdehlərin iştirakını təmin etmək üçün 10 avqust 2022-ci il tarixə təxirə salınmışdır. 10 və 12 avqust 2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən apellyatorlar apellyasiya şikayətini müdafiə, cavabdeh (iddiaçı) İddiaçı nümayəndəsi isə şikayətə etirazını bildirmişlər. Məhkəmə iclas protokollarından apellyasiya instansiyası məhkəməsinin hazırki üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı hər hansı araşdırma aparması, işdəki sübutların tədqiqi və işin halları (“sms” yazışmaları, mülkiyyətçinin həqiqi iradə ifadəsi, əmlakın qiymət və s.) ilə bağlı tərəflərin sorğu-sual olunması görünmür. Bu da o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı, ümumiyyətlə, hər hansı araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsəl ələri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını İddiaçı iddiasını rədd, Cavabdeh1 iddiasını isə təmin etmək üçün formal əsas kimi qəbul etmiş və iddia tələbləri üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Halbuki Ali Məhkəmənin qərarında göstərilən məsələlərin (“sms” yazışmaları, mülkiyyətçinin həqiqi iradə ifadəsi, əmlakın qiymət və s.) olub-olmamasını işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi özü müəyyən etməli idi. Məsələn, apellyasiya instansiyası məhkəməsi SMS yazışmalarına nəzər yetirildiyini, SMS yazışmalarında evin alqı-satqısı ilə bağlı hər hansı fikrə rast gəlinməməsini qeyd etməklə iddia tələbləri üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Hərçənd ki, SMS yazışmalarının hərfi mənası yalnız onlarda əks edilən mətnlə məh dudlaşmır. Həmin mətnlərdə tərəflərin əslində yazışmasının nə barədə olması açıq qalıb, əslində, apellyasiya instansiyası məhkəməsi həmin yazışmalardakı nədən söhbət getməsini mətn müəlliflərinin iştirakı ilə araşdırmaqla bu və ya digər nəticəyə gələ bilərdi. Başqa bir misal: apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına əsasən göstərib ki, mübahisədə adı keçən mənzilin bazar qiyməti 345000 manat olduğu halda, həmin mənzilin satıldığı qiymət arasında kəskin fərq vardır ki, bu da həmin mənzilin alıq- satqısına dair müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlandığına sübhə oyadır. Apellyasiya instansiyası məhkəməsi yalnız həmin rəyə istinad etməklə kifayətlənmiş, rəyə MPM-in 88 və 103.1-ci maddələri baxımından qiymət verm əmiş, bu da rəydə həmin mənzilin dəyərinin onun satılmasından 2 il sonrakı dövrə müəyyən edilməsinə diqqət yetirilməməsi ilə nəticənlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisənin həlli bağlı Ali Məhkəməni n qərarına bu cür formal yanaşmasını əsaslı hesab etmir. Məhkəmə kollegiyası analoji işlərlə bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Göründüyü kimi, hazırkı işdə tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli halların olmasına, üstəlik, həmin halların araşdırılmalı olması ilə bağlı Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi onlara heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində mübahisəyə dair mövqeyini yalnız Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərlə əsaslandırmışdır. Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarını bir iddianı rədd, digər iddianı təmin etmək üçün formal əsas kimi qəbul edərək, mübahisənin qanuni və əsaslı həlli ilə bağlı lazımi araşdırma aparmadan qərar qəbul etmişdir.” f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1909/2023 nömrəli iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin mübahisəsiz halları odur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 m2 olan 3 otaqlı 22 saylı mənzilin İddiaçı satılması barədə alğı-satqı müqaviləsini Cavabdeh1 adından etibarnamə üzrə nümayəndəsi olan oğlu Cavabdeh2 və İddiaçı adından etibarnamə üzrə nümayəndəsi X3 imzalamışlar. O cümlədən notariat qaydasında təsdiq edilmiş ərizədən müəyyən olunur ki, Cavabdeh3 mənzilin satılmasına etiraz etməmişdir. Ərizəni Cavabdeh3 adından etibarnamə üzrə nümayəndəsi olan oğlu Cavabdeh2 imzalamışdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlili odur ki,mənzili satma niyyəti olmamışdır. Bunu onunla əsaslanıdırır ki, nə özü, nə də əri tərəfindən evin satılması barədə elan verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm Cavabdeh1, həm də Cavabdeh3 tərəfindən övladları olan Cavabdeh2 bütün əmalklarla bağlı geniş səlahiyyətlər verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən şahid qismində dindirilmiş XXX ifadəsində bildirmişdir ki, XXXüəllim ona demişdir ki, ev almaq istəyir. XXX da demişdir ki, qonşuluqda ev satan var. O, XXXüəllimə demiş, gedib evə baxmışlar. O cümlədən XXX da şahid qismində dindirilmişdir. XXX isə ifadəsində bildirmişdir ki, o, ev alğı-satqısı ilə məşğul olur.XXX ona demişdir ki, evi girov qoymaq istəyir. XXX 200000 manat pul istəyirdi. XXXüəllimlə getdik evə baxdıq. Dedi ki, 100000 dollar verərəm. XXXa dedim ki, 100000 dollara alan var. Amma pulu hissə hissə verəcək (2-ci cild, səhifə 196). XX X ifadəsində o cümlədən bildirir:”əvvəl danışdığım yalan olub, indi danışdığım tam döğrudur, Nəyə görə kiminsə evi əlindən alınmalıdır” (2-ci cild, səhifə 197). Göründüyü kimi həm XXX, həm də XXX bilidirir ki, XXX evə baxmışdır. O cümlədən XXXla XXXın ifadəsində ziddiyyət vardır. Məhkəmə kollegiyası qeyd edir ki, şahid XXX gah bildirir ki, XXX evi girov qoymaq istəyirdi, gah da deyir ki, XXXa dedim 100000 dollara alan var. O cümlədən məhkəmə kollegiyası hesab edir ki, əvvəl yalan deyirdim, indi doğru deyirəm kimi ifadə işlədən şahidin dedikləri inandırıcı deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2la X3 arasında olan sms yazışmada XXX yazır: “mamaynan danışdım 2-ci gün evi təhvil verək... vsyo gəlirəm əllim” (2-ci cild, səhifə 156). Mənzilin dəyəri ilə bağlı qeyd olunmalıd ır ki, mənzilə dair alğı satqı müqaviləsi 2019cu ilin oktyabr ayında bağlanmışdır. İşdə olan Premium Legal Services MMC-nin arayışından müəyyən olunur ki, mənzilin bazar dəyərinin 345000 manat olmasına dair rəy 2021-ci ilin oktyabr ayında verilmişdir. Göründüyü kimi qiymətləndirmə 2 il sonraki tarixə verilmişdir. Lalə Əiyevanın istinad etdiyi hallardan biri odur ki, qonşuluqda oxşar mənzil daha baha qiymətə satılmışdır. İş materiallarından da görünür ki, istinad olunan mənzilin sahəsi 210 kv metrdir, yəni daha böyükdür. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı prinsipindən irəli gələrək tərəflər qanunvericiliyə zidd olmayan qaydada müqavilə bağlaya bilərlər. O cümlədən əmlakın dəyəri tərəflərin razılığı ilə müəyyənləşdirilir, bununla bağlı qanunvericilikdə hər hans ı qadağan edici norma yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, 138.65 kvm olan 3 otaqlı mənzilin dəyəri olaraq 230000 manat məbləğə tərəflərin razılaşması mümkündür. xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh3 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq- hesab aparmağı və s. xx.xx.2029-cu il tarixədək Cavabdeh2 etibar etmişdir. xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 harada yerlə şməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq- hesab aparmağı və s. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Məhkmə kollegiyası qeyd edir ki, yalnız nəqliyyat vasitəsi ilə bağlı səlahiyyətin verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Etibarnamələrin məzmunundan müəyyən olunduğu ki, Cavabdeh2 bütün əmlaklarla bağlı geniş səlahiyyət verilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, işdə olan etibarnamələrdən müəyyən olunur ki, nəqliyyat vasitəsinə dair sərəncam hüququ ilə bağlı başqa etinarnamələr verilmişdir (4-cü cild səhifə 22). İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, ünvan 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 m2 olan 3 otaqlı 22 saylı mənzil xx.xx.2020-ci il tarixədək Cavabdeh2 500 manat aylıq icarə haqqı ödənilməklə icarəyə verilmişdir. İcarə müqaviləsini də İddiaçı adından nümayəndəsi X3 imzalamışdır. Göründüyü kimi mənzilə dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra, mənzilə dair icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Yəni Cavabdeh2 ilə münasibətlər davam etmişdir. Bunu Cavabdeh2la X3 arasında olan sms yazışmal ar da təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə tərəflər arasında notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi vardır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi prezumpsiyası qüvvəsini saxlayır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə baxışları zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə dəfələrlə müxtəlif məbləğlərdə kredit ve rmiş, həmin kreditin təminatı kimi iddiaçının özünün nəzərdə tutduğu kimi cavabdehin mülkiyyətində olan yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla cavabdehin evini almışdır, lakin məhkəmə baxışları zamanı müəyyən olunmuşdur ki, cavabdeh (oğlu) heç də evi satmaq fikrində olmamış, kreditə pul götürdüyü üçün bunun müqabilində evi alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirmişdir. Məhkəmə proseslərində göründüyü kimi, cavabdəh heç də evi satmaq fikrində olmamış, tərəflər arasında bağlanmış əqd onların iradə ifadəsinə uyğun olmamışdır. Tərəflər arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmələr iddianın təmin olunmaması barədə qərar qəbul olunması lazım olduqda, bunu etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı İddiaçı etiraz ının dəlilləri onun iddia ərizəsinin və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsası nda yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş b irtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçini n əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəm ənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnsin və ya nəticələnə bilsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “... İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənli k nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır.... O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, İddiaçı onun iddiasının qismən təmin olunması ilə razılaşaraq, həmin hissədən şikayət vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı, sözügedən hissə istisna olmaqla, kassasiya şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları mübahisləndirilən hissədə düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
32. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə t utulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin yaranması üçün digər əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərə flərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar).
33. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəl illəri əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli etibarnamə ilə Cavabdeh1, xx.xx.2019cu il tarixli etibarnamə ilə onun əri Cavabdeh3 harada yerləşməsindən asılı olmayaraq onların adına olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı oğulları Cavabdeh2 etibar etmişlər.
34. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyi nin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.
35. Lakin hazırkı mübahisə üzrə alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan hal aşkar olunmur. Əksinə, aşağı instansiya məhkəmələri tərəfindən işin həqiqi hallarına əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi zədələnmə miş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə cavab vermişdir.
36. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1909/2023 nömrəli iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.