Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2406/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): alqı-satqı müqaviləsi (daşınmaz əşyaların alqı-satqısı), əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi, iddia aldırmaq üçün subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Bayram oğluna qarşı “torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı ölçüsü sənədinin ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-648/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları:
1. Quba rayonu, Vəl-vələ kəndində (bundan sonra - mübahisəli ərazi) yerləşən 1,24 hektar torpaq sahəsi X10 və X1, 0,7135 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
2. X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı ilə X6 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır.
4. X10 və X4 xx.xx.2013-cü il tarixdə onların mülkiyyətinə verilən 1,24 hektar torpaq sahəsini idarə etməsi və barəsində sərənca m verməsi üçün İddiaçı etibar etmişlər.
5. JN-0059 KOD 30310018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 7135,00 kvadrat metr torpaq sahəsi Quba rayon Dövlət notariat kontorunun xx.xx.2005-cı il tarixli, 4-Ə-389 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş, dövlət reyestrindən Cavabdeh adına ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 7135,00 kvadrat metr torpaq sahəsinə dair Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarix də bağlanmış 4-Ə-389 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh Bayram oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışın və torpaq sahəsini planı və ölçüsünün ləğv edilməsi, həmin torpaq sahəsi ilə bağlı cavabdehin Dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildə X7 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. 1990-cı ildə Özbəkistanda baş vermiş məlum hadisələr nəticəsində ailələri Azərbaycan Respublikasına pənah gətirmiş, o vaxtdan da ailələri mübahisəli ərazidə məskunlaşmışdır. Həmin ildə onlarla bərabər qaynı Eldar Əliyevin də ailəsi həmin kəndə gəlmişdir. Dövlət tərəfindən onlara fərdi yaşayış evinin tikintisi üçün 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir və özləri həmin torpaq sahəsində yaşayış evi tikərək 1991-ci ildən həmin evdə yaşayır. Beləliklə, 2000-ci ildən başlayaraq X3na və ailəsinə məxsus mübahisəli ərazidə yerləşən 1,24 hektar torpaq sahəsini ailələri istifadə etmişdi. Eldar Əliyev Azərbaycana geri qayıtmadığından onlar ondan özünə məxsus torpaq sahəsinə dair etibarnamə verməsini xahiş etmişlər. 17 mart 2013-cü il tarixdə qaynı Eldar və həyat yoldaşı İsminaz onun adına həmin torpaq sahəsinə dair notariatda təsdiq edilmiş etibarnamə göndərmişdir. Etibarnamənin müddəti 2038-ci ilə qədərdir. X2 16 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. X3 30 aprel 2021-ci il tarixdə Q azaxıstan Respublikasında vəfat etmişdir. 2008-ci ildə həmin torpaq sahəsinin yerləşdiyi ərazidən dövlət əhəmiyyətli su kanalı çəkilmiş, nəticədə qaynı Eldarın mülkiyyətinə verilmiş 1,24 hektar torpaq sahəsinin 5236,00 kvadrat metr hissəsi su kanalının altına düşmüş və buna görə təxminən 3000 dollar məbləğində kompensasiya ödənilmişdir. Həmin pulu o, təhvil alaraq 2008-ci ildə də Qazaxıstan Respublikasına qaynı Eldarın ata tərəfdən doğma bacısı olan X5 adına bank vasitəsilə göndərmişdir. 2022-ci ilin yanvar ayında cavabdeh onun iş yerinə gələrək bildirmişdir ki, qaynı Eldar və həyat yoldaşı İsminazın etibarnamə əsasında ona həvalə olunmuş mübahisəli ərazidə yerləşən 7135,00 kvadrat metr torpaq sahəsinə adına reyestrdən çıxarış almışdır, buna görə də həmin torpaq sahəsinə daxil olmaması b arədə ona xəbərdarlıq etmişdir. Ona etiraz edərək həmin torpaq sahəsinin heç vaxt satılmadığını, torpaq sahəsinə dair Dövlət Aktının əslinin onda olduğunu bildirmişdir. 2022-ci ilin avqust ayında o, həmin torpaq sahəsində əkdiyi əkini biçdikdən sonra oranı şumlatmışdır. Lakin cavabdeh özü orada əkin əkmişdir, artıq onu həmin torpaq sahəsinə buraxmır. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Quba Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2(027)-1957/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində deyil, JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X10 və X1 m ülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin iddiaçıya etibarnamə əsasında etibar edildiyini qeyd etsə də, ** AD ***6352 saylı, xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən X10 və X4 xx.xx.1997-ci il tarixli qərar ilə onların mülkiyyətinə verilən JN: 0056, kod 30310018 saylı, ümumi sahəsi 1,24 hektar olan torpaq sahəsini idarə etməsi və onun barəsində sərəncam verməsi üçün İddiaçı etibar etmişlər. Lakin iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Quba rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə JN-0059, KOD 30310018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X10 və X1 mülkiyyətindədir. Yəni ** AD ***6352 saylı, xx.xx.2013-cü il tarixli etibarnamə ilə iddiaçıya etibar edilmiş torpaq sahəsi ilə iddiaçının mübahisələnirdiyi torpaq sahəsi eynilik təşkil etməmişdir. Həmçinin, İddiaçı həmin iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən iddiaçıya etibarnamə verilməsi onun həmin əmlak üzrə subyektiv hüququnun yaranmasına səbəb olmur. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 80, 217.4, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İşə baxan məhkəmənin iş üzrə gəldiyi nəticə tamamilə əsassızdır və işdə olan sübutlara söykənmir. Etibarnamə əsasında ona etibar edilmiş torpaq sahəsinin məhz mübahisəli torpaq sahəsi olmamasına dair məhkəmənin qənaəti yanlışdır. İddiaçı məhz həmin etibarnamə ilə ona etibar edilmiş X3 və X1 adına verilmiş JN-0059, KOD30310018 nömrəli dövlət aktında göstərilmiş 1,24 hektar torpaq sahəsini mübahisələndirmişdir. Məhkəmənin onun hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmaması barədə qənaəti də tamamilə əsassızdır. Mübahisəli torpaq sahəsi onun mülkiyyətçiləri tərəfindən notariatda təsdiq edilmiş etibarnamə əsasında onun istifadə və sərəncamına verilmişdir. 13.Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddia tələbi kifayət qədər əsaslı olsa da, işə baxa n məhkəmə heç bir araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi onun mərhum qaynına məxsus olmuşdur. Qaynı ailəsi ilə birlikdə 2000-ci ildə Qazaxıstan Respublikasının Almatı şəhərinə getmiş, uzun müddət orada yaşamış və 2021-ci ildə orada vəfat etmişdir. Ona məxsus olan torpaq sahəsi 2000-ci ildən etibarən iddiaçı və ailə üzvlərinin faktiki istifadə və sahibliyində olmuşdur. İddiaçının qaynı və onun arvadı onlara məxsus torpaq sahəsinin iddiaçı tərəfindən istifadəsinə dair 2013-cü il tarixli etibarnamə vermişlər. 2008-ci ildə həmin torpaq sahəsinin yerləşdiyi ərazidən dövlət əhəmiyyətli su kanalı çəkilmiş, nəticədə qaynı Eldarın mülkiyyətinə verilmiş 1,24 hektar torpaq sahəsinin 5236,00 kvadr at metr hissəsi su kanalının altına düşmüş və buna görə təxminən 3000 dollar məbləğində kompensasiya ödənilmişdir. Həmin pulu iddiaçı təhvil almış və qaynına göndərmişdir. Torpaq sahəsi 2022-ci ilə qədər iddiaçının istifadəsində olmuşdur. Yalnız 2022-ci ilin yanvar ayında hazırkı cavabdeh ona torpaq sahəsinin mülkiyyətçisi olduğunu, torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırdığını bildirmiş və onu həmin əraziyə buraxmamışdır. Cavabdehdən torpaq sahəsini hansı yolla əldə etdiyini soruşduqda isə ona heç bir məlumat verməmişdir. Keçən müddət ərzində torpaq sahəsi daimi olaraq iddiaçının istifadəsində olmuşdur. Bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, iş üzrə qanunsuz qətnamə qəbul edilmişdir. 14.Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nüm ayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi iddiaçı olmamışdır. O, mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfi deyildir. Cavabdehdə olan məlumata əsasən mübahisəli ərazidə iddiaçının mərhum qaynına məxsus olmuş torpaq sahəsindən yalnız 071 hektar torpaq sahəsini cavabdeh alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin torpaq sahəsi üzərində cavabdehin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırkı iş üzrə iddiaçının belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. İşə baxan məhkəmə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 15.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov (sədrl ik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) 2(105)648/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı alqısatqının predmeti olmuş mübahisəli torpaq sahəsinə dair mülkiyyət və ya digər əşya hüquqlarının olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququ olmamış və sözügedən torpaq sahəsi Eldar Əliyev və İsminaz Mahmudovanın mülkiyyətində olmaqla, sonuncular həmin torpaq sahəsini 2005-ci ildə Cavabdeh adına rəsmiləşdirmişlər. İddiaçının keçmiş mülkiyyət çilərin qohumu olması və ya torpaqdan hansısa müddət ərzində istifadə etməsi isə hələ iddiaçının subyektiv hüququnun olması anlamına gəlməməlidir. Məhz bu kontekstdən yanaşdıqda iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququn daşıyıcısı deyildir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni əsaslı və qanuni hesab edərək, işin faktiki hallarına uyğun olmasını təsdiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 17.İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 18.Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti il ə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmələr mübahisələndirilən torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin mövcud olmasını qətnamələrində qeyd etsələr də, həmin müqavilənin kimlər arasında bağlanılmasını (satıcının və alıcının kim olması) araşdırmamışlar. O, iddia ərizəsini tərtib etdirərkən müvafiq sorğusu ilə Dövlət Notariat Arxivinə müraciət edərək xx.xx.2005-ci il tarixli, 4Ə-389 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətinin verilməsini xahiş etmiş, arxivin rəisi Fuad Əkbərovun imzası ilə sorğuya xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və qeyd edilmişdir ki, Quba rayon Dövlət Notariat Ofisində xx.xx.2005-ci il tarixdə, 4Ə-389 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 20.Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 21.Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericil iyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 23.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 24.Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 25.Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 26.Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 27.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etiba rsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 28.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 29.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 30.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd ü zrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir 31.Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 32.Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 33.Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin q arşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 34.Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci eleme ntin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 36.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 40.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 42.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 43.Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 45.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 46.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 49.İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı faktiki olaraq özünün mülkiyyəti olmayan və ona aidiyyəti olmayan daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığını tələb edir ki, bu tələbin irəli sürülməsi üçün o, subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası məhkəmələrin həmin nəticəsi ilə razılaşır və qeyd edir ki, torpaq sahəsinin mülkiyy ətçiləri tərəfindən iddiaçıya etibarnamə verilməsi ona öz adından etibar edənlərin mülkiyyətində olan torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsini mübahisələndirmək üçün hüquq vermir. 50.Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər 51.İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-i n 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 52.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüq uqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 53.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-648/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.