Məhkəmə qərarları › İş №2(102)-1526/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1526/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1526/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlunda ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-813/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh və ya Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26L000003525 saylı kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşmasına əsasən Bank tərəfindən Borcalana aylıq 2 faiz olmaqla 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını tə min etmək üçün Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış, həmçinin xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Borcalana məxsus ünvan 1 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 26L000003525 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə 038R********** saylı kredit razılaşması üzrə 7613 ABŞ dolları 31 sent əsas, 3159 ABŞ dolları 03 sent faiz borcu və 5437 ABŞ dolları 12 sent cərimə olmaqla, cəmi 16209 ABŞ dolları 46 sent borcun və 60 manat məhkəmə xərcinin tutulması, tələbin ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin b oşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank tərəfindən cavabdehlərə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit razılaşmaları üzrə borclarını ödəməkdən yayınmışlar və borc ödənilməmiş qalmışdır. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)28/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tаrixli qətnaməsi ilə (hakim Z.Quliyev) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 26L000003525 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşmasına xitam verilməsi, xx.xx.2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşması üzrə 7613,31 ABŞ dolları əsas, 3159,03 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə o lmaqla, cəmi 11272,34 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh1 tutulub Banka ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsaitdən 11272,34 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, 55 manat məhkəmə xərcinin Banka ödənilməsi, satıldıqdan 1 ay ərzində ipoteka predmetinin boşaldılması, iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı münasibətdə və qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317, 3 19, 442, 445, 448, 449, 470, 472, 467, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-813/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bankın apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnаməsi dəyişdirilərək, ipoteka predmetinin likvid dəyəri 32000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərini 50000 mаnаt məbləğində müəyyən edərkən düzgün olmayan qənaətə gəlmişdir. Tərəflər arasında bağlanan xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin ilkin dəyəri 16470 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən ipoteka predmetinin xx.xx.2019-cu il tarixinə bazar qiyməti 50000 manat; “X1” MMC-nin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən 32000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 50000 manat həddindən artıq yüksək məbləğdir, ilkin dəyərdən təqribən 3 dəfə çoxdur. Ona görə də ipoteka predmetinin likvidit dəyərinin 32000 manat müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı i ştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, ölkədə devalivasiyanın baş verməsini, ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qa ydada məlumatlandırılmasına baxmayaraq Bankın nümayəndəsi və digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 tərəfindən kassasiya şikayəti verildiyindən həmin məhkəmə aktı iddianın kassatora qarşı təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pu l məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü e dilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (maddə 269.1, 295, 317, 319.1 və 319.6). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma apa rılmır, onlara qiymət verilmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-813/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar