Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1515/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Kateqoriya: Öhdəliklərin icrasının təmin edilməsi üsulları Zaminlik( Zaminin reqress tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6266/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnamə sindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "Göyçay-Şərab” ASC-yə kredit müqaviləsi üzrə zamin olmuşdur. Hazırda iddiaçı cavabdehlərin kredit borcu üzrə müəyyən ödənişləri onun tərəfindən edildiyini iddia edərək, reqres qaydada pul məbləğini tələb etməkdədir. 2. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********522 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 513 manat ödəniş edilmişdir. 3. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********409 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 22.000 manat ödəniş edilmişdir. 4. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, hesaba mədaxil” təyinatı ilə X11həsən oğlu tərəfindən 34814 manat ödəniş edilmişdir. 5. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********506 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 2922 manat ödəniş edilmişdir. 6. "xxxx" ASC ilə “zamin” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “borcalan” "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında “borcalana” veriləcək 5.000.000 manat məbləğində kredit ilə əlaqədar olaraq “borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüş dür.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə X8 arasında bağlanmış nikahın pozulması qət edilmişdir. 8. “Paşa Bank ASC-nin xx.xx.2017-ci il tarixli, FJB**********078 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 20000 manat ödəniş edilmişdir. 9. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, FJB**********417 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 19280 manat ödəniş edilmişdir. 10."xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, FJB**********392 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 20000 manat ödəniş edilmişdir. 11. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, FJB**********573 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 19489 manat ödəniş edilmişdir. 12."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, cash depozit kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 10.000 manat ödəniş edilmişdir 13."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********159 nömrəli qəbzin surətindən görünür ki, cash depozit kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 30000 manat ödəniş edilmişdir. 14."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********524 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 10.0000 manat ödəniş edilmişdir. 15."xxxx" ASC-nin xx.xx.2018-ci il t arixli, FJB**********846 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 3.050 manat ödəniş edilmişdir. 16."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********532 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 3.000 manat ödəniş edilmişdir. 17."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 35000 manat ödəniş edilmişdir. 18."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********939 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 8.000 manat ödəniş edilmişdir. 19."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********076 n ömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 16.975 manat ödəniş edilmişdir. 20."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********026 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 10.230 manat ödəniş edilmişdir. 21."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********892 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 140.000 manat ödəniş edilmişdir. 22."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********128 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 3.000 manat ödəniş edilmişdir. 23."xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********0 27 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 18.000 manat ödəniş edilmişdir. 24."xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 10000 manat ödəniş edilmişdir. 25."xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********606 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 7.300 manat ödəniş edilmişdir. 26."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********531 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 5.000 manat ödəniş edilmişdir. 27."xxxx" ASC-nin xx.xx.2018 il tarixli, FJB**********866 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə Natiq Əhmədov tərəfindən 5000 manat ödəniş edilmişdir. 28."xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, FJB**********038 nömrəli qəbzin surətindən görünür ki, hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 10.000 manat ödəniş edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 29.İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 əsas borca görə 676.987 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 101548 manat faizlərin, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və iddia üçün ödənilmiş 1069 manat, ümumilikdə 779.904 manat p ul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 30.İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin sahibi Cavabdeh2 qızı Aida Məmmədova ilə iddiaçının oğlu Sadıqlı Ülvi 2014-cü ildə nişanlanmışlar. xx.xx.2015-ci il tarixdə “Meredian Park” Şadlıq Sarayında gənclərə toy mərasimi keçirərək evləndirmişlər. Qohumluq münasibəti yarandıqdan sonra Cavabdeh2 "xxxx" ASC-nin sahibi olduğunu bilmişdir. 2016-cı ildə bildirdi ki, biznes fəaliyyətinin genişləndirilməsi üçün Cavabdeh1 ASC-nin adına aşağı faizlə kredit götürmək istəyir, lakin kredit verilməsi üçün razılaşsa da, ondan zamin tələb edirlər. Cavabdeh2 həm də yaşayış binalarının tikintisi ilə məşğul olurdu. Qohumluq münasibətlərinə görə ona köməklik etmək üçün zamin dura biləcəyin ə söz vermişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onunla da xx.xx.2016-cı il tarixli, №Z1778 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin iyul ayında Cavabdeh2 ondan kredit ödənişlərində ona köməklik etməyini xahiş etmişdir. Qohumluq münasibətlərinə görə, həm də ki, kredit müqaviləsi üzrə zamin olduğu üçün etiraz etməmiş və Cavabdeh2 onun pulunu qaytaracağına söz verirdi. "xxxx" ASC-nin "xxxx" ASC-yə olan kredit borcuna görə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində tanışı X11 Həsən oğlu vasitəsi ilə "xxxx" ASC-yə 676987 manat pul ödəmişdir. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri pozulmağa başlamışdır. Elə həmin ilin sonlarından, yəni oktyabr ayından övladları faktiki olaraq ayrı yaşamağa başlamışdılar. Buna baxmayaraq gənclərin barışa biləcəyini düşünərək Cavabdeh2 pulunu dərhal qaytarmasını tələb etməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə övladları arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 ona və ailəsinə qarşı düşmənçilik mövqeyi tutaraq, qardaşı Ramiz Məmmədovun müntəzəm təşkilatçılığı ilə onların bacısı oğlu, hazırda biznes şərikləri olan Babək İsmayılovla birlikdə barəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə, Yasamal Rayon Prokurorluğuna və Yasamal Rayon Polis İdarəs inə ünvanladığı qisas və düşmənçilik xarakterli, düşmənçilik etmək və qisas almaq məqsədi daşımaqla həqiqətə uyğun olmayan, tamamilə şər və böhtandan ibarət şikayət ərizələri aidiyyəti qurumlarda müvafiq qaydada araşdırılmış, Cavabdeh2 və bacısı oğlu, həmçinin biznes şəriki olan Babək İsmayılovun barəsində göstərdikləri xüsusatlar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, İ dərəcəli hüquqşünas Səbuhi Alıyevin və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Artıq aralarında hər hansı bir qohumluq münasibəti qalmadığından, ən əsası Loğman Məmədov ailəsinə qarşı belə mövqe tutduğundan haqqı olanı ondan geri almaq qərarına gəlmişdir. Dəfələrlə pulunu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Cavabdeh2 tərəfindən pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır.
31. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11həsən oğlu bildirmişdir ki, İddiaçı ona kredit borcunun ödənilməsi üçün pul vermiş və o, banka ödənişlər etmişdir. Lakin məbləğin nə qədər olduğunu bilmədiyini qeyd etmiş, həmçinin hadisələrin baş verməsindən xeyli müddət keçdiyini bildirərək, çox məlumatların yadında olmadığını qeyd etmişdir. 32.Məhkəmə ic lasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, əvvəllər "xxxx" ASC-də problemli kreditlər şöbəsində işləmişdir. Qeyd olunan kredit üzrə problem yarandığı vaxtdan həmin kreditlə o, məşğul olmuşdur. Kredit üzrə borclular ilə əlaqə saxlamış və ödənişlərin həyata keçirilməsini tələb etmişdir. Həmin vaxtlar zamin İddiaçı kredit borcunun onun olduğunu və özü ödəyəcəyini bildirmişdir. 33.Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Cavabdeh1 ASCdə sürücü vəzifəsində işləyir. "xxxx" ASC-də kredit ödənilməsi barədə məlumatı yoxdur. 34.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1824/2022 nömrəli iş üzrə 6 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilməmişdir. 35.Birinci instansiya məhkə məsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim etdiyi "xxxx" ASC-nin ödəniş qəbzlərində ödənişin X11həsən oğlu tərəfindən aparıldığı qeyd olunmuşdur. Cavabdehlərdən reqress qaydada pul tələb etmək üçün iddiaçı tərəfindən kredit borcu üzrə ödənişlərin aparılmasını təsdiq edən sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən şahid qismində dəvət olunmuş X11həsən oğlu kredit ödənişi üçün pulu iddiaçıdan aldığını qeyd etsə də, lakin götürdüyü pulun hansı məbləğdə olduğunu bilmədiyini qeyd etmişdir. X11həsən oğlu iddiaçıdan götürdüyü pulun məbləğini və həmin pulu banka ödəniş edən zam an məbləğinin bilməməsini inandırıcı olmadığı hesab edərək, X11həsən oğlu tərəfindən şahid qismində vermiş olduğu ifadələri sübut kimi qiymətləndirməmişdir. 36.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.4, 385.1, 509.1, 1114.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 37.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 38.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlərə borclarını ödəmələri barədə rəsmi qaydada pretenziya ilə müraciət edilmiş, lakin Cavabdeh2 pretenziya məktubunu götürməkdən imtina etmiş, bundan sonra X11 Həsən oğluna təzyiqlər etməyə başlamışdır. Maddi hüquq norma sının tələbindən göründüyü kimi iddiaçı əsas borclu "Göyçay-Şərab”ASC-nin kreditor qarşısında olan öhdəliyini tam yerinə yetirdiyi üçün borcludan kreditora ödənilmiş məbləği və həmin məbləğə hesablanmış faizləri və bununla bağlı çəkdiyi bütün xərcləri tələb etmək hüququna malikdir. Lakin işə baxan məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Cavabdehlər iddiaçı qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan əmlak hüquqlarını pozmuşlar və iddiaçıya qaytarmağa borclu olduqları pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla iddiaçıya maddi zərər vurmuşlar. Lakin işə baxan birinci instansiya məhkəməsi buna hüquqi qiymət verməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. "Paşa Bank” ASC-nin xx.xx.2019-cu il tarixli, F JB**********506 nömrəli qəbzin surətinə əsasən, "hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11 Həsən oğlu tərəfindən 2922 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlərin əvəzindən kreditor qarşısında olan borc öhdəliyini 2019-cu ilin avqust ayından tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günədək olan müddət ərzində iddiaçıya ödənilməklə olan pul məbləğini ödəmədikləri üçün, həmin pul məbləğinə faiz ödəməyə borcludurlar. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus pul vəsaitini qaytarmaqdan imtina edərək qanunsuz olaraq özlərində saxladıqları üçün əsas pul məbləğinə əlavə olaraq faizlər ödəməyə borcludurlar və məhkəmə qətnamə ilə həmin pul məbləğini və ona hesablanmış faizləri tutmağa borclu idi. Cavabdeh "Göyçay-Şərab”ASC-nin "PAŞA Bank” ASC qarşısında olan öhdəliyini iddiaçı zamin kimi yerinə yetirdiyi üçün həmin məbləği "Göyçay-Şərab” ASC-dən tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırmaq üçün qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim olunmuş "Paşa Bank”ASC-nin ödəniş qəbzlərində ödənişin X11 Həsən oğlu tərəfindən aparıldığı qeyd olunmuşdur. Cavabdehlərdən reqress qaydada pul tələb etmək üçün iddiaçı tərəfindən kredit borcu üzrə ödənişlərin aparılmasını təsdiq edən sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən şahid qismində dəvət olunmuş X11 Həsən oğlu kredit ödənişi üçün pulu iddiaçıda n aldığını qeyd etsə də, lakin götürdüyü pulun hansı məbləğdə olduğunu bilmədiyini qeyd etmişdir. X11 Həsən oğlu iddiaçıdan götürdüyü pulun məbləğini və həmin pulu banka ödəniş edən zaman məbləğinin bilməməsini inandırıcı olmadığı hesab edərək, X11 Həsən oğlu tərəfindən şahid qismində vermiş olduğu ifadələri sübut kimi qiymətləndirməmişdir. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən sübutlara deyil, özü tərəfindən irəli sürülmüş fikirlərə hüquqi qiymət vermişdir. Apellyasiya şikayəti verən şəxs məhkəmə kollegiyasının nəzərinə xüsusilə çatdırmağı vacib hesab etmişdir ki, hər iki cavabdeh məhkəmə iclasında verdikləri izahatlarında və məhkəməyə yazılı şəkildə təqdim etdikləri etirazda tələb olunan pul məbləğinin iddiaçı tərəfindən ödənildiyini qəbul edərək bildirirlər ki, guya həmin kred it məbləği "Göyçay-Şərab”ASC-nin adına götürülsə də, əslində krediti iddiaçı özü götürmüş, bu səbəbdən də kredit borcunu da özü ödəmişdir. Cavabdehlər iddia tələbinə qarşı irəli sürdükləri etirazda göstərilənləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməsələr də, məhkəmə nə işə əlavə edilmiş yazılı sübutlara, nə də ki, cavabdehlərin izahatlarına əhəmiyyət verməmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə tərəflər arasında olan hüquq münasibətlərinə belə düzgün yanaşmamış, müqavilədən irəli gələn münasibətlərə maddi hüquq normaları tətbiq etmək əvəzinə mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş zərərin ödənilməsini təmin edən maddi hüquq normalarını tətbiq etmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə baxışı zamanı iddia tələbin in həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edilsə də, məhkəmə ərizəyə ümumiyyətlə münasibət bildirməmişdir. 39.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6266/2023 nömrəli mülki iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər "Göyçay-Şərab” ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. 40.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməs inin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbini rədd edərkən, iddiaçının cavabdehlərdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməməsinə, eləcə də, iddia müddətinin ötməsinə istinad etmişdir. 41.Məhkəmə kollegiyası qeyd etmişdir ki, "Paşa Bank” ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********506 nömrəli qəbzinin surətinə əsasən, "hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11 Həsən oğlu tərəfindən 2922 manat ödəniş edilmişdir və iddiaçının iddia tələbinin əsasını təşkil edən özünün sübut əhəmiyyətli hesab etdiyi ödəmə sənədlərini təqdim etsə də birinci instansiya məhkəməsi həmin halların təsdiq edilməməsinə istinad etmişdir. Halbuki, işin materiallarına əsasən, sonuncu ödəniş 29 avqust 2019-cu il tarixdə edilmiş, iddia ərizəsi isə 29 mart 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 42.Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə tələbləri üzrə iddia müddətinin üç il olmasını, eləcə də, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir. 43.Məhkəmə kollegiyası iş materiallarım araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində hazırki iddia tələbinin predmetinə aid olmayan hallarla əsaslandırması maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İş materialların a əsasən "Paşa Bank” ASC ilə "zamin” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin surətinə əsasən "borcalan” "Göyçay-Şərab” ASC arasında bağlanmış kredit müqaviləsi əsasında "borcalana” veriləcək 5.000.000 manat məbləğində kredtlə əlaqədar olaraq "borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək "zamin” "borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin kredit borcu üzrə müəyyən ödənişlərin onun tərəfindən edildiyini iddia edərək, reqres qaydada pul məbləğini tələb etməkdədir. 44.Cavabdeh tərəf isə iddiaya etiraz edərək kredit götürülməsi ilə bağlı "GöyçayŞərab” ASC-nin «PAŞA Bank”ASC arasında bağlanmış kredit müqaviləsi üzrə müqavilə tərəfi olması etiraf edilsə də, alınan kreditin müqavil ədə göstərilənlər kimi təyinatı üzrə deyil, İddiaçı özü üçün öz mülahizəsinə uyğun xərclənməsini və məhz bu səbəbdən də aylıq ödənişləri özünün təyin etdiyi şəxs vasitəsilə ödənilməsini həyata keçirməsini, kredit müqaviləsi İddiaçı Cavabdeh2la qohumluq münasibətində istifadə edərək sonuncudan onun üçün kredit götürülməsi məqsədi ilə bağlanmış və buna görə də kreditin qaytarılmasının təminatı kimi özü də həmin kreditin qaytarılmasına zamin duraraq kreditin qaytarılmasını təmin etməsini göstərmişdir. 45.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki vəziyyətdə "Göyçay- Şərab” ASC ilə "PAŞA Bank” ASC arasında kredit müqaviləsinin bağlanması və bu kredit müqaviləsi üzrə İddiaçı zamin olması işin mübahisəsiz hallarındandır. İddiaçı zamin kimi ödədiyi pulların borcalan kimi "Göyçay- Şərab”ASC-dən tələb edir. 46.Kollegiya qeyd etmişdir ki, qanunvericilikdə zaminliklə bağlı normaların müəyyən olunmasında məqsəd borclunun kreditor qarşısında öhdəliyinin icrasını daha etibarlı təmin etməkdən ibarətdir. Borclu öz öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin norma kreditora zamindən borclunun öhdəliklərinin icrasını tələb etmək hüququ verir. Göstərilən normalar borclunun deyil, ilk növbədə kreditorun mənafeyinin müdafiəsinə xidmət etməklə bunda əsas məqsəd kreditor tərəfindən əvvəlcədən verilmiş pul məbləğinin ona qaytarılmasını təmin etməkdən ibarətdir. Zaminliyin mahiyyəti yalnız bundan ibarət olduğundan məhkəmələr zaminliklə təmin olunmuş öhdəliklə bağlı mübahisələrə baxarkən onun mahiyyətini, məqsəd və vəzifələrini nəzərə almalı və mübahisənin qanuni və ədalətli hə llini təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə formal olaraq iddiaçı qanunvericiliyin tələbləri baxımından zaminlik münasibətləri baxımından zamin kimi borcalanın öhdəliklərinin yerinə yetirdiyinə görə ondan kreditora ödənilmiş məbləği tələb etmək kimi iddia qaldırmaq hüququ vardır. Lakin cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallarda diqqətəlayiq və iş üçün mühüm əhəmiyyət kəsb edən məqamlar olduğu üçün məhkəmə kollegiyası hesab etmişdir ki, ilk əvvəl kreditin hansı məqsədlə götürülməsi və borcalan tərəfindən həmin kreditin təyinatı üzrə istifadə edilib-edilməməsi, eləcə də iddiaçının hansı səbəblərdən borcalanla heç bir hüquqi bağlılığı olmadan ona zamin durmağının səbəblərinə dair hallara qiymət verilməli, yalnız bundan sonra iddiaçının tələbinin irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. 47.Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk növbədə iddiaçının qohumluq münasibəti yarandıqdan sonra Cavabdeh2 "Göyçay-Şərab” ASC-nin sahibi olduğunu bilməsi ilə bağlı izahatını kollegiya qeyri-səmimi sayır və qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı ilə "Göyçay-Şərab” ASC-nin sahibi Cavabdeh2 arasında 2014-cü ildə başlayan və 2019-cu ilə kimi davam edən qohumluq əlaqələri mövcud olmuşdur. Başqa sözə, iddiaçıya qohumluq münasibəti qurmaq istədiyi və qurduğu Cavabdeh2 "GöyçayŞərab” ASC-nin sahibi olmasını sonradan bilməsi barədə dəlili inandırıcı deyil. Kollegiyanın qeyd edilən dəlili vurğulamaqda məqsədi işin halları baxmından tələb və etirazların istər iddiaçının, istərsə də cavabdeh tərəfin bağlanılan kredit və zaminlik münasibətlərinin məhz bu qohumluq münasibətləri əsnasında qurulması ilə bağlıdır. Belə ki, iddiaçı zaminlik müqaviləsinin bağlanmasının səbəbi kimi cavabdeh tərəfin biznes fəaliyyətinin genişləndirilməsi üçün "Göyçay-Şərab” ASC-nin adına aşağı faizlə kredit götürmək istəyinin olması, lakin kredit verilməsində zamin tələb edildiyi üçün ondan zamin durmasını, iddiaçının da Cavabdeh2 həm yaşayış binalarının tikintisi ilə məşğul olması, həm də qohumluq münasibətlərinə görə ona köməklik etməklə zamin durmasını, cavabdeh tərəf isə bunun əksini, daha doğrusu İddiaçı pul lazım olduğu üçün kredit müqaviləsinin onun zamin durması və alınan məbləğin də faizləri ilə birlikdə məhz özü tərəfindən qaytarılması şər ti ilə bağlanmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı işin araşdırılmış və faktiki halları əsasında "Göyçay-Şərab” ASC ilə "PAŞA Bank” aSc arasında bağlanmış kredit müqaviləsi üzrə kredit məbləğindən əslində "Göyçay-Şərab”ASC-nin deyil, iddiaçının yararlandığını müəyyən etmişdir.
48. Məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsində ifadə vermiş X11 Həsən oğlu göstərmişdir ki, İddiaçı ona kredit borcunun ödənilməsi üçün pul vermiş və o, banka ödənişlər etmişdir. Lakin məbləğin nə qədər olduğunu bilmədiyini qeyd etmiş, həmçinin hadisələrin baş verməsindən xeyli müddət keçdiyini bildirərək, çox məlumatların yadında olmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində onun şahid qismində ifadə verilməsinə dair verilmiş vəsatət təmin ol unmasa da, sonradan o, onun apellyasiya instansiyası məhkəməsinə və bir sıra orqanlara müraciətlər edərək onun dindirilməsini xahiş etmiş və bu ərizəsində göstərmişdir ki, o, "Bank Olmayan Kredit X6” Məhdud Məsuliyyətli Cəmiyyətində rəhbər vəzifələrə çalışmışdır. "BOKT Caspian İnvest” MMC "Paşabank” ASC ilə əməkdaşlıq etmiş, cari bank hesabı da bu bankda olmuşdur. 2016-cı ildə yaxın tanışı İddiaçı 750000 manat məbləğində kredit istədiyini və buna görə daşınmaz əmlakın da girov qoyulacağını bildirmişdir. O da bu məsələ ilə bağlı "Paşabank”a müraciət etmiş, bankdan ona bildirilmişdir ki, 750.00.00 manat məbləğində krediti yalnız real biznesi olan hüquqi şəxsə verə bilərlər. Bu barədə o, İddiaçı məlumat vermişdir. Bir neçə gündən sonra İddiaçı ona zəng edərək bildirmişdir ki, qudası Cavabdeh2 la danışaraq, ondan kredit götürmək üçün tanış şirkət tapmasını xahiş etmişdir. Sonradan Cavabdeh2 İddiaçı bildirmişdir ki, «Göyçay-Şərab ASC» "xxxx"dan kredit götürməyə razılıq verib. Bir neçə gündən sonra o, «Göyçay-Şərab ASC»-nin nümayəndəsi ilə "xxxx"a getmiş və kredit götürmək üçün lazım olan sənədləri (ərizə, fəaliyyəti ilə bağlı məlumatlar, girov qoyulacaq daşınmaz əmlakların, o cümlədən rəhbəri olduğu digər "Finans İnvest BOKT”a məxsus əmlakların sənədləri və s.) təqdim etmişdir. "xxxx"ın əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparıldıqdan və prosedur qaydalar yerinə yetirildikdən sonra «Göyçay-Şərab ASC»-nə 750000 manat məbləğində kredit ayrılmasına razılıq verilmişdir. Kreditin alınması üçün İddiaçı tərəfindən qohumlarına və "Finans İnvest BOKT”a məxsus daşınmaz əmlaklar gir ov qoyulmuşdur. 25 avqust 2016-cı ildə "xxxx" ASC və Cavabdeh1 ASC arasında K1982/01 nömrəli kredit müqaviləsi imzalanmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən alınmış 750000 manat vəsati 2 dəfəyə, 400000 manat və 350000 manat olmaqla Cavabdeh1 ASC-nin nümayəndəsi Naib Kərimovdan alınıb İddiaçı təhvil verilmişdir. Kreditin rəsmiləşdirilməsi, alınması və İddiaçı verilməsində Cavabdeh2 iştirak etməmişdir. "Paşabank” ASC-dən götürülmüş kreditin ödənişləri də İddiaçı tərəfindən onun vasitəsilə aparılmışdır. Yekunda bir daha qeyd edir ki, 25.08.20İ6cı il tarixli K1982/01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş 750000 manatın Cavabdeh2 və Cavabdeh1 ASC-yə heç bir aiddiyyatı yoxdur, həmin kredit bankdan götürülərək nağd olaraq onun tərəfindən İddiaçı verilmiş və kreditdə n istifadə edən də İddiaçı olmuşdur. 49.Kollegiya qeyd etmişdir ki, X11 Həsən oğlunun Azərbaycan Respublikasının Prezidentinə və bir sıra orqanlara, o cümlədən apellyasiya instansiyası məhkəməsinə verdiyi ərizəsində əvvəlki ərizəsində göstərilənlə yanaşı əlavə etmişdir ki, xx.xx.2016-cı il tarixli K1982/01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürülmüş 750000 manatın Cavabdeh2 və Cavabdeh1 ASC-yə heç bir aidiyyatı yoxdur, həmin kredit bankdan götürülərək nağd olaraq onun tərəfindən İddiaçı verilmiş və kreditdən istifadə edən də İddiaçı olmuşdur. Bu barədə Apellyasiya Məhkəməsinin hakimi Xumar Məmmədovaya yazılı surətdə müraciət etməsinə, olmuş bütün hadisələr barəsində məhkəmə zalında, hakimlər qarşısında çıxış etmək üçün şərait yaratması barədə xahiş etməsinə baxmayaraq, hak im xanım Xumar Məmmədova onun çıxış etməsinə şərait yaratmamışdır. Burada göstərilən materialda haqq ədalət olmadığını, müəyyən təsirlər sayəsində ilkin məhkəmədə fikrini tam bildirməməklə və bununla da, ondan istifadə edib qarşı tərəfin hüquqlarının pozulmasına gətirib çıxarır. Bir daha xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə olacaq İddiaçıla Cavabdeh2 arasındakı mülki mübahisə əsasında, materialda şahidlik etməyinə, onun iştirakının təmin edilməsi üçün tapşırıq verilsin. Məhkəmə kollegiyası həm qeyd edilən müraciəti, həm apellyasiya şikayətində X11 Həsən oğluna təzyiqlər etməyə başlanılmasının göstərilməsi ilə əlaqədar, həm də yaranmış mübahisənin ədalətli və obyektiv həlli baxımından onun yenidən şahid qismində dindirilməsini mümkün saymış və o, birinci inst ansiya məhkəməsində verdiyi ifadəsindən tam fərqli ifadə verərək ilk öncə yuxarıda qeyd edilən ərizəsinin məzmununda göstərilənləri təsdiq etmiş və bir daha göstərmişdir ki, İddiaçı "PAŞA BANK” ASC-dən "Göyçay-Şərab”ASC-nin adına götürülmüş kredit məbləğini, yəni, 350000 və 400000 manatı Naib Kərimov ona vermiş, o isə öz növbəsində həmin məbləğləri, yəni 750.000 manatı iddiaçıya çatdırmışdır. Bundan sonra iddiaçı kredit borcunun ödənilməsi üçün ona pul vermiş və o, banka mütəmadi olaraq ödənişlər etmişdir. X11 Həsən oğlu hazırki ifadəsinin birinci instansiya məhkəməsində verdiyi ifadə ilə ziddiyyət təşkil etməsinə dair verilən suallara cavab olaraq isə bildirmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində ifadə verməmişdən öncə iddiaçının vəkili Vəkil 1 onunla görüşmüş və ifadəsini hansı məzmunda verməsi barədə ona tapşırıqlar vermişdir, nəticədə isə vəkilin dediklərinə uyğun ifadə vermişdir. Hazırda ifadə verməyinin səbəbi isə birinci instansiya məhkəməsinin iclasında yalan ifadə verdiyinə görə vicdan əzabı çəkməsi ilə bağlıdır. 50.Həmçinin, X4 adlı şəxs də apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, o, 2017-ci ilin sonlarına qədər "Paşa Bank” ASC-də müştəri meneceri vəzifəsində işləmişdir. 2016-cı ilin təxminən iyul ayında Natiq Məmmədov banka müraciət edərək rəhbəri olduğu bank olmayan kredit təşkilatının yerləşdiyi qeyri-yaşayış sahəsini və tanış adamlarına məxsus olan daşınmaz əmlakları girov qoymaqla 750000 manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. N.Məmmədovla danışıq zamanı məl um olmuşdur ki, təqdim edilən girov İddiaçı və onun ailə üzvlərinə məxsusdur. Tələb olunan məbləğ isə "Göyçay-Şərab” ASC-nin fəaliyyətinə əsasən ayrılmalı, kreditin ödənişi isə İddiaçı tərəfindən ödənilməli idi. Bundan sonra bank prosedurlarına əsasən girov və biznesin sənədləri banka təqdim edilmişdir. Bizneslə tanış olmaq üçün "Göyçay-Şərab” ASC-nin istehsalat sahəsinə gedilmiş və orada şirkətin direktoru Naib Kərimovla tanış olmuşdur. Lazımi sənədlər və məlumatlar tərəfindən götürülmüşdür. Girov kimi təqdim edilən əmlaklar arasında şirkətə və şirkət rəhbərlərinə aid heç bir girov təqdim edilməmişdir. Prosedura əsasən bütün sənədlər müvafiq şöbəyə təqdim edildikdən sonra bank tərəfindən kreditin ayrılmasına razılıq verilmişdir. 2016-cı ilin avqust ayının axırlarında "Göyçay-Şərab” ASC "P aşa Bank” ASC arasında kredit müqaviləsi, daşınmaz əmlakların girovu barədə müqavilələr və İddiaçı zaminlik müqaviləsi imzalanmış və kreditin ilk tranşı, səhv etmirsə 400000 manat "Göyçay-Şərab” ASC-yə ayrılmışdır. Bundan sonra bank əməkdaşları "Göyçay- Şərab” ASC-yə gedib monitorinq apardıqdan sonra digər hissə 350000 manat da ayrılmışdır. Bir müddət kredit vaxtında icra olunmuşdur. Lakin müəyyən vaxtdan sonra kredit ödənişlərində gecikmələr yaranmışdır. O, ödənişlərlə bağlı N.Məmmədovla və "Göyçay-Şərab” ASC-nin direktoru N.Kərimovla əlaqə saxladıqda, onlar kredit məbləğinin bütünlüklə Q,Sadıqova verildiyi üçün, bütün danışıqları da onunla aparmaq lazım olduğunu bildirmişlər. Bundan sonra o, İddiaçıla mütəmadi olaraq əlaqə saxlamışdır. Bir müddət gecikmələr olsa da, ödəniş qismən icra ol unurdu. İddiaçı ona hər danışıqlarında bildirmişdir ki, narahat olmağa dəyməz, kredit tamamilə ona aiddir, ödəmələri də özü edəcək, bununla bağlı heç kimə, o cümlədən "Göyçay-Şərab” ASC-yə zəng etməməyi xahiş etmişdir. Ödənişlərlə gecikmə günlərinin sayının artması ilə əlaqədar olaraq kredit problemlər şöbəsinə keçdikdən sonra müştəri ilə problemlər şöbəsinin əməkdaşları əlaqə saxlamağa başlamışlar. 2017-ci ilin sonlarında isə başqa işə keçməyi ilə əlaqədar "Paşa Bank” ASC-dən ayrılmış və ondan sonra kreditlə bağlı heç bir məlumatı olmamışdır. 51.Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X4 apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ərizənin məzmununu təsdiq etmiş və bir daha İddiaçı ona hər danışıqlarında narahat olmamağı, götürülmüş kreditin tamami lə ona aid olmasını, ödəmələrinin də özü tərəfindən ediləcəyini, bununla bağlı heç kimə, o cümlədən "Göyçay-Şərab” ASC-yə zəng etməməyi xahiş etməsini təsdiq etmişdir. Şahid ifadəsinə əlavə olaraq iddiaçının özünə məxsus "Range Rover” markalı avtomobilinin şəkilini ona göndərərək bu avtomaşının kredit ödənişə hesablanmasını da təklif etməsini göstərmişdir. 52.Belə ki, dindirilmiş hər bir şahid İddiaçıla Cavabdeh2, eləcə də iddiaçının "Göyçay-Şərab” ASC-nin rəhbərliyi ilə aralarında olan kredit ilə bağlı hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadələr bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər kreditin "Göyçay-Şərab” ASC- nin adına rəsmiləşdirilməsinə baxmayaraq faktiki olaraq həmin kreditin İddiaçı tərəfindən ist ifadə edilərək ASC-nin borcalan kimi ödənişlərinin onun verdiyi vəsaitlə tapşırdığı şəxslər tərəfindən qaytarılmasını təsdiq etmişlər. 53.Həmçinin, kollegiya qeyd etmişdir ki Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən təqdim olunmuş PB/VB-OUT-04273-2023 saylı məktubdan müəyyən edilmişdir ki, K1982/02 saylı müqavilə üzrə ilk məbləğ 369480,54 manat olmuş, borcalandan silinmiş əsas borc 337270,16 manat, 30275,56 manat faiz borcu, 857,02 manat cərimə borcu olmuşdur. Borc X11 Həsən oğlu tərəfindən ödənilmişdir. İddiaçı hesabından silinmiş faizlər 2603,62 manat, 32210,38 manat olmuşdur. 54.Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən təqdim olunmuş PB/VBOUT- 04466-2023 saylı arayışda göstərilmişdir ki, "GÖYÇAY-ŞƏRAB” ASC (VÖEN: **********) və "PAŞA BANK” ASC arasında xx.xx.2016-cı il tar ixində bağlanmış K1982/01 saylı kredit müqaviləsi üzrə edilmiş ödənişlər barədə məlumatı aşağıdakı cədvəllərdə nəzərinizə çatdırırlar. Əlavə olaraq bildirirlər ki, əsas borc üzrə silinmiş 369,480.54 AZN xx.xx.2018-ci il tarixli K1982/02 saylı kredit müqaviləsi ilə restrukturizasiya olunmuş məbləğdir. Qeyd edilən arayışdan həmçinin görünür ki, K1982/01 saylı kredit müqaviləsi üzrə ilkin məbləğ 750000 manat, hesabdan silinmiş əsas borc 750000 manat, borcalandan silinmiş faiz borcu 189.207,46 manat və borcalandan silinmiş cərimə borcu 57,196.13 manatdır. 55.İşin bu halına da kollegiya qiymət verərək "Göyçay-Şərab”ASC-nin adından ödənilmiş məbləğdən əlavə, Bank tərəfindən İddiaçı hesabından silinmiş 34814 manat faizlərin olmasını da xüsusilə vurğulayaraq hesab edir ki, bu hal da ödənişlərin on un tərəfindən və özünün də hesabından aparılması faktının götürülmüş kreditdən də şəxsən istifadə etməsinin növbəti təsdiqidir. Həmçinin iş materiallarında olan 23 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Cavabdeh2 külli miqdarda, yəni, 880000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. 56.Bununla yanaşı apellyasiya baxışı zamanı cavabdehin iddiaya və apellyasiya şikayətinə olan etirazların əsası kimi istinad etdiyi hallar iş materiallarında olan və tərəflərin iştirakı ilə dinlənilmiş İddiaçıla Cavabdeh2 arasında olan səs yazısıdır. Həmin səs yazısında iddiaçı götürülmüş kredit borcunun ona aid olmasını bildirməklə, tərəfindən bununla bağlı ödənişlər edildiyini qeyd etmişdir. 57.İddiaçının nümayəndəsi-vəkili səs yazısının iddiaç ıya aid olmasını göstərsə də, bu yazının gizli aparıldığı və montaj olunduğu üçün qanuni və sübut əhəmiyyətli olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. İki tərəf arasında olmuş yazışmalar qeyri-qanuni formada əldə olunan sübutlar sayılmır. İlk əvvəl diqqət edilməli nüans odur ki, səs və video formatındakı sübutları məhkəməyə flashkart və ya CD/DVD formatına yazaraq və mütləq prosesə sədrlik edən hakimin adına yazılmış ərizə (sübutların iş materiallarına əlavə olunması haqqında) ilə birlikdə təqdim etmək lazımdır. Yazı formasındakı yazışmaları isə Screenshot edərək, yəni çap edərək kağız formatında da təqdim etmək olar. Buna görə də kollegiya Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyi rəhbər tutaraq qeyd etmişdir ki, iddiaçının nüm ayəndəsinin təqdim edilmiş səs yazısının sübut növu kimi qiymətləndirilməli olmamasına dair dair dəlili əsassızdır. 58.Məhkəmə kollegiyası hesab etmişdir ki, təqdim edilən səs yazısı birbaşa sübut olmasa da, tərəflər arasında kredit və onun qaytarılması ilə bağlı münasibətlərdə onların əsil niyyətlərinin aşkarlanmasının təsdiq edilməsinə kömək edən dolayısı ilə olsa da sübut növüdür və ən əsası iddiaçı tərəf həmin danışıqlarda kreditlə bağlı iddiaçı tərəfin göstərdiyi halların doğru olmamasını təkzib edə bilməmişdir. 59.Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, "Paşa Bank” ASC ilə "zamin” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən "borcalan” "Göyçay-Şərab” ASC arasında bağlanmış kredit müqaviləsi əsasında "borcalana” veriləcək ******* manat məbl əğində kreditlə əlaqədar olaraq "borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək "zamin” "borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürsə də işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən kredit müqaviləsi üzrə ayrılmış 750000 manat kredit məbləği əslində iddiaçıya verilmiş və sonuncu istifadə etdiyi kredit məbləğinə münasibətdə ödənişlər etmişdir. 60.Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər formal olaraq zamin qismində olsa da, faktiki olaraq kredit məbləği onun özu tərəfindən istifadə edildiyi üçün həyata keçirilən ödənişlər zaminliklə bağlı ödənişlər kimi qiymətləndirilə bilməz. Belə ki, işin araşdırılmış hallarına əsasən, qeyd edilən kredit müqaviləsi üzrə borcalan kimi "Göyçay-Şərab” ASC tərəfindən yalnız bir dəfə ödəniş həyata keçirilmişdir. Şahid ifadələrinin məzmunundan da aydın görünür ki, kredit ödənişləri ilə bütün hərəkətlər və danışıqlar, ödənişlər məhz İddiaçı tərəfindən tapşırdığı şəxs N.Məmmədov vasitəsilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən həmçinin də bu faktı da vurğulumağı zəruri sayır ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı Cavabdeh2 külli miqdarda borcları olması müəyyən edilməsinə baxmayaraq onun həmin borcları olduğu halda, özünün deməsinə görə, "Göyçay-Şərab” ASC-yə zamin duraraq həmin borcu özünün olan borclarının ödəmədiyi halda hansı mənbədən olan vəsait hesabına ödəməsi anlaşılan və ağlabatan deyildir. İddiaçı tərəfin bununla bağlı sözügedən borcları bağlamaq məqsədi ilə id diaçının hazırki işdə kredit müqaviləsi üzrə ödənişlər etməsinə dair apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatına da kollegiya tənqidi yanaşır və qeyd edir ki, əgər iddiaçı cavabdehə iş materiallarına əlavə olunmuş qərarlarla müəyyən edilmiş borclarını zamin olduğu iş üzrə ödənişləri etməklə bağlamaq niyyəti var idisə onun hazırki iddia ilə müraciət edərək cavabdehlərdən pul tələb etməsi də anlaşılan deyil. Halbuki, kollegiyanın iclasında verilən izahatda göstərilən dəlil nə iddianın əsasında, nə də apellyasiya şikayətinin dəlillərində göstərilməmiş, bu izahat kollegiyanın son iclasında, yəni xx.xx.2023-cü il tarixdə flaskartda əks olunmuş səs yazısı dinlənildikdən sonra son məhkəmə iclasında bildirilmişdir ki, məhkəmə kollegiyası da qeyd olunduğu kimi bu dəlilin əsasl ı olmadığı üçün əsassız saymışdır. 61.Məhkəmə kollegiyası eyni zamanda iddia tələblərinə qiymət verərkən qeyd etmişdir ki, kredit müqaviləsinin tərəfi kimi "Göyçay-Şərab” ASC olduğu halda, Cavabdeh2 həmin ASC-nin təsisçisi olmasına baxmayaraq müqavilə üzrə hansı cavabdehliyi daşıması iddia tələbində və apellyasiya şikayətində əsaslandırılmamışdır. Qeyd olunanlar onu deməyə əsas vermişdir ki, Cavabdeh2 hazırki kreditin ona məxsus olan müəssisənin adına rəsmiləşdirməklə İddiaçı verilməsinə razı olması həmin vaxt qohum olduğu iddiaçının vicdanla rəftar edəcəyinə inamından irəli gəlmiş, lakin, sonuncu formal olaraq zamin olmaqla əslində öz borcunu bağladıqdan sonra, aralarındakı münasibətlərin gərginləşməsi səbəbindən reqres tələblə bağlı qanunla zaminə verilmiş hüquqdan suiistifadə edərək, əv vəlki rəftara zidd şəkildə davranmışdır. 62.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 373.2, 377.4, 385.1, 509.1, 560.1, 560.2, 560.3.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 63.İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 64.Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tətbiq olunmalı olan normaları düzgün tətbiq etməmiş, işə işdə olan faktlar əsasında deyil, cavabdehin mülahizələrini sübut kimi qəbul edib, özünün qulluq mövqeyindən istifadə edərək gəldiyi qənaət əsasında baxmışdır. İddiaçı əsas b orclu Göyçay Şərab”ASC-nin kreditor qarşısında olan öhdəliyini tam yerinə yetirdiyi üçün borcludan kreditora ödənilmiş məbləği və həmin məbləğə hesablanmış faizləri və bununla bağlı çəkdiyi bütün xərcləri tələb etmək hüququna malik olsa da, işə baxan məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Kassasiya şikayətində bildirilmişdir ki, cavabdehlər iddiaçıya qaytarmağa borclu olduqları pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla iddiaçıya maddi zərər vurmuşlar. Lakin işə baxan məhkəmələr buna hüquqi qiymət verməmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, FJB**********506 nömrəli qəbzin surətinə əsasən, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X11həsən oğlu tərəfindən 2922 manat ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehlərin əvəzindən kreditor qarşıs ında olan borc öhdəliyini 2019-cu ilin avqust ayından tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günədək olan müddət ərzində iddiaçıya ödənilməli olan pul məbləğini ödəmədikləri üçün, həmin pul məbləğinə faiz ödəməyə borcludurlar. Qeyd edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus pul vəsaitini qaytarmaqdan imtina edərək qanunsuz olaraq özlərində saxladıqları üçün əsas pul məbləğinə əlavə olaraq faizlər ödəməyə borcludurlar və məhkəmə qətnamə ilə həmin pul məbləğini və ona hesablanmış faizləri tutmağa borclu idi. Cavabdeh "xxxx"ASCnin "xxxx"ASC qarşısında olan öhdəliyini iddiaçı zamin kimi yerinə yetirdiyi üçün həmin məbləği "xxxx"ASC-dən tələb etmək hüququna malikdir. 65.Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə, 125-ci maddəsinin 7-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 442, 445.1, 445.7, 449.1, 475.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 66.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 67.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 68.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 69.Maddə 373.2. Müqavilə tələbləri üz rə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 70.Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 71.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 72.Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 73.Maddə 560.1. Mülki hüquqlar hüquqa uy ğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 74.Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 75.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 78.Maddə 217.2. Qətnamə mübahisəli hüq uq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 79.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 80.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 81.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 82.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 83.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 84.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun tam araşdırmalar aparılmış, həmin hissə üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər formal olaraq zamin qismində olsa da, faktiki olaraq kredit məbləği onun özü tərəfindən istifadə edildiyi üçün həyata keçirilən ödənişlər zaminliklə bağlı ödənişlər kimi qiymətləndirilə bilməz. Kredit müqaviləsi üzrə borcalan kimi "Göyçay-Şərab” ASC tərəfindən yalnız bir dəfə ödəniş həyata keçirilmişdir. Kredit ödənişləri ilə bütün hərəkətlər və danışıqlar, ödənişlər məhz İddiaçı tərəfindən tapşırdığı şəxs N.Məmmədov vasitəsilə həyata keçirilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı Cavabdeh2 külli miqdarda borcları olması müəyyən edilməsinə baxmayaraq onun həmin borcları olduğu halda, özünün deməsinə görə, "Göyçay-Şərab” ASC-yə zamin duraraq həmin borcu özünün olan borclarının ödəmədiyi halda hansı mənbədən olan vəsait hesabına ödəməsi anlaşılan və ağlabatan deyildir. İddiaçı tərəfin bununla bağlı sözügedən borcları bağlamaq məqsədi ilə iddiaçının hazırki işdə kredit müqaviləsi üzrə ödənişlər etməsinə dair apellyasiya instansiyası məhk əməsinin iclasında verdiyi izahatına da kollegiya tənqidi yanaşır və qeyd edir ki, əgər iddiaçı cavabdehə iş materiallarına əlavə olunmuş qərarlarla müəyyən edilmiş borclarını zamin olduğu iş üzrə ödənişləri etməklə bağlamaq niyyəti var idisə onun hazırki iddia ilə müraciət edərək cavabdehlərdən pul tələb etməsi də anlaşılan deyil. Halbuki, kollegiyanın iclasında verilən izahatda göstərilən dəlil nə iddianın əsasında, nə də apellyasiya şikayətinin dəlillərində göstərilməmiş, bu izahat kollegiyanın son iclasında, yəni xx.xx.2023-cü il tarixdə flaşkartda əks olunmuş səs yazısı dinlənildikdən sonra son məhkəmə iclasında bildirilmişdir ki, məhkəmə kollegiyası da qeyd olunduğu kimi bu dəlilin əsaslı olmadığı üçün əsassız saymışdır. 85.Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyas ı qeyd edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin mövcudluğu işin araşdırılmış halları baxımından öz təsdiqini tapmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi haqlı olaraq yaranmış mübahisə üzrə reqress tələbin yaranmaması ilə bağlı düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi hüquq normalarının təfsiri düzgün verilmişdir. 86.İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərl iyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
87. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onun dəlillərinə hüquqi qiymət verilişdir. 88.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 89.Bu səbəbdən, kassasiya ş ikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 90.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(103)-6266/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.