Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-156/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1410/2024 saylı, 5 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etm işlər:
2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, mühərrik həcmi G2200, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir;
3. İddiaçı nümayəndəsi X9 xx.xx.2022- ci il tarixdə “HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X10 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər verilmişdir;
4. İddiaçı adından X2 bu etibarnamə ilə “HYUNDAİ SANTAFE minik” markalı, **-SG*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlama q, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyəti vermişdir. Həmin etibarnamə 19 avqust 2023-cü il tarixdə qüvvədən düşmüşdür;
5. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X8 qarşı pul tələbinə dair iddiası təmin edilmişdir;
6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1890/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh X5 qarşı mübahisəli avtomobilə görə verdiyi pul tələbinə dair iddiası təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan qara rəngli “HUNDAY SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (B AN-KMHSJ81WP6U032844) avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında yaxın tanışı olan X6 vermişdir. Seymur Pənciyevlə aralarında olan razılığa görə həmin avtomobil satılmalı və əldə olunan pul hesabına ilkin ödəniş edilməklə Seymur tərəfindən ona yeni avtomobil alınmalı idi. Seymur Pənciyev onun etibarından sui istifadə edərək mülkiyyətində olan avtomobili Şakir adlı şəxsə satmış, Şakir isə öz növbəsində Cavabdeh satmışdır. Lakin avtomobili satmalarına baxmayaraq ona avtomobilin satılmasına görə heçbir ödəniş edilməmiş və yaxud ona başqa avtomobil alınıb verilməmişdir. Sonradan o, Sey mur Pənciyev tərəfindən aldadıldığı üçün aidiyyatı üzrə Ağcabədi Rayon Polis şöbəsinə, DİN-102 məlumat mərkəzinə, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və DİN-nin BDYP-nə rəsmi şikayət ərizələri ilə müraciət etmişdir. Bundan başqa X3 adına verilmiş olduğu baş etibarnaməni ləğv etdirmişdir. Cavabdeh ilə Ağcabədi rayon Polis Şöbəsində avtomobilini geri istəsə də cavabdeh avtomobili geri qaytarmaqdan imtina etmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq xx.xx.2023- cü il tarixdə pretenziya məktubu göndərərək avtomobilini geri tələb etmiş, lakin bütün bunlara baxmayaraq cavabdeh avtomobili geri qaytarmaqdan imtna etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmaqla Cavabdeh onun mülkiyyətində olan avtomobili alınıb ona qaytarılması bar ədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı Beyləqan şəhəri, Məmmədxanov küçəsi ev 86-da yaşayan X7 Hyundai markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan avtomobili sövdələşmə aparmaqla 20.000 manata razılaşaraq almışdır. Aldığı avtomobilə görə X10 19.900 manat nağd pul vermişdir. Şakir Nəsibov avtomobili ona baş etibarnamə əsasında satmışdır. Həmin vaxtdan yəni 13 sentyabr 2022-ci il tarixdən hazırkı vaxtadək avtomobil onun istifadəsindədir. O, Beyləqan Rayon Məhkəməsində X10 qarşı 20.000 manat pulun Şakirdən alınaraq ona verilməsi tələbinə dair iddia qaldırmış, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)70/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmçinin həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsində də dəyişdirilmədən saxlanmışdır. Şakir Nəsibov ona avtomobili qaytaracağı təqdirdə pulu verəcəyini bildirmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Ağcabədi Rayon Məhkəməsinin (hakim Sulduz Ləzimov) 10 iyun 2024-cü il tarixli, 2(017)-213/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “HUNDAY SANTAFE minik” markalı, istehsal ili 2006, ban № KMHSJ81WP6U032844 olan, **-SG*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməs i, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, “HYUNDAİ SANTAFE Minik” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobil iddaçı İddiaçı adına qeydiyyata alınmış, sonradan həmin avtomobili İddiaçı nümayəndəsi X9 xx.xx.2022-ci il tarixdə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərancam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X10 11 ay 29 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermiş, daha sonra İddiaçı nümayəndəsi X12 xx.xx.2022-ci il tarixdə “HYUNDAİ SANTAFE Minik” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərancam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verməklə X10 11 ay 8 gün müddətinə etibarnamə üzrə səlahiyyətlər vermişdir. Sonradan İddiaçı xx.xx.2022-ci il tarixli etibarnaməyə xitam vermişdir. Cavabdeh isə iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək X7 aldığı mübahisəli avtomobilə görə 19.900 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat pul alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hazırda həmin avtomobil Cavabdeh qanunsuz istifadəsindədir və iddiaçı avtomobili cavabdehdən geri ala bilməməsi səbəbindən öz mülkiyyətindən istifadə etməsi qeyri-mümkün olmuşdur.
13. Yekunda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh “HYUNDAİ SANTAFE minik” markalı, istehsal ili 2006, mühərrik həcmi G2200, ban № KMHSJ81WP6U032844 olan, **-SG-*** dövlət qey diyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı; Mülki Məcəllənin 152.1, 152.2, 152.4, 152.5, 157.2, 365.1.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, biri nci instansiya məhkəməsi avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməini qət etsə də, bu mümkün olmadığı halda avtomobilin dəyərinin cavabdehdən tutulmasını qətnamədə qeyd etməmişdir.
17. Eyni zamanda cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı iddiası təmin olunarkən, məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan qanun normasının mənasından da göründüyü kimi əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur, yəni işin hallarından göründüyü kimi Cavabdeh mübahisəli avtomobili əldə edərkən özgəninkiləşdirənin həmin avtomobil qanuni sərəncamında olmuş, Cavabdeh həmin avtomobili 19.900 manat qarşılığında X12 ilə faktiki alqı-satqı münasibətlərinə girməklə ondan almışdır. Lakin məhkəmə bütün bunları nəzərə almamış, Cavabdeh əslində vicdanlı alıcı kimi çıxış etməklə pul verib maşın almasını düzgün qiymətləndirməmiş, qanunsuz qətnamə çıxarmışdır.
19. Məhkəmə Cavabdeh iş üçün əhəmiyyətli olan izahatını ümumiyyətlə nəzərə almamışdır. Belə ki, qətnamə qəbul olunarkən mübahisəli avtomobil Cavabdeh sahibliyində və istifadəsində olmadığı halda avtomobilin Cavabdeh alınıb iddiaçıya verilməsi qət olunmuşdur, ha nsı ki, həmin vaxt avtomobil cavabdehin sahibliyində olmamış və X6 təhvil verilmişdir ki, işin bu halı məhkəmənin qətnaməsinin icrasını qeyrimümkün edəcəkdir. Məhkəmə Cavabdeh bu hal barədəki izahatını nəzərə almamış, onun izahatında maşının hazırda da, cavabdehin istifadəsində olduğunu göstərmiş, cavabdehdə olmayan əşyanın ondan alınması barədə əsassız qətnamə qəbul olunmuşdur.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Cahid İmanov (sədrlik edən, məruzəçi) Tale Kərimov və Pərviz Əhmədov) 2(106)-1410/2024 saylı 5 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsi qətnaməsinin İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan qara rəngli “HYUNDAİ SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN-KMHSJ81WP6U032844) avtomobil olmadıqda onun dəyəri 2000 0 manatın Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə iddianın rədd edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, həmin hissədə iddianın qismən təmin edilərək Cavabdeh tərəfindən qara rəngli “HYUNDAİ SANTAFE” minik markalı, istehsal ili 2006-cı il, (BAN-KMHSJ81WP6U032844) avtomobilin İddiaçı qaytarılmasının mümkün olmadığı təqdirdə, onun dəyəri 19900 (on doqquz min doqquz yüz) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab etmişddir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi avtomobilin qaytarılmasının mümkün olmadığı təqdirdə onun dəyərinin tutulmasına dair hissədə iddianı rəd d edərkən, doğru qənaətə gəlməmişdir.
22. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı özünə məxsus avtomobili satılması üçün Seymur adlı şəxsə vermişdir. Seymur həmin avtomobili Şakir adlı şəxsə 16000 manata satmışdır. Şakir adlı şəxs də həmin avtomobili hazırkı cavabdeh Allahverənə satmışdır.
23. Avtomobil barəsində mübahisə yarandıqdan sonra Allahverən məhkəmədə Şakirə qarşı avtomobilə görə ödəmiş olduğu 19900 manat pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış və Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunaraq 19900 manat pulun Şakirdən alınaraq Allahverənə verilməsi qət edilmişdir.
24. Eyni zamanda Şakirin də Seymura qarşı 16000 manat pul tələbi ilə bağlı iddiası Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunaraq 16000 manat pulun Seymurdan alınaraq Şaki rə verilməsi qət edilmişdir.
25. Müəyyən edilir ki, mübahisəli avtomobil axırıncı dəfə etibarnamə əsasında Allahverənin sahibliyində və istifadəsində olmuşdur və cavabdeh həmin avtomobili Seymura qaytardığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin cavabdehin avtomobili hələ qətnamə ilə alınması qət edilmiş 19900 manat pulu almadan məhz Şakirə deyil, Seymura qaytarması anlaşılan deyil. Belə ki, cavabdeh kollegiyanın iclasında 19900 manat pulu Şakirdən almadığını demişdir. Cavabdeh avtomobili niyə Şakirə deyil, Seymura qaytarması ilə bağlı suallara məntiqli cavab verməmişdir. Bütün bunlara əsasən Kollegiya hesab etmişdir ki, avtomobil məhz cavabdehdədir.
26. İddia tələbindən görünür ki, iddiaçı avtomobilini 20000 manat məbləğində qiymətləndirm işdir. İşlə müəyyən olunur ki, həmin avtomobil birinci dəfə 16000 manata, ikinci dəfə isə 19900 manata satılmışdır.
27. Kollegiya prosessual qənaət prinsipinə əsaslanaraq iş üzrə avtomobilin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etməmiş və avtomobilin axırıncı satış qiymətini (19900 manat) real bazar qiymətinə uyğun hesab etmişdir.
28. Buna görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab etmiş və qeyd etmişdir ki, avtomobilin dəyəri 19900 manat qəbul edilməklə iddia həmin hissədə qismən təmin edilməlidir.
29. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29-cu; Mülki Məcəlləsinin 152.1, 152.2, 152.4, 152.5, 157.1, 157.2, 157.4, 365.1.1-ci və Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
30. Cavabdeh (Vəkil) apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(106)-1410/2024 saylı qətnaməsinin tam ləğv olunaraq işin təkrar apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassator kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia tələbi təmin olunarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, işin hallarından göründüyü kimi Cavabdeh mübahisəli avtomobili əldə edərkən özgəninkiləşdirənin həmin avtomobil qanuni sərəncamında olmuş, cavabdeh həmin avtomobili 19.900 manat qarşılığında X12 ilə faktiki alqı-satqı münasibətlərinə girməklə ondan almışdır. Lakin məhkəmə qeyd olunanları nəzərə almamış, Cavabdeh əslində vicdanlı alıcı kimi şıxış etməklə pul verib maşın almasını düzgün qiymətləndirməmiş, qanunsuz qətnamə çıxarmışdır.
32. Məhkəmə Cavabdeh iş üçün əhəmiyyətli olan izahatını nəzərə almamışdır. Belə ki, istər birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, istərsə də, apellyasiya məhkəməsində qəbul edərkən, istərsə də, apellyasiya məhkəməsində qətnamə qəbul olunarkən mübahisəli avtomobil Cavabdeh istifadəsi və sahibliyində olmamışdır. Lakin hər iki məhkəmə cavabdehdə olmayan mübahisəli avtomobilin ondan alınıb iddiaçıya verilməsi qənaətinə gəlmiş və ədalətsiz olmaqla qətnamənin icrasını qeyri-mümkün edən vəziyyətə şərait yaradılmışdır.
33. Apellyasiya məhkəməsi nin qətnaməsində qeyd olunur ki, “cavabdehin mübahisəli avtomobili məhz Şakirə deyil, Seymura qaytarması anlaşılan deyil. Belə ki, cavabdeh kollegiyanın iclasında 19.900 manat pulu Şakirdən almadığını demişdir. Cavabdeh avtomobili niyə Şakirə deyil, Seymura qaytarması ilə bağlı suallara məntiqi cavab verməmişdir. Bütün bunlara əsasən Kollegiya hesab edir ki, avtomobil məhz cavabdehdədir”. Hesab edir ki, məhkəmənin mövqeyi heç bir qanuna və ya əsasa və ümumiyyətlə hər hansı məntiqə də uyğun deyildir. Qanunvericiliyin tələbi isə ondan ibarətdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə işə baxarkən iş üzrə sü butları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Lakin məhkəmə işi obyektiv aparmamış, iddianı təsdiq edən şahidlər dindirilməmiş, cavabdehin izahatları nəzərə alınmamış, yalnıziddiaçının izahatlarınaistinad etməklə onları əsas götürmüşdür.
34. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci və Mülki Prossesual Məcəllənin 106.1 və 175.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edi lən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 1096.1.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vuru lmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının mülkiyyətində olan avtomobil cavabdehin qanunsuz sahibliyinədir. Belə olan halda, əşyanın qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi barədə iddianın təmin edilməsi əsası olmuşdur.
50. Belə ki, Mülki Məcəllənin Maddə 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam h əcmdə ödənilməlidir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1410/2024 saylı, 5 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.