Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1538/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şamaxı Rayon X4 Cavabdeh qarşı ilkin iddiası və Cavabdeh Şamaxı rayon X3rşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 2(15)-2199/2021 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 0 5 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Şamaxı rayonu X4 mülkiyyətində olan 150 ha torpaq sahəsi 06 noyabr 2000-ci il tarixli, 03 saylı icarə müqaviləsinə əsasən “qoyunçuluğun inkişafı üçün” 15 il müddətinə Gülüyev Fazil Gülü oğlunun icarəsinə verilmiş, müqavilənin müddəti 06 noyabr 2015-ci il tarixədək müəyyən edilmişdir.
2. X8 həmin müqavilənin müddəti bitdikdən sonra torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi Şamaxı Rayon Məhkəməsinin 2(074)-31/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Ali Məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan iş üzrə iddianın rədd olunması üçün əsas ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi Şamaxı rayon X4 30 mart 2004-cü il tarixli 03 saylı qərarına görə 150 hektar torpaq sahəsi 30 il müddətinə cavabdehin oğlu X7 icarəyə verilmiş və bu barədə X8 ilə 30 mart 2004-cü il tarixli 03 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin icarə müqaviləsi hal-hazırda qüvvədədir və mübahisələndilməmişdir.
3. X4 sədri, bələdiyyənin mülkiyyətində olan 150 ha torpaq sahəsinin 30 il müddətinə X7 icarəyə verilməsi barədə sənədlərin saxtalaşdırılması barədə Şamaxı rayon prokurorluğuna müraciət etmiş, müraciət əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı ilə müəyyən edilmişdir ki, mübahisəli 150 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi, qeyd olunan torpaq sahəsinin ona təhvil verilməsinə dair 30 mart 2004-cü il tarixli akt, bələdiyyənin 30 mart 2004-cü il tarixli protokolu, həmin torpaq sahəsinə dair yer quruluşu layihəsindən çıxarış, bələdiyyə sədrinin 30 mart 2004-cü il tarixli, 03 saylı qərarı saxtadır, həmin sənədlərdə olan imzalar o vaxt bələdiyyə sədri işləmiş Xanmusa Nağıyev tərəfindən imzalanmayıb və həmin sənədlər həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin inspektoru vəzifəsində işləmiş Fərid Nağdalıyev və həmin Şöbənin müdiri işləmiş Mehman Əfəndiyev tərəfindən saxtalaşdırılmışdır. Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Fərid Nağdəliyev və Mehman Əfəndiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.
4. X10 filialı tərəfindən verilmiş 27.09.2018-ci il tarixli, 54160 saylı arayışda qeyd olunur ki, 2000-2010-cu iliərə aid arxivə təhvil verilmiş X4 sənədlərində Gülüyev Fazil Gülü oğluna torpağın icarəyə verilməsinə dair 2000-ci il tarixli protokol aşkar edilmiş, lakin həmin icarə müqaviləsinin ləğv olunması və eyni zamanda Cavabdeh olunun adına icarə müqaviləsinin bağlanması barədə protokol aşkar olunmamışdır. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şamaxı rayonu X8 Cavabdeh Gülü oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Şamaxı rayon X8 arasında bağlandığı qeyd edilən 30 mart 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq X4 faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 ilə Gülüyev Fazil Gülü oğlu arasında bağlanmış 06 noyabr 2000-ci il tarixli icarə müqaviləsinə əsasən 150 ha torpaq sahəsi 15 il müddətinə F.Gülüyevə icarəyə verilmişdir. Həmin müqavilənin müddəti bitdiyinə, torpaq sahəsi təyinatı üzrə istifadə edilmədiyinə, eləcə də, icarə haqqını vaxında ödəmədiyinə görə torpaq sahəsinin boşaldılmasına dair bələdiyyə tərəfindən Şamaxı Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh Fazil Gülüyev müqavilə təqdim edərək həmin torpağa dair bələdiyyə ilə onun oğlu arasında torpaq icarə müqaviləsinin bağlandığını iddia etmişdir. Halbuki, bələdiyyənin həmin müqavilədən xəbəri yoxdur, bələdiyyənin arxiv sənədlərində və kitablarında müqavilə barəsində hər hansı qeydiyyat aparılmamışdır. Bundan başqa, Cavabdeh 1989-cu il təvəlüdlüdür və iddia olunan müqavilənin bağlandığı vaxt onun cəmi 15 yaşı olmuşdur. Şamaxı rayon Prokurorluğu tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası tərəfindən müəyyən edilmişdir ki, müqavilədəki “bələdiyyənin sədri” sözünün qabağında olan imza həmin dövrdə bələdiyyə sədri işləmiş mərhum Xanmusa Nağıyevə aid deyildir. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 50 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.03.2004-cü il tarixli qərar həmin tarixli iclas protokolu, habelə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpağın yerqurluşu layihəsindən çıxarış, torpağın təhvil-təslim sənədləri vəzifəli şəxslər tərəfindən saxtalaşdırılmışdır. Bununla bağlı Cinayət Məcəlləsini 313-cü maddəsi ilə cinayət işi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, cinayət araşdırması materialları ilə müqavilənin saxta olması sübuta yetirilmişdir.
7. Cavabdeh Şamaxı rayon X3rşı qarşılıqlı iddia ərizəsi verərək, 30 mart 2004-cü il tarixli icarə müqaviləsi əsasınd a icarəsində olan torpaq sahəsində inşa edilən qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon X4 sədri X1 14 ildən sonra 30 mart 2004-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qaldırdığı iddia ərizəsinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi, 150 ha mübahisəli torpaq sahəsindən 15 il müddətində fasiləsiz istifadə etdiyi üçün, icarəsinə verilmiş həmin 150 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Cavabdeh atası Gülüyev Fazil Gülü oğlu mübahisəli torpaq sahəsini heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 2000-ci ildə bəl ədiyyədən 15 il müddətinə icarəyə götürmüşdür. 2004-cü ilin əvvəllərində Birinci Çaylı kəndi üzrə icra nümayəndəsi təyin olunduğu üçün həmin ilin mart ayının 30-da torpağı bələdiyyəyə geri qaytarmış və həmin torpaq sahəsi onun oğlu Cavabdeh tərəfindən 30 il müddətinə icarəyə götürülmüşdür. Sonuncunun həmin vaxt 15 yaşı olsa da, heyvandarlıqla məşğul olmaq həvəsində olduğundan və valideynləri buna etiraz etmədiklərindən icarə müqaviləsi onunla bağlanmışdır. Hazırda müqavilənin bir nüsxəsinin bələdiyyənin arxiv sənədlərində aşkar edilməməsində vətəndaşın təqsiri yoxdur və bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmin vaxtdan torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Lakin bələdiyyə göstərilən torpaq sahəsini başqa şəxsə satdığından hər vasitə ilə Cavabdeh həmin t orpaqdan çıxarmaq istəyir. Belə ki, Cavabdeh xəbəri olmadan başqa bir şəxs mübahisəli torpaq sahəsində qanunuz olaraq tikililər inşa etmiş və bunu bələdiyyənin göstərişi və razılığı ilə etdiyini bildirmişdir. Həmçinin mübahisəli 150 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin sədri X2 tərəfindən Şamaxı rayon prokurorluğuna şikayət verilmişdir. Şamaxı rayon prokurorunun müavininin qəbul etdiyi 30 sentyabr 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Əzizbala Fətullayev əvvəllər, yəni 2008-2009-cu illərdə də bələdiyyənin sədri vəzifəsində işləmişdir və həmin 150 ha torpaq sahəsi ilə bağlı heç bir mübahisəsi olmamışdır. Eyni zamanda, həmin vəzifədə 2014-cü ildən bu günə kimi işləyir. Bələdiyyə iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Həmin 150 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı müqavilənin etibarsız hesab olunması barədə iddia qaldırması isə tam qanunsuz və əsassızdır, çünki iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür.
9. Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim E. Hümbətov) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, tərəflər arasında bağlandığı qeyd edilən 30 mart 2004-cü il tarixli icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq iddiaçının sahibliyinə qaytarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 150 ha torpaq sahəsinin icarəyə verilməsi barədə bağland ığı qeyd edilən 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi iddiaçının lazımınca vəkil etdiyi şəxs tərəfindən imzalanmayıb, həmin müqavilə sonuncunun iradəsini ifadə etmir. Həmçinin 16 yaşı tamam olmamış cavabdehin mülki hüquq fəaliyyət qabiliyyəti, o cümlədən torpaq icarə müqaviləsini bağlamaq qabiliyyəti əmələ gəlməyib. Eyni zamanda hazırki məsələ cinayət icraatı qaydasında araşdırılarkən torpaq sahəsinin icarəsinin saxta sənədlər əsasında iddiaçının iradəsindən kənar qaydada həyata keçirildiyi müəyyən edilib. İddiaçı sözügedən icarə müqaviləsinin etibarsız sayılmasına əsas verən halları istintaq orqanının “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 15 avqust 2017-ci il tarixli qərarının qəbul edilməsindən sonra bildiyindən, 11 iyul 2018-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməyib. Qarşılıqlı iddia ərizəsi də əsassızdır. Çünki cavabdehlə bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi bağlandığı andan etibarsız olmaqla, hüququ nəticələrə, o cümlədən cavabdehin həmin torpaq sahəsi üzərində hər hansı hüququnun yaranmasına səbəb olmayıb. Cavabdehin torpaq sahəsinə hər hansı hüququ yaranmadığından, orada aparılan tikinti işləri onun hüquqlarına toxunmur və həmin tikililər onun tələbinə əsasən sökülə bilməz. Odur ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.4, 337.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia rədd edilib, qalan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində qətnamə dəyişdirilmədən saxlanılıb.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi hazır ki mübahisəyə hüquqi qiymət verərkən iddia müddətinin tətbiqi ilə bağlı normaları düzgün tətbiq etməyib. Belə ki, iddia müddətinin axımının başlanması anı ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına uyğun deyil. Çünki işdə olan çoxsaylı ödəmə qəbzlərindən görünür ki, cavabdeh icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı 2006-2019-cu illər ərzində mütəmadi olaraq iddiaçının hesabına ödənişlər edib. Bu da onu təsdiq edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olub. Bu qənaət, işin faktiki halları ilə yanaşı, həmçinin mülki hüquq normalarının tələblərindən irəli gəlir. Tərəflər arasında bağlandığı qeyd edilən icarə müqaviləsinin iddiaçını lazımi qaydada təmsil edən şəxs tərəfindən imzalanmadığı qeyd edilsə də, iddiaçının cavabdehin icarəyə götü rdüyü torpaq sahəsinə dair ödənişləri qəbul etməsi icarə münasibətlərini faktiki olaraq bəyənməsi kimi qiymətləndirilməlidir. İşdə, bunun cavabdehin iradəsindən aşkar kənara çıxdığına dair sübut yoxdur. İddiaçının icarə müqaviləsinin saxta olması ilə bağlı məlumatsızlığına münasibətdə qeyd edilməlidir ki, əvvəla, işdə olan Şamaxı rayon Prokurorluğunun 30 sentyabr 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarına görə sənədin saxtalaşdırılmasında cavabdehin və onun atası Fazil Gülüyevin hər hansı formada iştirakları müəyyən edilmir. Mülki qanunvericiliyə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hazırki halda iddiaçı, sözügedən icarə münasibətləri barədə ən azınd an 2006-cı ildən xəbərdar olub, lakin iddia ilə məhkəməyə 2018-ci ildə müraciət etməklə iddia müddətini ötürüb və nəticədə həmin icarə müqaviləsi üzrə mübahisə etmək hüququnu itirib. Ona görə də ilk iddia rədd edilməlidir. Qarşılıqlı iddia da əsassızdır. Çünki, cavabdeh icarəsində olan torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Həmçinin mülki və torpaq qanunvericiliyində icarəsində olan torpaq sahəsindən şəxsin 15 ildən artıq istifadə etməsi həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə əsas vermir. Cavabdehin qarşılıqlı iddiada istinad etdiyi Mülki Məcəllənin 178.6-cı maddəsinə gəlincə isə, şəxs mülkiyyətçi kimi qeydə alınmasını o, vaxt tələb edə bilər ki, daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamış olsun. Bu norma hüquq yaradıcı əhəmiyyət kəsb etdiyi üçün daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə faktı Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən hüquqi fakt kimi müəyyən edilə bilər. Lakin, hazırki halda, istinad olunan normanın dispozisiya şərtləri cavabdehin tələbinə uyğun gəlmir. Bu baxımdan qarşılıqlı iddianı rədd etməklə birinci insiansiya məhkəməsi düzgün nəticəyə gəlib. 15.Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 178.6, 377.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı kasasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instans iyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(102)-1567/2021 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən - Şamaxı rayonu X4 Cavabdeh və digərlərinə qarşı “150 ha torpaq sahəsinə dair bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq sahibliyinə qaytarılması” barədə ilk iddiasının rədd olunması hissəsində ləğv edilmiş, mülki işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş çoxsaylı sübutlardan, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2017-ci il tarixli və 30 iyun 2017-ci il tarixli ekspert rəylərindən, habelə Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli Qərarından görünür ki, mübahisəli 150 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi, həmin torpaq sahəsinin ona təhvil verilməsinə dair 30 mart 2004-cü il tarixli akt, bələdiyyənin 30 mart 2004-cü il tarixli protokol-qərarı, habelə torpaq sahəsinə dair yer quruluşu layihəsindən çıxarış, bələdiyyə sədrinin 30 mart 2004-cü il tarixli, 03 sa ylı qərarı saxtadır, həmin sənədlərdə olan imzalar o, vaxt bələdiyyə sədri işləmiş Xanmusa Nağıyev tərəfindən imzalanmayıb və həmin sənədlər həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin inspektoru vəzifəsində işləmiş Fərid Nağdalıyev və həmin Şöbənin müdiri işləmiş Mehman Əfəndiyev tərəfindən saxtalaşdırılmışdır.
19. Bundan başqa, Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Fərid Nağdəliyev və Mehman Əfəndiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilib. Həmçinin, istintaq zamanı saxtalığı sübuta yetirildiyi üçün qeyd olunan sənədlər maddi sübut k imi tanınaraq cinayət işinin materiallarına əlavə edilib və Şamaxı rayonu, X5 izah edilib ki, icarə müqaviləsi bağlanarkən Cavabdeh mülki hüquq fəaliyyət qabiliyyət olmadığına, habelə sənədlər saxtalaşdırıldığına görə ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilər.
20. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair cavabdehlə bağlanmış icarə müqaviləsinin saxta olması, yəni həmin müqavilənin iddiaçının iradəsini ifadə etməməsi, bir sözlə sözügedən icarə müqaviləsinin əhəmiyyətsiz əqd olması faktları açıq-aşkar işin mübahisə olunmayan hallarıdır.
21. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinə dair cavabdehlə bağlanmış icarə müqaviləsinin saxta olmaqla bilavasit ə iddiaçının iradəsini və həmin iradənin ifadəsini əks etdirməməsinə, sonuncu tərəfindən torpaq sahəsinin cavabdehin icarəsinə verilməməsinə, bu barədə onlar arasında icarə müqaviləsinin bağlanmamasına, sözügedən icarə müqaviləsinin isə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına, bir sözlə həmin müqavilənin bağlandığı andan etibarsız olmasına əhəmiyyət vermədən, ilk iddianı rədd etməklə əslində bələdiyyənin səlahiyyətini mənimsəyərək torpaq sahəsini cavabdehə güzəştə getmiş və cavabdehin saxta sənədlər əsasında torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır.
22. Kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda mübahisələndirilən icarə müqaviləsi iddiaçının iradəsini ifadə etmədiyi üçün, cavabdehin həmin saxta müqaviləyə əsaslanaraq torpaq sahəsi nə görə 2006-2019-cu illər ərzində iddiaçının hesabına hər hansı ödənişlər etməsi, tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olması nəticəsinə gəlməyə əsas vermir. Çünki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla, o cümlədən icarə hüququ ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilməsi yalnız bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilə bilər.
23. Hazırki halda isə torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinə dair nə bələdiyyənin qərarı, nə də bələdiyyənin iradəsini ifadə edən icarə müqaviləsi yoxdur və ümumiyyətlə tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Sözügedən icarə müqaviləsi isə saxtadır.
24. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında əmələ gəlmiş hazırki mülki mübahisəyə h əm iddia müddətini tənzimləyən normaları, həm də kəsici müddəti tənzimləyən normaları tətbiq etməklə maddi hüquq normalarının tətbiqində də səhvə verib və iddia müddəti ilə kəsici müddətin fərqli anlayışlar olmasını nəzərə almayıb. 25.Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.
26. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutul ması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.
27. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Çünki kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsi z qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
28. Məlum olduğu kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ g əlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
29. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilm əlidir.
30. İşdən, qanuni qüvvəyə minmiş Şamaxı rayon məhkəməsinin 18 fevral 2018-ci il tarixli qətnaməsindən görünür ki, mübahisəli topraq sahəsinə dair cavabdehin atası Fazil Gülüyevlə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin müddəti 06 noyabr 2015-ci il tarixdə bitdiyinə və sair səbəblərə görə iddiaçı ona qarşı məhkəmədə “torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb olunması və torpaq sahəsinin boşaldılması” barədə iddia qaldırıb və məhkəmə araşdırması zamanı Faiz Gülüyev məhkəməyə oğlu Cavabdehlə 30 il müddətinə bağlanmış 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsinin surətini təqdim etdiyi üçün iddia rədd olunub. Bundan sonra iddiaçı həmin icarə müqaviləsinin qanunliyininin yoxlanılması üçün istintaq orqanına müraciət edib və Şamaxı Rayon Prokurorluğunun 15 avqust 2017-ci il tarixli Qərarı ilə sözügedən icarə müqaviləsinin saxta olduğu öz təsdiqini tapıb. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 11 iyul 2018-ci il tarixdə müraciət edib.
31. Mülki qanunvericilik kəsici müddətin mülki mübahisəyə tətbiq edilməsi üçün iki halın aydınlaşdıralmasını zəruri hesab edir: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda maraqlı şəxs əqdi hansı müddətdə mübahisələndirib. 32.Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, iddiaçının nə vaxtdan sözügedən icarə müqavilələrinin etibarsız sayılmasına əsas verən halları bilməsini və ya bilməli olmasını araşdırmadan, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə razılaşaraq ilk iddianın da əsass ız olması qənaətinə gəlmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 2(15)-2199/2021 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), F.Məmmədov və Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməyərək, Şamaxı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq X4 sahibliyinə qaytarılması barədə ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli 150 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi saxt a yollarla bağlandığından, ilkin iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi müddətin tətbiqi ilə bağlı cavabdehin dəlili ilə əlaqədar qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, ilkin iddiaçı 30 mart 2004- cü il tarixli, 03 saylı müqavilənin mövcud olmasını cavabdehin atası Fazil Gülüyev ilə ilkin iddiaçı arasında bağlanmış icarə müqaviləsinin müddəti bitdiyi üçün məhkəməyə müraciət etmiş, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və boşaldılması tələbinə Şamaxı Rayon Məhkəməsində baxılarkən məlum olduğundan, həmin müqavilənin qanuniliyinin yoxlanılması ilə bağlı istintaq orqanına müraciəti əsasında sözügedən müqavilənin saxta olduğu Şamaxı Rayon Prokurorluğunun 15 avqust 2017-ci il tarixli qərarı ilə öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddia tələbi ilə 11 iyul 2018-ci il tarixdə müraciət etmişdir
36. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddiaçıya 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsinin saxta olması məhz 2017-ci ilin 15 avqustunda məlum olduğundan, Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən sonuncu həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qarşılıqlı iddiaçının müddətin ötürülməsi ilə bağlı apellya siya şikayətində göstərdiyi dəlilini əsaslı hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14 il müddət ərzində iddiaçı hərəkətsizlik göstərmiş, mübahisəli torpaq sahəsi ilə bağlı tələb qaldırmamış, ona dəymiş ziyanın ödənilməsinə çalışmamış, mütəmadi olaraq buna cəhd göstərilməmiş, iddia müddəti qəsdən buraxılmış, kor-təbii olaraq əsassız iddia tələbinə və mülahizələrə əsaslanmış, iddia müddətini üzürsüz səbəbdən buraxmaqla və iddia tələbini qanunsuz və əsassız olaraq irəli sürməklə ilkin iddiaçı, cavabdehlərin hüquq və ədalət (bərabər mənafelərə, bərabər münasibətlərə) prinsiplərini və konstitusion hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sübutlar hərtərəfli və obyektiv araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
40. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
41. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülk i qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə
389. Mü qavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) o nun dəyərini pulla ödəməlidir. Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, mübahisəli 150 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi, həmin torpaq sahəsinin ona təhvil verilməsinə dair 30 mart 2004-cü il tarixli akt, bələdiyyənin 30 mart 2004-cü il tarixli protokol-qərarı, habelə torpaq sahəsinə dair yer quruluşu layihəsindən çıxarış, bələdiyyə sədrinin 30 mart 2004-cü il tarixli, 03 sa ylı qərarı saxtadır, həmin sənədlərdə olan imzalar o, vaxt bələdiyyə sədri işləmiş Xanmusa Nağıyev tərəfindən imzalanmayıb və həmin sənədlər həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsinin inspektoru vəzifəsində işləmiş Fərid Nağdalıyev və həmin Şöbənin müdiri işləmiş Mehman Əfəndiyev tərəfindən saxtalaşdırılmışdır. Daha sonra, Şamaxı Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli Qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Fərid Nağdəliyev və Mehman Əfəndiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli 150 ha torpaq sahəsinin Cav abdeh icarəsinə verilməsinə dair 30 mart 2004-cü il tarixli, 03 saylı icarə müqaviləsi saxta yollarla bağlandığından, ilkin iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
49. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.
50. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
51. İddia müddətinin tətbiqi ilə bağlı kassatorun dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə əsaslı cavab verilmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 2(15)-2199/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.