Məhkəmə qərarları › İş №2(102)-1523/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1523/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1523/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1523/2025 (Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-249/2025 nömrəli, 15 yanvar 2025ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndində kartof məhsullarının becərilməsi, alğı-satqısı ilə, Cavabdeh isə kartof məhsullarını kənd camaatından alaraq Rusiya və Ukraynanın bazarlarında satışını təşkil etməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

2. İddiaçı ilə Cavabdeh arasında 2015-ci ildən kartof məhsullarının alğı-satqısı ilə bağlı münasibətlər yaranmışdır. İddiaçı Cavabdeh şifahi tapşırıqları əsasında yaşadığı kənddə kartof satan sakinləri axtarıb tapmış, İqbalın özü isə gedib məhsula baxıb onu qəbul edərək, çox vaxtı pullunu nağd verib məhsulu Rusiya və Ukrayna bazarlarına göndərib satdırmış, yerdə qalan borcları qısa müddət ərzində həmişə ödəmişdir. 2023-cü ildə Cavabdeh İddiaçı vasitəçili yi ilə Maşlıq kənd sakinlərindən ümumilikdə 300.000400.000 manat arasında kartof məhsulu almış, çoxunun pulunu nağd vermiş, qalan şəxslərin pulunu isə məhsulu satdıqca uzağı bir həftə ərzində vermişdir.

3. İddiaçı ilə Cavabdeh arasında mübahisə sonuncu dəfə 2023-cü ilin aprel-may aylarında İddiaçı vasitəçiliyi ilə kənd sakinlərindən alınan kartofun dəyərinin ödənilməməsi ilə bağlı yaranmışdır.

4. Cəlilabad rayon X26 Bölməsinin təhqiqatçısı İlkin İsmayılov tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın təsviri-əsaslandırıcı hissəsində Lənkəran rayonun Şağlaser kənd sakinləri Cavabdeh, X15 və Cəlilabad rayonu Maşlıq kənd sakini İddiaçı əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri aşkar olunmadığına görə barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir.

5. Cəlilabad rayon X26 Bölməsinin təhqiqatçısı Rasim Hünbətov tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın təsviri-əsaslandırıcı hissəsində Lənkəran rayonun Şağlaser kənd sakinləri Cavabdeh, X15 və Cəlilabad rayonu Maşlıq kənd sakini İddiaçı əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri aşkar olunmadığına görə barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir.

6. Cəlilabad rayon X26 Bölməsinin təhqiqatçısı Əflatun Məmmədov tərəfindən tərtib edilmiş 24 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla HK-1-423 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra birinci cavabdeh) qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 85.520 manat pulun və ödənilmiş 347,52 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel-may aylarında Lənkəran rayonunun Şağlaser kənd sakinləri Cavabdeh və onun oğlu X36 təsərrüfatda becərdikləri kartof məhsulunu ondan nisyə alıb sonradan bir neçə gün keçdikdən sonra gətirib pulunu ödəmişdir. Beləliklə, onlar onun etibarını qazanmı şlar. 2023-cü ilin may ayında Cavabdeh və onun oğlu X36 yaşadığı ünvana gələrək onun özündə olan kartof məhsulunu və tanığı digər şəxslərdə də kartof olarsa həmin şəxslərlə də danışıq aparıb onların da məhsullarını nisyə almalarına köməklik göstərməyini xahiş etmişlər. O, da həmkəndliləri olan X16, X4, X6, X7, X9, X10, X29, X44, X11. X45, X12, X17, Şahid1, X30, X2, X13, X3, X22, X23, X37, X8, X24, X31, X18, X5, X19, X14, X25 ilə görüşüb bu barədə danışmış və həmin şəxsləri öz həmkəndliləri ilə də tanış etdikdən sonra həmkəndliləri onu hazırkı iş üzrə cavabdehi tanıdığı üçün öz kartof məhsullarını onun vasitəçiliyi ilə cavabdehə nisyə vermişlər, cavabdeh yuxarıda adlarını qeyd etdiyi şəxslərin pulunun bir hissəsini gətirib ayrı-ayrı vaxtlarda ona vermiş və o da həmkəndlilərinə pulu vermişdi r. Beləliklə, cavabdeh hər dəfə nisyə kartof məhsulu götürəndə pulu ödəmək istədikdə onun vasitəsi ilə həmkəndlilərinə ödəyirdi. Cavabdeh ümumilikdə götürülən kartof məhsulunun dəyərinin bir qismini ödəsə də, ödənilməmiş pulu bir neçə günə qaytaracağı vədini verməklə aparmış və sonradan həmin pulu heç bir əsas gətirmədən onları aldadaraq kartof məhsulunun dəyərini ödəməkdən imtina etmişdir. Həmin pulları onlardan tələb etsələr də ata və oğul olan Lənkəran rayon sakinləri onların pullarını mənimsəmiş və ümumilikdə onlara 85.520 manat məbləğində ziyan vurmuşlar.

9. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbində adlarını qeyd etdiyi özündən başqa 28 nəfər Cəlilabad rayonunun Maşlıq kənd sakinləri ilə cavabdehi onlarda becərdikləri kartof məhsullarını almaq üçün o özü tanış etmişdir. Bundan sonra cavabdeh özü şəxsən bir-bir həmin şəxslərlə görüşmüş, becərdikləri kartof məhsulunun qiymətini onlarla razılaşmış və kartof məhsullarını onlardan təhvil almışdır. Sonradan kartof məhsulu aldığı şəxslərə həmin məhsulların dəyərini cavabdeh şəxsən ödəmişdir. Onun özünə də şəxsən cavabdehin 12.312 manat borcu vardır. Belə ki, həmin borcun 1.512 manat olan hissəsi ondan şəxsən aldığı kartof məhsuluna görə yaranmışdır. Borcun digər hissəsi isə kənd sakinlərindən alınan kartof məhsullarının yük maşınlarına yüklənməsi üçün cavabdehin əvəzinə ödədiyi ödənişlərə dair yaranmışdır. O, bu barədə polis orqanına da müraciət etmişdir. Məhkəməyə sübut kimi təqdim etdiyi CD diskdə olan səs yazısı nda da polis sahə rəisi Ağazadə Fərasətlə Cavabdeh arasında olan danışıqdan da cavabdehin ona borcu olduğu təsdiqlənir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qardaşı Cavabdeh iddiaçı ilə 10 ilə yaxın aralarında kartof alveri olmuşdur. Hazırda onun İddiaçı heç bir borcu qalmamışdır. Əksinə qardaşı Cavabdeh iddiaçıya 40 ton toxumluq kartof vermişdir ki, İddiaçı hal-hazıradək həmin kartofun pulunu İqbala borclu qalmışdır. İddia tələbi tamamilə əsassız olmaqla, heç bir sübuta əsaslanmır.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində bildirmişdir ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Cavabdeh onun qapısına İddiaçı gətirmişdir. O, həyətyanı sahəsində bec ərdiyi kartofu satmaqla əlaqədar Cavabdeh ilə şəxsən razılaşaraq, qiyməti də onunla razılaşmışdır. Bundan sonra kartof məhsulunu sahəsindən toplayaraq İqbala təhvil vermişdir. Hazırda Cavabdeh ona nisyə verdiyi 197 kisə kartof məhsuluna dair 3.497 manat borcu qalmışdır. Həmin kartofu iki ilə yaxındır ki, İqbala vermişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. İddiaçı həmkəndlisidir. İddiaçı İqbalı Ağayevi onun qapısına gətirib kartof alıcısı kimi təqdim etmişdir. Sonradan İqballa aralarında qiyməti razılaşıb və ona nisyə olaraq 150 kisə kartof vermişdir. Satdığı nisyə kartofdan İqbalın ona 2.707 manat borcu qalmışdır.

13. Lənkəran Rayon Məhkəməsinin (bundan sonr a birinci instansiya məhkəməsi) 2(049)-2528/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Anar Pənahov) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində adlarını qeyd etdiyi şəxsləri kartof məhsullarını almaq məqsədi ilə cavabdehlə şəxsən tanış etməsinə baxmayaraq, məhsulun qiyməti də daxil olmaqla bütün danışıqlar cavabdehlə həmin şəxslərin özü arasında şəxsən aparılmış, cavabdeh mütəmadi aldığın məhsulların dəyərini cavabdehlərə şəxsən ödəməsi barədə razılaşmışdır. Məhsullar sahibləri tərəfindən şəxsən cavabdehə təhvil verilmişdi.

15. Məhkəmə qeyd etmişdir ki, hazırda cavabdehlə iddia tələbində adı çəkilən 28 nəfərin arasında kartof məhsullarının alğı-satqısı ilə bağlı razılaşmadan irəli gələn öhdəliklər pozulmuşd ursa, razılaşma tərəfləri pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa iddiaçının razılaşma tərəfi olmadığı halda, cavabdehlə iddia tələbində adı çəkilən 28 nəfəri tanış etməsinə istinad edərək, sonuncular arasındakı razılaşmaya əsasən cavabdehin 28 nəfərə yaranmış (yaranması ehtimal edilən) borclarına görə həmin borcların cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mübahisədə cavabdehin ona borcunun olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaç ı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan borcun yaranmasına əsas olacaq dəlillərini təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi CD diskdəki səs yazısı dinlənilmiş, həmin səs yazısındakı danışıqlar iddiaçı (iddia ərizəsində adları çəkilən şəxslər) və cav abdeh arasında aparılmamış, bundan əlavə, danışıqlarda cavabdehin konkret olaraq hansı şəxsə hansı məbləğdə borcunun olduğunu müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə, CD diski və həmin diskdəki səs yazısı mətninin əks olunduğu cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarları sübut kimi qəbul etmir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 76.3, 77.1, 217.4, 218.1-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ki icraat:

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa oxşar əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlinməmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh satılan kartof məhsulları adları çəkilən kənd sakinlərinə məxsus olsa da, həmin məhsulların Cavabdeh satılması, yəni alğı-satqı müqaviləsi İqaballa onun arasında bağlanmışdır. Belə ki, öhdəlik hüquq münasibətləri İqballa aralarında yaranmışdır. Qanunvericiliyin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıq larını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuş və hazırkı şikayətdə qeyd olunan dəlillər düzgün araşdırılmamış, istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamışdır. Məhkəmə qətnaməni təqdim etdiyi sübut və dəlillərini, ifadəsini, vəsatətlərini dinlənilmədən bir tərəfin diqtəsinə əsasən qəbul etmişdir. İşin obyektiv və düzgün məhkəmə araşdırılması üçün hüquqları pozulmuş və mötəbər sübutları nəzərə alınmadan qarşı tərəfin diktəsi əsasında qətnamə qəbul edilməklə, konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Tərəfidən verilmiş kartof m əhsullarının cavabdehdə qalması və onun tərəfindən pullarının ödənilməməsi, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər və cavabdehin nümayəndəsi də etiraf etmişdir. Yəni, cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir ki, İqbalın həqiqətən ona borcu olmuşdur. Belə olan halda, bundan sonrakı sübut etmə yükü onun deyil, cavabdeh tərəfin üzərinə düşür.

20. Apellyasiya baxışı zamanı iddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etmiş olduğu səs yazısı dinlənilmişdir. Səs yazısı Cəlilabad rayonu Maşlıq kənd sakinləri X22 və digərlərinin şikayətləri əsasında aparılan araşdırma zamanı Göytəpə polis bölməsinin sabiq polis sahə rəisi Fərasət Azadə ilə barəsində şikayət olunan Cavabdeh arasında baş tutan telefon danışığıdır. Məhkəmədə iştirak edən cavabdehin nümay əndəsi (qardaşı) səsin Cavabdeh məxsus olduğunu təsdiq etmişdir. Səs yazısında Cavabdeh Cəlilabad rayonu Maşlıq kənd sakinlərindən, həmin kənd sakini İddiaçı vasitəsi İlə hər kiloqramını 1 (bir) manatdan olmaqla təxminən 400.000 manat dəyərində kartof məhsulunu nisyə şəkildə aldığını, məhsulun pulunun bir qismini ödədiyini, Ukrayna bazarında qiymətlərin aşağı enməsi, eyni zamanda Rusiyanın Krasnodar kartof məhsulunun bazara çıxması səbəbilə təxminən qalan 70-80 min manat borc pulu qaytarmaqda çətinlik çəkdiyini, həmin borcu qısa müddət ərində çalışıb qaytaracağını bildirmişdir.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-249/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Qasım Əliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının bilavasitə özü tərəfindən satılan kartof məhsullarına görə ödənilməmiş qalan 1.512 manat, vəkalət alan olaraq vəkalət verən cavabdehin tapşırığını icra edərkən çəkdiyi xərclər daxil olmaqla ümumilikdə 12.312 manat pul tələbinin təmin edilməməsi hissədə ləğv olunaraq həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən 1.512 manatın iddiaçı tərəfindən satıcı kimi cavabdehə satılan və dəyəri ödənilməmiş kartof məhsullarının pulu, 5.280 manatın iddiaçının vəkalət alan olaraq vəkalət verən cavabdehin tapşırığına icra edərkən çəkdiyi xərc olmaqla ümumilikdə 6.792 manat pulun və ödənilmiş dövlət rüsumlarının iddianın təmin olunan hissəsinə mütənasib olan 41,44 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə sübutetmə yükünün bölüşdürülməsi baxımından düzgün olmamışdır. Belə ki, cavabdeh polisdə aparılan araşdırma zamanı verdiyi izahatında almış olduğu məhsulun tez xarab olduğunu bildirsə də, bunu təsdiq edə biləcək hər-hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cəlilabad rayonu Maşlıq kənd sakinləri X22 və digərlərinin şikayətləri əsasında aparılan araşdırma zamanı Göytəpə polis bölməsinin sabiq polis sahə rəisi, polis mayoru Fərasət Azadə ilə barəsində şikayət olunan Cavabdeh arasında baş tutan tele fon danışığında sonuncu Cəlilabad rayonu Maşlıq kənd sakinlərindən, həmin kənd sakini İddiaçı vasitəsi İlə hər kiloqramını 1 (bir) manatdan olmaqla təxminən 400.000 manat dəyərində kartof məhsulunu nisyə şəkildə aldığını, məhsulun pulunun bir qismini ödədiyini, Ukrayna bazarında qiymətlərin aşağı enməsi, eyni zamanda Rusiyanın Krasnodar kartof məhsulunun bazara çıxması səbəbilə təxminən qalan 70-80 min manat borc pulu qaytarmaqda çətinlik çəkdiyini, həmin borcu qısa müddət ərzində çalışıb qaytaracağını bildirmişdir. Göründüyü kimi cavabdeh ziddiyyətli izahlar verərək, aldığı kartof məhsullarının dəyərini ödəməməkdə özünə bəraət qazındırmağa çalışmış, bununla bələ İddiaçı vasitəçiliyi ilə almış olduğu kartof məhsullarına görə 80.000 manat borcunun (səs yazısında) yarandığını etiraf etmişdir.

24. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddia ərizəsində adları çəkilən kənd sakinləri becərdikləri kartof məhsullarını Cavabdeh tapşırığı əsasında hərəkət edən İddiaçı vasitəçiliyi ilə bilavasitə cavabdehə satdıqlarından və İddiaçı həmin alğı-satqı müqaviləsinin tərəfi olmadığından, birinci instansiya məhkəməsi sonuncunun kənd sakinlərinin adından çıxış etməyə hüquqi ixtiyara, yəni cavabdehə qarşı pul tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə iddianı həmin hissədə rədd etməkdə tam haqlı olmuşdur. Bununla belə alğı-satqı müqaviləsinin tərəfi olan hər bir kənd sakini müstəqil şəkildə öz adından satdığı kartof məhsulunun dəyərinin ödənilməsi tələbini irəli sürmək hüququnu saxlayır.

25. Məhkəmə koll egiyası iddiaçının bilavasitə özü tərəfindən satılan kartof məhsullarına görə ödənilməmiş qalan 1.512 manat, cavabdehin kənd sakinlərindən almış olduğu kartof məhsullarının fura maşınlarına yüklətdirməsi ilə əlaqədar çəkmiş olduğu xərclər daxil olmaqla ümumilikdə tələb etdiyi 12.312 manat pul tələbinə dair hissədə işin müəyyən olunan hallarına münasibətdə qeyd etmişdir ki, İddiaçı cavabdehin ona olan borcu daxil olmaqla kənd camaatına ümumilikdə 85.520 manat borcunun olduğunu bildirsə də, sübut kimi təqdim etmiş olduğu səs yazısında cavabdeh onun vasitəçiliyi ilə almış olduğu kartof məhsullarına görə 70-80 min manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı tərəfindən başqa sübut verilmədiyindən, cavabdehin etirafı əsas götürülərək qeyd olunan alış-verişdən iddiaçı və digər kənd sakinlə ri qarşısında icra edilməmiş öhdəliyinin həddi 80.000 manat müəyyən edilməlidir. Belə olan halda isə iddiaçının ümumi tələbinin 12.312 manat təşkil etdiyi, sübuta yetirilən ümumi məbləğin (85.520-80.000=5.520) 5.520 manat azalması nəzərə alınsa, cavabdehin iddiaçı qarşısında yaranan öhdəliyi (123125.520=6792) 6.792 manat təşkil edəcək ki, həmin məbləğin 1.512 manat hissəsi iddiaçı tərəfindən satıcı kimi cavabdehə satılan və dəyəri ödənilməmiş kartof məhsullarının pulu, 5.280 manat hissəsi isə iddiaçının vəkalət alan olaraq vəkalət verən cavabdehin tapşırığını icra edərkən çəkdiyi xərcdir. Beləliklə, iddiaçı həm satıcı olaraq cavabdehə satmış olduğu malın dəyərinin ödənilməsi, həmdə vəkalət alan şəxs olaraq vəkalət verən cavabdehin tapşırığını icra edərkən çəkdiyi xərclərin əvəzinin ödənilm əsi tələblərini irəli sürməkdə haqlı olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 427.2, 427.3, 448.1, 567, 600.1, 777.1, 777.2, 778.1, 783-cü və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 218.3, 384.0.2, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, formalaşdırılmış hüquqi mövqeyə əsasən “birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cümaddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-nin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

29. Hazırkı mübahisədə cavabdehin ona borcunun olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə ç alışmışdır. İddiaçının təqdim etdiyi CD diskdəki səs yazısına gəldikdə, həmin səs yazısındakı danışıqlar iddiaçı (iddia ərizəsində adları çəkilən şəxslər) və cavabdeh arasında aparılmamış, bundan əlavə, danışıqlarda cavabdehin konkret olaraq hansı şəxsə hansı məbləğdə borcunun olduğunu müəyyən etmək mümkün olmamışdır. Elə buna görə də birinci instansiya məhkəməsi tam haqlı olaraq CD diski və həmin diskdəki səs yazısı mətninin əks olunduğu cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarları sübut kimi qəbul etməmişdir. Həmçinin, tərəflər arasında olan mövcud münasibətlərdə Mülki Məcəllənin 386.1, 448.2, 567, 600.1-ci maddələrinin əlamətləri ümumiyyətlə mövcud olmamış və tərəflər arasında hər hansı alğı-satqı müqaviləsi bağlanılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublika sının Mülki Məcəlləsi.

30. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icr a edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

36. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

37. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

38. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müdd ətdə həyata keçirilməlidir.

39. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

40. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

42. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

43. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun mü xtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəl illər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-249/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar