Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-152/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Abdulov İlqar Vaqif oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-152/22 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh vəkili Vəkil3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(107)1348/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, 06 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,42 ha əkin torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, sonuncudan 4.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayo n Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Şirinov) ilk və qarşılıqlı iddialar təmin edilərək, 06 fevral 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan, İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən 0,80 ha torpaq sahəsinin 0,42 ha Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququna edilən maneçiliklərə qadağanın qoyulması, habelə İddiaçı dəymiş zərərin əvəzi kimi 4.000 manat pulun tutulub Cavabdeh ödənilməsi və qətnamənin eyni vaxtda icra edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 06 fevral 2002-ci il tarixli Dövlət Aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,80 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olub və sonuncu şifahi razılaşmaya əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,42 ha hissəsini Cavabdeh istifadəsinə verib. Cavabdeh isə əvəzində 1,09 ha torpaq sahəsini İddiaçı istifadəsinə verib. İddiaçı Cavabdeh verdiyi 1,09 ha torpaq sahəsindən məhsul əldə edə bilmədiyindən həmin torpaq sahəsinin sənədlərini Cavabdeh qaytarıb. Hazırda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,42 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılmasını tələb edir və sonuncunun torpaq sahəsini boşaltmaması İddiaçı mülkiyyət hüququnu pozur. Ona görə də ilk iddia təmin edilməlidir. Eyni zamanda, işin hallarına görə Cavabdeh 0,42 ha torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün ümumilikdə 4.000 manat xərc çəkib. Bu səbəbdən qarşılıqlı iddia da təmin edilməlidir. Birinci instans iya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 155.5, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilib, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, G.A.Quliyev və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qətnaməsi- qarşılıqlı iddia üzrə 1,09 ha torpaq sahəsinin əldə edilməsinə xərclənmiş 1.500 manat pul tələbinə aid hissədə ləğv edilib, həmin hissədə mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb, qalan hissədə qətnamə d əyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi qismən- 1,09 ha torpaq sahəsinin alınmasına xərclənmiş 1.500 manat pulun İddiaçı alınıb Cavabdeh verilməsi hissəsində ləğv edilib, yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia rədd edilib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-ni n 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın mübahisələndirilən hissədə tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlillər i ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 06 fevral 2002-ci il tarixli Dövlət Aktına əsasən, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,80 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvləri Tahirə Abdulova və Sadiq Abdulovun adına qeydə alınıb. Eyni zamanda, 12 fevral 2002-ci il tarixli Dövlət Aktına əsasən, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1,09 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Sərvər Məmmədov və ailə üzvləri Ramella Məmmədova, Amil Məmmədov və Vadim Məmmədovun adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan 0,80 ha torpaq sahəsinin 0,42 ha hissəsini satın alması ilə bağlı Cavabdeh müraciət edib. Həmin torpaq sahəsi Cavabdeh pay torpaq sahəsi ilə bitişik olduğundan, torpaq sahəsini almaq barədə İddiaçıla razılığa gəlib. Razılaşmaya əsasən İddiaçı 0,42 ha torpaq sahəsini Cavabdeh faktiki istifadəsinə verib, sonuncu isə həmin torpaq sahəsinin əvəzinə İddiaçı 1,09 ha torpaq sahəsi verib. Lakin, tərəflər torpaq sahələrini rəsmiləşdirməyiblər. 2013-cü ildən İddiaçı İlqar X1 alıb onun faktiki sahibliyinə verdiyi 1,09 ha torpaq sahəsini əkib-becərib. 2019-cu ildə İddiaçı 1,09 ha torpaq sahəsini istəmədiyini bildirib və öz mülkiyyətində olan 0,42 ha torpaq sahəsini Cavabdeh geri tələb edib. Cavabdeh qarşılıqlı iddia əri zəsində, İddiaçı faktiki istifadəsinə verdiyi 1,09 ha torpaq sahəsinə görə Sərvər Məmmədova 1.500 manat pul ödədiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halı təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir yazılı sübut (1,09 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə dair əqdin və həmin torpaq sahəsinin onun adına qeydə alınmasına dair Çıxarışın surətini) təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənası na görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Cavabdeh, tələbinin əsası kimi istinad etdiyi qeyd olunan halı şahid ifadəsi ilə təsdiq etməyə çalışsa da, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələbinə görə işin bu halı şahid ifadəsi ilə təsdiq oluna bilməz. Çünki, həmin maddədə göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh kassasiya şikayətinin dəlilləri 157.6-cı maddənin tələbləri baxımından da əsassızdır. Çünki, Cavabdeh 1,09 ha torpaq sahəsinə sərf etdiyi zəruri məsrəflər barədə tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlan ılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(107)-1348/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-152/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-152/2022
01.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver