Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3982/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X23” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, iddiaçılar İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon Notariat Ofisinə qarşı, İddiaçı3 Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi, hərracın keçirilməsi qaydaları, alğı-satqı müqaviləsinin ləğvi, müqa vilənin etibarsızlığı, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Elşanə Rafiq qızı Vəliyeva və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X23” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması”, iddiaçılar İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması”, İddiaçı3 Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Qusar rayon Dövlət N otariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2024-cü il tarixli, 2(105)294/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Keçmiş Quba avtovağzalının əmək kollektivi tərəfindən "xxxx" firması yaradılmışdır.
2. Xaçmaz Rayon Məhkəməsinin 2-12.2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsi üzrə X5 "xxxx" firmasından mülkiyyət hüququ üzrə payının natura şəkilində ayrılması barədə iddia tələbi rədd edilmiş, Cavabdeh2 və qeyrilərinin “Quba” avtovağzalının bazasında yaradılan "xxxx" firmasının mülkiyyətində olan paylarının müəyyən ed ilməsi üzrə iddia tələbi təmin edilmiş və “Quba” avtovağzalının özəlləşdirilməsi nəticəsində yaradılmış "xxxx" firmasının dövlət tərəfindən firmanın işçilərinə bağlanmış əmlak payı nəzərə alınmaqla ayrı-ayrı işçilərin əmlak payının X5 adına özəlləşdirilməsi rəsmiləşdirilən 56.154.040 manat dəyərində əmlakın faizlə nisbəti müəyyən edilmişdir. 3. "xxxx" firmasının direktoru Mirabdulla Rzayevlə icarəçi İddiaçı2 arasında bağlanmış 01 aprel 2017-ci il tarixli icarə müqaviləsinə əsasən, firma özünün mülkiyyətində olan inzibati binanın içərisində yerləşən 13 kv.m sahəsi olan otağı sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün xx.xx.2047-ci il tarixədək icarəyə verillmişdir.
4. Həmçinin "xxxx" firmasının direktoru Mirabdulla Rzayevlə icarəçi İddiaçı1 arasında 20 aprel 2017-ci il tarixli icarə müqa viləsi bağlanmışdır. Müqavilənin şərtlərində göstərilmişdir ki, firma özünün istifadəsində olan 1,7 ha torpaq sahəsindən 0,005 ha (50 kv.m) hissəsini ticarət obyekti inşa olunması üçün ayırır, habelə icarəçi 96 kv.m sahəni icarəyə götürüb orada yə verir. hissəsini mülkiyyətində olan inzibati binanın içərisində yerləşən 13 kv.m sahəsi olan otağı sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün xx.xx.2047-ci il tarixədək icarəyə verillmişdir.
5. Quba Rayon Məhkəməsinin 2(027)-102/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seryalı, ******* saylı çıxarışla qeydə alınmış qeyri-yaşayış binasının paylı əmlakındakı 25 payının nəvəsi X15 bağışlanması ilə bağlı notariat hərəkətlərinin aparılması Quba rayon N otariat Kontorunun xüsusi notariusu X36 həvalə edilmişdir.
6. Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində 29,8 pay hissədə X12; 29,3 pay hissədə X13; 7,5 pay hissədə X6; 5,2 pay hissədə X9, 0,5 pay hissədə X18; 5,2 pay hissədə X16; 0,7 pay hissədə X1; 5,4 pay hissədə İddiaçı4; 4,4 pay hissədə İddiaçı5; 1,5 pay hissədə X19; 1,7 pay hissədə X8; 1,6 pay hissədə X30; 1 pay hissədə İddiaçı6; 1,5 pay hissədə İddiaçı3; 1 pay hissədə X5 və 7,7 pay hissədə X10 adına paylı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Müəssisənin keçmiş rəhbəri olmuş Cavabdeh2 və mühasibi işləmiş X2 cavabdeh "xxxx" firmasına qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işdən çıxmaqla əlaqədar əmək haqqının və so n haqq-hesab ödənclərinin məcburi qaydada alınması” tələbinə dair iddiası Quba Rayon Məhkəməsinin 23 dekabr 2017-ci il tarixli 2(027)-5955/2016 nömrəli qətnaməsi ilə təmin olunaraq, cavabdeh "xxxx" firmasından əmək haqqı borcu üzrə 659,60 manat, son haqq-hesab üzrə 857,36 manat olmaqla, cəmi 1.516,96 manat məbləğində pulun alınaraq Cavabdeh2 xeyrinə, 609,60 manat əmək haqqı borcu, son haqq-hesab üzrə 598,27 manat, cəmi 1.207,87 manat məbləğində pulun X3 xeyrinə ödənilməsi qət edilmişdir.
8. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, qətnamənin icrası zamanı Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanda yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə 21000 manata qiymətləndirilmiş, icra məmuru "xxxx" firmasına məxsus olan Quba şəhəri, H.Əliyev pr ospekti 194 ünvanda yerləşən qeyri-yaşayış binasının hərracda satılması barədə “X23” MMC-yə xx.xx.2018-ci il tarixli sifariş məktubu göndərmişdir. 9. “X23” MMC tərəfindən hərracın keçirilməsi 12 mart 2018-ci il tarixdə saat 11:00da təyin edilmiş, bu barədə Quba rayon İcra şöbəsinə, Cavabdeh2, X7 və "xxxx" firmasına 09 fevral 2018-ci il tarixli bildiriş göndərilmiş, həmçinin hərracın keçiriləcəyi barədə “Kaspi” qəzetinin 09 fevral 2018-ci il tarixli 026 nömrəli buraxılışında elan verilmişdir. 10. “X23” MMC tərəfindən ikinci hərracın keçirilməsi 29 mart 2018-ci il tarixdə saat 11:00-a təyin edilmiş, bu barədə Quba rayon İcra şöbəsinə, Cavabdeh2, X7 və "xxxx" firmasına 15 mart 2018-ci il tarixli bildiriş göndərilmiş, həmçinin hərracın keçiriləcəyi barədə “Kaspi” qəzetinin 15 mart 2018-ci il t arixli 049 nömrəli buraxılışında elan verilmişdir. 11. 29 mart 2018-ci il tarixdə keçirilən hərracda Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh1 18.900 manat qiymətlə satılmış, bu barədə onunla “X23” MMC arasında 29 mart 2018-ci il tarixli 87 nömrəli hərracın yekunları barədə protokol imzalanmış, həmin qeyri-yaşayış binası üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30 may 2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********03-06301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
12. Bundan əvvəl iddiaçılar X24 və İddiaçı4 cavabdehlər “X23” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ( Cavabdeh3, Cavabdeh1 "xxxx" firması, X31, X20, İddiaçı6, X14, X37, X17 və X38 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsinə tələblərinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(005)- 1138/2019 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, “X23” MMC-nin “hərrac yekunları barədə” xx.xx.2018-ci il tarixli, 87 nömrəli protokolu etibarsız hesab edilmiş, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən, ümumi sahəsi 298.5 kv.m olan qeyri-yaşayış binasına dair Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli RX seri yalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir.
14. Həmin qətnamədən verilmiş apelyasiya şikayətinə baxılarkən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər başqa məsələlərlə yanaşı həmçinin razılığa gəliblər ki, iddiaçıların 30 may 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hüququ tanınır, iddiaçılar irəli sürdükləri hər iki iddiadan imtina edirlər və işin icraatına xitam verilməsinə razılıq verirlər, həmçinin bu işlə bağlı bütün digər artıq başlanmış və başlanması nəzərdə tutulan məhkəmə çəkişmələrindən imtina edirlər. Bunun müqabilində Cavabde h1 Yunus qızı bu saziş məhkəmə tərəfindən təsdiqlənib qanuni qüvvə aldığı tarixdən 6 ay ərzində icra etməyi, mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən binanı heç bir halda 3 milyon manatdan aşağı qiymətə satmayacağını, qeyri-yaşayış binasının satışından əldə ediləcək məbləğin 35%-ni barşıq sazişini bağlayan şəxslərin notariat qaydasında nümayəndə etdikləri şəxsə verilməsini öhdərinə götürür.
15. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3565/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış 16 iyun 2020-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(005)1138/2019 saylı qətnaməsi ləğv edilərək həmin mülki işin icraatına xitam verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 8 mart 2019-cu il tarixli 2(006)- 2786/2019 saylı qərardadı ilə Quba şəhəri H.Əliyev prospekti 194 ünvanında 0,02472 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 298,5 kv.m olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülmüşdür.
16. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3535/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs qismində kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1964/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3535/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Notariat qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, İddiaçı4, X17, X38, X31, X24, İddiaçı6, X32, X20, X11 və X4 şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh1 və ya onun etibar etdiyi şəxs tərəfindən istənilən qiymətə satılmasına etiraz etmirlər və bununla əlaqədar hər hansı bir iddia və tələbləri olmayacaqdır. 18. xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında Əliyeva X48 şəhəri, Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən 298.5 kv.m. olan qeyri-yaşayış binasını "xxxx" MMC-yə 620.000 manata satmışdır. Müqavilə mülkiyyətçinin təmsilçisi Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilə üzrə ödəniş bank vasitəsilə ödənilmişdir.
19. Qeyd olunan müqavilə əsasında Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində Araz Supermarket” MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 20. 21.07.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən X1 hesabına satışdan əldə olunan gəlirin payçılar arasında bölünməsi üçün 217000 manat məbləğində pul ödənilmişdir. 21. 21.07.2022-ci il tarixli protokoldan görünür ki, etibarnamə ilə iddiaçılar tərəfindən alğı-satqıda iştirak edən Ramazanov Qoşqar məlumat verərək, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən Cavabdeh1 məxsus mülkiyyətin 620.000 manata satılmasında iştirak etdiyini və məhkəmə qərardadına əsasən mülkiyyətçinin etibar etdiyini, məhkəmə qərardadına əsasən mülkiyyətinin etibar etdi şəxs Cavabdeh2 tərəfindən X1 hesabına alğı-satqı predmetinin dəyərinin 35% olmaqla 217.000 manat vəsaitin köçrüld üyünü bildirmişdir. Köçürülmüş məbləğ barışıq müqaviləsindəki subyektlər arasında onların "xxxx" fırmasının nizamnaməsindəki paylarına uyğun bölünmüşdür. X25 29.8 pay - 67.000 manat, X22 7.7 pay - 15.600, X21 7.5 pay - 15.100 manat, X26 5.2 pay - 10.500 manat, X37 0.5 pay - 1000 manat, X39 5.2 pay - 10.500 manat, X11 0.7 pay 1400 manat, İddiaçı4 5.4 pay - 10.900 manat, İddiaçı5 4.4 pay - 8900 manat, X38 1.5 pay - 3000 manat, X24 29.3 pay - 61.500 manat, X17 1.7 pay - 3400 manat, X47 1.6 pay 3200 manat, İddiaçı6 1.0 pay - 2000 manat və İddiaçı3 1.5 pay - 3000 manat olmaqla ümumilikdə 217.000 manat məbləğində pul 103 pay əsasında bölünmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
22. İddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac təşkilatının hərracın yekunları barədə 87 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli) Qusar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanmış 19 07.2022-ci il tarixli 4Ə-1601 saylı alğı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli 30301 1000206-06301 reyestr nömrəli) ləğv edilməsi, həmçinin icarə hüquqlarının bərpa edilərək, əmlakın onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçılar İddiaçı1 və İddiaçı 2 iddia tələblərini onunla əsaslandırmışlar ki, “Gülüstan" firması ilə İddiaçı1 arasında bağlanmış 20 aprel 2017-ci il tarixli müqaviləyə əsasən firmanın daimi istifadəsində olan 1,7 ha torpaq sahəsinin 0,0096 ha hissəsi İddiaçı1 49 il müddətinə icarəyə verilmişdir. Həmçinin "xxxx" firması ilə İddiaçı2 arasında bağlanmış 01 aprel 2017-ci il tarixli müqaviləyə əsasən firma mülkiyyətində olan inzibati binanın içərisindən 13 kv.metr olan otağı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı2 2047-ci il tarixə kimi icarəyə vermişdir. "xxxx" firmasına məxsus qeyri-yaşayış binası Quba rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən qanunsuz olaraq hərraca çıxarılaraq dəyərindən qat-qat aşağı məbləğə Cavabdeh1 satılmışdır. Hərrac keçirilərkən onlara və digər mülkiyyətçilərə heç bir məlumat və xəbərdarlıq edilməmiş, firma qərəzli şəkildə borclandırılaraq guya hərraca çıxarılıb satılmış, nəticədə əldə edilmiş vəsait yenidən firmanı borclandıran şəxsə - cavabdehin atası Yunis Əliyevə çatmışdır. Daha sonra Cavabdeh1 qeyd olunan əmlaka dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli çıxarış alaraq əmlakı 19 iyul 2022-ci il tarixli 4Ə-1601 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmışdır. Hazırda həmin əmlak "xxxx" MMC-nin mülkiyyətindədir. Atasının vəfatından sonra mübahisə predmetini təşkil edən əmlak hərrac yolu ilə cavabdehlərin adına qeydiyyata alınmışdır. Göründüyü kimi qanunsuz aparılmış sənədləşmə işi nəticəsində onlara mülkiyyət və icarə hüquqları kobud şəkildə pozulmuş və həmin qanunsuzl uq hazırda da davam etməkdədir.
24. Həmçinin iddiaçı X40 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Yunus qızı ilə “X62 MMC” ilə Qusar rayon Dövlət notariat kontorunda təsdiq edilmiş - Quba şəhəri Heydər Əliyev prospekti 194 N-li ünvanda yerləşən 0,02472 ha torpaq sahəsinə və həmin sahədə yerləşən 298,5 kv.metr qeyriyaşayış binasının satılmasına dair 19 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Bundan başqa, iddiaçılar İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon notariat ofisində xx.xx.2022-ci ildə Cavabdeh2 və X41 arasında olunmuş AN-İ№ ******* saylı Alğı-satqı müqaviləsin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçılar İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizələrini onunla əsaslandırmışlar ki, 1999-cu ildə çek və nəğd pul vəsaiti qoyaraq "xxxx" firmasını yaratmışlar. Onlar təsisçilər öz aralarında iclas keçirərək Cavabdeh2 öz firmalarına icraçı direktor təyin etmişlər. "xxxx" firmasının 17 təsisçisi olmasına baxmayaraq icraçı direktor Cavabdeh2 onların yəni bütün təsisçilərin iştirakı və razılığı olmayaraq, əlavə tanımadıqları şəxsi təsisçi kimi əlavə edərək yaratdıqları "xxxx" firmasını sataraq təsisçi paylarını (manatlarla) düzgün yazmayaraq "xxxx" Firmasın qanunsuz olaraq alğı-satqı etmişdir.
27. Quba Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2023-cü il tarixli 2(027)-1209/2023 nömrəli qətnaməsi ilə iddiaların təmin olunmaması qət edilmişdir.
28. Məhkəmə qeyd etmiş dir ki, qanunvericiliyin tələblərinə əsasən "xxxx" MMC vicdanlı alıcıdır. Belə ki, Qanunvericilik dəqiq müəyyən etmişdir ki, vicdanlı alıcı olan üçüncü şəxslərin hüquqları qorunmalıdır.
29. İddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları əsasında tələblər irəli sürsələr də onların mirası qəbul edib-etməmələri, ümumiyyətlə vərəsə olmaları təqdim etdikləri sənədlərlə müəyyənləşməmişdir. Yəni iddiaçıların iddia üzrə subyektiv hüquqlarının yaranıb-yaranmadığı müəyyənləşdirilməmişdir.
30. Bundan başqa, İddiaçı3 19 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, araşdırma zamanı 19 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsinin mövcud olmadığı müyyən edilmişdir.
31. Məhkəmə bildirmişdir ki, hal-hazırda Bakı Apelyasiya Mə hkəməsinin 2(103)3565/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadı qüvvədədir. Həmin qərardad əsasında tərəflər arasında barışıq sazişi məhkəmə qaydasında təsdiq edilmişdir. İddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etmələri əsassızdır. Belə ki, hazırki işdə olan tərəflərin bəzilərinin də iştirak etdiyi eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. İddiaçılar ilk növbədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3565/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadından şikayət verməli və ya barışıq sazişinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməli idilər.
32. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf tələb üzrə iddia müddətini ötürmüş, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
33. Məhk əmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4, 269.5, 337, 354, 367.1, 368, 372.1, 372.2, 373.2, 374.1, 375.1, 375.2, 377, 374, 415.2, 415.6, 416.1, 416.2-ci maddələri, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarizli qərarındakı və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçı1 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027) -1209/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehin və üçüncü şəxslərin mövqeyindən çıxış edərək, qanunazidd qətnamə qəbul etmişdir. Belə ki, Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanında 0,02472 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 06 may 2017-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyət hüququ əsasında idd iaçılara və digər 15 (on beş) şəxsin mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış binasında təsisçiləri olduqları "xxxx" firması fəaliyyət göstərir. 20 aprel 2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş torpaq sahəsinə görə İddiaçı1 tərəfindən icarə ödənişləri davam etdirilir. xx.xx.2023-cü ilin yanvar ayında ona məlum olmuşdur ki, paylı mülkiyyətçi olduğu əmlak Cavabdeh1 mülkiyyətinə keçmişdir. Mülkiyyətçisi olduqları əmlakın hansı əsaslarla Cavabdeh1 mülkiyyətinə keçməsini müəyyən etmək məqsədilə onun tərəfindən araşdırmalar aparılmış, aidiyyatı sorğular göndərilmiş və müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar paylı mülkiyyətlərində olan qeyri-yaşayış binası "xxxx" firmasının mü lkiyyətində olan əmlak kimi 21.000 manata hərraca çıxarılmış və Cavabdeh1 satılmışdır. Hərracın yekunları barədə 29 mart 2018-ci il tarixli, 87 nömrəli protokolda əmlakın mülkiyyətçisi barədə aşağıdakılar qeyd olunmuşdur: “Satılan əmlak haqqında məlumat: "xxxx" firmasına məxsus Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyri-yaşayış binası”. Halbuki, Quba səhəri, H.Əlivev prospekti 194 ünvanında 0,02472 ha torpaq üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 06 may 2017-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən "xxxx" firmasına deyil, onun və digər 15 nəfərin ümumi paylı mülkiyyətində olmuş dur. Göründüyü kimi, hərrac təşkilatı olan “X23” MMC hərraca çıxarılmış qeyri-yaşayış binasının mülkiyyətçisi barədə məlumatsız olmuş və ya qəsdən digər şəxslərin mülkiyyətində olan əmlakı "xxxx" firmasının mülkiyyətində olan əmlak kimi satmışdır ki, bununla da onun mülkiyyət hüququ pozulmuş və nəticədə o, qanunsuz olaraq ümumi paylı mülkiyyətindən məhrum edilmişdir. Hesab edir ki, “X23” MMC tərəfindən keçirilmiş hərracda paylı mülkiyyətçisi olduğu əmlakı "xxxx" firmasının əmlakı kimi satmaqla Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tələblərini kobud pozmuş və bu səbəbdən Hərracın yekunları barədə 29 mart 2018-ci il tarixli, 87 nömrəli protokol etibarsız hesab edilməlidir. Birinci instansiaysı məhkəməsi isə iddia müddətini əsas gətirərək, icra işini tələb etmədən, “əmlakı n qiymətləndirilməsinə dair” hesabatın hansı meyarlarla qiymətləndirilməsini, hərracın keçirilməsi üçün əsasların olub-olmamasını araşdırmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunun müddəalarını tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcüd olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni s übutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
36. İddiaçı4 da apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(027)-1209/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin t əmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. İddiaçı4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1999-cu ildə çek və nəğd pul vəsaiti qoyaraq "xxxx" firmasını yaratmışlar. Təsisçilər öz aralarında iclas keçirərək Cavabdeh2 öz firmamıza icraçı direktor təyin etmişik. Gülüstan firmasının 17 təsisçisi olmasına baxmayaraq icraçı direktor Cavabdeh2 onların yəni bütün təsisçilərin iştirakı və razılığı olmayaraq, əlavə tanımadıqları şəxsi təsisçi kimi əlavə edərək yaratdıqları "xxxx" firmasını sataraq təsisçi payların (manatlarla) düzgün yazmayaraq "xxxx" Firmasın qanunsuz olaraq alğı-satqı etmişdir. xx.xx.2022-ci il tarixli, 4-Ə-1601 reyestr nömrəli alğı-satqı müqaviləsinə görə mülkiyyətçi Cavabdeh1 Yunus qızının adından Cavabdeh2 Quba şəhəri, Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən 298.5 kv.m. olan qeyri-yaşayış binasını "xxxx" MMC-yə 620.000 manata satılmış və nizamnamə payına uyğun olaraq mənə İddiaçı4 5.4 pay, yəni 33.480 manat düşdüyü halda, əsassız olaraq 217.000 manat məbləğin 5,4 %, yəni-10.900 manat verilmişdir. Əvvəllər şifahi razılaşmaya əsasən digər qalıq 22580 manat pul ona ödənilməli olduğu halda hal-hazıra kimi həmin məbləğ ona ödənilməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, qeyri-yaşayış binası "xxxx" MMC-yə 620.000 manata satılmış, lakin alğı-satqı nəticəsində əldə olunan vəsait payçılar arasında ədalətli və düzgün bölüşdürülməmişdir.
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) 24 iyul 2024-cü il tarixli, 2(105 )-294/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-1209/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırkı mülki işdə mübahisəli müqavilənin tərəfi olmayan iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 Yunus qızı ilə "xxxx" MMC arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv ini tələb edirlər. Qeyd olunan iddiaçıların müqavilənin ləğvi ilə bağlı tələbi təmin oluna bilməzdi.
40. Kollegiya həmçinin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək hesab edib ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
41. Məhkəmə kollegiyası İddiaçı4 apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı qeyd edib ki, qeyri-yaşayış sahəsinin "xxxx" MMC-yə satılması nəticəsində əldə olunan vəsaitin payçılar arasında ədalətli və düzgün bölüşdürülməməsi xx.xx.2022-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
42. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Hazırkı iş üzrə isə alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin iradə ifadəsi müqavilədə açıq-aydın ifadə olunmuş, onların iradə ifadəsi ziddinə mübahisəli müqavilənin bağlanması, müqavilənin şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdir. İşin halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
43. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.5, 421.1, 421.2, 567-ci maddələrinə, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkə mə yalnız cavabdehlərin mövqeyindən çıxış etməklə, qanuna zidd qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi işin tam və obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə qeyri-yaşayış binasının qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amilləri nəzərə almamış, əmlak müəyyən olunmuş standartlara uyğun qiymətləndirilməmişdir. Bu da öz növbəsində qiymətləndirmə hesabatının, keçirilmiş hərracın və onun nəticəsi olaraq bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair çıxarışın ləğvi üçün üçün əsas yaratdığından bununla bağlı araşdırma aparmamış və bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Apellyasiya instansiya məhkəməsi "xxxx" Firmasının direktoru Mirabdulla Rzayevin mülkiyyətçi kimi hüquqlarını nəzərə almamışdır. Belə ki, Mirabdulla Rzayev 31 dekabr 2019-cu il tarixində vəfat etmiş və 06 may 2021-ci il tarixli V-349 nömrəli vərəsəlik işinə əsasən İddiaçı1 vərəsəlik işinə görə vərəsəsi sırasına daxil edilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, qeyri-yaşayış binası "xxxx" MMC-yə 620.000 manata satılmış, lakin alğı-satqı nəticəsində əldə olunan vəsait payçılar arasında ədalətli və düzgün bölüşdürülməmişdir. İddiaçı kimi o, məhkəməyə kifayət qədər əsaslı sübutlar təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin sübutlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamışdır.
46. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, cavabdeh şəxslər iddia müddətini mübahisələndirmədiyi və bu barədə məhkəməyə ərizə təqdim etmədiyi halda birinci instan siya məhkəməsinin iddianın təmin edilməmə səbəbi kimi iddia müddəti tətbiq edilməklə gəldiyi nəticəni qəbul etməklə ədalətli mövqe nümayiş etdirməmiş, məhkəmələrin tərəfsiz olma prinsipi pozulmuş, birbaşa cavabdeh şəxslərin xeyrinə qərar çıxarmaqla qanunvericiliyin tələblərinə riayət etməmişlər Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən qanunları deyil, daxili inamina istinad etməklə səhvə yol vermiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPM-nin 9.3, 88, 217, 220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
49. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
50. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əg ər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
51. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;...
52. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
53. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
54. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razıl aşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
55. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
56. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
57. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəll ədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
58. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
59. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
60. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
61. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
62. Maddə 1.1. İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir.
63. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;...
64. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülmə sindən və satılmasında ibarətdir.
65. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, i cra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı
66. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin b aşlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
78. Qanunun tələbinə görə, kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı1 və İddiaçı2 iddiası üzrə “hərracın yekunları barədə 87 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəl i, **********06-06301 reyestr nömrəli) Qusar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanmış 19 07.2022-ci il tarixli 4Ə-1601 saylı alğı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli 30301 1000206-06301 reyestr nömrəli) ləğv edilməsi, həmçinin icarə hüquqlarının bərpa edilərək, əmlakın onlara təhvil verilməsi” tələbinin rədd olunmasına aid hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “Hərrac təşkilatının hərracın yekunları barədə 87 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli) ləğv edilməsi” tələblərinin təmin olunmaması hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərin pozulmaqla çıxarıldığına görə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
81. Belə ki, İddiaçı1 və İddiaçı2 iddia ərizəsində hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsini, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli, **********06-06301 re yestr nömrəli), 19 07.2022ci il tarixli 4Ə-1601 saylı alğı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli 30301 1000206-06301 reyestr nömrəli) ləğv edilməsini, həmçinin icarə hüquqlarının bərpa edilərək, əmlakın onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
82. Həmin iddia tələbi ümumən aşağıdakı faktik hallara istinad edilməklə əsaslandırılmışdır: "xxxx" firmasına məxsus qeyri-yaşayış binası Quba rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən qanunsuz olaraq hərraca çıxarılaraq dəyərindən qat-qat aşağı məbləğə Cavabdeh1 satılmışdır; Hərrac keçirilərkən onlara və digər mülkiyyətçilərə heç bir məlumat və xəbərdarlıq edilməmiş, firma qə rəzli şəkildə borclandırılaraq guya hərraca çıxarılıb satılmış, nəticədə əldə edilmiş vəsait yenidən firmanı borclandıran şəxsə - cavabdehin atası Yunus Əliyevə çatmışdır; Cavabdeh1 qeyd olunan əmlaka dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli çıxarış alaraq əmlakı 19 iyul 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmışdır.
83. Birinci instansiya məhkəməsi həmin iddia tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları əsasında tələblər irəli sürsələr də onların mirası qəbul edib-etməmələri, ümumiyyətlə vərəsə olmaları təqdim etdikləri sənədlərlə müəyyənləşməmişdir. Yəni iddiaçıların iddia üzrə subyektiv hüquqlarının yaranıb-yaranmadığı müəyyənləşdirilməmişdir.
84. Apel yasiya instansiyası məhkəməsi İddiaçı1 apelyasiya şikayətinin təmin etməmiş, birinci instansiya məhkəməsinin İddiaçı1 iddia tələbini rədd etməsi ilə razılaşmış və mövqeyini belə əsaslandırmışdır ki, mübahisələndirilən müqavilə üzrə İddiaçı1 və İddiaçı2 tərəf olmadığına görə, onların həmin alğı-satqı müqaviləsini ləğv etmək hüququ yoxdur. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlilləri də apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
85. Göründüyü kimi işə baxmış məhkəmələr İddiaçı1 və İddiaçı2 alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddiasını fərqli əsaslarla rədd ediblər.
86. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçılar Ceyidəli və İddiaçı2lərin mirası qəbul etməməsinə istinadla iddianı rədd etməsinə baxmayaraq, işə baxılarkə n iddiaçılarla atalarından qalan mirası qəbul edilb etməməsini müzakirə etməmiş, bununla bağlı sübut təqdim etmələrini təklif etməmişdir. Halbuku, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
87. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün o lmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.
88. İddiaçı1 apelyasiya şikayətində onun mirası qəbul etməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisəsləndirmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə almamış, ümumiyyətlə birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən mirasın qəbil edilməməsi barədə gəldiyi nəticənin qanuni və əsaslı olub olmamasını araşdır ıb qiymət verməmiş, başqa əsasla (mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə tərəf olmadıqlarına görə müqavilənin ləğvini tələb etmək üçün sübyektiv hüquqa malik olmaması əsası ilə) apelyasiya şikayətini rədd etmişdir.
89. Apelyasiya instansiyası məhkəməsinin İddiaçı1 və İddiaçı2 tərəfindən mirasın qəbul edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə baxmayaraq iddianı başqa əsasla rədd etməsi o nəticəyə gəlməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıların mirası qəbul etməsi ilə razılaşmışdır.
90. Bu halda, apelyasiya instansiyası məhkəməsi İddiaçı1 və İddiaçı2 iddiası üzrə digər tələblərinin – hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli) ləğvi barədə tələblərini də araşdırıb, həmin tələblər üzrə əsaslandırılmış qətnamə qəbul etməli idi.
91. Çünki İddiaçı1 və İddiaçı2 hərracın yekunlarının etibarsız sayılması tələbinin faktik əsası kimi ona istinad etmişdi ki:
1. Quba Rayon Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Quba səhəri, H.Əlivev prospekti 194 ünvanında 0,02472 ha torpaq üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binası Quba rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən qanunsuz olaraq hərraca çıxarılaraq dəyərindən qat-qat aşağı məbləğə Cavabdeh1 satılmışdır;
2. Hərrac keçirilərkən onlar a və digər mülkiyyətçilərə heç bir məlumat və xəbərdarlıq edilməmiş, firma qərəzli şəkildə borclandırılaraq guya hərraca çıxarılıb satılmış, nəticədə əldə edilmiş vəsait yenidən firmanı borclandıran şəxsə cavabdehin atası Yunus Əliyevə çatmışdır.
92. Həqiqətən də görünür ki, Quba Rayon Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli qətnaməsi ilə 1.516,96 manat məbləğində pulun "xxxx" firmasından tutulması qət edilmişdir. İcra məmurunun sifarişi əsasında Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanda yerləşən qeyri-yaşayış binası qiymətləndirilmiş və icra məmuru həmin qeyri-yaşayış binasının hərracda satılması barədə “X23” MMC-yə xx.xx.2018-ci il tarixli sifariş məktubu göndərmişdir. Halbuki, Quba şəhəri, H.Əliyev prospekti, 194 ünvanında yerləşən qeyriyaşayış binası üzərində paylı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə yuxarıda qeyd olunan fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iş materiallarında həmin əmlakın "xxxx" firmasına məxsus olması barədə hər hansı sübut əlavə olunmamışdır. 93. “İcra haqqında” Qanunda borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsind ən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (adı çəkilən qanunun 43.1.1, 45.1 və 50.2-ci maddələri).
94. Buna görə də hərracın nəticələrinin etibarsız sayılması barədə iddia tələbi bu n ormaların dispozisiya şərtləri əsasında araşdırılmalı, ilk növbədə Quba Rayon Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli qətnaməsi üzrə borcun tutulmasının Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi haqqında məhkəmə qərardadının olub olmaması, bu cür qərardad vardırsa həmin qərardaddan şikayət verilib verilməməsi müəyyən edilməli idi. Lakin bu cür araşdırma aparılmamışdır. Mülki iş materiallarına bu cür qərarın olmasına dəlalət edən hər hansı sübut da əlavə edilməmişdir.
95. Həmçinin birinci instansiya məhkəməsi iddia müddəti tətbiq edilməklə iddianı rədd etdiyi halda, apelyasiya instansiyası məhkəməsi bu hissədə qətnamənin qanuniliyini yoxlamamış, kimim iddiası üzrə hansı müddətin tətbiq edildiyini, iddia müddətinin nə vaxt başlandığını və nə v axt başa çatdığını araşdırmamışdır. Halbuki iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
96. İşə yenidən baxan apellyasiya məhkəməsi, İddiaçı1 və İddiaçı2 iddia tələbində göstərilən faktik əsaslar üzrə hərracın keçirilməsinin qanuniliyini, hərracın nəticələri üzrə tərtib olunan protokolun etibarlığını yoxlamalı, bu məqsədlə Quba Rayon Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli qətnaməsi üzrə borcun tutulmasının Quba şəhəri, H.Əliyev prospekti 194 ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi haqqında məhkəmə qərardadının olub olmaması, bu cür qərardad vardırsa həmin qərardaddan şikayət verilib verilməməsi müəyyən edilməli, bundan asılı olaraq əsaslandırılmış nəticəyə gəlməlidir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə bağlanmış alğı-satqı müqaviləsinin alıcının vicdanlı olması səbəbindən etibarsız sayıla bilməməsi, hərracın nəticələrinin etibarsız sayılması və hərracın nəticələri əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvinə maneə olmur.
97. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı tərtib olunmalıdır.
98. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
99. Avropa Məhkəməsinin Kras ka İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).
100. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməs inin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
101. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2024-cü il tarixli 2(105)-294/2024 nömrəli qətnaməsi “Hərrac təşkilatının hərracın yekunları barədə 87 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, hüquqların döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli) ləğv edilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.