Məhkəmə qərarları › İş №2(102)-4882/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4882/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zam
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4882/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 ASC və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(103)5322/2022 saylı qərardadından iddiaçı kassasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 ASC və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada əsas borca görə 939.564 manat, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 140.934 manat, ödənilmiş hüquqi xidmətə görə 300 manat və iddia üçün ödənilmiş dövlət rüsumuna görə 1.069 manat, cəmi 1.081.867 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, 14 mart 2015-ci il tarixdə iddiaçının oğlu X rəsmi nikah əsasında Cavabdeh1 ASC-nin sahibi Cavabdeh2 qızı X i lə ailə qurub və onların birgə nikahından 10 mart 2016-cı il tarixdə X adlı övladları doğulub. 24 avqust 2016-cı il tarixdə Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üsulu kimi sonuncu ilə İddiaçı arasında 24 avqust 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanıb. Sonradan Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə X ilə X arasında 14 mart 2015ci il tarixdə bağlanmış nikah pozulub və onların birgə nikahından 10 mart 2016-cı il tarixdə doğulmuş X anası X yanında saxlanılıb və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulub X verilməsi qət edilib. Hazırda iddiaçı Cavabdeh1 ASC ilə bağlanmış sözügedən kredit müqaviləsi üzrə zamin olduğunu, kredit müqaviləsi üzrə cavabdehlərin əvəzinə müəyyən ödənişlər etdiyini göstərib, reqres qaydasında cavabdehlərdən əsas borca görə 939.564 manat, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 140.934 manat, ödənilmiş hüquqi xidmətə görə 300 manat və iddia üçün ödənilmiş dövlət rüsumuna görə 1.069 manat, cəmi 1.081.867 manat pul iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Belə ki, iddiaçının sübut kimi təqdim etdiyi "xxxx" ASC-nə olan ödəmələri dair ödəniş qəbzləri onun tərəfindən deyil, X tərəfindən aparılıb. Bu səbəbdən də iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 377.4, 509.1, 1114.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının t ələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və V.N.Sadıqov) iddiaçının iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 06 may 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməs i barədə sənəd əlavə etməyib. Belə ki, iddiaçı məcburi köçkün vəsiqəsini apellyasiya şikayətinə əlavə edərək, məhkəməyə verilən iddialar üzrə- şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habela Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin dövlət rüsumundan azad olunmasına istinad edib. Lakin, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə edilmiş sorğuya cavabdan müəyyən olunur ki, iddiaçının qaçqın və ya məcburi köçkün statusu yoxdur. Belə olan halda iddiaçının apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün, onun apellyasiya şikay əti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 363.1.2, 366.2-ci maddəsinin və digər mülki prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, o Kəlbəcər rayonu, Yellicə kəndində doğulub və iş materiallarına əlavə edilmiş 042486 saylı vəsiqəyə görə məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci madd əsinə əsasən, məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə- şəhid ailələri, müharibə veteranları, müharibə iləəlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqı nlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü iləəlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar; 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlə t rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, onun birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi üçün prosessual əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barə də sənəd əlavə etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın Mülki Prosessual Məcəllənin 361-ci maddəsini n tələblərinə uyğunluğunu yoxlamadan, həmin maddənin tələblərinə cavab verməyən apellyasiya şikayətini ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edib. İşdən görünür ki, iddiaçı məcburi köçkün vəsiqəsini apellyasiya şikayətinə əlavə edərək, Kəlbəcər rayonundan məcburi köçkün düşdüyü üçün, apellyasiya şikayəti üzrə dövlət rüsumu ödəməyə borclu olmadığını iddia edir. Halbuki, apellyasiya instansiya məhkəməsi tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə verilmiş sorğuya cavab məktubu ilə müəyyən olunur ki, iddiaçının qaçqın və ya məcburi kö çkün statusu yoxdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə- şəhid ailələri, müharibə veteranları, müharibə iləəlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü iləəlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar; 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir; Həmin Qanunun 8.1.4-cü ma ddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, hazırki iddianın qiyməti 779.904 manatdan ibarətdir və apellyasiya şikayətinin verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği 534,95 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüs umunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxla yır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının məcburi köçkün statusu olmadığından və onun qətnamədən verdiyi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi onun qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Digər tərəfdən, iddiaçı kassasiya şikayətində məcburi köçkün oluduğunu və bu səbəbdən də məhkəməyə verdiyi iddialar, habelə məhkəmə aktlarından verdiyi şikayətlər üzrə dövlət rüsümunu ödəməkdən azad edildiyini iddia etsə də, o məhkəməyə verdiyi iddia ərizəsinə 1.070 manat, habelə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə 535,80 manat dövlət rüsumunun ödənilməsinə dair sənədlər əlavə edib. Belə olan halda, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının bir tərəfdən dövlət rüsumunu ödəməkdən azad edildiyini iddia etdiyi halda, digər tərəfdən həm məhkəməyə verdiyi iddia ərizəsinə, həm də birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə etməsi başa düşülən deyil. B u baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya 06 iyul 2022-ci il tarixli qərardadla qeyri-mümkün hesab edildikdən 1 gün sonra, yəni 07 iyul 2022-ci il tarixdə iddiaçı qərardadda göstərilən nöqsanı aradan qaldıraraq bilavasitə apellyasiya instansiyası məhkəməsinə 535,80 manat dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etdiyindən və faktiki olaraq nöqsanı aradan qaldırdığından, o təkrar apellyasiya şikayəti verməklə işə mahiyyəti üzrə apellyasiya qaydasında baxılmasını tələb edə bilər. Beləliklə, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qər ardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(103)-5322/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar