Məhkəmə qərarları › İş №2(102)-588/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-588/2023

23.02.2023 · Sair mülki iş - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-588/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1688/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İ ddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini 2000 manat məbləğinə Cavabdeh satmışdır.

2. Sadə yazılı formada tərtib edilmiş və X8 və Cavabdeh tərəfindən imzalanmış 20 fevral 2018-ci il tarixli qəbzə görə Cavabdeh Emil Behbudovdan 30000 manata ev aldığını, həmin pulun 17000 manatı verdiyini, qalan 13000 manat pulun isə 20 fevral 2019-cu il tarixədək hissə-hissə qaytaracığını göstərmişdir.

3. İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 21 noyabr 2018-ci il tarixlə qərarına görə təhqiqat zamanı Cavabdeh göstərmişdir ki, 201 8-ci ilin aprel ayında makler X3 vasitəçiliyi ilə Masazır kəndindən 30000 manata sənədəlri olmayan ev almışdır, evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin alqı-satqısını notariat kontorunda sənədləşdirərkən ona məlum olmuşdur ki, həmin ev və torpaq sahəsi İddiaçı məxsus olmuşdur. X8 ilə aralarındakı razılaşmaya əsasən evin pulundan ona 17000 manat verdiyini, qalan 13000 manatın isə evin qazını, suyunu, elektrik işığını və kanalizasiyasını təmin etdikdən sonra verməli olduğunu göstərmişdir. İzahatında daha sonra göstərmişdir ki, o, evə köçdükdən bir-neçə gün sonra həyət darvazası aşmış, evin giriş qapısı qırılaraq yerə düşmüş və hamamın döşəməsi çökərək yararsız hala düşmüşdür. Zəng edib bu barədə evi ona satan X4 bildirmiş və qeyd olunan nasazlıqlar aradan qaldırıldıqdan sonra qalan pulu ver əcəyini bildirmişdir. O da ona hər şeyin yaxın vaxtda düzələcəyinə söz versə də heç bir iş görməmişdir. Bundan bir müddət sonra İddiaçı ona zəng edərək evin qalan pulunu istəmişdir. O, evin vəziyyəti barədə ona bildirmiş, evi ondan deyil, X2 aldığını söyləmişdir. X3 evdə olan nasazlıqları aradan qaldırmadan qalan pulu ona ödəməyəcəyini demişdir. Bundan sonra İddiaçı ondan şikayət edəcəyini söyləmişdir. Onun heç kimin, o cümlədən İddiaçı evini ələ keçirmək niyyəti olmamışdır. Sadəcə olaraq İddiaçı satdığı ev razılaşdırılmış vəziyyətdə olmadığına görə o, evin qalan 13000 manatını verməmişdir. Ona görə ki, qeyd etdiyi nasazlıqların aradan qaldırılması üçün həmin evə xeyli miqdarda pul xərcələmişdir. Bildirir ki, nə o, nə də qardaşı Ceyhun X1 pulun hamısını alması barədə qəbz yazmağa məcbur et məmişlər və ümumiyyətlə onların iştirakı ilə belə bir qəbz yazılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13000 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2015-ci ilin fevral ayının ortalarında ünvan 1i ərazisində torpaq alqısatqısı ilə məşğul olan şəxs X3 vasitəsi ilə həmin kəndin ərazisində 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış aldıqdan sonra 2016-cı ilin mart ayında evin tikintisini başa çatdırm ışdır. Aralarında inam yarandığı üçün o, özünə məxsus olan fərdi yaşayış evini 30000 manat məbləğinə satılmasını X4 həvalə etmişdir. X8 həmin fərdi yaşayış evinin satışından əldə edilmiş puldan 17000 manat məbləğini ona vermişdir. O, pulun qalan hissəsinin ödənilməsini tələb etdikdə X8 ona bildirmişdir ki, evi Cavabdeh 30000 manat məbləğinə satmış, cavabdeh 17000 manat məbləğində pulu ödəmiş, lakin qalan 13000 manat məbləğində pulun ödənilməsi üçün cavabdehlə torpaq sahəsinin alqı- satqısını həyata keçirmək lazımdır. Bundan sonra, o, 13000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, cavabdeh həmin pul məbləğini ödəməkdən yayınmışdır. O, da cavabdeh barəsində şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, lakin Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi cavab behlə aralarında olan münasibət mülki xarakterli olduğuna görə cinayət işinin başlanmasını rədd etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-557/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən işin mübahisəsiz hallarına əsasən hesab etmişdir ki, Cavabdeh 13000 manat məbləğində bilavasitə iddiaçıya borclu olması təhqiqat zamanı cavabdehin özünün izahatı və X8 və Cavabdeh tərəfindən imzalanmış 20 fevral 2018-ci il tarixli qəbzlə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)557/2020 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1402/2021 nömrəli mülki iş üzrə 7 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Telman Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-557/2020 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin baxılması üçün aidiyyətı üzrə Cəbrayıl Rayo n Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi aidiyyat qaydalarını pozaraq işə baxmışdır. Hazırki mübahisə pul tələbi ilə bağlıdır və cavabdeh Cəbrayıl rayonu, Harovlu kəndində qeydiyyatda olduğundan iş aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsində baxılmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44 və 45.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat

13. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, bir müddət Abşeron rayonu ərazisində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2015-ci ilin fevral ayının ortalarında ünvan 1ində yaşayan iddiaçı ilə tanış olmuşdur. İddiaçı ünvan 1i ərazisində yerləşən özünə məxsus olan 0,02 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evini 30000 manat məbləğinə satılmasında kömək etmək üçün ona müraciət etmişdir. O da iddiaçının təklifini qəbul edərək, cavabdeh ilə həmin evin 30000 manat məbləğinə alqısatqına dair şifahi formada qarşılıqlı razılaşmışlar. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin alqı-satqısına görə 17000 manat məbləğində pul ödəmiş, qalan 13000 manat məbləğində pulu isə avtomobilini, hətta torpaq sahəsini satıb ödəyəcəyini bildirmişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu günədək 13000 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Cavabdeh ona satılmış fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu əvvəlcədən bi lirdi.

14. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-352/2021 nömrəli iş üzrə 23 dekabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin qanuni əsası əsassız varlanmadır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir.

16. Məhkəmə hesab etmişdir ki, varlanmış şəxs cavabdeh hüquqi əsas olmadan və ya həyata keçirilməmiş əsasa görə məhrum olan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin (əmlakın) geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur.

17. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Həmin sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzibolunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bundan başqa, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki hallar iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadəsi 21 noyabr 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapmışdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.7, 135.1, 135.2, 1091.1, 1092.1.2, 1091.1 1091.1.1 və 1091.1.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 82.4, 88, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)352/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1688/2022 nömrəli mülki iş üzrə 8 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Zaur Allahyarov və İlham Əsədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-352/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməklə iddia tə ləbinin təmin olunması qət edilmişdir.

21. Apellyasiya məhkəməsinin mövqeyinə görə işə birinci instansiyada baxan məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir.

22. Cavabdeh iddiaçının satdığı yaşayış evinin razılaşdırılmış vəziyyətdə olmamasını, həmin evin təmirinə xeyli pul xərcləməsini əsas gətirməklə hazıda onun sahibliyində və istifadəsində olan yaşayış evinə görə ödənməli olduğu 30000 manat puldan 17000 manat ödəmiş, qalan 13000 manat pulu isə ödəməkdən imtina etmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337.1, 340.2 və 567-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 76, 77.1, 88, 217.3, 218.1, 372, 384.0.2, 385.1.3, 389, 292, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış evi daşınmaz əmlak hesab edildiyindən onun satışı ancaq notarial qaydada təsdiqlənməli idi. Yaşayış evi dövlət reyestrində qeydə alınmadığından, bu səbəbdən də onun notarial qaydada təsdiqlənilməsinə yol verilmədiyindən onun alqı-satqısı barədə müqavilə etibarsız sayılır. İddiaçının yaşayış evini alqı-satqısı ilə bağlı şifahi olaraq bağladığı əqd heç bir hüquqi nət icə yaratmır və buna görə də həmin evin alqı-satqısı barədə razılaşma etibarsız hesab olunmalıdır. Bu baxımdan da işin müəyən edilmiş hallarına maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

26. Yaşayış evi 2016-cı ildə satılmışdır. İddiaçının Abşeron rayon polis idarəsinə müraciəti əsasında araşdırma aparılaraq 21 noyabr 2018-ci ildə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. İddiaçının pul tələbinə dair iddia ərizəsi əsasında rayon məhkəməsi tərəfindən 23 dekabr 2021-ci ildə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Evin alqı-satqısı barədə razılaşma əhəmiyytsiz olmasına baxmayaraq məhkəmə onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilməsini, bunun üçün əqdin icrasına başlandığı günü müəyyən etməyin zəruriliyini diqqətdən qaçırmışdır.

27. Cavabdeh daha sonra kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, işdə iştirak edən bütün şəxslərin məhkəmədə dindirilməsini təmin etməmişdir. Cavabdehin təqdim etdiyi və Emil Behbudovun 30000 manat pulu qəbul etməsinə dair X7 verdiyi qəbzlə bağlı Emil Behbudov ümumiyyətlə dindirilməmiş, eyni zamanda Ceyhun Həmzəyev məhkəməyə dəvət olunmamışdır. İddiaçı Emil Behdubdovun 30000 manat pulu qəbul etməsi barədə verdiyi qəbzlə bağlı ümumiyyətlə hər hansı bir fikir bildirilməmiş, məhkəmə tərəfindən də həmin halın araşdırılması üçün iddiaçının məhkəməyə gəlməsi təmin edilməmiş, iddiaçı ümumiyyətlə Şirvan Apellyasiya Məhkəməsinin iclasında iştirak etməmişdir.

28. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3, 337 və 354.1-ci, Mülki Prosessual Məcəlləsi 14.2, 77 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

35. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

36. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

37. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. İddianı təmin edən birinci instansiya məhkəməsinin qənaətinə görə tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Cavabdeh İddiaçı hesabına 13000 manat dəyərində əmlaka yiyələnməklə əsassız varlanmış, iddia tələbənin hüquqi əsası Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1.1 və 1092.1.2-ci maddələridir.

48. İddianın təmin olunması barədə yeni qətnamə çıxaran apellyasiya məhkəməsinin mövqeyinə görə isə işin müəyyən eldilmiş halları üzrə Mülki Məcəllənin əsassız varlanmaya dair normalarına istinad etməkdə birinci instansiya məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir. Evin alqı-satqısına dair tərəflər arasındakı razılaşma etibarsız əqddir və müvafiq olaraq əqdlərin etibarsızılığı və onun nəticələri barədə normalar tətbiq olunmalıdır.

49. İddiaçının satdığı yaşayış evinin razılaşdırılmış vəziyyətdə olmamasını, həmin evin təmirinə xeyli pul xərcləməsini əsas gətirməklə hazıda onun sahibliyində və istifadəsində olan yaşayış evinə görə ödənməli olduğu 30000 manatdan 13000 manatı ödəməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuşdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə olmuş, lakin həmin müqavilə özbaşına tikiliyə aid olduğuüna görə əhəmiyyətsiz yalan əqd olmuş, ona görə də tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunmalı və alqı-satqıdan irəli gələn öhdəliklərə müvafiq olaraq alıcı cavabdeh 13000 manat pulu satıcı iddiaçıya ödəməlidir.

50. Məhkəmə kollegiyası hesab edir ki, maddi hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya məhkəməsinin qən aəti işin müəyyən edilmiş hallarına uyğun olmamış, həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi barədə tələblərinə əməl etməmişdir.

51. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının cavabbehə yaşayış evi kimi satdığı əmlak özbaşına tkili olmaqla daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Həmin əmlak üzərində sərəncam verilə və bu barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənə bilməzdi. Hər iki tərəf aralarında olan razılaşmanın əhəmiyyətsiz olduğunu bilirdi, lakin həm iddiaçı 17000 manat pulu, həm də cavabdeh özbaşına tikil olan ə mlakı əldə etməklə hüquqi əsas olmadan başqa şəxsin hesabına varlanmışdı. Belə olan halda iddiaçı cavbadehdən əhəmiyyətsiz əqdə görə ona çatası 13000 manat pulu deyil, əmlakı, yəni əsassız varlanma obyektinin qaytarılmasını tələb edə bilərdi. İddiaçının əsassız varlanma obyektinin deyil, onun dəyərinin cavabdehdən tələb etmək hüququ isə cavabdeh tərəfindən əldə olunmuş özbaşına tikilini qaytarılmasının mümkün olmaması müəyyən olunduqda yarana bilərdi.

52. İddiaçı tələblərini yaşayış evinin alqı-satqısından irəli gələn öhdəliklərə cavabdeh tərəfindən əməl olunmaması, həmin müqavilə nəticəsində cavabdehin borclu qaldığı 13000 manatı ödəməməsi ilə əsaslandırmış, satdığı özbaşına tikilinin qaytarılması barədə tələb irəli sürməmişdir. Apellyasiya məhkəməsi isə göstərilən məsələni diqqətdən qaçı rmaqla bərabər cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi özbaşına tikilinin əmlakdan məhrum olan iddiaçıya qaytarılmasının mümkünlüyü məsələsini də müzakirə etməmişdir.

53. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddia tələbinə qarşı irəli sürülmüş dəlillərə hüquqi qiymət verməmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara tam və hərtərfli baxmamışdır.

54. İşdə olan X8 tərəfindən imzalanmış qəbzə görə o, yaşayış evini cavbdehə deyil, sonuncunun qardaşı X7 30000 manata satmış və pulunu almışdır.

55. İddiaçı evinin satlmasını Emil Behbudova həvalə etdiyini, əmlakın satışından əldə olunmuş 17000 manat pulun da ona Emil Behbudov tərəfindən verildiyini göstərmişdir.

56. Cavabdeh isə həm əmlakın alqı-satqısı, həm də pulun ödə nilməsi ilə bağlı fərqli izahatlar vermişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, X8 birinci instansiya məhkəməsində şahid kimi dindrilsə də, yuxarıdakı qəbzlə bağlı sorğulanmamış, ümumiyyətlə həmin qəbz, habelə Emil Behbudovun DİN Baş Mütəşşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə yazdığı ərizə (i.v.1 cild, v.96) üzrə hər hansı bir araşdırma aparılmamış, məhkəmə sadəcə həmin sənədlərin işə əlavə olunması ilə kifayətlənmişdir. Halbuki cavabdehin apellyasiya şikayəti dəlillərindən biri də Emil Behbudov tərəfindən yazılımış qəbzlə bağlı olmuş, həmin qəbzlə əlaqədar X3 və X6 dindirilməməsinin birinci instansiya məhkəməsi tərəfindən buraxılmış qanun pozuntusu kimi göstərilmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin apellyasiya şikayətində irəli sürülmüş həmin dəlilləri n araşdırılması iş üzrə əsl cavabdehin Cavabdeh, Ceyhun Həmzəyev, yaxud Emil Behbudov olmasının müəyyən edilməsinə, Ceyhun Həmzəyev tərəfindən pulun Emil Mahmudova tam ödənilib-ödənilməməsinin aydınlaşdırılmasına, iş üzrə düzgün nəticə əldə olunmasına əsas ola bilərdi.

58. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallara dair düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Belə olan halda həmin qətnamə qanuni və əsaslı sayıla bilməz.

59. İşin yuxarıda qeyd olunan hallarını və sadalana n qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, maddi hüquq normalarının düzgün tətbiq etmədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli dir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1688/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar