Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3202/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh Publik Hüquqi Şəxsə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:müddətli əlavələrin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(106)-221/2022 saylı qətnaməsindən İddiaçı1 və digərlərinin (cəmi 61 nəfər) kassasiya şikayəti üzrə işə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X26, X5, X11, X17, X18, X38, X27, X52, X68, X28, X39, X12, X19, X13, X20, X7, X21, X8, X53, X78, X54, X40, X22, X41, X55, X42, X43, X29, X30, X66, X31, X44, X2, X3, X32, X45, X56, X46, X4, X57, X23, X33, AX, X58, X91, X34, X59, X60, X14, X9, X35, X61, X36, X10, X69, X92, X62 və X93 məhkəmədə cavabdeh Şirvan şəhər Mərkəzi X1rşı iddia qaldıraraq, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 saylı Qərarına əsasən 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayından qətnamə qanuni qüvvəyə minənədək ödənilməmiş müddətli əlavələrin tibb işçilərinin aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində ödənilməsi öhdəliyinin cavabdehin öhdəsinə qoyulması; 2020-ci ilin may-sentyabr aylarında t ibb işçilərinə artıq ödənilmiş məzuniyyət haqlarından geri tutulmuş vəsaitin yenidən hesablanaraq onlara qaytarılması; əmək haqqı və sair gəlirlərdən artıq gəlir vergisi kimi tutulmuş vəsaitin hesablanaraq geri qaytarılması; əmək haqqları ödənilməmiş işçilərin əmək haqqlarının hesablanaraq ödənilməsi; vəkil üçün ödənilmiş 2.950 manat maddi ziyanın tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçıların iddia ərizəsində istinad etdikləri X77 Xidmətinin Salyan Regional Ərazi İdarəsi tərəfindən cavabdeh hüquqi ş əxsin direktoru barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda 2020-ci ilin noyabr və dekabr ayları üzrə müddətli əlavələrin düzgün hesablanmadığı qeyd edilsə də, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamanın nəticəsi, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubla müəyyən edilmişdir ki, müddətli əlavələrin hesablanmasında və ödənilməsində heç bir qanun pozuntusuna yol verilməyib. Həmçinin, X77 Xidmətinin Salyan Regional Ərazi İdarəsi tərəfindən müddətli əlavələrin Nazirlər Kabinetinin sözügedən Qərarına əsasən necə və hansı həcmdə hesablanmalı olması və ödənilməmiş məbləğin nədən ibarət olması göstərilmədiyindən qeyd edilən inzibati xəta haqqında protokol hazırki iş üzrə sübut növ ü kimi qəbul edilə bilməz. 2020-ci ilin may-sentyabr aylarında artıq ödənilmiş məzuniyyət haqlarından tutulmuş vəsaitin yenidən hesablanaraq iddiaçılara qaytarılması tələbinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə tərəfindən iddiaçılara hansı şəxslərin əmək haqlarından və nə qədər vəsaitlərin tutulması ilə bağlı dəqiqləşdirmə aparılması təklif edilsə də, bu dəqiqləşdirmə aparılmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş məktubun surətindən görünür ki, işçilərə məzuniyyət haqları hesablanarkən müddətli əlavələr əmək haqqı hesab edilmədiyindən nəzərə alınmamalıdır. İddianın artıq tutulmuş gəlir vergisinin geri qaytarılması və əmək haqqı ödənilməmiş işçilərinin əmək haqqlarının ödənilməsi hissələrində isə qeyd edilməlidir ki, iddiaçılar bu hissədə iddia tələbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər və ümumiyyətlə yoxlama aktlarında qeyd edilən məsələlərlə bağlı heç bir nöqsan aşkar edilməmişdir. Ona görə də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov sədrlik edən, məruzəçi, T.X.Heydərov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilm ədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 139-cu maddəsinin 1-ci hissəsinə əsasən, məzuniyyət vaxtı üç ün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır; 139-cu maddəsinin 2-ci hissəsinə görə, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 154-cü maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasınd a ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172-ci maddənin 1-ci hissəsində göstərilir ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 175-ci maddənin 1-ci hissəsində göstərilir ki, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər; 175-ci maddənin 2-ci hissəsinə görə, işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından y alnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; 175-ci maddənin 5-ci hissəsində göstərilir ki, hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlar ında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəli lləri ilə razılaşmır. Belə ki, işin mübahisə olunmayan hallarına görə iddiaçılar (cəmi 61 nəfər) Cavabdeh Publik Hüququ Şəxsin- Təcili və X117 Yardım Stansiyasının işçiləridirlər və onların iddia tələblərinin hüquqi əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin normanın mənasına görə, əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər. Hazırki iddia tələblərində iddiaçılar onların yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini iddia edirlər. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin “Yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştira edən tibb işçilərinin sos ial müdafiəsinin gücləndirilməsi haqqında” 18 mart 2021-ci il tarixli, 1947 saylı Sərəncamı ilə müəyyən edilmişdir. Eyni zamanda sözügedən Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 saylı Qərarı ilə, yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir. 18 mart 2021-ci il tarixli, 1947 saylı Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan da o, nəticə hasil olur ki, sözügedən Sərəncamda bəhs olunan əlavələr, yeni növ koronovirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləməyən tibb işçilərinə ödənilmir. Göründüyü kimi sözügedən normativ hüquqi aktlar məhz yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, təcili tibbi yardım xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laborotoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X16 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilər aid edilmişdir. İşə baxan məhkəmələr də məhz iddianın həllində sözügedən normativ hüquqi aktlara istinad etmişlər və iddiaçıların iddia etdikləri əlavələrin şamil edild iyi işçilərin dairəsinə aid edilib-edilmədklərini tam, hərtərəfli və obyektiv araşdırmışlar. Belə ki, əvvəla kassatorların kassasiya şikayətində irəli sürdükləri dəllilərin heç bir hüquqi əsası yoxdur və elə bu səbəbdən də kassasiya şikayətinin dəlilləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçılara yeni növ koronovirus (COVİD-19) infeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına əlavələrin verilməsi barədə Nazirlər Kabinetinin məlum Qərarına uyğun olaraq, koronovirus infeksiyasına yoluxmuş şəxslərlə ünsiyyətdə olmaları nəzərə alınaraq, saat hesabı hesablanaraq ödənilmişdir. İddiaçılar isə hesab edirlər ki, bu ödənişlər onların kovid xəstələri ilə ünsiyyətindən (onun müddətindən) asılı olmayaraq, hər bir halda əmək haqqlarının 4 misli miqdarında hesablanıb onlara verilməlidir. Bu isə təbbi ki, yanlış yanaşmadır. Daha sonra, apellyasiya instansiyası məhkəməsi bir daha haqlı olaraq qeyd etmişdir ki, hazırki əlavələr “yeni növ koronovirus” (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 saylı Qərarına uyğun olaraq, Sığorta Agentliyinin 21 aprel 2020-ci il tarixli, 01/163 saylı əmrinin tələbləri çərçivəsində hesablanaraq ödənilməsi həyata keçirilmişdir. Bundan başqa, iddiaçıların tələblərinə görə müddətli əlavələrin ödənilməsində əsas meyar işçilərin həmin işdə işləməsidir. Lakin, sözügedən normativ hüquqi aktların mənasına gö rə, həmin normativ hüquqi aktlar məhz yeni növ koronovirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə şamil olunur. Yəni, bilavasitə bu infeksiya ilə mübarizə tədbirlərinə cəlb edilməyən işçilərə müddətli əlavələrin ödənilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, habelə iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Agentlik tərəfindən iddiaçılara yeni növ koronovirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri aylar üzrə əlavələr saat hesabı ilə hesablanaraq ödənilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçılar kassasiya şika yətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddia tələblərinin təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsələr də, tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcud luğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 və digərlərinin (cəmi 61 nəfər) kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(106)-221/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3202/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3202/2022
30.08.2022 · Sair mülki iş - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver