Məhkəmə qərarları › İş №2(102)-4628/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4628/2022

27.09.2022 · Sair mülki iş - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4628/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ağacın kəsilməsi, boruların götürülməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-805/2022 nömrəli mülki iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

2. Tərəflər qonşudurlar. İddiaçı bildirir ki, Cavabdeh məxsus məxsus torpaq sahəsində olan ağacının budaqları onun evinin pəncərəsini və damını yararsız hala salmışdır. Bundan başqa cavabdehin həmin sahəyə yığdığı dəmir borular evinin arxa hissəsində nəmişlik yaratmışdır.

3. Cavabdeh isə sözügedən ağacın iddiaçıya maneə yaradan budaqlarını kəsməyə etiraz etmədiyini, ağacının tamamilə kəsilməsinə isə razı olmadığını bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus bir ədəd göyrüş ağacının kəsilərək götürülməsi və dəmir boruların götürü lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus Gədəbəy rayonunun Slavyanka kəndindəki yaşayış evi onun evi ilə qonşuluqda yerləşir. Onun həyətinə bitişik olan torpaq sahəsində, yəni, onun evinin arxa hissəsində Cavabdeh məxsus torpaq sahəsində yabanı göyrüş ağacının budaqları onun evinin pəncərəsini və damını yarasız hala salmışdır. Həmçinin cavabdeh onun evinin arxa hissəsinə dəmir borular tökmüşdür. Dəmir borular evinin arxa hissəsində nəmişlik yaratmışdır. O, Cavabdeh həmin ağacın kəsilməsini və boruların götürülməsini təklif etsə də, cavabdeh bundan imtina etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddia ərizəsində göstərilən ağacın kəsil məsi və boruların götürülməsi haqqında iddiaçı ona hazırkı tarixədək heç nə deməmişdir. Əgər iddiaçı ona bu barədə nəsə desəydi razılaşardı. Ağacın kəsilməsinə və boruların götürülməsinə etirazı yoxdur.

7. Gədəbəy Rayon Məhkəməsinin (hakim F.Mirzəquliyev) 28 oktyabr 2020-ci il tarixli, 2(042)-933/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh məxsus bir ədəd göyrüş ağacının kəsilərək götürülməsi və dəmir boruların götürülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələblərini müdafiə etmiş, cavabdeh isə iddia tələblərini öz izahatı ilə faktiki etiraf etmişdir. Yəni, ağacın kəsilməsini və boruların götürülməsini üzərinə götürmüşüdür. Ona görə də iddia təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbay can Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə, 38-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4, 170.2, 171.1, 174.1, 119.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı kəsilməsi qət edilən ağacın ona hər hansı maneə yaratdığını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin arayışına əsasən, iddiaçıya məxsus fərdi yaşayış evinin arxa hissəsində pəncərənin qarşısında yabanı halda bitmiş göyrüş ağacı vardır.

13. Apellyasiya instansiya məhkəməsinin iclasında cavabdeh sözügedən ağacın budaqlarının kəsilməsinə razı olduğunu, ağacının isə tamamilə kəsilməsinə razı olmadığını bildirmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) Kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) 16 iyun 2021-ci il tarixli, 2(104)-2168/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(042)-933/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi edilmişdi r.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, qeyd etmişdir ki, iddiaçı qeyd etdiklərinə dair heç bir sübut təqdim edə bilməmişdir.

16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin iddianı öz izahatı ilə faktiki etiraf etməsinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsində cavabdeh bu xüsusatı mübahisələndirərək izahatının təhrif edildiyini, əslində ona məxsus torpaqdakı ağacın kökündən kəsilməyə razı olmadığını, mane olan hissəsinin kəsilməsinə etiraz etmədiyini, həmçinin sözügedən dəmir boruların orada olmamasını bildirmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı cavabdehə qarşı tələbini təsdiq edən sübutları məhkəməyə etməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən iddiaçıya məxsus fərdi yaşayış evinin arxasında, cavabdehə məxsus torpaq sahəsində yerləşən bir ədəd göyrüş ağacının budaqlarının iddiaçının evinin pəncərəsini və da mını yararsız hala salmasını, eləcə də cavabdehə məxsus dəmir boruların iddiaçının evinin arxasına tökülərək nəmişlik yaratmasını təsdiq edən sübutların olmamasını bildirmişdir. Apellyasiya məhkəməsi qətnaməsində onu da qeyd etmişdir ki, cavabdeh guya həmin göyrüş ağacının budaqlarının kəsilməsinə etiraz etmir. Lakin iddiaçı apellyasiya instansiyasının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, kəsilməsini tələb etdiyi cavabdehə məxsus yabanı göyrüş ağacının budaqları mütəmadi olaraq evinin arxa pəncərəsini və divarlarını, o cümlədən dam örtüyünü sıxmaqla yararsız hala salır. Həmin ağacın budaqları dəfələrlə kəsilməsinə baxmayaraq yenə də həmin vəziyyət davam edir. Ağacın iddiaçının evinin üstünə gedən budaqlarından tökülən yarpaqlar və quruyub qırılmış budaqları dam örtüyünə düşür, evin dam örtüyünün su novunun içini dolaraq yağış sularının evin içinə axmasına səbəb olur.

21. Həmçinin, cavabdeh özünə məxsus dəmir boruları iddiaçının evinin arxa hissəsinə tökmüş, bunun nəticəsində yağış suları iddiaçının evinin divarına tökülməklə əmlakıma ziyan vurur. Lakin apellyasiya məhkəməsi bu halın da təsdiqini tapması üçün iddiaçı tərəfindən sübut təqdim edilmədiyini vurğulayaraq iddianı rədd etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 24 noyabr 2021-ci il tarixli 2(102)-5861/2021 nömrəli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

23. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsinin qənaəti işdəki məlumatlara və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, iddiaçının istinad etdiyi qəsd və maneçilik faktı qismən də olsa cavabdeh tərəfindən qəbul edilmişdir.

24. Apellyasiya məhkəməsi isə maneçilik və ya zərər vurma iddiasının cavabdeh tərəfindən hansı həcmdə qəbul olunduğunu, hansı hissədə mübahisələndirildiyini ayırd etmədən, zərurət olduqda mübahisəli halları yerində müayinə etməklə aydınlaşdırmadan və ya ekspertiza təyin edərək rəy almadan bu nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbini sübut edə bilməmişdir. Halbuki, məhkəmə tərəflərin tələb və etirazlarını əsaslandıran hal ların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını yerində müayinə keçirməklə və digər sübutlarla müəyyən edə bilər. Eyni zamanda məhkəmə mübahisəli faktların (maneə və ya məhdudiyyətin) mövcud olubolmamasının müəyyənləşdirilməsi üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə, xüsusi biliyə malik olan şəxslərdən müvafiq rəylər ala bilər.

25. Məhkəmənin borcudur ki, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratsın, bunun üçün: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etsin, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etsin, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərsin.

26. Apellyasi ya məhkəməsi isə həmin tələblərə riayət etməmiş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, bu da iş üzrə düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnmişdir. Bu hallar isə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına dəlalət edir.

27. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 157.4, 147.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

28. İşə təkrar apellyasiya qaydasında baxılan zaman apellyasiya instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, tərəflərə məxsus torpaq sahələri qonşu torpaq sahələridir. İddiaçının kəsilməsini tələb etdiyi ağac cavabdehə məxsus torpaq sahəsində yerləşsə b elə, ağac iddiaçıya məxsus fərdi yaşayış evindən 1 metr aralıdadır. Hazırda həmin ağacın iddiaçıya məxsus evə baxan tərəfi budanmış vəziyyətdədir, lakin fərdi yaşayış evinin damından ağac daha hündür olduğundan və onun yenidən budaqlarının fərdi yaşayış evinin damının üzərinə keçməsi istisna deyildir.

29. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-805/2022 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Həsənov (sədrlik edən və məruzəçi), R.Mamedov və Ş.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, «Cavabdeh məxsus bir ədəd göyrüş ağacının kəsilərək götürülməsi» hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla cavabdehə məxsus bir ədəd göyrüş ağacının İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin damından yuxarı hissədə gövdəsindən kəsilməsi qət edilmişdir.

30. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə məxsus torpaq sahəsində yerləşən ağac iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin damının üzərinə keçdiyindən, bununla fərdi yaşayış evinin damının ilin müəyyən fəsillərində, habelə hava şəraiti ilə əlaqədar ağacın budaqlarının təsirə qalması labüd olduğundan həmin ağac fərdi yaşayış evinin damından yuxarı hissədə gövdəsindən kəsilməlidir.

31. Apellyasiya instansiya məhkəməsi qənaətini Mülki Məcəllənin 152.5, 170.1, 170.2, 174.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, mümkün olmazsa mülki işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

33. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, evinin damından yuxarı hissədə ağac evinin damına o qədər ziyan vurmur ki, ağacın kəsilməsini tələb etsin. Onun tələbi ağacın dama vurduğu ziyandan yox, bütünlükdə ağacın budaqlarının uzanaraq evinin divarına və ağacın köklərinin evinin bünövrəsinə vurduğu ziyanlı təsirlərin aradan qaldırılmasından ibarətdir. Bu da, ancaq ağacın bütünlüklə kəsilməsindən sonra mümkündür.

34. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə qismən əməl etmişdir. Belə ki, məhkəmə yalnız yerli baxış keçirmi şdir. Halbuki, kassasiya instansiya məhkəməsi əvvəlki apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib işin yeni apellyasiya baxışma göndərərkən qərarında göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi zərurət olduqda mübahisəli halları yerində müayinə etməklə aydınlaşdırmadan və ya ekspertiza təyin edərək rəy almadan bu nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbini sübut edə bilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişinə əməl edib ekspertiza rəyi almalı idi. Ağacın kökləri evin bünövrəsinə zərərli təsiri vardır. Ağac dibindən kəsilməsə onun köklərinin evinin bünövrəsinə etdiyi ziyanlı təsirinin qarşısını heç nə almayacaqdır.

36. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 170.1, Mülki Prosessual Məcəllənin 88, 420, 418-ci maddələrinə ist inad etmişdir. b)

37. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

39. Maddə 174.1. Əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, ikinci apellyasiya baxışı zamanı məhkəmə tərəfindən yerli baxış keçirilmiş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək düzgün olaraq yekun nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamışdır. Belə ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-805/2022 nömrəli mülki iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar