Məhkəmə qərarları › İş №2(102)-1816/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1816/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1816/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(105)-162/2024 nömrəli, 4 aprel 2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 3 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Səməd Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunu cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddi açılara geri qaytarılması, vurulmuş zərərə görə 10000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1848/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Səməd Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü ümumi dəyəri 30000 manat olan) İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunun Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı2 MMC-yə geri qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq İddiaçı2 MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

3. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-162/2024 nömrəli mülki iş üzrə 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov).

5. İddiaçı 1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-162/2024 nömrəli mülki iş üzrə 1 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti lazımi qaydada imzalanmadığına, dövlət rüsumu ödənilmədiyinə, elektron kabinet vasitəsilə verilmədiyinə, vəkil orderi əlavə edilmədiyinə və müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov).

7. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-162/2024 nömrəli mülki iş üzrə 4 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov).

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarının 187 və 192-ci vərəqlərində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışlara əsasən məhkəmənin hazırda barəsində kassasiya şikayəti verilmiş xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.20 24- cü il tarixdə İddiaçı1 məxsus, eləcə də nümayəndəsi və vəkili Vəkil2 məxsus elektron kabinetə yerləşdirilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti isə İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sisteminə yüklənilmişdir. Beləliklə də qərardaddan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüş, kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.

11. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 74, 130, 135, 405, 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 1

2. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadını xx.xx.2025-ci il tarixində rəsmi qaydada almış və 10 gün ərzində ondan kassasiya şikayəti verilmişdir. Bu səbəbə görə müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərəzli və qeyrioby ektiv münasibət bildirmişdir.

14. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh1 (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarının 187 və 192-ci vərəqlərində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışlardan görünmüşdür ki, məhkəmənin hazırda barəsində kassasiya şikayəti verilmiş xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə İddiaçı1 məxsus, elə cə də nümayəndəsi və vəkili Vəkil2 məxsus elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti isə İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə (7 ay 10 gün sonra) “Elektron Məhkəmə” sisteminə yüklənilmişdir. Beləliklə də qərardaddan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə yüklənilmişdir. Bundan başqa buraxılmış müddətin bərpası barədə ərizə də təqdim olunmamışdır. Bu hal da verilmiş kassasiya şikayətinin geri qaytarılmasına tam əsas vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 1 35.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından İddiaçı1 verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

27. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

28. Hazırkı işin materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı İddiaçı1 və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıların nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qərardadın surətinin təqdim edilməsini xahiş etmişdir. Həmin qərardaddan kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir.

29. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkə mələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

30. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması kassasiya şikayətinin qaytarılması üçün əsas olduğundan kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçı qərardadı rəsmi qaydada xx.xx.2025-ci il tarixdə aldığını qeyd etmişdir. Lakin iş materiallarında bu halı sübut edəcək heç bir sənəd aşkar olunmamışdır.

32. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 aprel 2025-ci il tarixli 2(105)162/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar