Məhkəmə qərarları › İş №2(102)-710/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-710/2023

23.02.2023 · Sair mülki iş - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-710/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Tofiq oğlunun Cavabdeh qarşı “qanunsuz hərəkətlərin qarşısının alınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(104)-2399/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ağdam rayonu, İİ Yüzbaşlı kəndində 0,1011 hektar həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, üç otaqlı, 50,9 kvadrat metr yaşayış, 51,2 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Mustafayev Vaqif Hidayət oğlunun mülkiyyətindədir.

2. Qonşuluqda yerləşən Ağdam rayonu, İİ Yüzbaşlı kəndində 0,25 hektar həyətyanı torpaq sahəsi Ağdam Rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-cu il tarixli qərarı ilə X1, Cavabdeh və digər onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonunun Yüzbaşlı kəndində yerləşən fərdi yaşayış ev inin müvafiq olaraq 16 metrliyində yığılmış ot tayasının və 2,5 metrliyində inşa edilmiş yardımçı binaların başqa yerə köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və gələcəkdə bu cür hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi mərhum atası Mustafayev Vaqif Hidayət oğluna məxsus olmuş, atası 15 fevral 2019-cu il tarixdə vəfat etmiş və iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh yaşadığı evin 16 metrliyində ot tayası yığmış, 2,5 metrliyində isə yardımçı binalar tikmişdir. Həmin binalardan tövlə kimi istifadə edərək heyvan saxlayır, bu məsafədə isə evdə iydən, qoxudan yayda yaşamaq olmur. Cavabdehdən dəfələrlə onların yerlərinin dəyişdirilməsini xahiş etsə də, nəticə əldə etməmişdir. Həmçinin, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X3 Yanğın Nəzarəti İdarəsinin xəbərdarlıq məktubuna belə əməl edilməmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh yaşadığı evin həyətyanı sahəsində ot tayası yığıldığı və yardımçı tikililər inşa edildiyi halda, ot tayası yığılarkən “Kənd təsərrüfatı istehsalı obyektləri üçün yanğın təhlükəsizliyinə dair nümunəvi qaydalar”ının 3.7.3-cü bəndinin yanğın təhlükəsizliyi tələblərinə riayət edilməmişdir.

6. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 aprel 2021-ci il tarixli rəyinə əsasən Mustafayev Vaqif Hidayət oğlunun fərdi yaşayış ev inin qonşuluğunda olan Cavabdeh Yusif oğlunun yaşadığı evin həyətyanı sahəsində uzunluğu 8,4 metr, eni 5,4 metr olan kənarları açıq, damı taxta konstruksiya və dəmir şiferdən olan ot talvarı və uzunluğu 18,5 metr, eni 4,6 metr, hündürlüyü 2,5 metr olan mişar daşından inşa olunmuş damı taxta konstruksiyalardan və asbest şiferdən olan tövlə tikilisi inşa edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məktubuna əsasən qeyd olunur ki, Cavabdeh Yusif oğluna məxsus yardımçı bina, yəni uzunluğu 18,5 metr, eni 4,6 metr olan tövlə İddiaçı yaşadığı evdən arxa tərəfdən 3,7 metr, orta tərəfdən 2 metr, ön tərəfdən 1,1 metr məsafədə yerləşməklə sanitargigiyenik normalara cavab vermir.

7. Ağdam Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(013)- 118/2021 nömrəli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddia təmin edilmiş, Ağdam rayonu, Yüzbaşlı kəndində yerləşən Mustafayev Vaqif Hidayət oğluna məxsus olmaqla İddiaçı yaşadığı fərdi yaşayış evinin müvafiq olaraq 16 metrliyində yığılmış ot tayasının və 2,5 metrliyində inşa edilmiş yardımçı binaların başqa yerə köçürülməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi və gələcəkdə bu cür hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 170.2-ci, Mənzil Məcəlləsinin 15-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Ağd am Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(013)-118/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(104)-3210/2021 nömrəli qətnaməsi ilə (hakim R.Z.Mamedovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovun və A.V.Bayramovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(013)-118/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi ot tayası və tövlə cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Tərəflərin torpaq sahələri qonşu to rpaq sahələridir. İddia tələbinin təmini üçün qanuni əsaslar olmamışdır. Ona görə ki, cavabdehin bütün gördüyü işlər onun öz mülkiyyət hüquqları daxilindədir, mübahisəli ot tayası və tikili iddiaçının mülkiyyət hüquqlarını hər hansı bir ciddi tərzdə pozmur, bundan başqa, iddiaçı Mülki Məcəllənin 171-ci maddəsinə müvafiq olaraq qonşu təsirinə dözmək vəzifəsi daşıyır.

12. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 170.1, 171.1 və 171.2-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(104)-3210/2021 nömrəli qətnaməsinin ləğv ed ilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(102)-2739/2022 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin məruzəsi ilə, hakimlər İ.R.Xələfovun və A.Q.Hüseynovun iştirakı ilə) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(104)-3210/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

15. Kassasiya məhkəməsi keçirilmiş məhkəmə yanğın-texniki və məhkəmə tikinti-texniki ekspertizalarının rəylərinə, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qay daları”nın (Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6 -1) 4.20-ci bəndinə istinad etməkdə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iddiaçının mülkiyyətində olan əmlakdan istifadəsinə qonşu sahədən gələn təsirlərin, o cümlədən yaxın məsafədəki yardımçı tikililərdən tövlə kimi istifadə olunmasından qaynaqlanan qoxu, səs və sair maneçiliklərin, habelə yanğın və antisanitar vəziyyətin yaratdığı təhlükənin yol verilən hədlərdən yüksək olub-olmadığını aydınlaşdırmamış, tövlə kimi istifadə olunan tikililərə və ot tayasına dair məsafə, habelə sanitar-gigiyenik normaların pozulması ekspertiza rəyləri ilə təsdiqləndiyi, yəni iddiaçının əmlakından istifadə hüququna yolverilməz şəkildə qəsd edildiyi halda ot tayasının başqa ye rə köçürülməsi, tikililərdən istifadənin qadağan olunması tələblərindən imtinanın səbəbləri, başqa ifadə ilə desək, iddianın (cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılmasının) qanuni əsası olan normaların hansı şərtinin müəyyən olunmadığını əsaslandırmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(104)-2399/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovun və İ.T.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(013)-118/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mül ki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 152.1, 170.1, 170.2, 171.1, 171.2cimaddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(104)-2399/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 170.1-ci, Mülki Prosessual Məcəllənin 77, 88, 106-cı maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehə məxsus ot tayası və tövlə iddiaçının mülkiyyətində olan yerdə yerləşməmiş, mülkiyyətçi olmadığı halda, isə sonuncunun belə bir iddia qaldırmağa iddiaçının subyektiv hüququ olmamışdır.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Re spublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəməni n qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi mə lumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcbu ri deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və ikinci apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

30. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə müəyyən olunmuşdur ki, köçürülməsi tələb olunan ot tayası və yardımçı tikililər cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, iddiaçının evinə yaxındır, yanğın təhlükəsizliyi və sanitar-gigiyenik normalara cavab vermir. Odur ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

31. Beləl iklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il ta rixli, 2(104)-2399/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar