Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3739/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: alimentin və uşağın saxlanılması üçün tutulan əlavə xərcin məbləğinin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)2936/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 20 sentyabr 2008-ci il təvəllüdlü X5 cavabdehnun və İddiaçı övladıdır.
2. X16 “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” diaqnozu ilə əlildir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 20 sentyabr 2008-ci il təvəllüdlü oğlu X11 10 avqust 2018-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 20 sentyabr 2008-ci il təvəllüdlü oğlu X11 xəstəliyi ilə əlaqədar 10 avqust 2018-ci il tarixdən başlayaraq uşaq sağalanadək hər ay 100 manat əlavə xərc in tutularaq İddiaçı ödənilməsi, Cavabdeh uşağın müalicəsinə faktiki çəkilmiş xərcin yarısı olaraq 400 manat və keçmişə yönəlik 2018-ci ilin iyul ayı üçün aliment borcu olaraq 154 manat olmaqla, ümumilikdə 554 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Cavabdeh atası cavabdehin atası 14 yanvar 2021-ci il tarixdə ölmüş və miras olaraq cavabdehin mülkiyyətinə XXX yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsinin 1/3 hissəsi və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyri-yaşayış sahəsinin 1/3 hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 5. 24 fevral 2022-ci il tarixli müqavilə ilə Cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyri-yaşayış binasının ona məxsus 1/3 hissəsini (1393 kv.metr) arvadı X8 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 20 sentyabr 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat sabit pul məbləğində alimentin artırılaraq 1.000 manat müəyyən edilməsi və hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin X11 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, alimentin və əlavə xərcin mediasiyaya müraciət edildiyi tarixdən hes ablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ildən bu yana qida, tibb, sənaye məhsullarının qiymətlərində 3 dəfədən çox artım olmuşdur. Nəticədə müəyyən olunan aliment məbləği dəfələrlə dəyərdən düşmüşdür. Həmin aliment məbləği ilə uşağın saxlanılması, həmçinin müalicə xərclərinin təmin edilməsi qeyri-mümkündür. Həmçinin, X16 artıq 15 yaşındadır. 2018-ci ilə münasibətdə uşağın saxlanılma xərclərinin siyahısı və ölçüsü də xeyli artmışdır. Eyni zamanda, X11 müayinə və müalicə xərcləri də böyük ölçüdə artmışdır. X16 “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq xəstəliklərindən əziyyət çəkir və artıq o, İ qrup əlildir. Ona görə də, iddiaçı şəxsi həyatını və karyerasını övladına fəda etmək məcburiyyətində qalmışdır. O, başqa nikaha dax il olmamış və işləyə bilmir. Bütün zamanını övladına qulluğa həsr etmişdir. Heç bir yerdən gəliri və dəstəyi yoxdur. 2018-ci ildən cavabdehin gəlirlərində böyük artım olmuşdur. Belə ki, 14 yanvar 2021-ci il tarixdə cavabdehə vərəsəlik üzrə XXX yerləşən 0,11 ha torpaq sahəsi və Bakı şəhəri, Sabunçu rayonunun mərkəzində yerləşən sahəsi 4179 kv.metr olan təmirli qeyri-yaşayış sahəsi (univermaq tipli ticarət mərkəzi) miras qalmışdır. Sözügedən univermaq (“Pasaj AVM Ticarət Mərkəzi”) geyim, məişət avadanlıqları, elektronika və digər sahələr üzrə satış və xidmətlər həyata keçirən böyük biznes mərkəzidir. Cavabdeh sözügedən ticarət mərkəzindən hər ay 50.000-60.000 manat civarında gəlir götürür. Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği X1 və müalicəsi üçün kifayət etməmiş, nəticədə uş ağın müalicəsi lazımi şəkildə aparılmamış, onun səhhəti pisləşmişdir. X4 özünü idarə etmə və nitq qabiliyyəti tamamilə yoxdur. X3 2018-ci ildə 3-cü qrup əlillik səviyyəsində idisə, hazırda uşaq rəsmi olaraq 1-ci qrup əlildir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)3562/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 20 sentyabr 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəy ə mindiyi tarixdən hesablanması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi, uşağın mənafeyini, işin faktiki hallarını, hazırkı halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 20 sentyabr 2008-ci il təvəllüdlü X11 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyninin uşağı saxlamağa borclu olduğunu, cavabdehin əmək münasibətlərini nəzərə alaraq qeyd etmişdir ki, iddia, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi hissəsində təmin edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbi uşaq sağalanadək hər ay üçün cavabdehdən 1.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin həmin 1.000 manat məbləğində alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
11. Həmçinin, iddia tələbinin alimentin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalma sı və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/16 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə m indiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, 34-cü maddəsinə, Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 85.1, 85.1.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3, 19-cu maddələrinə, “Yaşayış minimumu haqqında” Qanununa, Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün va lideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)-5538/2024 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il t arixli, 2(001)-3562/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən - “X11 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)7415/2018 nömrəli qətnaməsinə əsasən X11 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 200 manat müəyyən edilməsi, uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi, ilk olaraq iddia tələbinin alimentin artırılmas ı hissəsinə münasibətdə qeyd etmişdir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir.
16. İddia tələbinin müzakirə edilən hissəsi - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Eyni zamanda ölkədə, 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat müəyyən edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi, tərəflərin birgə nikahından doğulmuş yetkinl ik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulan alimentin miqdarını 235 manat məbləğdə müəyyən etməkdə haqlı olmuşdur.
17. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X11 ağır xəstəliyi, müddətsiz əlil olması, müstəqil hərəkət edə bilməməsi, kənar şəxslərin köməyinə ehtiyacının olması və daimi müalicəyə ehtiyacı olmaqla müalicə alması işin mübahisəsiz hallarıdır. Qeyd edilənlərin fonunda uşağın müalicə alması ilə əlaqədar olaraq müəyyən xərclərin çəkilməsi faktının zəruri olması da mübahisəsizdir.
18. Apellyasiya instansiyası məhkəməsi həm də nəzərə almışdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və iddiaçı, hazırkı tələbində aliment və əlavə xərcin 2.000 manat olmasını göstərərkən, bunu keçən dövrdə qiymətlərin 3 dəfə artması ilə əsaslandırmışdır. Halbuki, iddiaçının izahatına görə hazırda uşaq İ qrup əlil olması ilə əlaqədar 470 manat pensiya, 100 manat uşağa baxmağa görə, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən 235 manat aliment və hazırkı qətnamə ilə də əlavə xərclər kimi 200 manat hesablandıqda, bu ümumilikdə 1005 manat təşkil edir. Göründüyü kimi, iddia tələbinin göstərilən hissəsində, yəni X11 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslı olmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 1 7, 34-cü, Ailə Məcəlləsinin 49.1, 55.1, 56.1, 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 85.1, 85.1.1, 112.1-ci maddələrinə, “Yaşayış minimumu haqqında” Qanuna, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam olunması barədə yeni qərar çıxarılmasını xa hiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(102)-433/2025 nömrəli qərarı ilə (hakim Ə.Əhmədovun məruzəsi ilə, hakimlər V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)-5538/2024 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
22. Kassasiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamənin təsviri, əsaslandırıcı hissələrində, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla, iddianın təmin olunmayan hissələrində yoxladığını qeyd etdiyi halda, qətnamənin nəticə hissəsində iddianın rədd olunan hissələrində hansı nəticəyə gəldiyini göstərməməklə MPM-in 220.5, 392.1.6-ci maddələrinin tələblərini pozub. Halbuki, sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri göstərilməlidir.
23. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı tələbləri məhkəmə qətnaməsi ilə cavabdehdən 20 sentyabr 2008-ci il tarixdə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat alimentin miqdarının dəyişdirilərək 1000 manat, habelə uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək h ər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsindən ibarətdir.
24. Apellyasiya instansiyası məhkəməsi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmasını nəzərə alıb, iddiaçının tələbi ilə alimentin müəyyən olunmuş 154 manat miqdarının dəyişdirilərək 235 manat müəyyən etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmamışdır.
25. Belə ki, iddianın bu hissədə əsaslı olub-olmadığını araşdırmaq üçün ilk növbədə Ailə Məcəllənin 112.1-ci maddəsinin dispozisiya şərtləri nəzərdən keçirilməlidir. Normanın mənasına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişikliklərin baş verməsi təşkil edir. Tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə - onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir.
26. Göründüyü kimi, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azald ılması) barədə tələbə baxılarkən, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hansı dəyişikliklərin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin normanın təfsirində səhvə yol verib. İşdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 154 manat müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyəti ağırlaşıb, cavabdehin isə əksinə maddi vəziyyəti yaxşılaşıb. Belə ki, alimentin miqdarının müəyyən olunmasından artıq 6 il keçib və bu müddət ər zində iddiaçının himayəsində yaşayan 20 sentyabr 2008-ci il tarixdə doğlumuş Cavabdeh maddi xərcləri, ehtiyacları kəskin şəkildə artıb. Ona 2022-ci ildən İİ qrup, 2023-cü ildən isə İ qrup əlillik dərəcəsi verilib və onun artıq başqasının köməyinə ehtiyacı vardır. Bu səbəbdən də, iddiaçı işləmir və o, bütün gününü övladına qulluq etməklə məşğuldur.
28. Cavabdehin isə əmlak, maddi vəziyyəti yaxşıya doğru dəyişib, yəni məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra vərəsəlik qaydasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyri-yaşayış binasının 1/3 hissəsi, habelə XXX yerləşən 0,11 ha torpaq sahəsinin 1/3 hissəsi onun mülkiyyətinə keçib.
29. Bundan başqa, iddiaçının izahatına, apellyasiya və kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh sözügedən ticarət obyektinin özünə aid olan hissəsini bağışlama müqaviləsinə əsasən arvadı Sevinc Rüstəmovanın adına keçirsə də, həmin ticarət obyektindən o, hər ay 50000-60000 manat civarında qazanc əldə edir.
30. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin bu dəlilləri, habelə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ailə vəziyyətlərində hansı dəyişikliklərin baş verdiyini tam, hərtərəfli və obyektiv araşdırmadan, iddiaçının tələbi ilə alimentin miqdarının dəyişdirilməsi üçün əsasların olub-olmadığını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarının yetərli olmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına imkan verib-vermədiyini yoxlamadan, başqa sözlə cavabdehin real maddi, əmlak vəziyyətini, vergi ödəyicisi olub-olmadığını və sair araşdırmadan, yalnız 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat olmasını əsas tutub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
31. Daha sonra, işdən görünür ki, tərəflərin birgə nikahından 20 sentyabr 2008-ci il tarixdə doğulmuş X16 “autizm, kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” və sair xəstəliklərdən əziyyət çəkir və o, İ qrup əlil olmaqla, əmək qabiliyyətsizdir və orqanizm funksiyasının 85 faizini itirib və onun başqasının köməyinə ehtiyacı vardır.
32. Qeyd olunan hallar Həkim Psixiatr Komissiyasının 24 iyul 2023-cü il tarixli rəyi və işə əlavə edilmiş digər sübutlarla da təsdiq olunur.
33. Habelə, iddia ərizəsindən, a pellyasiya və kassasiya şikayətinin dəlillərindən, o cümlədən iddiaçının özünün izahatından görünür ki, o, övladının xəstəliyi ilə bağlı işləyə bilmir və digər başqa qazancı yoxdur. Eyni zamanda, 28 may 2024-cü il tarixdə o, övladının xəstəliyi ilə bağlı “X15 Mərkəzinə müraciət edib və orada övladına “autizim, qorxu, emosional ləngimə” diaqnozu qoyulub və diaqnoza uyğun olaraq övladının reabilitasiyası üçün müəyyən xərclər hesablanıb. Bu hal Mərkəzin işə əlavə edilmiş arayışı ilə də təsdiq olunur.
34. Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərd ə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Sözügedən normanın mənasına görə, valideynlərin uşaqlara görə verməli olduğu əlavə xərclərin miqdarı konkret haldan asılıdır. Yəni, Ailə Məcəlləsinin 81.2-ci maddəsi müəyyən edir ki, məhkəmə bu zaman valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almalıdır.
35. Qeyd edilməlidir ki, məhkəmə, valideynləri uşaqlara görə nəinki faktiki çəkilən xərclərdə iştiraka, habelə gələcəkdə zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət e dən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmaq öhdəliyi daşıyır.
36. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının uşağın İ qrup əlilliyinə 470 manat pensiya, uşağa baxmağa görə 100 manat ödənc almasını, habelə qətnamə ilə müəyyən ediləcək 235 manat alimenti və əlavə xərclərə görə 200 manat olmaqla, cəmi 1005 manat vəsaiti alacağını əsas tutub iddianı bu hissədə qismən təmin edərkən, cavabdehdən iddiaçının xeyrinə tutulacaq 200 manat əlavə xərcin, işin konkret hallarına, tərəflərin ailə və maddi vəziyyətlərinə, habelə “autizm, kanner sindromu, ağır kəmağıllıq, ciddi nitq və davranış pozuntuları” xəstəliyindən əziyyət çəkən uşağın mənafeyinə, eləcə də tərəflərin diqqətəlayiq başqa maraqlarına uyğun olub-olmadığını və bu xəstəliklərdən əziyyət çəkən uşaql ara dövlət tibb müəssisələrində həqiqətən pulsuz xidmətlərin göstərilib-göstərilmədiyini, sözügedən xəstəliklərin həmin tibb müəssisələrində tam müalicəsinin mümkün olub-olmadığını, başqa sözlə cavabdehin aylıq qazancını və başqa gəlirlərini tam, hərtərəfli və obyektiv araşdırmadan, ondan iddiaçının xeyrinə əlavə xərcə görə tutulacaq 200 manat vəsaiti yetərli hesab etmişdir.
37. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq edilməli və aidiyyət qaydalarının poz ulmasına yol verilməməlidir. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)-2936/2025 nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundova və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)- 7415/2018 nömrəli qətnaməsinə əsasən 20 sentyabr 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin məbləği dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində, müalicə bağlı əlavə xərcin məbləği dəyişdirilərək 500 manat məbləğində müəyyən edilməsi qət edi lmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir - məhkəmə qətnaməsi ilə cavabdehdən 20 sentyabr 2008-ci il tarixdə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat - alimentin miqdarının dəyişdirilərək 1000 manat; - uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi.
40. İddianın 1-ci hissədə əsaslı olub-olmadığını müəyyən etmək üçün Ailə Məcəllənin 112.1-ci maddəsinin dispozisiya şərtləri nəzərdən keçirilməlidir. Həmin normanın məzmununa görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişikliklərin baş verməsi təşkil edir. Adətən bu dəyişiklik aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Yəni, mübahisəni həll etməli olan məhkəmə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxılarkən, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hansı dəyişikliklərin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
41. Apellyasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hal larla razılaşaraq qeyd etmişdir ki, həqiqətən də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 154 manat müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyəti ağırlaşıb, cavabdehin isə əksinə maddi vəziyyəti yaxşılaşıb. Belə ki, alimentin miqdarının müəyyən olunmasından artıq 6 il keçib və bu müddət ərzində iddiaçının himayəsində yaşayan 20 sentyabr 2008-ci il tarixdə doğlulmuş Cavabdeh maddi xərcləri, ehtiyacları kəskin şəkildə artıb. Ona 2022-ci ildən İİ qrup, 2023-cü ildən isə İ qrup əlillik dərəcəsi verilib və onun artıq başqasının köməyinə ehtiyacı vardır. Bu səbəbdən də iddiaçı işləmir və o, bütün gününü övladına qulluq etməklə məşğuldur. Cavabdehin isə əmlak, maddi vəziyyəti yaxşıya doğru dəyişib, yəni məhkəmə tərəfindən alimenti n miqdarı müəyyən olunduqdan sonra vərəsəlik qaydasında ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyri-yaşayış binasının 1/3 hissəsi, habelə XXX yerləşən 0,11 ha torpaq sahəsinin 1/3 hissəsi onun mülkiyyətinə keçib.
42. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 23 may 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin aylıq kirayə dəyəri 1 kv.m üçün 20 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 4179 kv.m olduğu nəzərə alındığı təqdirdə ümumi gəlir (4179x20 = 83580) 83580 manat, əmlakın 1/3-nin cavabdehə bağışlanması nəzərə alınarsa (83580/3=27860) cavabdehin payına düşən məbləğ 27860 manat təşkil edəcəkdir. Lakin, bu xüsusatlar iddiaçı tərəfindən irəli sürülmüş arqumentlərdir və alimentin məbləğinin müəyyən olunmas ı üçün olaraq əsas kimi götürülə bilməz. Alimentin məbləğinin müəyyən olunması üçün gəlirlərin müəyyən olunmasına zərurət yaranmışdır.
43. Cavabdehin iddiaya etirazının əsasını o təşkil etmişdir ki, həmin qeyri-yaşayış sahəsinin özünə aid hissəsini 24 fevral 2022-ci il tarixli müqavilə əsasında arvadı Sevinc Rüstəmovaya bağışlamışdır, bağışlamanın səbəbi atasının müalicəsi ilə bağlı Sevinc Rüstəmovanın anasından götürülmüş borcla bağlıdır. Sonradan isə cavabdeh tərəfindən yeni arqument irəli sürülür ki, artıq Sevinc Rüstəmova ilə də nikahları pozulmuşdur.
44. Apellyasiya məhkəməsi hesab etmişdir ki, proseslərin xronoloji ardıcıllığında məntiqi ardıcıllıq müəyyən olunmur. Belə ki, əgər atasının müalicə xərcləri ilə bağlı cavabdehin Sevinc Rüstəmovanın anasına borcu yaranmışdısa, bu zaman hə min sahə sonuncuya bağışlanmalı idi. Digər tərəfdən qeyri-yaşayış sahəsinin dəyəri də bu məbləğdə borcun əvəzində bağışlamaya imkan vermir, borc tələb olunduğu təqdirdə cavabdeh qeyri-yaşayış sahəsinin bir hissəsini də satıb həmin borcun ödənilməsini həyata keçirə bilərdi. Qeyri-yaşayış sahəsinin fəaliyyət göstərməsi, orada yerləşən obyektlərin icarəyə verilməsi cavabdeh tərəfindən mübahisələndirilmir, hətta cavabdeh icarə haqlarının Sevinc Rüstəmovaya ödənildiyini bildirir. Bu halda, belə icarədən gələn gəlir bir ailə kimi onların büdcəsinə daxil olur. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan məbləğ artırıldıqdan sonra X18 Emilə qarşı nikahın pozulması barədə iddia qaldırır, kassasiya məhkəməsinin qərarı çıxarıldıqdan sonra iddia tələbini ar tıraraq birgə nikahdan olan uşaqlar üçün aliment tutulmasını tələb etmişdir.
45. Proseslərin xronoloji ardıcıllığını - əmlakın bağışlanmasını, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan məbləğ artırıldıqdan sonra X12 Emilə qarşı nikahın pozulması barədə iddia qaldırmasını, kassasiya məhkəməsinin qərarı çıxarıldıqdan sonra iddia tələbini artıraraq birgə nikahdan olan uşaqlar üçün aliment tutulmasını tələb etməsini işin digər halları ilə birlikdə ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə kollegiyası işin hallarına məhz bu qiymətləndirmə kontekstində yanaşaraq qeyd edir ki, cavabdeh tərəfindən və ya cavabdehin planladığı tərzdə proseslər aparılarkən dürüstlük qaydasına əməl olunmaması aşkardır və buna görə də cavabdehin arqument kimi irəli sürdüyü dəlillər onun vəziyyətini ağırlaşdıran hallar kimi qiymətləndirilə bilməz.
46. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2025-ci il tarixli, 2(103)-2936/2025 nömrəli qərardadı ilə Cavabdeh və X7 2021-2025-ci illər üzrə vergi hesabatları, gəlirləri barədə məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınsa da, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 iyun 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) tərəfindən sorğu edilən dövr ərzində vergi bəyannaməsi təqdim edilmədiyi və vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotunun 24 may 2022-ci il tarixdə ləğv edilməsi barədə məlumatın mövcud olduğu müəyyən edilmişdir. Dövlət reyestrində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olan X13 (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2024-cü ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə əks etdirilməmişdir. Yəni, məhkəmənin bu istiqamətdə apardığı araşdırma ilə də hər hansı bir nəticənin əldə edilməsi mümkün olmamışdır.
47. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına imkan vermir, başqa sözlə desək, yetərli deyildir. Buna görə də 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat olmasını əsas tutulmaqla gəlinən nəticə ilə razılaşmaq olmaz. Həmçinin, alimentin məbləği müəyyən olunarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinin tələbləri də nəzərə alınaraq, yuxarıda qeyd olunduğu kimi iddiaçının maddi vəziyyətinin ağırlaşması, cavabdehin isə əksinə yaxşılaşması, həmçinin, müalicə xərclərinin də ayrı tutulması əsas götürülməklə tutulmalı olan alimentin məbləği dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində müəyyən edilməlidir.
48. İddia tələbini n 2-ci hissəsi - uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin birgə nikahından 20 sentyabr 2008-ci il tarixdə doğulmuş X16 “autizm, kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” və sair xəstəliklərdən əziyyət çəkir və o, İ qrup əlil olmaqla, əmək qabiliyyətsizdir və orqanizm funksiyasının 85 faizini itirib və onun başqasının köməyinə ehtiyacı vardır, qeyd olunan hallar Həkim Psixiatr Komissiyasının 24 iyul 2023-cü il tarixli rəyi və işə əlavə edilmiş digər sübutlarla da təsdiq olunmuşdur.
49. Həmçinin, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətinin dəlillərin dən, o, övladının xəstəliyi ilə bağlı işləyə bilmir və digər başqa qazancı yoxdur. Eyni zamanda, 28 may 2024-cü il tarixdə o, övladının xəstəliyi ilə bağlı “X15 Mərkəzinə müraciət edib və orada övladına “autizim, qorxu, emosional ləngimə” diaqnozu qoyulub və diaqnoza uyğun olaraq övladının reabilitasiyası üçün aşağıdakı xərclər hesablanıb: psixoloq hər gün 45 dəqiqə, 24 dərs – 480 manat, idman 12 dərs - 300 manat, TDCS – 300 manat, refleksoloq 6 dərs – 90 manat. Yəni, uşağın yalnız reabilitasiyasına çəkilməli olan xərcin məbləği 1170 manat təşkil edir.
50. İddiaçı müalicə üçün tələb olunan məbləğin 1000 manat təşkil etməsini tam əsaslandıra bilməmiş, lakin uşağın reabilitasiyası üçün hər ay 1170 manat məbləğində pul vəsaitinin tələb olunması aşkardır.
51. Apellyasiya kollegiyası qeyd etm işdir ki, mülki prosessual qanunvericiliyin prinsiplərinə görə sübutların təqdim olunması işdə iştirak edən şəxslərin üzərinə düşür. Lakin, nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəməyə qeyd olunan xəstəliklərdən əziyyət çəkən uşaqlara dövlət tibb müəssisələrində həqiqətən pulsuz xidmətlərin göstərilib-göstərilməməsi, həmin xəstəliklərin tibb müəssisələrində tam müalicəsinin mümkün olub-olmadığı ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, uşağa 2023-cü ildən isə İ qrup əlillik dərəcəsi verilib və onun artıq başqasının köməyinə ehtiyacı vardır, bu səbəbdən də iddiaçı işləmir və bütün gününü övladına qulluq etməklə məşğuldur. Müalicə xərclərini müəyyən edərkən apellyasiya kollegiyası həm qeyd olunan halı, həm də uşağın İ qrup əlilliyinə 470 manat pensiya, uşağa baxmağa görə iddiaçının 100 manat ödənc almasını nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, əlavə xərclərdə iştiraka görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 500 manat həddində müəyyən olunmalıdır.
53. Apellyasiya kollegiyası gəldiyi nəticəni Ailə Məcəlləsinin 55.1, 56.1, 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 85.1, 85.1.1, 112.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13, 19-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyas iya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
54. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)-2936/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində və əlavə xərclərə görə 200 manat vəsaitin cavabdehdən tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ailə Məcəlləsinin 76.1, 76.1.3, 78.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
56. Belə ki, cavabdeh 2018-ci ildən etibarən məhkəmə prosesinin başlanmasına qədər hər ay 154 manat aliment ödəmiş və bu məbləğ heç bir narazılıq doğurmamış, alimentin artırılması ilə bağlı heç bir iddia qaldırılmamışdır. Həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmişdir. Alimentin artırılması tələbi yalnız o zaman irəli sürülmüşdür ki, iddiaçıya cavabdehin vəsiyyətnamə üzrə vərə səlik hüququ əsasında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev 12 ünvanında yerləşən ümumi sahəsi 4179 kv.m olan qeyri-yaşayış sahəsinin 1/3 paya miras alması məlum olmuşdur. Hazırda uşaq İ qrup əlil olması ilə əlaqədar 470 manat pensiya, 100 manat uşağa baxmağa görə, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən 235 manat aliment və əlavə xərclər kimi 100 manat hesablandıqda, bu ümumilikdə 905 manat təşkil edir. Qeyd olunan bu məbləğ yetərli olmaqla yanaşı, faktiki tələbatı da aşır və uşağın təminatını tam şəkildə qarşılayır. “X15 Mərkəzi” müxtəlif terapiya seanslarının ümumi siyahısını təqdim etmişdir. Bu isə aydın şəkildə sübut edir ki, tələb olunan məbləğlər real həyatla uyğun gəlmir və süni şəkildə şişirdilmişdir. İddiaçı bu cür müalicələri uşağa tətbiq etm əmiş və bu müalicələrin qəfil ortaya çıxması sual doğurur. Digər tərəfdən, uşağın reabilitasiyası üçün alternativ və daha münasib mərkəzlər də mövcuddur. Məhz bu mərkəzə və bu qədər baha seanslara üstünlük verilməsi əsaslandırılmayıb. İddiaçı məhkəməyə qeyd olunan xəstəliklərdən əziyyət çəkən uşağa dövlət tibb müəssisələrində həqiqətən pulsuz xidmətlərin göstərilib-göstərilməməsi, həmin xəstəliklərin tibb müəssisələrində tam müalicəsinin mümkün olub-olmadığı ilə bağlı hər hansı bir sübut təqdim etməyib. X2 Ekspertiza Mərkəzinə müraciət etmiş, ekspert obyektin yerləşdiyi əraziyə yerində baxış keçirmiş, real icarəyə verilmiş sahələri, onların texniki vəziyyətini və bazar dəyərlərini nəzərə alaraq qiymətləndirmə aparmışdır. Aparılmış qiymətləndirmə əsasında ekspert nəticəyə gəlmişdir ki, ünva n 3 ünvanında, istifadəsində olan 0,23109 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsində yerləşən, X13 (1/3 hissə), X17 (1/3) hissə), X9 (1/3 hissə) mülkiyyətində olan, ümumi sahəsi 4179,0 kv.m təşkil edən qeyri-yaşayış binasının X8 məxsus 1/3 hissəsinin, yəni 1393.0 kv.m-lik sahənin 243 kv.m-lik hissəsini 10 ədəd kiçik və orta ölçülü mağazalar təşkil etdiyi və müqavilələr üzrə ümumi aylıq icarə haqqı 1800,0 manat məbləğində müəyyən edilir. Müraciət edən şəxsin və digər payçıların göstərdiyi, tədqiq olunan qeyri-yaşayış binasının birinci mərtəbəsində, ümumi istifadədə olan dəhlizin sonunda yerləşən, digər payçılara məxsus sahələrlə əlaqəsi olmayan və anbar kimi nəzərdə tutulan orta təmirli sahənin icarəyə verilməsinə dair rəsmi sənəd (icarə müqaviləsi və s.) eksp ertiza tədqiqatına təqdim olunmamış və payçıların texniki pasport üzrə hissələri, yəni qeyri-yaşayış binasının hansı hissəsinin əhatə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, hazırda həmin sahənin yararlı (təmirli) vəziyyətdə olduğunu və anbar kimi istifadə edildiyini nəzərə alaraq, təqribən 200 kv.m sahəyə malik bu tilikilinin aylıq icarə haqqı təqribən 1000,00 manat məbləğində müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış binasının X8 məxsus 1393,0 kv.m sahəsindən yerdə qalan hissə (təqribən 950 kv.m) təmirsiz sahələr, köməkçi tikililər (sanitar qovşağı, pilləkən qəfəsi), digər payçıların obyektlərinin ümumi dəhlizi kimi istifadə edilən sahələrdən ibarət olduğunu nəzərə alaraq, həmin sahələr icarə üçün faydasız hesab edilir. Nəticə etibarilə, X7 bu obyektdən aylıq gəliri cəmi 2800 manat təşkil edir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 iyun 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisi Cavabdeh:NEÖV) **********) tərəfindən sorğu edilən dövr ərzində vergi bəyannaməsi təqdim edilmədiyi və vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotunun 24 may 2022-ci il tarixdə ləğv edilməsi barədə məlumatın mövcud olduğu müəyyən edilmişdir. Cavabdehin ümumi gəliri 2800 manat təşkil etdiyi qəbul edilsə, bu məbləğin yarısı – 1400 manat aliment üçün hüquqi əsas sayılır. Bu məbləğ dörd uşağa bərabər bölündükdə, hər bir uşağın payına 350 manat düşür. İddiaçının tələb etdiyi 1000 manatlıq aliment məbləği cavabdehin faktiki gəlirləri ilə uyğun gəlmir.
57. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
58. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
59. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliy in tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
60. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
61. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
62. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbi rlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
63. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşa qlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edi lə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xə rclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 64. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsin ə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məc əllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh ed ilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğu n araşdırmalar aparılmış, sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
68. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatın nəticəsində qəbul edilən qərarda da göstərildiyi kimi, hazırkı iddiadakı birinci tələbin qanuni əsasını Ailə Məcəllənin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinin əsasını tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişikliklərin baş verməsi təşkil edir. Bu normada təsbit olunmuş hal - tərəflərin maddi vəziyyətlərinin dəyişməsi - onların maddi vəzi yyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Aliment ödəyən şəxsin gəlirləri azaldığı halda, onun alimentin miqdarının azaldılmasını, gəlirləri çoxaldığı halda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ yaranır.
69. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozisiyasında göstərilən dəyişikliklərin həm iddiaçıya, həm də cavabdehə münasibətdə baş tutmasını müəyyən etmişdir.
70. Belə ki, alimentin miqdarının müəyyən olunmasından uzun müddət keçməsi, tərəflərin övladı olan və iddiaçının himayəsində qalan uşağın maddi xərclərinin və ehtiyaclarının kəskin artması, o cümlədən uşağın İ qrup əlil olmaqla, başqasının köməyinə ehtiyacının olması müəyyən olunmuşdur. Bunun nəticəsində iddiaçının maddi vəz iyyəti pisləşmişdir.
71. Həmçinin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin maddi vəziyyəti yaxşılaşmış, vərəsəlik qaydasında o, yüksək dəyərli və gəlir gətirən daşınmaz əmlakların paylı mülkiyyətçisi olmuşdur.
72. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəflərin övladının saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılmalı olmasına dair nəticəyə gələrkən, Ailə Məcəlləsinin 112.1-ci maddəsini düzgün tətbiq etmişdir.
73. İddianın ikinci hissəsi üzrə də apellyasiya instansiyası məhkəməsi bu tələbin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 81.1-ci maddəsini düzgün tətbiq etmişdir.
74. Belə ki, 20 sentyabr 2008-ci il təvəllüdlü X16 “autizm, kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” və s air xəstəliklərdən əziyyət çəkir və o, İ qrup əlil olmaqla, əmək qabiliyyətsizdir, onun başqasının köməyinə ehtiyacı vardır.
75. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının düzgün müəyyən olunmaması və sübutların nəzərə alınmaması ilə bağlıdır.
76. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının müəyyən edilməsi, sübutların mahiyyətinə qiymətin verilməsi, o cümlədən işin faktiki hallarını araşdıran məhkəmələrə mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdə və qaydada təqdim olunmamış sübutlara qiymət verilməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli o lan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)2936/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.