Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4582/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: su arxının açılması və cavabdehə suvarma işlərinə maneə olan hərəkətlərin qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “su arxının açılması və cavabdehə suvarma işlərinə maneə olan hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-585/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Goranboy rayon İHB-nin Tapqaraqoyunlu kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 121 saylı arayışında göstərilir ki, verilir Cavabdeh ondan ötrü ki, həqiqətən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində ona məxsus həyətyanı torpaq sahəsi vardır. Qonşusu İddiaçı başqa həyətyanı sahəni suvarmaq üçün heç kim su aparmır.
2. RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən ümumi sahəsi 99.9 kv.m olan fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixd ə ümumi birgə mülkiyyət hüququ üzrə X4, İddiaçı, X2, X3 və X1 adma daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 25 saylı vərəqində qeydiyyata alınmışdır.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)—4312/2019 saylı qətnaməsi ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(045)-74/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı cavabdeh İddiaçı ona məxsus Goranboy rayonu Taparaqoyunlu kəndində yerləşən 0.42 ha torpaq sahəsinə keçməyə, onun torpaq sahəsindən arx vasitəsi ilə öz həyətyanı torpaq sahəsinə su aparmağa qadaya qoyulmasına dair iddiası təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (102)— 3990/2020 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2( 104)—4312/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən həyətyanı torpaq sahəsinin İ suvarılması üçün mövcud su arxının Cavabdeh mülkiyyətində olan 0.42 ha torpaq sahəsindən keçən hissədə açılması, həmin suvarma arxından onun suvarma məqsədilə su aparmağına mane olan hərəkətlərə yol verməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ca vabdeh eyni kənddə, yəni Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yaşayırlar. Onun mülkiyyətində olan 0.17 ha. həyətyanı torpaq sahəsinə xidmət edən suvarma arxı aqrar islahatdan çox əvvəl, yəni 6, ən kiçik yaşlarında olduğu vaxtlardan bəri dədə-baba qaydasında əsirlərdir ki, hazırda olduğu ərazilərdən keçirdi. Həmin suvarma arxı cavabdehdən başqa təqribən 200 nəfər kənd sakininə aid torpaq sahəsindən keçir. Lakin, cavabdeh heç bir əsas gətirmədən onun torpaq sahəsindən su arxından torpaqlarını suvarmaq üçün su vermir. Bu səbəbdən də torpaq sahələri susuzluqdan yanır, torpaqdan heç bir məqsədlə istifadə edə bilmirlər. Hazırda cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su arxını setka hasar çəkməklə öz torpaq sahəsinə daxil edib və bu səbəbdən də o, bu arxdan su apara bilmir. Dəfələrlə su arxından istifadə etmək istəsə də cavabdeh ona hücum çəkir, dava salır, təhqiramiz ifadələr işlədir. O, bu haqda yerli icra nümayəndəliyinə, kənd bələdiyyəsinə müraciət etsə də bu şəxslər Qoşqarın onların evinə gəlib söyəcəyindən abır-həya edib bu işə qarışmaqdan çəkinirlər. Cavabdeh Goranboy Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq mülkiyyətində olan 0.42 ha. Torpaq sahəsinə daxil olmaqla su arxından istifadə etməyin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən onun verdiyi Apellyasiya şikayəti əsasında həmin qərar ləğv edilmiş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qətnamə və qərarın surəti əlavə edilir).
7. Goranboy Rayon Məhkəməsinin 2(045)-689/2021 saylı mülki iş üzrə 10 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakim İ.Abdurəhmanlı) iddia təmin edilmiş, iddiaçı Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən həyətyanı torpaq sahəsinin suvarılması üçün mövcud su arxının Cavabdeh mülkiyyətində olan 0.42 ha torpaq sahəsindən keçən hissədə açılması, həmin suvarma arxından iddiaçının suvarma məqsədilə su aparmağına mane olan hərəkətlərə yol verilməsi cavabdehə qadağan edilib.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, eni 20-30 sm aralığında dəyişən mübahisəli su arxının Goranboy rayonu Tapqaraqoyunlu kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin elektron materiallarında öz əksini tapmasa da, ekspertiza baxışı zamanı mənbəyi bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən mübahisəli su arxından digər kənd sakinləri ilə birlikdə tərəflərin müvafiq olaraq növbəli şəkildə həyətyanı torpaq sahələrinin suvarılması məqsədilə istifadə etmələri üçün nəzərdə tutduqları müəyyən olunmuşdur.
9. Qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi torpaq üzərində mülkiyyət hüquqlarını həyata keçirərkən cavabdeh özundən aşağıda olan torpaq mülkiyyətmisinin torpaq sahəsinə gedən suvarma suyunun istiqamətini iddiaçının ziyanına dəyişmək istəyi və bununla da cavabdehin mülkiyyətinə ziyanlı təsiri sübut olunmuş faktdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1, 152.2, 152.6, 170.1-170.3, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110, 111 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-585/22 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov, F.Mehtiyev) apellyasiya şikayə ti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 170.1, 170.2, 170.3, MPM-nin 4.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli 121 saylı arayışına əsasən qeyd edilən ünvanda cavabdehə məxsus torpaq sahəsi var və qonşusu iddi açıdan başqa heç kim həyətyanı sahəsini suvarmaq üçün oradan su aparmır. Bu arayış onu təsdiq edir ki, iddiaçının izahatları əsassızdır.
17. Cavabdeh məhkəmədən dəfələrlə ekspertizanın təyin olunmasını xahiş etsə də, məhkəmə həmən xahişi nəzərə almamışdır. İş üzrə yerində ölçmə işləri aparılmalı və məhkəmə texniki-tikinti ekspertizası keçirilməlidir.
18. Kassator şikayətini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70, Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 153.3, 164.1, 239.2, MPM-nin 88, 106-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b)
19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan isti fadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruruliyi əsaslı deyild ir.
23. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
25. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri ol an həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Torpaq Məcəlləsi
26. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kol legiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-585/2022 nömrəli mülki iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.