Məhkəmə qərarları › İş №2(102)-3323/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3323/2025

06.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3323/2025 06.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)2936/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsi ilə cavabdehdən 20 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat sabit pul məbləğində alimentin artırılaraq 1000 manat müəyyən edilməsi və hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin X1 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, alimentin və əlavə xər cin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 61 manatın və vəkilə hüququ yardıma görə ödənilmiş 300 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)3562/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 20 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)-5538/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)3562/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən “X1 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)7415/2018 nömrəl i qətnaməsinə əsasən X1 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 200 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(102)-433/2025 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)-5538/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)-2936/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)3562/2024 nömrəli qətnaməsi alimentin və əlavə xərclərin məbləği ilə bağlı hissələrdə dəyişdirilmiş, iddia qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(001)-7415/2018 nömrəli qətnaməsinə əsasən 20 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin məbləği dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,2 misli həddində, müalicə bağlı əlavə xərcin məbləği dəyişdirilərək 500 manat məbləğində müəyyən edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir.

6. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kolleg iyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsas ən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı madd əsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

10. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia aliment tələbi ilə bağlı olmaqla, Mülki Prosessual Məcəllə nin 112.1.3-cü maddəsinə əsasən müəyyən edilən iddianın qiyməti 20952 manat (iddia ərizəsində tələb olunan alimentin məbləği 1000 manatdan qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tutulan 154 manat çıxılmaqla = 846 manat; əlavə xərc olaraq tələb olunan 1000 manatdan qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tutulan 100 manat çıxılmaqla = 900 manat; ümumilikdə iddiada tələb olunan aylıq artım = 1746 manat; 1 il üçün tələbin məcmusu = 1746 manat x 12 aya = 20952 manat) təşkil etmişdir.

11. İddia apellyasiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir.

12. Cavabdeh kassasiya şikayəti verərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

13. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən iddia qiyməti 20.952 manat təşkil edən iddia ərizəsi üzrə kass asiya şikayətinin verilməsinə görə 76,43 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsi, apellyasiya və kassasiya şikayətləri verərkən “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olmuşdur.

15. Lakin, həmin Qanunun 8.6-cı maddəsinə uyğun olaraq, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

16. Yəni, qanunun bilavasitə mənasına görə apellyasiya və kassasiya şikayətinə görə dövlət rüsumunun məbləği birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumuna münasibətdə hesablanmalıdır. Bu zaman iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olması, c avabdehi bu rüsumu tam həcmdə ödəmək vəzifəsindən azad etmir.

17. Qeyd olunanlara əsasən, cavabdehin kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, həmin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 03 iyul 2025-ci il tarixli, 2(103)2936/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Həmin kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar