Məhkəmə qərarları › İş №2(102)-2099/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2099/2023

22.05.2023 · Sair mülki iş - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2099/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, iddianın əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X9 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-184/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul e tdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək borc verdiyi 5600 manat məbləğində pulun və ödəmiş olduğu 76 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun illərdir tanıyır. 2020-ci ilin yaz-yay aylarında cavabdeh şəxsi təsərrüfatını genişləndirmək üçün 5600 manat pul lazım olduğunu demiş, o, da cavabdehə həmin məbləğdə pulu vermişdir. Lakin, cavabdeh söz verdiyi vaxtda pulu qaytarmamış, borcun qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ondan aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. Sonuncu dəfə cavabdehdən borcunu istəyərkən cavabdehin atası X2 İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, onun barəsində şikayət etmiş və onun haqqında yalan ifadələr vermişdir. Ağcabədi Rayon Polis şöbəsində araşdırma aparılmış və pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

4. Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 2012-ci ildə pula ehtiyacı olduğu üçün həmkəndlisi İbrahim Bünyadovdan pul istəmişdir. Həmin vaxt İbrahim Bünyadov pulunun olmamasını bildirərək, onu faizlə pul verən iddiaçı ilə tanış etmiş, İbrahim ona 500 manat pul verməsini Mübarizdən xahiş etmişdir. Həmin vaxt Mübariz ona 500 manat pul vermiş və bundan sonra 2012-ci ildə ayrı-ayrı vaxtlarda, hissə-hissə ümumilikdə Mübarizdən 4600 manat faizlə pul götürmüşdür. Bir müddət Mübarizə faiz ödəmiş, 2018-ci ildə həmin pulun hissə-hissə qaytarması barədə Mübarizlə razılaşmış, bir dəfə özü poçt vasitəsi ilə, sonradan isə qohumlarının vasitəsi ilə 2022-ci ilin mart ayına kimi həmin pulu Mübarizə tam ödəmişdir. 2020-ci ilin yaz-yay aylarında Mübarizdən 5600 manat pul almamış, məhkəmədə şahid qismində dindirilmiş Zülfüqar adlı şəxsi əvvəllər tanımamış, Zülfüqarın yanında Mübarizlə görüşməmiş, Zülfüqarı yalnız məhkəmədə görmüşdür.

5. Şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. İddiaçı ilə dostluq edir. 2020-ci ilin yaz-yay aylarında Mübarizlə Ağcabədi şəhərində yerləşən çayxanada çay içərkən, sonradan adını bildiyi cavabdeh onların yanına gələrək Mübarizdən 5600 manat pul istəmiş, Mübariz də onun yanında 5600 manat pulu Cabirə vermişdir. H əmin vaxt Mübarizdən Cabirə nə üçün pul verməsini soruşarkən, Mübariz Cabirin düz, yaxşı və saf insan olduğunu bildirmişdir.

6. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, cavabdeh onun həmkəndlisidir. Cabir 2012-ci ildə ehtiyacı olduğu üçün ondan pul istəmiş, onda pul olmadığı üçün verə bilməmiş, lakin əvvəllər tanıdığı iddiaçı ilə əlaqə saxlayıb cavabdehə pul verməsini xahiş etmişdir. Mübariz də onun xahişini nəzərə alaraq Cabirə 500 manat pul vermişdir. Həmin pulun qaytarılıb-qaytarılmamasını və bundan başqa Mübarizin Cabirə əlavə pul verməsini bilmir, həmçinin 2020-ci ildə Mübarizin Cabirə 5600 manat pul verməsindən məlumatı yoxdur.

7. Şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, cavabdeh onun həmkəndlisi, iddiaçı isə tanışıdır. Cabirin 2012-ci ildən Mübariz ə borcu olmuş, 2018-ci ildən son vaxtlara kimi Cabir hər ay onların evinə 100 manat pul göndərmiş, o da həmin pulu Mübarizə vermişdir və bəzi hallarda da Cabirin göndərdiyi pulu Mübariz özü onların evindən götürmüşdür.

8. X4 ifadəsində göstərmişdir ki, cavabdeh onun əmisidir. İddiaçını tanıyır. Əmisi Cabir 2012-ci ildə Mübarizdən hissə-hissə 4600 manat faizlə pul almışdır. 2018-ci ildə həmin pulun hissə-hissə qaytarılması barədə Mübarizlə Cabir arasında razılaşma olmuş və bu razılaşmaya əsasən 7-8 dəfə və hər dəfə 100 manat olmaqla Mübarizə pul vermişdir.

9. X3 ifadəsində göstərmişdir ki, cavabdeh onun oğludur. İddiaçını tanıyır. X17 4600 manat pul borclu olmasından xəbəri vardır. Cabir həmin pulu 2012-ci ildə Mübarizdən faizlə almış və həmin pul tam Mübarizə qaytarılmışdır.

10. X1 ifadə sində göstərmişdir ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. İddiaçı ilə dostluq edir. 2020-ci ilin yaz-yay aylarında Mübarizlə Ağcabədi şəhərində yerləşən çayxanada çay içərkən, sonradan adını bildiyi cavabdeh yanlarına gələrək Mübarizdən 5600 manat pul istəmişdir. Mübariz də yanında 5600 manat pulu Cabirə vermişdir. Həmin vaxt Mübarizdən Cabirə nə üçün pul verməsini soruşarkən Mübariz Cabirin düz, yaxşı və saf insan olduğunu bildirmişdir.

11. İddiaçı, həmçinin sübut qismində məhkəməyə cinayət işinin başlanmasının rədd edilməsi barədə Ağcabədi rayon Polis şöbəsinin 16 aprel 2022-ci il tarixli qərarını təqdim etmişdir. Həmin araşdırma üzrə verdiyi ifadəsində cavabdeh iddiaçını əvvəlcədən tanıdığını, 2012-ci il tarixdə pula ehtiyacı olduğu üçün hissə-hissə ümumilikdə 4600 manat sələmə pul göt ürdüyünü və hər ay müxtəlif məbləğlərdə ödəniş etdiyini, 2018-ci ildə əlində pul olmadığı üçün ödəniş edə bilmədiyini, həmin ilin iyun ayında Mübarizlə şəhər ərazisində yolda görüşdüyünü bildirmişdir.

12. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(017)-1353/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Nuriyev) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə borc predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanması tələb olunduğu halda iddiaçı cavabdehə 5600 manat borc pul verməsi barədə yazılı formada bağlanmış müqaviləni məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı öz tələbinin faktiki əsası kimi cavabdehlə arala rında yaranmış hüquq münasibətlərinin 2020-ci ildə bağlanmış borc münasibətlərindən yarandığını bildirsə də, cavabdeh həmin halları inkar etməklə iddiaçı ilə aralarında 2012-ci ildə borc münasibətlərinin yarandığını və iddiaçıya olan borcunu qaytardığını göstərmişdir. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi, 2020-ci ildə borc münasibətlərinin yaranması və cavabdehə 2020-ci ildə 5600 manat məbləğində pul verməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 740.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-184/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və C.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasi bətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2012-ci il tarixində ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 4600 manat faizlə pul aldığını etiraf etmişdir. İddiaçı isə cavabdehə 2020-ci il tarixində 5600 manat borc pul verdiyini bildirmiş, həmin pulun cavabdeh tərəfindən geri qaytarılmaması səbəbindən məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı 2012-ci il tarixində verilmiş pulu mübahisələndirməmiş, əksinə 2020-ci ildə pul verdiyini bildirmiş, verilməsi sübuta yetirilməmiş “borc pulu” mübahisələndirmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçının iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmışdır.

19. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə, yəni 2020-ci ilin yaz aylarına təsadüf etdiyindən iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbləğdə borc münasibətinin mövcud olmasını yazılı formada bağlanmış borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinadla pul tələbini əsassız edir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 324, 389.1, 739.1, 739.2-ci madd ələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair 12 avqust 2020ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dindirilmiş şahidlərin əksəriyyəti cavabdehin atası, əmisi və digər şahidlər də cavabdehin 4600 manat borc almasını etiraf etmişlər. Lakin pulun qaytarılması barədə ifadələr ziddiyyətlidir. Bu hala məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir.

23. İş materiallarından da görünür ki, borc pul alınmışdır, lakin borcun alınması etiraf olunduğu halda qaytarılması məsələsi araşd ırılmamışdır.

24. MPM-in 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı səhhəti ilə əlaqədar 16 yanvar 2023-cü il tarixində məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirməklə məhkəmə prosesinin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tam və obyektiv araşdırma aparmadan, cavabdehin və şahidlərin ifadələri arasında kəskin ziddiyyətlərin olmasına heç bir əhəmiyyət verməmişdir.

25. Kassator şikayətini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci, Mülki Məcəllənin 6, 16.1, 385.1, 389, 425, 157.2-ci, MPM-in 9.1, 14.1, 77.1, 88-ci maddələrinin tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 389.1. Mülki hüq uq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

30. Maddə 740.2. Borc müqavi ləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvə də olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

43. İddiaçı, həmçinin mə hkəmə iclasının təxirə salınması barədə vəsatətinin əsassız təmin olunmadığını bildirsə də, işdən görünür ki, o, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasının təxirə salınması barədə məhkəməyə teleqram göndərmiş, lakin məhkəməyə gələ bilməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat (sübut) təqdim etməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi MPM-in 376.2-ci maddəsinə əsasən işə baxmaqda haqlı olmuşdur.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-184/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar