Məhkəmə qərarları › İş №2(102)-1525/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1525/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1525/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-406/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-1028/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atalarından alınıb ananın himayəsinə verilməsi və uşaqların ananın yanında saxlanılması müəyyən edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

2. Bundan sonra İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbi ilə bağlı iddia irəli sürmüş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-158/2024 saylı qətnaməsi ilə, iddia qismən təmin edi lərək, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atasının (iddiaçının) yanında saxlanılması müəyyən edilmiş, alimentlə bağlı hissədə iddia təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun saxlanılmasına görə hər ay hər uşaq üçün 235 manat alimentin, cavabdehdən onun himayəsində qalan xəstə olan uşağı Babaşov Mirzəkişi Baris oğlunun müalicə və müayinəsi üçün 100 manat məbləğində əlavə xərcin, cəmi 570 manat məbləğində alimentin və ödənilmiş me diasiya ilə bağlı 50 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Sabirabad Rayon Məhkəməsinin 2(056)-1028/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Sonra xx.xx.2024-cü il tarixli Sabirabad Rayon Məhkəməsinin 2(056)158/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş Babaşova Elmira Baris qızı və Babaşov Mirzəkişi Baris oğlu onun himayəsində saxlanmışdır. Hazırda cavabdehlə nikahlarından doğulmuş hər iki uşaq onun himayəsindədir. Uşaqlar artıq böyüyüblər və onların xərclərini tam qarşılaya bilmir. Ailə Məcəlləsində birmənalı bildirilir ki, hər iki valideyn uşaqları saxlamağa borcludurlar. Babaşov Mirzəkişi Baris oğlunda anadangəlmə epileptik qırc olmalar var. Bununla bağlı daim müalicələr alır. Məcburiyyət qarşısında qalaraq uşaqlara aliment təyin edilməsi üçün cavabdehə məktub göndərilmiş, amma buna baxmayaraq mediasiya sessiyasında alimentin ödənişləri ilə bağlı imtina etmişdir. Bir sözlə cavabdeh qəsdən valideyn vəzifələrini icra etməkdən yayınır. Halbuki qanunvericiliyin tələbinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir.

5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib, cavabdehin işləməyərək, hər hansı gəlirlərinin olmamasını qeyd edərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında eyni aliment tələbi və əsaslar üzrə Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2(056)-158/2024 saylı Qətnaməsi mövcuddur. Həmin qətnamə ilə İddiaçı iddiası qismən təmin edilərək, iddianın tərəflərin övladları xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atasının (iddiaçının) yanında saxlanılması hissəsi təmin edilmiş, iddianın aliment tələbi hissəsi isə Cavabdeh işləməyərək, hər hansı gəlirlərinin olmaması əsası ilə təmin edilməmiş, tərəflər apellyasiya şikayəti vermədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. Hazırda da Cavabdeh maddi vəziyyətində dəyişiklik olmamışdır.

6. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Nurəddin Bağırov), İddia çı Cavabdeh qarşı «alimentin tələbi» barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Cavabdeh hazırda hec bir yerdə işləmədiyini, həmçinin onun hər hansı gəlirlərinin olmadığını nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasının təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Ona görə də, iddia əsassız olduğu üçün rədd edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsini ləğv etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-406/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (T.Heydərovun (sədrliyi və məruzəsi ilə), hakimlər M.Əsədli və A.Novruzovadan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 2(056)2081/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni alimentlə bağlı hissədə ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutulmuş, alimentin tutulması 16 iyul 2024-cü il tarixdən hesablanmış, iddia alimentlə bağlı qalan hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

13. İddiaçı hazırda yenidən aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Kollegiya qeyd edir ki, cavabdeh Babaşova Elmira Baris qızının hal-hazırda heç b ir yerdə işləməməsi onu uşaqlara aliment ödənilməsi ilə bağlı öhdəlikdən azad edə bilməz.

14. Ümumiyyətlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, Ailə Məcəlləsinin 56. 1, 75.1, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 100.2, “Uşaq hüquqları haqqında” Qanunun 5, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o evdar qadındır, iş yeri yoxdur. Manat, xarici valyuta, başqa növdə gəlirləri, müntəzəm, dəyişən, dəyişməyən, nə naturada, nə xarici valyutada gəliri yoxdur. Barəsində aliment ödəməyə imkan verən maddi və ailə vəziyyətində diqqətəlayiq olan digər hallar yoxdur. Həmçinin hər hansı bir daşınar və daşınmaz əmlakı da yoxdur ki, tələb edilən aliment gələcəkdə həmin əmlaka yönəlsin. Ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə 23 may 2001-ci il tarixli, 98 saylı qərarının tam 4 bəndində qeyd olunan gəlir növlərinə malik deyil. O, atasının himayəsində və yanında yaşayır. Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alaraq Sabirabad Rayon Məhkəməsi ona qarşı olan aliment tələbi iddiasını təmin etməmişdi. Lakin Apellyasiya məhkəməsi qeyd olunan maddi hüquq normasının tələblərini düzgün tətbiq etməyərək 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.

18. Məhkəmə onun üzərinə aliment ödənilməsi ö hdəliyi qoyarkən qəbul etdiyi qətnamədə məhkəmə iclasında tədqiq olunan hansı sübutlara əsaslanmasını göstərməmişdir. Çünki belə sübutlar yoxdur. Yuxarıda qeyd olunduğu kimi onun evdar qadın olmağı, iş yerinin olmaması, manat, xarici valyuta, başqa növdə gəlirlərinin, müntəzəm, dəyişən, dəyişməyən, nə naturada, nə xarici valyutada gəlirinin olmaması, barəsində aliment ödəməyə imkan verən maddi və ailə vəziyyətində diqqətəlayiq olan digər halların olmaması, tələb edilən alimentin gələcəkdə həmin əmlaka yönəlməsi üçün hər hansı bir daşınar və daşınmaz əmlakının olmaması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

21. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır.

23. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

27. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli 2(0 56)-158/2024 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, iddianın tərəflərin övladları xx.xx.2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızının və xx.xx.2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun atasının (iddiaçının) yanında saxlanılması hissəsi təmin edilmiş, iddianın cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması tələbinə dair hissəsi isə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh işləmir, aliment ödəmək üçün hər hansı gəlirləri yoxdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır.

28. Hazırda iddiaçı yenidən cavabdehə qarşı yetkinlik yaşına çatmayan işaqların saxlanılması üçün aliment tutulmasını tələb edir. 29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların va lideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 7.8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında uşağın kimin yanında qalması və aliment tələbi ilə bağlı mübahisəyə baxılmış, uşaqlar atasının (iddiaçının) yanında saxlanılmış, lakin işə baxan məhkəmə anadan atanın xeyrinə aliment tutulması tələbini ananın aliment ödəməyə maddi imkanının olmaması əsası ilə təmin etməmişdir. Belə olan halda, iddiaçı yenidən aliment tələbini irəli sürmək üçün yeni əsaslara, yəni ananın maddi imkanının yaxşılaşması, gəlirinin olmasına istinad etməli və bu barədə müvafiq sübutlar təqdim etməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı iddiasında bununla bağlı hər hansı yeni ha la istinad etməmişdir, həmçinin məhkəmə baxışı zamanı da bu barədə hər hansı hal müəyyən edilməmişdir.

31. Məhkəmə kollegiyası, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, aşağı instansiya məhkəmələri hazırkı iş üzrə icaata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduqları halda, iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmış və nəticədə düzgün olmayan qətnamənin qəbulu ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol vermişdirlər.

32. Kollegiya bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.

33. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 261.0.2, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-406/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar