Məhkəmə qərarları › İş №2(102)-2755/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2755/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zam
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2755/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3324/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2(13)-6343/2016 saylı qətnaməsi ilə, iddiaçı "xxxx" QSC-nin iddia tələbi qismən təmin edilərək, cavabdehlər X6, X4, X5, İddiaçı və X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 30 dekabr 2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 24054.44 ABŞ dolları məbləğində kredit borcu, 7231.18 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 31305.62 (otuz bir min üç yüz beş ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməs i barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətindəki 2 otaqlı, 36,7 kv.m yaşayış, 17,3 kv.m yardımçı, 54 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 54281,78 (əlli dörd min iki yüz səksən bir ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etməd ikdə qalan məbləğin cavabdehlər X6, X4, X5, İddiaçı və X3 müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətindəki 2 otaqlı, 36,7 kv.m yaşayış, 17,3 kv.m yardımçı, 54 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra X4 və X2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir;

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(104)-1454/2017 saylı qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsinin cavabdeh Nəsirov Vaqif oğluna münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir;

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 oktaybr 2017-ci il tari xli, 2(102)-6748/2017 saylı qərarı ilə cavabdehlər X6 və İddiaçı birlikdə verdikləri kassasiya şikatəti təmin olunmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(104)-1454/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini ləğv edilməsi və zaminlik öhdəliklərinə xitam verilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1200 (bir min iki yüz) manatın cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Bank ilə mərhum X6 arasında 17 fevral 2009-cu il tarixində bağlanmış 15L000000392 saylı kredit müqaviləsinə 27 dekabr 2013-cü il tarixində dəyişiklik və əlavələr edilməsi barədə 392 saylı sazış imzalanmışdır. Qeyd olunan saziş əsasında kredit xəttə 60000 ABŞ dolları məbləğində, müddəti isə 106 ay müəyyən olunmuşdur. Qeyd olunan müqavilə dəyişiklik olunandan sonra kredit üzrə İddiaçı ilə 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdı. Həmin kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə sazışin bir il tamamında mərhum X6 və bank arasında 30 dekabr 2014-cü il tarixində qeyd olunan 17 fevral 2009-cu il tarixində bağlanmış 15L000000392 saylı kredit xətti müqaviləsinə yenidən 15L00 0000392S saylı kredit müqviləsinə dəyişiklik və əlavələr edilməsi barədə saziş imzalanmışdır. Həmin sazişə əsasən əsasən kredit xətti üzrə məbləğ 60000 (altmış min) ABŞ dolları məbləğində, müddəti isə kəskin şəkildə artırılaraq 190 ay müəyyən olunmuşdur. Əvvələr kredit xətti üzrə zaminlər X7, X4 qeyd olunan dəyişiklikərə və əlavələrə razılıq verərək zaminlik müqaviləsinə dəyişiklik etməsi barədə saziş imzalamışlar, lakin İddiaçı qeyd olunan dəyişiklikərə və əlavələrə razılıq verməmişdir və sazişi imzalamamışdır. Bundan əlavə, bank və X6 ilə həmən tarixdə xx.xx.2014-cü il tarixində 026R********** saylı kredit razılaşması imzalanmış və 25000 ABŞ dolları aylıq 1.8 % faiz dərəcəsi olmaqla kredit verilmişdir. X6 və bank arasında xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 026R**********S saylı saziş imzalanmışdır. Həmin saziş üzrə faiz dərəcəsinə və ödəniş planına mühüm dəyişikliklər edilmiş və bu barədə zamin İddiaçın razılığı alınmamışdır. Qeyd olunanları əks etdirən təklif ərizəsi ilə cavabdehə rəsmi qaydada xx.xx.2024-cü il tarixində müraciət edərək Bank və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini ləğv edilməsi və zaminlik öhdəliklərinə xitam verilməsini xahiş etmişdir. Lakin cavabeh tərəfindən bu günə kimi heç bir hərəkət edilməmişdir.

7. Cavabdeh bank iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Belə ki, eyni tərəflər və eyni kredit müqaviləsi üzrə Ağdam Rayo n Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2(13)- 6343/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1454/2017 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2017- ci il tarixli, 2(102)-6748/2017 saylı qərarı ilə kassasiya şikayəti tamin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dayişdirilmədən saxlanılmışdır. Qeyd olunnan qətnamələrlə hazırki mübahisə preyudisial xarakter daşıdığından hazırkı mübahisəsi üzrə icraata xitam verilməsini xahiş edilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)1851/2024 nömrəli qərardadı ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinə dair iş üz rə icraatına xitam verilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olmuşdur. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları yenidən mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 oktaybr 2017-ci il tarixli, 2(102)-6748/2017 saylı qərarı ilə ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə hazırkı iddia ərizəsinin dəlilləri eynilik təşkil edir. Yəni, məhkəmə tərəfindən iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələyə artıq hüquqi qiymət verilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15 1.1, 153.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda iddia tələbinin əsasları və predmeti əvvəl Ağdam Rayon Məhkəməsi tərəfindən baxılan iddia tələbindən fərqlidir. Belə ki, iddiaçı bank ilə aralarında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini mübahisələndirir, yəni xx.xx.2014-cü tarixli 026R********** saylı kredit razılaşmasını mübahisələndirməmişdir. İddianın tələblərinin əsasını zaminlik öhdəliklərinə xitam verilməsi üçün mühüm maddi və prosessual normaların pozulması qeyd edilmişdirdir. Digər tərəfdən cavab deh tərəfindən məhkəməyə təqdim edilən ərizədə hazırkı iddiada preyudisiallıq oduğundan işə xitam verilməsini xahiş etmişdir. Halbuki, əvvəl tərəflər arasında olan məhkəmə prosessində müəyyən edilmiş halar preyudisial xarakteri daşısa da, iş üzrə xitam verilməsi üçün əsas ola bilməzdi. Əvvəl tərəflər arasındakı mülki işə Ağdam Rayon Məhkəməsində baxılması İddiaçın hüquqlarını kobud surətdə pozaraq məhkəmədə iştirakı təmin edilməmşdir. Həmçinin məhkəmə eyni tərəflər, eyni predmet və eyni əsaslarla bağlı iş üzrə işə xitam verirsə və qeyd olunan işin prediyusiallığın tanıyırsa, məhkəmə xx.xx.2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən qanuni qüvvədə olan işin materialları ilə tanış olmalı və halhazırda baxılan iş üzrə hansı hissədə prediyusial olduğunu araşdırılm alı idi. Lakin məhkəmə tərəfindən qeyd olunan məsələlər araşdırılmamışdır. Əvvəlki mülki işdə İddiaçı qarşılıqlı iddia və ya etiraz verilməsi üçün məhkəmə tərəfindən şərait yaradılmamış və məhkəməyə dəvət olunmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-3324/2024 nömrəli iş üzrə 20 may 2024-ci il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova – sədrlik edən və məruzəçi, Elnur Həsənov və Sabit Bəhramzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

15. M əhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcud olduğundan, həmin müqavilənin hazırki gündə mübahisələndirilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

19. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni pre dmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, ape llyasiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında bu qənaətə gəlmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə bankın iddiası əsasında hazırkı işdə mübahisələndirilən zaminlik müqaviləsi əsasında İddiaçı borcun tutulması qət edilmişdir. Bu hal həmin müqavilə üzrə mübahisəli hüquq münasibətlərinə daha əvvəl baxılmaqla məsələyə yekun hüquqi qiymət verildiyinə dəlalət edir.

25. Kollegiya bildirir ki, məhkəmələr tərəfindən icraata xitam verilməsi ilə bağlı prosessual əsasın mövcudluğuna hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

26. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin q anuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir (§ 19).

27. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadında öz əksini tapmışdır. Həmin qərardada əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş idd ia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

28. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin mülki iş üzrə icraata xitam verməsi yuxarıda göstərilən prosessual hüquq normlarına uyğun olmuşdur və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

29. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3324/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar