Məhkəmə qərarları › İş №2(102)-722/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-722/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zam
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-722/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyi icrası nəticəsində zaminin reqress qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(104)1079/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 20 noyabr 2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh illik 21 % ödəmək şərti ilə, 60 ay müddətinə 10294,38 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq, İddiaçı zamin durmuş və Bank qarşısındakı birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür.

2. Tərtər Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 10109,98 əsas borcun, 376,78 manat faiz borcunun, cəmi 10486,76 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-in xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş dir.

3. Gəncə Apellyasiya Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 10109,98 əsas borc, 376,78 manat faiz borcu, cəmi 10486,76 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-in xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə irəli sürülən iddia rədd edilmişdir. 4. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışda qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə İddiaçı əmək haqqısından 21 iyun 2021-ci il tarixdə 263,48 manat, 22 iyun 2021-ci il tarixdə 185,50 manat, 16 iyul 2021-ci il tarixdə 263,48 manat, 17 iyul 2021-ci il tarixdə 167,20 manat, 23 iyul 2 021-ci il tarixdə 9,50 manat, 20 sentyabr 2021-ci il tarixdə 177,85 manat, 21 sentyabr 2021-ci il tarixdə 9,50 manat, 17 noyabr 2021-ci il tarixdə 75,20 manat, 19 noyabr 2021-ci il tarixdə 9,50 manat, 16 dekabr 2021-ci il tarixdə 259,36 manat, 21 dekabr 2021-ci il tarixdə 27,56 manat, 25 yanvar 2022-ci il tarixdə 319,86 manat, 26 yanvar 2022-ci il tarixdə 959,30 manat, 21 fevral 2022-ci il tarixdə 125,26 manat, 24 fevral 2022-ci il tarixdə 9,60 manat, 16 mart 2022-ci il tarixdə 395,56 manat, 17 mart 2022-ci il tarixdə 176,70 manat, 19 aprel 2022-ci il tarixdə 390,31 manat, 19 may 2022-ci il tarixdə 21,97 manat, 20 may 2022-ci il tarixdə 158,22 manat, 17 iyun 2022-ci il tarixdə 630,34 manat, 20 iyul 2022-ci il tarixdə 310,39 manat, 22 iyul 2022-ci il tarixdə 9,50 manat, 16 avqust 2022-ci il tarixdə 630,34 manat, 18 oktyabr 2022-ci il tarixdə 388,65 manat, xx.xx.2022-ci il tarixdə 150,30 manat, 18 noyabr 2022-ci il tarixdə 630,34 manat, 22 noyabr 2022-ci il tarixdə 314,33 manat, 21 dekabr 2022-ci il tarixdə 630,34 manat, 27 dekabr 2022-ci il tarixdə 111,51 manat - ümumilikdə 7810,95 manat tutulmalar aparılmışdır. 5. "xxxx" ASC tərəfindən İddiaçı təqdim olunmuş 23 fevral 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, 20 noyabr 2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 11513,99 manat məbləğində ödəniş edilmiş, 25 yanvar 2023-cü il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı C avabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11551,83 manat məbləğində pulun cavabdehdən alınaraq, iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit götürməsi üçün ondan zamin durmasını xahiş etmişdir. 20 noyabr 2020-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin Xətai filialından 10294,38 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin ödənilməsinin təminatı kimi iddiaçı ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi cavabdehin öhdəliyi icra etmədiyi təqdirdə Bank qarşısında cavabdehlə birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə yaranmış borca görə zamin kimi onun əmək haqqından 7878,79 m anat pul tutulmuş, 3673 manatı isə nağd ödəmişdir. Beləliklə, onun tərəfindən cavabdehin yerinə kredit üzrə 11551,83 manat məbləğində ödəniş edilmiş, 25 yanvar 2023-cü il tarixə kredit müqaviləsi üzrə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit müqaviləsi üzrə heç bir öhdəlik yoxdur. Cavabdehin kredit öhdəliyinə görə ödəmiş olduğu pulu cavabdehdən geri tələb etsə də, cavabdeh həmin məbləği ona ödəməkdən boyun qaçırmışdır.

8. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir, iddiaçı mübahisəli kreditin ödənilməsinin təminatı kimi zamin durmuşdur. Həmin borcla bağlı Tərtər Rayon Məhkəməsi tərəfindən əsassız və qanunsuz qətnamə qəbul olunsa da, X1 Fərmanına əsasən həmin müqavilə üzrə borc restrukturizasiya olunmuş və icra işinə xitam verilmişdir. İddiaçı yalan danışır, o cümlədən başqa şə xslərə görə də bank qarşısında zamin durmuşdur. Onun əmək haqqı kartından cavabdehin kredit borcuna görə pul tutulmaları aparılmamışdır. Aparılmış tutulmalar iddiaçının zamin durduğu başqa şəxslərin kredit müqaviləsi üzrə olan tutulmalar olmuşdur.

9. Tərtər Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(061)-27/2024 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 20 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən zamin olaraq ödənilmiş 11513,99 manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 135.14 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməsi, dövlət rüsumunun qalan hissədə dövlət hesabına aid edilməsi qə t edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış kredit öhdəliyinin təminatı kimi iddiaçı ilə "xxxx" ASC-nin Xətai filialı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış, cavabdeh öhdəliyinə əməl etmədiyi üçün zaminlik müqaviləsinə uyğun olaraq Bank tərəfindən iddiaçının əmək haqqından tutulmalar həyata keçirilmişdir. Ümumiyyətlə iddiaçı tərəfindən cavabdehin yerinə kredit üzrə 11513,99 manat məbləğində ödəniş edilmiş, 25 yanvar 2023-cü il tarixdə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit müqaviləsi üzrə heç bir öhdəlik yoxdur. Bu barədə bank tərəfindən iddiaçıya 23 fevral 2024-cü il tarixli arayış verilmişdir. İddiaçı cavabdehin kredit öhdəliyinə görə ödəmiş olduğu pulu tələb etsə də, cavabdeh həmin məbləği iddiaçıya ödəməkdən boyun qaçırtmışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə hesab etmişdir ki, mübahisəli kredit müqaviləsi kredit müqaviləsi üzrə hazırkı iddiaçı tərəfindən zamin olaraq 11513,99 manat məbləğində ödənişin edildiyi sübuta yetirildiyindən iddia qismən təmin edilməli və həmin məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 475.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(104)-1079/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Mamedovdan və A.İsgəndərovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(061)27/2024 nömrəli qətnaməsi cavabdeh ilə bank arasında bağlanmış mübahisəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən zamin olaraq ödənilmiş 11513,99 manat pul tutularaq iddiaçıya verilməsi hissəsində dəyişdirilərək mübahisəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən zamin olaraq ödənilmiş 11483,99 manat pul tutularaq iddiaçıya verilməsi, qətnam ənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyinə əməl etmədiyi üçün zaminlik müqaviləsinə uyğun olaraq Bank tərəfindən iddiaçının əmək haqqından RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə tutulmalar həyata keçirilmiş və onun əmək haqqından ümumilikdə 7810,95 manat pul tutulmuş, 25 yanvar 2023-cü il tarixdə iddiaçı tərəfindən 20 noyabr 2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə 3673,04 manat ödəniş edilərək kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit müqaviləsi üzrə heç bir öhdəlik yoxdur. İddiaçının əmək haqqından tutulmuş ümumilikdə 7810,95 manatla iddiaçı tərəfindən 25 yanvar 2023-cü il tarixdə banka ödənilmiş 3673,04 manatı t opladıqda 11483,99 manat alınır. Bu barədə "xxxx" ASC tərəfindən iddiaçıya 23 fevral 2024-cü il tarixli arayış verilmişdir. Cavabdehin nümayəndəsi cavabdehin 20 noyabr 2020-ci il tarixli, RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə borcunun olmadığını göstərsə də, lakin məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdeh tərəfindən həmin müqavilə üzrə cəmi 3 dəfə ödəniş edildiyini bildirdi.

16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasındakı münasibət zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. İşdə olan İddiaçı əmək haqqı kartından çıxarışdan görünür ki, onun əmək haqqından bankla Cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda cəmi 7810,95 manat tutulmalar edilmiş və o nun tərəfindən RGTK3251351A107 saylı kredit müqaviləsinin bağlanması üçün banka 25 yanvar 2023-cü il tarixdə 3673,04 manat ödəniş edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda İddiaçı Cavabdeh əvəzinə banka 11483,99 manat (7810,95 manat + 3673,04 manat) ödəniş etdiyi iş materialları ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və həmin məbləğ Cavabdeh tutularaq, İddiaçı verilməlidir.

18. Apellyasiya şikayətinin dəlilləri razılaşmayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 20 noyabr 2020ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyə görə zamin durmuşdur. İddiaçının əmək haqqından 7810,95 manat tutulma 20 noyabr 2020-ci il tarix li RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə olmuş, həmçinin iddiaçı 25 yanvar 2023cü il tarixdə 3673,04 manatı da həmin müqavilə üzrə olan öhdəliklə bağlı ödəmişdir.

19. Həmçinin, İddiaçı əmək haqqından tutulmalar və 25 yanvar 2023-cü il tarixli ödəniş 20 noyabr 2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə yaranmış borcla bağlı olmuşdur. 20 noyabr 2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi üzrə yaranmış borc Problemli kreditlərin restrukturizasiyası barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsir dairəsinə düşmür. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının 8.6-cı bəndində gös tərilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Cavabdehə isə həmin kredit xx.xx.2020-ci il tarixli RGTK3251351A107 saylı kredit müqaviləsi əsasında verildiyinə görə cavabdehin həmin müqavilə üzrə kredit borcu adı çəkilən Fərmanın təsir dairəsinə düşə bilməzdi. Həmin Fərmanın 8.7-ci bəndində göstərilir ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi başa düşülür. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız və cavabdehin formal mülahizəsi hesab edir.

20. Apellyasiya instansiyası məhk əməsi apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmamış və göstərmişdir ki, cavabdeh borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 470.1, 471, 472.1, 475.1, 475.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(104)-1079/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1, 471, 472.1, 475.1, 475.2-ci, Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 77.1, 97-ci maddələri pozulmuşdur.

24. Belə ki, aparılmış tutulmalar iddiaçının zamin durduğu başqa şəxslərin kredit müqaviləsi üzrə olan tutulmalar olmuşdur. "xxxx" ASC 14 fevral 2023-cü il tarixdə ona arayış vermişdir ki, banka olan 10294,38 manat kredit borcu 25 yanvar 2023-cü il tarixdə tam olaraq ödənilmişdir. Bankla aralarında olan müqavilə üzrə 60 ay müddətində ümumilikdə banka 16722,57 manat məbləğində pul ödəməli idi, həmin məbləğin 3673,04 manatı cənab Prezidentin məlum fərmanın təsir dairəsinə düşdüyündən qalan borcu 13049,53 manat təşkil edir. İddiada isə cavabdehdən 11513,99 manat pul tələb edilir. İddiaçının ö dədikləri öz krediti üçün idi. Məhkəmə isə işdə olan sübutlara düzgün qiymət verməmiş və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Eyni zamanda cavabdeh verdiyi apellyasiya şikayətində sözügedən kredit müqaviləsi üzrə onun tərəfindən banka ödənilən məbləği təyin etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilərək məbləğin təyin edilməsini xahiş edilmiş, lakin məhkəmə heç bir əsas gətirmədən həmin vasatəti təmin etməmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, kassasiya baxışının hədlərini ape llyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasla r nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-cü maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin id diaçı qarşısında öhdəliyinin olmasını müəyyən etmişdir. (bax bənd 15-21) Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

33. Kassasiya şikayətinin dəlilləri açıq-aydın əsassızdır.

34. Belə ki, iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına istinad edir ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, bu Fərmanın müzakirəsi aparılan kredit müqaviləsinə tətbiqi qeyri-mümkündür.

35. Bu səbəbdən ki, Fərmanın 8.6-cı bəndinə görə, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməs i 360 gündən çox gecikdirilmiş borclar başa düşülür.

36. Həmçinin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.

37. Göründüyü kimi, hazırkı müqavilə 20 noyabr 2020-ci il tarixdə bağlanmaqla, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredit lərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli qərarının təsiri altına düşə bilməzdi.

38. Həmçinin, kassator iddiaçının istinad etdiyi ödənişlərin sonuncunun özünün və digər zamin durduğu şəxslərin kredit borclarına görə həyata keçirməsini qeyd etsə də, bu dəlilinə dair hər hansı sübutu, o cümlədən cavabdehin kredit borcunun onun özü və ya üçüncü şəxslər tərəfindən ödənilməsini təsdiq edən sənədləri işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

39. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Əksinə, apellyasiya instansiyası məhkəməsi borcu "xxxx" ASC tərəfindən İddiaçı verilmiş 23 fevral 2024-cü il tarixli arayış və hesabdan çıxarışa əsasən müəyyən etmişdir.

41. Nəhayət, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməməsinə dair dəlilə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin digər dəlillərinin yuxarıdakı qaydada qiymətləndirməsi ekspertiza ilə bağlı dəlilin əlavə qiymətləndirməsinin zərurətini aradan qaldırı r.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2024-cü il tarixli, 2(104)-1079/ 2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar