Məhkəmə qərarları › İş №2(103)-5658/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5658/2022

26.07.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5658/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 saylı qərardadından Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə vəsatət verərək, İddiaçı ilə onun torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 saylı qərardadı ilə (iş materiallarında həmin qərardad mövcud olmasa da, Elektron Məhkəmə Sistemində yerləşdirilmişdir) vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən şikayət verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən də cavabdehlər tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 saylı qərardadından Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilmiş, həmin qərardadın “qərara aldı” hissəsində “Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər” göstərilmiş olsa da, qanunvericiliyin tələbinə əsasən həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qərardadda şikayət verilməli olması göstərilsə belə, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığı üçün verilmiş şikayəti geri qaytarmalı olduğu halda, həmin şikayətə baxaraq təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 saylı qərardadından Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar