Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1528/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının işdə iştirak etməyə cəlb olunmayan "xxxx" ASC-nin apell yasiya instansiyası məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs kimi tanınması barədə iş üzrə QƏRARDADİ (Açar sözlər: işdə iştirak etməyə cəlb olunmayan şəxsin kassasiya şikayətinin verilməsi üçün əsaslar) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1531/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən mənafel ərinə toxunan şəxs kimi tanınması barədə ərizəsinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa etdiyi binadan ümumi sahəsi 81,5 kv.m olan 2 otaqlı 38 nömrəli mənzili X10 tərəfindən alınmışdır. Həmin tarixdə mənzilin razılaşdırılmış dəyəri olan 32.560 manat MMC-nin xəzinəsinə ödənilmişdir. Bu barədə X7 01 yanvar 2011-ci il tarixdə maliyyə arayışı verilmişdir.
2. Həmin mənzil təhvil verilmədiyinə görə X10 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi ilə iddia tələbi təmin edlərək, ünvan 2 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv.m yaşa yış sahəsi olan 38 nömrəli mənzilin X7 verilməsi qət edilmişdir. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-4307/2013 nömrəli qərarı ilə təmin edilməmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3852 saylı qətnaməsi ilə iddiaçı X7 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsindəki, 34 B nömrəli evin ümumi sahəsi 81,5 kv.m. olan 2 otaqlı 38 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarı) iddiaçı X7 verilməsi öhdəliyinin Cavabdeh M TK-nın üzərinə qoyulması qət edilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi əsasında X7 verilməli olan ünvan 3 ünvanda yerləşən 38 saylı mənzil, binada olan mənzillərin yenidən nömrələnməsi nəticəsində 44 saylı mənzil olmuş və qeyd olunan qətnamələr icra edilərək, sözügedən mənzil Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 34 B, 1-ci giriş, mənzil 44 kimi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Füzuli Tağıyevin adına qeydiyyata alınmışdır. 5. xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X10 qeyd olunan mənzili X5 və sonuncunun kredit borcunun ödənilməsini təmin etmək üçün mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.201 1-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK ünvan 4 ünvanda inşa ediləcək yaşayış binasının 38 saylı mənzilini İddiaçı verməyi, İddiaçı isə hər ay 665 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin pay dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi barədə maliyyə arayışı verilmiş, onun MTK-nın üzvlüyünə qəbul edilməsi, mənzilin X4 və onunla bu barədə müvafiq müqavilə bağlanılması qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "Şaiq” MTK-ya və müstəqli tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr mənz ilin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
8. İddia tələbi belə əsaslandırılıb ki, mübahisəli mənzil X1. MTK-nın rəhbərliyi biləbilə onlara satılan mənzili başqa şəxsə satıb. MTK-nın rəhbəri vəzifəsindən su-istifadə edib. Mübahisəli mənzil Ali Məhkəmənin qərarında qeyd olunan mənzildir və liftdən 9-cu mərtəbədə yerləşir. Həmin mənzili ilkin olaraq onlar qismən təmir etdiriblər.
9. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin əsassız olduğunu bildirmiş və göstərmişdir ki, mübahisəli mənzilin hazırki nömrəsi 44-dür və X7 məxsusdur. Bununla bağlı Ali Məhkəmənin qərarı da mövcuddur. İddiaçı mənzili "xxxx" MTK-dan almış, 38 saylı ev üçün 29000 manat məbləğində pulu "xxxx" MTK-ya ödəmişdir. Cavabdeh MTK ilə "xxxx" MTK arasında əməkdaşlıq o lmişdur. "xxxx" MTK barəsində cinayət işi açılıb. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvandakı binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı sahəsi 81,25 kv.metr mənzil Cavabdeh MTK tərəfindən X7 verilib. Binada mərtəbə problemi olub, qeyri-yaşayış sahəsindən sayıldıqda səhv olmuşdur.
10. Cavabdeh MTK-nın sədri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021ci il tarixli məktubunda göstərmişdir ki, X6 adına mülkiyyət hüququ ilə rəşmiləşdirilmiş ünvan 8 ünvandakı binanın 38-ci mənzilidir. Mənzilin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44 №-li olmuşdur.
11. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınma z əmlakın Dövlət reyestrindən 628871 nömrəli çıxarışa əsasən müəyyən olunub ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 34B 1-ci giriş, mənzil 44 X6 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli, 628871 nömrəli arayışa əsasən müəyyən olunur ki, Şaiq MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, ümumi sahəsi 81,25 kv.m. yaşayış sahəsi 38,03 kv.m. olan, 2 otaqlı 44 saylı mənzil X7 məxsusdur. Mənzilin balans dəyəri 24357 manat təşkil edir və koorperativə mənzil sahibinin heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 N-li ptorokolundan çıxarışa əsasən müəyyən olunur ki, X6 Cavabdeh MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küç əsi, 34B saylı yaşayış binasında 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv.m. yaşayış sahəsi 38,03 kv.m. 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmışdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)5576/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr mənzilin, mənzillərin yenidən nömrələnməsi nəticəsində 9-cu mərtəbədə yerləşən 44 saylı mənzil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması bildirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2011-ci il tarixdə Kamran B.Ə MMC ilə X10 arasında, sonrakı müqavilə isə xx.xx.2011-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X6 adına çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-5464/2012 saylı qətnaməsi ilə ünvan 9 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv.m. yaşayış sahəsi olan 38 nömrəli mənzilin X7 verilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il ta rixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mlüki kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-4307/2013 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında "xxxx" MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X7 verilməli olduğu da qeyd edilmişdir. Beləliklə, mübahisəli mənzillə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, habelə Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddia edilən mənzilin Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə 34B ünvanda Cavabdeh MTK tərəfindən inşa olunan binanın 1 -ci girişinidə 9-cu mərtəbəsində yerləşdiyini, İddiaçı Cavabdeh MTK tərəfindən satılmış mənzilin isə müqavilə üzrə həmin binanın 1-ci girişinin, 8-ci mərtəbəsində göstərildiyini nəzərə alaraq, iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrıayrı mənzillər olduğu müəyyən edilir. Eyni zamanda X2 mənzilin xx.xx.2021-ci il tarixli, 06 saylı protokoldan çıxarışa əsasən binanın 9-cu mərtəbəsində yerləşdiyini və baxış zamanı təqdim olunmuş mənzilin binanın 9-cu mərtəbəsində yerləşdiyini nəzərə alaraq, X9 faktiki istifadəsində olan və satılmış mənzillər eyni mərtəbədə yerləşir. Lakin iddia olunan mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin ilkin müqavildə və çıxarışda (texniki pasportda) göstərilən yaşayış sahələrinin eyni və ya fərqli olub-olmamasını müəyyən etmək mümkün olmadı.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1531/2022 saylı qətnaməsi ilə apellya siya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr mənzilin cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmiş, ekspertiza xərcləri cavabdehə aid edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert rəyinə əsasən iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu müəyyən edilmiş, iddiaçının müqavilə öhdəliklərinə dair hər hansı məhkəmə mübahisəsi olmamışdır. İddianın rədd edilməsinə əsas üçüncü şəxsə mənsub mənzilin iddia edilən mənzillə eyni olması olmuşdur. Lakin üçüncü şəxs X10 ilə mənzilə dair müqavilə "Kamra n B.Ə” MMC arasında bağlanmış və ümumi sahəsi 81,5 kv.m. göstərilmiş, sonradan xx.xx.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 N-li ptorokolundan çıxarışa əsasən X6 Cavabdeh MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv.m. yaşayış sahəsi 38,03 kv.m. 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmış və dövlət reyestrində 44 saylı mənzil kimi qeydiyyata alınmışdır. İddiaçıya verilən maliyyə arayışı ilə isə 38 mənzilin tikinti sahəsi 81,25 kv.metr, yaşayış sahəsi isə 36,45 kv.m. göstərilmişdir.
18. Beləliklə, müqavilədəki qeyd edilən mənzilin ünvanı (nömrəsi) dövlət qeydiyyatından keçmədiyindən şərti müəyyən edilmiş və qeyd edilən mənzillərin eyni olm ası ehtimalı olduğu təqdirdə belə cavabdehin müqavilə öhdəliklərindən irəli gələn vəzifələrinin xitamına səbəb olan hal deyildir. Yəni, iddiaçının müqaviləsində şərti olaraq qeyd edilmiş mənzilin təmin edilməsi mümkün olmadığı təqdirdə belə cavabdeh tərəfindən oxşar mənzillə iddiaçını təmin etmək hüquqları sonuncunun vəzifələrindən irəli gələn öhdəliklə bağlıdır. İş üzrə verilmiş kassasiya şikayətləri
19. Cavabdeh MTK-nın nümayəndəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.
21. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1531/2022 nömrəli, xx.xx.2022-ci il ta rixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan "xxxx" ASC-nin nümayəndəsi kassasiya şikayəti vermiş, həmçinin Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə əsasən ərizə ilə Ali Məhkəməyə müraciət edərək, onun məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi tanımasını xahiş etmişdir.
22. Ərizə belə əsaslandırılıb ki, mübahisəli mənzili xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X3 Rahil Rafiq oğluna satmış və sonuncunun kredit borcunun ödənilməsini təmin etmək üçün mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
23. Rahil Zeynalovun ərizəsinə baxılması üçün Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikay əti üzrə mülki iş kassasiya baxışından çıxarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.
25. Maddə 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak et məyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.
26. Maddə 403.2-2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir.
27. Maddə 403.2-3. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tə ləblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC-nin ərizəsi və kassasiya şikayəti geri qaytarmalıdır.
29. Belə ki, "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, X13 tərəfindən banka olan kredit borcunun ödənildiyini, mübahisəli mənzilin ipoteka ilə yüklülükdən azad edildiyini bildirmiş və bu əsasla kassasiya şikayətinin və ərizənin geri qaytarılmasını xahiş etmişdir.
30. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi mülki məhkəmə icraatının əsas prinsiplərindən biridir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkü nlüyünü nəzərdə tutur. Buna uyğun olaraq aşağı instansiya məhkəmələrinin aktlarından şikayət vermək, şikayətini dəlillərini müəyyən etmək, şikayətdən imtina etmək proses iştirakçısının iradəsindən asılıdır. Bu hüquqa həmçinin işə cəlb olunmamış, lakin qəbul edilmiş məhkəmə aktı mənafelərinə toxunan şəxslərə də aiddir.
31. Kassasiya şikayətinin geri qaytarılması barədə vəsatətin verilməsi, məhkəmə tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Bu nəticə eyni zamanda qətnamənin mənafelərinə toxunan şəxs kimi tanınması barədə ərizələrə də aiddir. 32.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 403.2-403.23-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1531/2022 nömrə li, xx.xx.2022-ci il tarixli qətnaməsinin mənafelərinə toxunan şəxs kimi tanınması barədə ərizəsi və kassasiya şikayəti geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.