Məhkəmə qərarları › İş №2(102)-2307/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2307/2025

29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2307/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər: icraata xitam, iş məhkəmədə baxılmalı deyilsə (Maddə 261.0.1); alimentin artırılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-845/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh arasında Bakı 13 saylı Mediasiya təşkilatında 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişi bağlanmış, həmin sazişə əsasən, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası - Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti uşağın anası – İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh barışıq sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmiş, aliment vaxtlı-vaxtında ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, rəsmi nik ahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi ilə müəyyən edilmiş aylıq 220 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü Yağmur Zeynalovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin və eyni zamanda göstərilən xidmət haqqına görə vəkilə ödədiyi 300 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsa s olaraq ölkə üzrə yaşayış minimumunun artımına istinad etmişdir.

3. Qubadlı Rayon Məhkəməsinin 2(028)-170/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərardadı ilə “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir (hakim R. Quliyev).

4. Birinci instansiya məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili mediasiya prosesində Barışıq Sazişi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə çıxış etmiş, bu zaman əsas olaraq ölkə üzrə yaşayış minimumunun artımına əsaslanmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, alime ntin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınmalı və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (8.4.3-cü bənd).

5. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi yaşayış minimumu məbləği nin artımına əsaslandığından və iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin indeksasiyası (artırılması) üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 232, 261.0.1, 262.1, 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ic raat

7. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında Bakı 13 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi bağlanmış, həmin sazişə əsasən, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası – Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti uşağın anası İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmişdir. Əgər Cavabdeh xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməsəydi və sözügedən saz işin şərtlərinin könüllü icrasından imtina etsəydi, onda İddiaçı Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, sazişin təsdiq olunması üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət edərdi. Bu səbəbdən də o, sözügedən barışıq sazişində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı yeni iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı sazişlə müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə, mediasiyaya müraciət etmiş, lakin cavabdeh alimentin artırılması ilə bağlı razılaşmamışdır. Ona görə də sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişd ir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər və əlavələr edilmişdir. Edilmiş dəyişiklik və əlavələrin 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək ha qqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 saylı məktubunun dördüncü bəndində qeyd olunmuşdur ki, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrind ən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Buradan da aydın olur ki, əgər tərəflər arasında mediasiya prosesində “aliment” tələbi ilə bağlı barışıq sazişi bağlanmışsa və həmin sazi şdə alimentin indeksasiyası göstərilməmişsə, onda iddiaçı alimentin indeksasiyası (artırılması) üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilməz. Bu zaman iddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarını əsas götürərək və eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1-8-16-1/257/2025 saylı məktubuna istinad edərək, rəsmi nikahdan anada n olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişi ilə müəyyən edilmiş hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləği dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin və eyni zamanda göstərilən xidmət haqqına görə vəkilə ödənilən 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

9. Sumqayıt Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-845/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli və onunla bağlı 6 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və A.Hüseynzadə).

10. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, alimentin indek sasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (8.4.3-cü bə nd).

11. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarına və Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1 və 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

13. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmış dır ki, Cavabdeh ilə 19 aprel 2023-cü il tarixli barışıq sazişinə əsasən, cavabdeh aylıq 220 (iki yüz iyirmi) manat aliment öhdəliyi götürmüş və bu öhdəliyini könüllü şəkildə yerinə yetirmişdir. Barışıq sazişi tərəflər arasında Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış, lakin məhkəmə tərəfindən təsdiq olunmadığından, həmin sənəd icra sənədi qüvvəsinə malik deyil. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, yalnız barışıq sazişi könüllü qaydada icra olunmadıqda və ya onun icrasından imtina edildikdə, həmin sazişin məhkəmə tərəfindən təsdiqi üçün müraciət etmək mümkündür. Hazırkı halda cavabdeh öz öhdəliyini tam və vaxtında icra etdiyindən, barışıq sazişinin məhkəmə tərəfind ən təsdiqi üçün müraciət edilməsinə hüquqi əsas yaranmamış və nəticə etibarilə saziş məhkəmə tərəfindən təsdiq olunmadığından, onun əsasında müəyyən olunmuş alimentin məbləğinin indeksasiyası da mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı aliment məbləğinin artırılması barədə ayrıca iddia qaldırmışdır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-845/2025 saylı, 29 may 2025-ci il tarixli qərardadı ilə həmin iddianı təmin etməmiş və icraata xitam vermişdir. Apellyasiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4.3-cü bəndinə istinad edərək qeyd etmişdir ki, alimentin indeksasiyası ilə bağlı məsələlər yalnız icra icraatı qaydasında həll edilməlidir və əgər iddia ərizəsi artıq məhkəmə icraatına qəbul olunmuşsa, icraata xitam verilməlidir.

14. Məhkəmənin bu yanaşması düzgün deyildir. Belə ki, tərəflər arasında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmadığından və icraya göndərilmədiyindən, o, icra sənədi qüvvəsinə malik deyil və bu səbəbdən də həmin sənəd əsasında aliment məbləğinin indeksasiyası həyata keçirilə bilməz. Nəticə etibarilə, bu halda aliment məbləğinin artırılması ilə bağlı iddia indeksasiya xarakteri daşımır və işə mahiyyəti üzrə baxılmalı idi. Bu baxımdan, Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə yalnız prosessual əsaslara istinad edərək icraata xitam verməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və işin mahiyyətinə baxılmadan həll edilməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Belə ol an halda, apellyasiya məhkəməsi iş üzrə qətnamə qəbul etməli və ya ən azı işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

17. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. a. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəm ə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

19. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəl ləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

20. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarı 8.4-1-ci bənd. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edə rkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bə ndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimenti n indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3-cü bənd. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş hallar ın mövcudluğu məhkəmənin müəyyən etdiyialimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

25. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

33. İddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbinin yaşayış minimumu məbləğinin artımına əsaslandığından və iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından həmin işə iddia icraatı qaydasında baxıla bilməz, i cra icraatı baxılmalıdır. Bu mövqe “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarında öz əksini tapmışdır.

34. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qənaəti ilə razılaşmır:

35. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı mübahisənin barışıq sazişi ilə həll olunmasının məhkəməyə qədər və məhkəmə prosesində həlli növləri fərqləndirilməlidir. Məhkəmə prosesinin barışıq sazişinin bağlanması həmin sazişin məhkəmə tərəfindən təsdiqi ilə nəticələnir, bu saziş məhkəmə qərarı qüvvəsinə malikdir.

36. Məhkəməyə qədər mərhələdə bağlanmış barışıq sazişi, o cümlədən mübahisənin mediasiya vasitəsilə həll olunması barədə barış ıq sazişi məhkəmə qərarına bərabər hüquqi qüvvəyə malik deyildir, könüllü icra olunmalıdır, icrası üçün məcburiyyət tədbirləri tətbiq oluna bilməz. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunarsa məhkəmə qərarına bərabər tutulur və məcburi icrası təmin olunur, yəni icra vərəqəsi verilir.

37. Hazırkı iş üzrə tərəflər arasında Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunmamış və icra vərəqəsi verilməmişdir, tərəflər Barışıq sazişinin könüllü icrasından boyun qaçırmırlar, Cavabdeh müəyyən edilmiş aylıq 220 manat sabit pu l məbləğində alimenti vaxtlı-vaxtında iddiaçıya ödəyir. Tərəflərin razılığı olmadan Barışıq sazişi üzrə alimentin indeksasiyası, məhkəmə tərəfindən alimentin miqdarının dəyişdirilməsi mümkün deyildir. Belə olan halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2 və 112.1-ci maddələrinin və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarının hazırkı mübahisənin həllində tətbiqi istisna olunur. İddiaçı Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi ilə müəyyən edilmiş aylıq 220 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü Yağmur Zeyn alovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh atası Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbinin yaşayış minimumu məbləğinin artımına əsaslanması və mahiyyətcə indeksasiya xarakteri daşıması hər bir halda iddianın yolverilməzliyinə əsas vermir, Cavabdeh aliment tutulması haqqında məhkəmə aktı, yaxud məhkəmə tərəfindən təsdiq edilmiş Barışıq sazişi, həmçinin icra sənədi olmadığına görə alimentin icra icraatı qaydasında indeksasiyasını aparmaq və alimentin müəyyən olunmuş miqdarını dəyişmək də mümkün deyildir. Bu baxımdan hazırkı iş üzrə iddiaçının tələbi yol verilən hes ab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməklə mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-845/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar