Məhkəmə qərarları › İş №2(102)-1534/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1534/2025

13.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1534/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «Nurgün İnşaat LTD» şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Azərbaycan Respublikası Ali Məhkəməsnin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh «Nurgün İnşaat LTD» şirkətinə qarşı «bədbəxt hadisə zamanı ödənişin və kompensasiyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6751/2024 nö mrəli, 24 dekabr 2024-cü tarixli qərardadından Maraqlı şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2006-cı il tarixdə 17/2006 saylı əmrlə "xxxx" şirkətinə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı tarixli 54-1/2006 saylı əmrlə vəzifəsindən azad edilmiş, xx.xx.2006-cı il tarixli 55-1/2006 saylı əmrlə xx.xx.2006-cı tarixli 54-1/2006 saylı əmr etibarsız hesab edilmiş və xx.xx.2009-cu il tarixdə 72/2009 saylı əmrlə əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çıx itirilməsinə görə o, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c) yarımbəndi ilə vəzifəsindən azad edilmişdir. 2. "xxxx" Şirkətinin iş icraçısı vəzifəsində çalışmış İddi açı Şirkət tərəfindən X1 inşası zamanı xx.xx.2007-ci il tarixdə iş vaxtı yıxılaraq xəsarət almışdır.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 iyun 2024-cü il tarixli saylı məktubuna əsasən, İddiaçı xx.xx.2009-cu il tarixə dair əlillik təyinatı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsistemində məlumat aşkarlanmamışdır. Şəxsin əlillik vəziyyətinin aydınlaşdırılması məqsədi ilə əlilliyini təsdiqləyən sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK arayışı, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə – «İZ» formalı akt və s.) birlikdə Agentliyə qəbula gəlməsi tövsiyə olunmuş, xx.xx.2012-ci il tarixli müayinə nəticəsində istehsalat zədəsi səbəbindən əmək qabiliyyətinin 70 faiz (müddətsi z) itirilməsi əsası ilə onun yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh «Nurgün İnşaat LTD»yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 250000 manat həcmində maddi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2009-cu ildə «Nurgün İnşaat LTD» şirkətinin X1 tikintisində iş icraçısı olmuşdur və həmin yerdə iş üzrə baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətini itirmişdir. İş üzrə şirkətdə 2007-ci ilin yanvar ayının 10da hadisə baş vermişdir. Aylıq 165 manat olmaqla hal-hazırkı vaxtadək müavinət təyin edilmişdir. Verilən 169 manat dövrün tələbatlarını ödəmir və hal-hazırda iş i craçısının statistik orta əmək haqqı 1500-2000 manat arasında müəyyən edilir. Məhz bu baxımdan iş üzrə icraçının orta aylıq əmək haqqının 80 faizi ona ödənilməlidir. Digər tərəfdən, təyin ediləcək müavinət 14 il ərzində almadığı üçün bu məbləğ göstərdiyi illər üzrə toplanaraq ona verilməlidir. Cavabdeh onun sağlamlığına xəsarət yetirilməsində birbaşa təqsirli olmuş və sağlamlığını uzun müddət itirdiyi üçün ona kompensasiya ödəməlidir. Uzun müddət ağır xəstə olduğu üçün arvadı X5 ona qulluq etmiş və 2007-ci ildə bu hadisənin nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. Bununla yanaşı ona şirkət heç bir yardım və kompensasiya ödəmədiyi üçün, arvadı uzun illər ona qulluq etmiş və 2020-ci ilin dekabr ayının 3-də dünyasını dəyişmişdir. Ümumiyyətlə cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində on a maddi və fiziki zərər vurulmuşdur. Cavabdeh onun sağlamlığına zərər vurmaqla və vaxtına uyğun düzün müavinət verməməklə ümumilikdə ona 250000 manat maddi zərər vurmuşdur (qazancının itirilməsinə görə 200000 manat, müalicəsi üçün çəkdiyi xərc 30000 manat, X5 ona qulluğa və sanotoriyalar haqqı 15000 manat, xüsusi nəqliyyat vasitəsi verilməsinə görə nəqliyyat xərcləri 5000 manat.).

6. Məhkəmənin sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanası PHŞnin xx.xx.2024-cü il tarixli məkubla təqdim etdiyi sənədlərə əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə saat 09:35 radələrində xəstəxanaya qəbul edilmiş və xx.xx.2007-ci il tarixdə stasionardan çıxarılmışdır. Xəstəyə sol bud sümüyünün yuxarı 1/3- nün, sağ daban sümüyünün yerini dəyişən açıq, sol baldır sümüyünün 1/3-nün, sol daban sümüyünün ye rini dəyişən qapalı sınıqları və hemorrogik şok diaqnozu qoyulmuşdur. Sənədlərdə qeyd edilmişdir ki, xəstəni gətirənlərin və özünün deməyinə görə 09.01.07-ci ildə iş yerində hündürlükdən yıxılıb travma almışdır. Xəstə yaxın adamlarının təkidi ilə 11.01.07-ci ildə Bakı şəhərinə aparılmışdır.

7. X4 Xidmətinin Bakı şəhər İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq 13 avqust 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na əsasən İZ formalı akt bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən tərtib olunduğu üçün müvafiq aktın təsdiq olunmuş surətini təqdim etmək mümkün deyildir. İddiaçı xx.xx.2007-ci il t arixdə X1 tikintisi zamanı xəsarət alması nəticəsində baş vermiş bədbəxt hadisə ilə əlaqədar digər təhqiqat materiallarının təsdiq olunmuş surəti və İZ formalı aktın surəti məhkəməyə göndərilmişdir. Məktuba 53 vərəqdən ibarət qoşma əlavə olunmuşdur. Qeyd olunan məktuba əlavə edilmiş, 10 yanvar 2007-ci il tarixdə saat 08:45 radələrində "xxxx" şirkətinin iş icraçısı İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat sənədlərindən görünür ki, X2 müvafiq əmrinə əsasən təhqiqat komissiyası yaradılmış, toplanmış sənədlər əsasında bədbəxt hadisənin təhqiqatı aparılmış, İddiaçı və digər şəxslərin (şahid) izahatları alınmış, müvafiq sənədlər (o cümlədən əmək müqaviləsi, iş icraçısının vəzifə təlimatı, əmək kitabçası, tibbi sənədlər) toplanmış, fotoşəkillər çəkilmiş, təhqiqat aktı, e ləcə də istehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı akt tərtib edilmişdir. İddiaçı görülən işləri yoxlayarkən obyektin ikinci mərtəbəsindən (vitrajın üstündən) özü də hiss etmədən, bilmədən yıxıldığını, şirkətin xəstəxana xərclərini ödədiyini, yıxılarkən baş gicəllənməsi və ürək döyüntülərinin olmadığını bildirmişdir. Təhqiqat aktına əsasən bədbəxt hadisənin səbəbləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216-cı maddəsinin 2-ci abzasının tələblərinə riayət edilməməsidir, Komissiyanın rəyinə görə hadisənin təhqiqatı zamanı alınmış izahatlara, sorğulara və təhqiqat aktının İV bölməsinin 4.1-ci bəndinə əsasən həmin hadisənin baş verməsində "xxxx" şirkətinin digər vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi üzrə Qanunvericilik Aktlarının və Qaydalarının pozulmasına y ol verilməmiş, Milli OK-nin tikintisinə rəhbərlik edən iş icraçısı İddiaçı xəsarət alması öz ehtiyatsızlığı səbəbindən baş vermişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2131/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisədə cavabdehin tam və ya qismən təqsirli olmasına dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də bu təqsirin nədə ifadə olmasını əsaslandırmamışdır. Belə ki, işin araşdırılmış hallarından iddiaçının əmək funksiyalarının icrası zamanı baş vermiş bədbəxt hadisədə xəsarət alması işin mübahisəsiz halı olsa da, həmin bədbəxt hadisənin baş verməsində təqsiri müəyyən edilmiş tərəf iş üzrə cavabdeh deyildir, bədbəx t hadisə iddiaçının özünün ehtiyatsızlığından baş vermişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı xx.xx.2007-ci il tarixdə X1 tikintisi zamanı baş vermiş bədbəxt hadisə ilə əlaqədar xəsarət alması müəyyən edilmiş qaydada təhqiq edilmiş və aidiyyəti komissiyanın gəldiyi nəticədə də bədbəxt hadisənin iş icraçı İddiaçı xəsarət alması öz ehtiyatsızlığı səbəbindən baş verməsi göstərilmiş, işəgötürən şirkətin digər vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi üzrə Qanunvericilik Aktlarının və Qaydalarının pozulmasına yol verilməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə iddia əsaslı hesab oluna və təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 209, 216, 217 və 239-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4 və 216-220-ci m addələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin halları səhv müəyyən edilmiş, nəticədə iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

13. İşin apellyasiya icraatı zamanı İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Akif İs gəndərov sədrlik edən və məruzəçi, Səadət Səlimova və Məhəmməd Rüstəmli) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2131/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki işin icraatına iddiaçının ölümü ilə əlaqədar xitam verilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 27 noyabr 2024-cü il tarixdə vəfat etdiyindən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı vaxtilə əmək münasibətində olduğu «Nurgün İnşaat LTD»-də çalışarkən sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ölmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli hüquq münasibəti bilavasitə ölən tərəfin şəxsiyyəti ilə əlaqədar olduğundan, yəni bu hüquq yalnız onun özünə məxsus olduğundan və vərəsəlik qaydasında keçmədiyindən iş üzrə hüquq varisliyinə yol verilmir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Maraqlı şəxs3 (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 24 dekabr 2024-cü tarixli qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, MPM-in 58.1-ci maddəsinin tələbinə əsasən iş üzrə şəxs öldükdən sonra həmin tərəfi hüquq varisi ilə əvəz etməyə yol verir və bu prosesin istənilən mərhələsində də mümkündür. Lakin işə baxan apelyasiya instansiya məhkəməsi bu maddənin tələblərinə riayət etmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir.

21. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsasl ar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, ona görə də qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

27. Belə ki, iddiaçının tələbləri 2009-cu ildə istehsalatda baş vermiş bədbəxt hadisə zamanı bədən xəsarətləri alması ilə qabiliyyətini itirməsi nəticəsində ona dəymiş zərərdən ibarətidir, iddiaçı təyin olunmuş müavinət ilə icra etdiyi işə görə hazırkı dövrdə ödənilən real əmək haqqı arasında 14 il ərzində almadığı 200000 manat fərqi, müalicəsinə sərf olunmuş 30000 manat, mərhum arvadının ona etdiyi qulluğa görə və sanotoriyalara sərf olunmuş 15000 manat, xüsusi nəqliyyat vasitəsi verilməsinə görə nəqliyyat xərclərinə 5000 manat, cəmi 250000 manat maddi zərər tələb edir. Həmin tələblər əmək hüququ münasibətlərindən irəli gəlməklə iddiaçıya maddi fayda gətirən əmlak xarakterli tələblərdir. Mübahisəli hüquq münasibəti ölən iddiaçının özünün əmək qabiliyyətini itriməsi ilə nəticələlənən bədən xəsarətləri alması ilə bağlı olsa da, onun vərəsələrinin bu münasibətlərdən irəli gələn və ölənə məxsus olmuş hüquqları müdafiə etmək, o cümlədən ölənə vurulmuş maddi ziyanı tələb etmək hüququ istisna olunmur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasın kütləsinə yalnız fiziki obyektlər olan əşyalar deyil, sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar da daxildir. Bu baxımdan apellyasiya məhkəməsinin hazırkı iş üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsi barədə qənaəti duzgun olmamışdır.

28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə və işin icraatına MPM- in 261.0.7-ci maddəsinə əsasən icraat xitam verməsi düzgün olmamışdır. Hazırki işin müəyyən edilmiş halları baxımından barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verir.

44. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüququ varisi Maraqlı şəxs3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar