Məhkəmə qərarları › İş №2(102)-684/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-684/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zam
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-684/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi pul tələbi, zaminin reqress hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4870/2023 nömrəli, 11 oktyabr 20 23-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə 19 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1. "xxxx" ASC ilə "xxxx" QSC arasında 24 may 2021-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank "xxxx" QSC-yə 60 ay müddətinə 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açır. 2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/Z-1 saylı və "xxxx" ASC ilə X2 arasında xx.xx.2021-ci il tarixli 0528/Z2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 3. "xxxx" ASC ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 0528/K saylı əlavə kredit müqaviləsi bağlanmış, Bank "xxxx" QSC-yə 24 ay müddətinə illik 15,5 faizlə 150000 manat kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (tələbin artırılması barədə ərizə ilə) Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 121.719 manat, mediatora ödənilmiş 400 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 13 manat pulun cavabdeh "xxxx" QSC-dən (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə 0528/ƏKM saylı “əsas kredit müqaviləsi” bağlanmışdır. Həmin tarixdə iddiaçının tanışı X1 mülkiyyətində olan ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən 402 kv.m ümumi sahədən ibarət fərdi yaşayış sahəsi banka ipoteka qoyulmuşdur.

6. Həmçinin iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə 0528/Z-1 saylı “zaminlik müqaviləsi” bağlanmışdır. "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 0528/K saylı “əlavə kredit müqaviləsi” bağlanmış, cavabdeh 24 ay müddətinə 150.000 manat kredit götürmüşdür. 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə götürülmüş 150.000 manat kreditin 4-5 ayını cavabdeh ödəsə də, qalan aylıq ödənişləri iddiaçı ödəyir. Çünki cavabdeh ödənişi dayandırdığından, iddiaçı isə öz tanışının evini banka girov qoyduğu üçün məcburiyyət qarşısında qalıb krediti ödəmişdir ki, ev əlindən çıxmasın.

7. Borc məbləğinin ödənilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə mübahis ənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olunmuş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad etmişdir.

9. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz vermiş və məhkəmə baxışında etirazılnı müdafiə edərək onu belə əsaslandırmışdır: - iddiaçı cavabdehə müraciət edərək bildirmişdir ki, ona bağlı "xxxx" MMC adlı hüquqi şəxs var və həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün sərmayəyə ehtiyacı vardır. Lakin hüquqi şəxs yeni təsis olunduğu və dövriyyəsi olmadığı üçün banklardan həmin hüquqi şəxsə istədiyi qədər kredit məbləği götürə bilmir. İddiaçı cavabdehə bildirmişdir ki, əvvəllər özü də bank sektorunda çalışdığı üçü n həmin sektorda tanışları çoxdur və cavabdehin adına kredit götürə bilər. İddiaçı təklif etmişdir ki, kredit cavabdehin adına götürülsün, özü də həmin kredit müqaviləsinə fiziki şəxs kimi zamin duracaqdır və ödənişləri özü edəcəkdir. Kredit məbləğinin isə götürüldükdən sonra, iddiaçıya məxsus "xxxx" MMC adlı hüquqi şəxsə köçürülməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında başqa işgüzar münasibətlər olduğu üçün, cavabdeh iddiaçıya razılıq vermiş və öz adına "xxxx" ASC-dən 24 may 2021-ci il tarixli, 0528/ƏKM nömrəli “Əsas kredit müqaviləsinə” əsasən 60 ay müddətində (xx.xx.2026-cı il tarixədək) 350,000.00 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılması barədə müqavilə bağlamışdır. 26 may 2021-ci il tarixli, 0528/K nömrəli “Əlavə kredit müqaviləsi"nə əsasən 24 ay m üddətinə (xx.xx.2023-cü il tarixədək) 150000( yüz əlli min) manat məbləğində, illik 15 faizlə cavabdehə kredit məbləği köçürülmüşdür. - xx.xx.2021-ci il tarixdə iddiaçı ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında 0528/Z-1 nömrəli zaminlik müqaviləsi də bağlanmış və iddiaçı götürülən kredit məbləğinə bank qarşısında zamin durmuşdur. Kredit məbləği cavabdehin hesabına köçürüldükdən sonra iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılaşmaya əsasən cavabdehlə “Biznes Partnyor" MMC arasında 26 may 2021-ci il tarixli, BTKxx-xx/2021 nömrəli Borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Borc verən (“Bakı Tikinti Konstruksiyaları" QSC) 140000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Borc alana ("xxxx" MMC) qaytarılmaq şərti ilə verməyi öhdəsinə götürmüşdür. Göstəril ən müqavilə əsasında xx.xx.2021-ci il tarixdə 140000 manat, xx.xx.2021-ci il tarixdə isə 9000 manat, ümumilikdə 149000 manat bank köçürməsi yolu ilə cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür; - bundan əlavə, cavabdeh tərəfindən göstərilən kredit müqaviləsi üzrə 54,993.72 manat ödəniş həyata keçirilmişdir. Bu məbləğin cavabdeh tərəfindən ödənilməsi iddiaçı ilə əvvəlcədən razılaşdırılmış, qalan məbləğin isə iddiaçı tərəfindən zaminlik müqaviləsi əsasında ödənilməsi razılaşdırılmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan başqa işgüzar münasibətlərə görə kredit məbləğinin 55000 manat hissəsinin cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmış və həmin ödəniş də cavabdeh tərəfindən həyata keçirilmişdir. - hazırda iddiaçı heç bir əsas olmadan kredit müqaviləsi üzrə ödədiyi ödənişləri cavabdehdən tələb etməkdə haqlı deyildir. Belə ki, kredit götürülməsi təklifini, həmin kreditin götürülməsi detalllarının bankla razılaşdırılmasını, həmin kreditin daha sonradan “Biznes Partnyor" MMC-yə köçürülməsini, kredit məbləğinin 55000 manatlıq hissəsinin cavabdeh tərəfindən, qalan hissəsinin isə özü tərəfindən ödənilməsi təkliflərini edən birbaşa iddiaçı özüdür və hazırda iddia tələbi qaldırmaqla haqlı deyildir; - etiraz ərizəsinə əlavə olunmuş sənədlərdən də görünür ki, əsas və əlavə kredit müqavilələri cavabdehin adına bağlansa da, faktiki olaraq götürülən 150000 manat kredit məbləği iddiaçının qanuni təmsilçisi olduğu "Biznes Partnyor” MMC-yə, dolayısı ilə iddiaçıya çatmışdır.

10. Birinci instansiya məhkəməsi "Biznes Partnyor” MMC-ni mübahisə predmeti barəsində müstəqi l tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-993/23 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 121.719 (yüz iyirmi bir min yeddi yüz on doqquz) manat, mediatora ödənilmiş 400 (dörd yüz) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 13 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Səbinə Nuriyeva)

12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında əsas kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi əsasında "xxxx" Açı q Səhmdar Cəmiyyəti ilə iddiaçı xx.xx.2021-ci il tarixli 0528/Z-1 saylı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında xx.xx.2021-ci il tarixli 0528/Z2 nörməli zaminlik müqavilələri bağlanmışdır. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 0528/K saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə verilmiş vəsaitin 121719 (yüz iyirmi bir min yeddi yüz on doqquz) manat hissəsi iddiaçı tərəfindən ödənildiyindən hazırda iddiaçı həmin vəsaitin cavabdeh tərəfindən ona qaytarılmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsi mülki işin hallarını təşkil edən əqdlərin hüquqi qiymətləndirilməsi zamanı onların qanuni olmaları nəticəsinə gələrə göstərmişdir ki, belə olan halda hazırda iddia tələbinin predmeti üzrə iddiaçı nın qeyd olunan əlavə kredit müqaviləsi üzrə zamin olaraq kredit borcunun ödəməsi həmin müqavilələrin tərəflərinə yaratdığı öhdəliklərin ödənilməsini təmin etməsi kimi qiymətləndirilməlidir.

14. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazını dəlilləri ilə razılaşmayaraq, qeyd etmişdir ki, cavabdehlə "Biznes Partnyor” MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BTKxx-xx/2021 saylı Borc müqaviləsi üzrə iddiaçının əlaqəsi olması və həmin müqavilə üzrə tərəf olan "Biznes Partnyor” MMC-nin rəhbəri olmasına və ya əlaqəsinə dair hər-hansı sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir.

15. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin borc müqaviləsi üzrə qarşı tərəfin hesabına köçürülmüş vəsaitin əlavə kredit müqaviləsi üzrə cavabdehə verilmiş həmin kredit məblə ğinin olması barədə dəlilinə münasibətdə vurğulamışdır ki, kredit müqaviləsi üzrə alınmış kredit vəsaitinin həmin müqavilədə nəzərdə tutulmuş formada istifadə edilməsi borcalanın hüququdur. Belə olan halda əlavə kredit məbləği üzrə alınmış vəsaitin daha sonra digər borc müqaviləsi əsasında digər şəxsə verilməsi halı iddiaçının həmin borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi kimi qiymətləndirilə bilməz.

16. Birinci instansiya məhkəməsi ödənişlərin təyinatının əlavə kredit müqaviləsi üzrə cavabdehin götürdüyü öhdəliklərin iddiaçı tərəfindən zamin olaraq həyata keçirməsini müəyyən etmişdir.

17. Birinci instansiya məhkəməsi sonda gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə alınmış kredit vəsaitinin həmin müqavilədə nəzərdə tutulmuş formada istifadə edilməsi borcala nın hüququdur.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 442, 448, 460.1, 470, 472, 475.1, 475.2, 475.3 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit məbləği cavabdehin hesabına köçürüldükdən sonra, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılaşmaya əsasən cavabdeh ilə "xxxx" MMC arasında 26 may 2021-ci il tarixli, BTK xx-xx/2021 nömrəli Borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Borc verən ("xxxx" QSC) 140000 manat məbləğində pul vəsaitini Borc alana ("xxxx" MMC) qaytarılmaq şərti ilə verməyi öhdəsinə götürmüşdür. Göstərilən müqavilə əsasında xx.xx.2021-ci il tarixdə 140000 manat, xx.xx.2021-ci il tarixdə isə 9000 manat olmaqla, ümumilikdə 149,000.00 manat bank köçürməsi yolu ilə cavabdeh tərəfindən "xxxx" MMCnin hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən göstərilən kredit müqaviləsi üzrə 54,993.72 manat ödəniş həyata keçirilmişdir. Bu məbləğin cavabdeh tərəfindən ödənilməsi iddiaçı ilə əvvəlcədən razılaşdırılmış, qalan məbləğin isə iddiaçı tərəfindən zaminlik müqaviləsi əsasında ödəməsi razılaşdırılmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan başqa işgüzar münasibətlərə görə kredit məbləğinin 55000 manat hissəsinin cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmış və həmin ödəniş də cavabdeh tərəfindən həyata keçirilmişdir.

21. İşin apelyasi ya baxışı zamanı təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən zamin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ayrı-ayrı vaxtlarda 81450 manat banka pul ödənilmiş, həmçinin zamin İddiaçı banka olan şəxsi hesabından 20188,86 manat pul silinməklə, ümumilikdə 101638,86 manat İddiaçı tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə banka pul ödənilmiş və xx.xx.2023-cü il tarixdə kredit tam bağlanmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4870/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə 1 21.719 manat pul tutulması hissəsində dəyişdirilərək, tutulmalı olan məbləğ 101638,86 manat müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)

23. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması barədə düzgün nəticəyə gəlsə də, ödənilməli olan borcun məbləğini düzgün müəyyən etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən vurğulamışdır ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və k reditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

25. Apellyasiya instansiyası məhkəməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən hesab etmişdir ki, Bankın yəni kreditorun tələbi zamin, yəni iddiaçı tərəfindən icra olunmuş, borc tam ödənilmiş, zaminin borcluya qarşı Mülki Məcəllənin 475-ci maddəsinnin tələbindən irəli gələn tələb hüququ yaranmışdır.

26. Apellyasiya instansiyası məh kəməsi onu da qeyd etmişdir ki, məhkəmədə iddia qaldırılanadək kredit borcu tam ödənilməsə də, birinci instansiya məhkəməsində qətnamə çıxarılanadək borc tam olaraq ödənildiyindən iddiaçının Mülki Məcəllənin 475-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları yaranmışdır.

27. İddiaçı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 121.719 manat ödəniş etdiyini bildirir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.

28. Cavabdeh, ümumiyyətlə, iddianı qəbul etmir və bildirir ki, iddiaçı əsas və əlavə kredit müqavilələri cavabdehin adına bağlansa da, faktiki olaraq götürülən 150000 manat kredit Bakı Tikinti Konstruksiyaları» QSC ilə "Biznes Partnyor” MMC arasında xx.xx.2021ci il tarixli borc müqaviləsi əsasında "Biznes Partnyor” MMC-nin qanuni təmsilçisi olan iddiaçıya çatmışdır.

29. Apellyasiya instan siyası məhkəməsi cavabdehdən pul tutulması nəticəsinə gələn birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmış, lakin nəzərə almışdır ki, iddiaçı Banka 121.719 manat ödəniş etdiyi bildirsə də, Bankın təqdim etdiyi maliyyə arayışına əsasən iddiaçı tərəfindən ümumilikdə 101638,86 manat pul ödənilmişdir. İddiaçı tələb etdiyi məbləğdə Banka ödəniş etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına istinadən belə nəticəyə gəlmişdir ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə 121.719 manat pul tutulması hissəsində dəyişdirilməli və iddiaçının tələbi 101638,86 manat həcmində təmin edilməlidir Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəli lləri

31. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsini və işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

32. Cavabdehin kassasiya şikayəti belə əsaslandırlıb: - 15 mart 2023-cü il tarixli məhkəmə iclasındakı çıxışlardan da görünür ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər standart kredit və zaminlik müqaviləsi üzərində qurulmamışdır, ayrılmış kredit məbləği birbaşa iddiaçı tərəfindən istifadə edilmişdir. Beləliklə, tərəflər arasında olan münasibətlərdən ayrı qayda irəli gəldiyi üçün hazırki mübahisəyə Mülki Məcəllənin 475.3-cü maddəsinin tətbiq edilməklə iddia təmin edilməməli idi; - kredit məbl əğinin götürülməsinin səbəbi iddiaçının özünün təklifi və təhriki əsasında, ona məxsus "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün pul vəsaitinin cəlb edilməsi olmuşdur və iddiaçı ilə cavabdeh arasında əldə olunan razılaşmaya əsasən, kredit məbləği cavabdehin hesabına köçürüləndən 1 gün sonra 140000 manat vəsait cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş, daha sonra isə 9000 manat vəsait xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir; - məhkəmənin bildirdiyi kimi, borc vəsaitindən istifadə cavabdehin hüququ olsa da, hazırki halda açıq-aydın görünməkdədir ki, kredit məbləğinin götürülməsinin məqsədi həmin vəsaitdən cavabdehin yox, iddiaçının istifadə etməsi olmuşdur. Nəticədə, iddiaçı ilə cavabdeh arasında olan faktiki münasibətlər tam araşdırı lmamış, mübahisə predmetini təşkil edən kredit vəsaitinin iddiaçı yoxsa cavabdeh tərəfindən istifadə olunmasına hüquqi qiymət verilməmiş, cavabdeh tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir.

33. İddiaçı da (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

34. İddiaçı kassasiya şikayətini belə əsaslandırıb: - iddia ərizəsində qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixdə 1875 manat, xx.xx.2021-ci il tarixdə 1875 manat, xx.xx.2021-ci il tarixdə 1875 manat, xx.xx.2021-ci il tarixdə 8165 manat və xx.xx.2021-ci il tarixdə 8165 manat olmaqla, cəmi 21.955 manat pul kredit ödənilməsi üçün cavabdehin mühasibatlığına nağd şək ildə ödənilmişdir. Kreditin əsas borcu 150.000 manat, faiz borcu isə 27.678,89 manat, ümumilikdə 177.678,89 manat ABB-yə pul ödənilməli idi ki, kredit öhdəliyi tam icra olunsun. Həmin pul vəsaiti tam ödənilmişdir; - cavabdeh iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd etmişdir ki, göstərilən kredit müqaviləsi üzrə 54993.72 manat ödəniş onlar həyata keçirmiş, bu məbləğin cavabdeh tərəfindən ödənilməsi iddiaçı ilə əvvəlcədən razılaşdırılmış, qalan məbləğin isə iddiaçı tərəfindən zaminlik müqaviləsi əsasında ödəməsi razılaşdırılmışdır. Cavabdeh belə bir razılaşmanın olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir; - cavabdeh kredit öhdəliyi üzrə banka ümumi olaraq ödənilmiş 177.678,89 manat pul vəsaitinin yalnız və yalnız 54,993.72 manat hissəsini ödəmiş dir. Öhdəliyin tam icra olunduğu işin mübahisə olunmayan halıdır ki, belə olan halda 177.678,89 manatdan 54.993,72 manatı çıxanda qalan məbləğ 122.685,17 manat təşkil edir; - iddiaçı olaraq iddia etdikləri məbləğ isə 121.719 manat olmuşdur ki, arada 966,17 manat fərq yaranır və belə olan halda həmin fərq əvvəlcədən ödəniş olmuşdur deyə faizin aşağı düşməsi səbəbindən yaranmışdır. Daha dəqiq cavabdeh 54993.72 manat kredit ödədiyini iddia edir, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsas hesab edilərsə, kredit üzrə kim tərəfindən ödənilməsi müəyyən olunmamış 21.046,31 manat məbləğ faktiki olaraq mövcuddur ki, həmin məbləğ də iddia ərizəsində qeyd etdikləri 21.955 manatla uyğunluq təşkil edir. Bu da həmin məbləğin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən mötəbər sübut kimi qəbul olu nmalıdır. a) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayr ı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliy inin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissələrində mübahisələndirilib. Bu səbəbdən, nəticə etibarilə kollegiya qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

41. İddia tələbi zamin kimi ödənilmiş pulun reqress qaydasında geri tələb edilməsi və borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi bankın sənədlərinə, borcun verilməsi barədə pul köçürmə sənədinə istinad etmişdir.

42. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zamin olaraq cavabdehin banka olan borcunu ödədiyi üçün Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən ödədiyi pulu geri tələb etmək hüququ vardır və apellyasiya instansiya məhkəməsi də haqlı olaraq iddianı həmin hissədə təmin etmişdir.

43. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə də öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla apellyasiya şikayətinin də dəlilləri olub və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi şikayəti qismən təmin edərək cavabdehdən tutulan pulun miqdarını azalt mışdır.

45. Mülki Məcəllənin 475.3-cü maddəsinə əsasən iddianın rədd edilməli olması barədə cavabdehin kassasiya şikayətini dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin normaya görə bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

46. Qeyd edilən normanın (475.3) tələbindən görünür ki, məhkəmələrin mübahisənin həlli ilə bağlı istinad etdikləri Mülki Məcəllənin 475.1-ci maddəsi analoji münasibətlərdə o hallarda tətbiq edilmir ki, həmin maddədə müəyyənləşdirilmiş qaydalar Mülki Məcəllənin özündə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmuş olsun və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmiş olsun.

47. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə Mülki Məcəllənin 475.1-ci maddəsinin hazırki işə tətbiqini istisna edən 475.3-cü maddəsində sadalanan halları müəyyən etməmişlər.

48. İşdən görünür ki, cavabdeh onunla "Biznes Partnyor” MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BTKxx-xx/2021 saylı Borc müqaviləsi üzrə iddiaçının əlaqəsi olmasını sübuta yetirə bilməmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları müvafiq sənədlərlə qismən sübuta yetirə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları işə mahiyyəti üzrə baxan məhkəmlərdə sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Nəzə rə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etməli idi.

51. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

52. Məhkəmə kollegiyası iddiaçının da kassasiya şikayətini əsassız sayır. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən etdiyi hallarından görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə borcundan ümumilikdə 101638,86 banka pul ödəmişdir. İddiaçı tələbində qeyd etdi yi miqdarda pul ödəməsini sübut edə bilməmişdir. Sübutetmə ilə bağlı cavabdehin kassasiya şikayətinə aid qeyd edilən hallar eynilə iddiaçıya aiddir. (bax:49-50ci bəndlər)

53. Məhkəmə kollegiyası iddiaçının kredit üzrə borcun (150.000 manat əsas+27.678,89 manat faiz) ümumilikdə 177.678,89 manat olması, cavabdehin etirafına əsasən həmin məbləğdən yalnız 54993.72 manatın cavabdeh tərəfindən ödənilməsi və borcun tam bağlanması nəzərə alınarsa, kredit üzrə kim tərəfindən ödənilməsi müəyyən olunmamış 21.046,31 manatın faktiki olaraq mövcud olmaqla həmin məbləğin iddia etdikləri 21.955 manatla uyğunluq təşkil etməsi barədə dəlillərini məhkəmə kollegiyası qəbul etmir. Çünki "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışında iddiaçının kredit borcu üzrə nə qədər ödəniş etməsi öz əksini tapmışdır. İ ddiaçı həmin arayışda qeyd edilən məbləğdən daha artığı ödədiyini sübut edə bilməmişdir. Bu baxımdan, kredit üzrə 21.046,31 manatın kim tərəfindən ödənilməsinin müəyyən olunmaması həmin məbləğin məhz iddiaçı tərifindən ödənilməsi anlamına gəlməsi barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh "xxxx" QSC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4870/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar