Məhkəmə qərarları › İş №2(3-1)-12/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-12/2026

21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-12/2026 21.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi (Açar sözlər: apellyasiya şikayətinin qaytarılması, buraxılmış prosessual müddət, müddətin bərpası barədə ərizənin verilməməsi, apellyasiya şikayətinin forması) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)605/2025 nömrəli qərardadından cavabdehin verdiyi şikayətə məhkəmənin inzibati binasında y azılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı “05” sentyabr 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla 18 iyul 2013-cü il təvəllüdlü X4 və 11 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, iki uşağa görə ümumilikdə 492 (dörd yüz doxsan iki) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-03).

2. Babək Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(079)-605/2025 n ömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq həmin Məhkəmənin 25 yanvar 2022-ci il tarixli, 2(079)-9/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi, 05 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 18 iyul 2013-cü il təvəllüdlü X7 və 11 yanvar 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.4 (sıfır tam onda dörd) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdi (iş vərəqə 77-83).

3. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh 14 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmiş və o nun müraciəti həmin məhkəmənin 14 noyabr 2025-ci il tarixli, 3-1/2-Z-393-23-215/2025 nömrəli məktubu ilə aidiyyəti üzrə işə baxmış birinci instansiya məhkəməsinə göndərilmişdi (iş vərəqə 95-112).

4. Babək Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.5-ci maddələrinin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmışdır (iş vərəqə 114-116).

5. Cavabdeh yenidən 24 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etmiş və Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 361-ci maddə sinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır (iş vərəqə 123-126, 139-141).

6. Cavabdeh 09 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə bir daha birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmiş, şikayət həmin məhkəmənin 09 dekabr 2025-ci il tarixli, 3-1/2-Z-393/3-23-253/2025 nömrəli məktubu ilə aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdi (iş vərəqə 144-149).

7. Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.3-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən bir daha geri qaytarılmışdır (iş vərəqə 151-154). b) Məhkəmə aktından verilən şikayət

8. Cavabdeh 21 dekabr 2025-ci il tarixdə işə baxan birinci instansiya məhkəməsinə şikayətlə müraciət edərək Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)605/2025 nömrəli qərardadının ləğv edilməsini, daha əvvəl təqdim etdiyi apellyasiya şikayətlərinə baxılmasının təmin edilməsi və xəstəlik səbəbindən buraxılmış müddətin üzrlü hesab edilərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 157-160). ç) Şikayətin əsaslandırılması

9. Cavabdeh şikayətini əsaslandıraraq qeyd etmişdi ki, xəstə olmuş və bu hal xəstəlik vərəqəsi (bülleten) ilə təsdiq olunur. Xəstəliyi Vətən müharibəsi zamanı Şuşa istiqamətində ayağından aldığı güllə yarası ilə bağlıdır. Sağlamlıq vəziyyəti apellyasiya şikayətlərini vaxtında və tam şəkildə təqdim etməyinə obyektiv maneə olmuşdur. Buna baxmayaraq, əvvəl təqdim etdiyi apellyasiya şikayətlərinə baxılmaması onun məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmişdi.

10. Şikayət edən şəxs maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar hər hansı normaya istinad etməmişdi. d) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə

11. Babək Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadı ilə məhkəmənin 12 dekabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş 21 dekabr 2025-ci il tarixli şikаyət əsаssız hesab edildiyindən o ləğv edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara almışdır (iş vərəqə 162-1 64).

12. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 07 yanvar 2026-cı il tarixdə daxil olmuşdur. İİ. Şikayətə qarşı etirazın dəlilləri.

13. Şikayətə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

14. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

15. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə ver diyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

16. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şi kayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Cavabdeh müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Tətbiq edilən hüquqi aktlar a) Azərbaycan Respublikası Konstitusiyasının: 18. - 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 19. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istif adə etmək hüququna malikdirlər; 20. -128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 21. - 129.1-129.3-cü maddələri ilə müəyyən edilir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ay ında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 22. - 130.1 və 130.3-cü maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 23. -133.1-133.3-cü maddələrinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); 24. - 134.1 - 134.1.5-ci maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır; 25. - 135-ci maddəsinin mahiyyətinə görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə o rqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüy ündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiy yatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Kommersiya mübahi sələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 26. - 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 27. - 361.1-ci maddəsinin məzmunundan məlum olur ki, apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdi. Həmin normaya görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; 28. - 363.1, 363.1.1-1 və 363.1.3-cü maddələrinin mahiyyətindən görünür ki, apellyasiya şikayəti bu Mə cəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 29. - “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavədə apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki hal ların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübu t edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi

30. Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadından cavabdehin verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

31. Hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.

32. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətd ə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarları).

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "X3rşı" iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüq uqunun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).

34. Həmçinin həmin Məhkəmənin "X1rşı" iş üzrə 1985-ci il 28 may tarixli Qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).

35. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 06 oktyabr 2023-cü il tarixli qər arında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

36. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apell yasiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır ” (§ 45 ).

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

39. Mülki iş materiallarını öyrəndikdə görünür ki, tərəflər arasında olan mübahisə üzrə yekun məhkəmə aktı - qətnamə 16 oktyabr 2025-ci ildə çıxarılmışdı. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlardan aydın olur ki, həmin qətnamənin tam mətni həmin informasiya sisteminə 18 oktyabr 2025-ci il tarixdə saat 10:17-də yerləşdirilmişdi.

40. Həmçinin "Elektron məhkəmə" informa siya sistemində olan proses iştirakçılarına dair məlumatlardan Cavabdeh 24 noyabr 2025-ci il tarixdən elektron kabinetinin mövcud olması aydın olur.

41. Bundan başqa iş materiallarından müəyyən edilir ki, Babək Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qətnaməsi Cavabdeh rəsmi qaydada 03 noyabr 2025-ci ildə təqdim edilmişdi.

42. Yuxarıda qeyd edilənlər isə onu deməyə imkan verir ki, cavabdeh tərəf Babək Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qətnaməsini rəsmi qaydada 03 noyabr 2025-ci ildə əldə etmişdi. Həmin qətnamədən narazı qalan cavabdeh sonuncu apellyasiya şikayətini 21 dekabr 2025-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə vermişdi.

43. Azərbaycan Respublikası Mülki-Prosess ual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımı qətnamənin cavabdehə rəsmi qaydada təqdim edildiyi 03 noyabr 2025-ci il tarixdən başlanmış və həmin müddət 03 dekabr 2025-ci il tarixdə başa çatmışdır. Cavabdeh isə apellyasiya şikayəti ilə 21 dekabr 2025-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

44. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırkı halda şikayət verən şəxs apellyasiya şikayətində xəstəliyi ilə əlaqədar müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etsə də, Məcəllənin 133-cü maddəsinin tələblərinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ayrıca yazılı ərizə (vəsatət) təqdim etməmişdir. Qanunvericiliyin imperativ tələbinə görə, müddətin bərpası barədə rəsmi müraciət olmadıqda, məhkəmə öz təşəbbüsü ilə buraxılmış müddəti bərpa edə və ya şikayəti icraata qəbul edə bilməz.

45. Bundan əlavə, kollegiya müəyyən edir ki, Cavabdeh təqdim etdiyi sonuncu şikayət ümumiyyətlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin "Apellyasiya şikayətinin forması" adlı 2 saylı Əlavəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayətdə işin faktiki halları ilə bağlı mövqe aydın ifadə olunmamış, maddi hüquq normalarının pozulması halları konkret göstərilməmiş və şikayətin tərtibatı qanun vericiliklə müəyyən edilmiş struktura uyğun gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin pozulması, şikayətin geri qaytarılması üçün müstəqil əsas yaradır.

46. Kollegiya bildirir ki, qanunun aliliyi prinsipini özündə ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

47. Qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin ma hiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.

48. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.

49. Bundan başqa qanun çuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi, onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.

50. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılması barədə nəticəyə gələrkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş, buraxılmış müddətin bərpası barədə müvafiq ərizə təqdim edilməmiş və şikayətin forması qanunvericiliyin tələblərinə cavab verməmişdir. Bu səbəbdən Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin şikayəti isə təmin edilməməlidir.

51. Mülki-Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

52. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 53. - İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dai r mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)605/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli; 54. - Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin ver ilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

56. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydad a verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

57. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. Vİ. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)605/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilm iş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2(079)-605/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar