Məhkəmə qərarları › İş №e-2(102)-4071/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4071/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zam
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4071/2023 29.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4071/2023 Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyanın hakimi X1 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibində İddiaçı MMC-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi) pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)2989/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü il tarixli qərardadından cavabdehin şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 622.368,53 manatın, hüquqi xidmətlərin göstərilməsi üçün 3.500 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun, cəmi 626.788,53 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatətin əsas larına görə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)2848/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən ümumilikdə 802.978,70 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Sonradan iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, cavabdeh iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə öhdəliklərin - 802.978,70 manat pulun ödənilməsinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda barışıq sazişi üzrə "xxxx" MMC-nin iddiaçıya 581.184,31 manat (ƏDV daxil) qalıq borcu mövcuddur. İşin hallarından göründüyü kimi, hazırkı mübahisənin aidiyyəti ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aiddir və Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2989/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir.

5. Qərardadın əsaslarına görə, “... mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas dispozitiv şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

3. Subyektlər arasın dakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir.... 1-ci dispozitiv şərtlə bağlı məhkəmə qeyd edir ki, sözügedən şərt ödənilmir. Belə ki, İddiaçı MMC kommersiya hüquqi şəxsi olsa da, Cavabdeh vergi ödəyici kimi dövlət orqanından qeydiyyatdan keçməmiş fiziki şəxsdir. Yuxarıda da qeyd edildiyi kimi hər üç şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunduğundan, hal-hazrki vəziyyətdə 1-ci şərt ödənilmədiyindən, məhkəmə hesab edir ki, mülki iş məhkəmə aidiyyəti qaydaları pozulmadan icraata qəbul edilmişdir.”

6. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayətin əsaslarına görə, “Baxılan işdə hər iki tərəf sahibkarlıq subyekti – kommersiya hüquqi şəxsi olmaqla, aralarında birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar müqavilədən yaranmış mübahisə üzrə zaminlik müqaviləsi bağlanmışdır. MPM-in 26.1-ci maddəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələri (kommersiya mübahisələrini) kommersiya məhkəmələrinə aid etmişdir. Lakin Yasamal Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir.”

8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edil miş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicis i olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

12. Azərbaycan Respublikasının Mü lki Məcəlləsi: Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 13. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslər in subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, mə hkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır; Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli Qərarı: “Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müd afiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.”

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqla rının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növü ndən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.”

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiq i mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; Bənd

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblər inə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fər di sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

19. İlk olaraq, Vergi və Mülki məcəllələrin, habelə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun bu qərarın 11-13-cü bəndlərində istinad olunan normalarının mənasına görə, sahibkarlıq fəaliyyəti hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq olaraq mənfəət v ə gəlir əldə etməyə yönəlmiş fəaliyyət olmaqla, hər iki kateqoriyaya daxil olan subyektlər vergi ödəyicisi kimi vergi orqanında uçota alınırlar.

20. Hazırkı işdə cavabdeh fiziki şəxsdir, o, zaminlik müqaviləsini fiziki şəxs kimi imzalamışdır, müqavilədə onun VÖEN-i yaxud "xxxx" MMC-nin öhdəliklərinin icra edilməsinə fərdi sahidkar kimi zamin durması qeyd edilməmişdir, cavabdehin fərdi sahibkar statusuna (VÖEN-ə) malik olub-olmaması iş üzrə mübahisə predmeti olmamışdır.

21. Göründüyü kimi, cavabdehin hazırkı mübahisə ilə bağlı fəaliyyətinin sahibkarlıq kimi xarakterizə oluna bilməsi üçün qanunla aranan şərtlər iş üzrə yerinə yetirilmir.

22. Belə olan halda, şikayətin dəlilləri MPM-in 24.2-ci maddəsinin (§14) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə işti rak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilməli olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (§17) sözügedən kontekstdə prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə verilən izahlara uyğun deyil.

23. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1-ci maddələrini rəhbər tutar aq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2989/2023 nömrəli iş üzrə 17 avqust 2023-ci il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar