Məhkəmə qərarları › İş №2(102)-3919/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3919/2024

03.12.2024 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3919/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı iş üzrə QƏRARİ Kateqoriya: İcarə müqaviləsi, əqdin etibarsızlığı, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə “03” dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki pasportuna əsasən ünvan 1 ünvanı hüquq subyekti kimi İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri reyestrinə əsasən ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

3. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 7582,7 kv.metr torpaq sahəsi iddiaçının təsis etdiyi"xxxx" Kollektiv Müəssis əsi tərəfindən xx.xx.2004-cü ildə özəlləşdirilmiş, "xxxx" KM xx.xx.2020-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və hüquqi varislik müəyyən olunmamışdır. 4. xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Cavabdeh1 Bakı şəhəri, Çobanzadə küçəsi, 30c ünvanında yerləşən sahəsi 911 kv.m olan torpaq sahəsini 49 il müddətinə abadlıq və kiçik sahibkarlıq fəaliyyəti məqsədi ilə icarəyə vermişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsi ilə "xxxx" KM-nin ilk iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016- ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 "xxxx" KM-in mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı “xx.xx.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İd diaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bakı şəhəri, Çobanzadə küçəsində (keçmiş Studençeskaya küçəsi) inşa edilmiş Birləşmiş Qazanxana və İstilik şəbəkələri İdarəsinə xidmət etmək məqsədi ilə İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi yaradılmış, İdarəyə ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ayrılmış və sahə hasarlanmışdır. Sonradan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı dəyişdirilərək "xxxx" KM kimi dövlət qeydiy yatına alınmış, dövlət müəssisəsi olan həmin idarə 1992-ci ildə özəlləşdirilmiş, 2003-cü ildə isə ona xx.xx.2004-cü il tarixli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 300282 saylı şəhadətnamə verilmişdir. Qanuni nümayəndə (Əli qızı) əlil qardaşı Cavabdeh1 əlillik statusundan istifadə edərək "xxxx" KM-in hasar qonşuluğunda olan torpaq sahəsini zəbt etmişlər. Qanuni nümayəndə zəbt edilmiş torpaq sahəsinin Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar mühafizə zolağında yerləşdiyini bilirdi. "xxxx" KM qanuni əsaslarla ləğv edilmiş və onun bütün əmlakı, həmçinin ünvan 5 ünvanında yerləşən əmlak kompleksi iddiaçının xüsusi mülki yyətinə keçmişdir. Qanuni nümayəndə Bakı şəhər İcra Hakimiyyəti ilə yeni 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsi bağlamışdır. Torpaq sahəsi yalnız hərrac və müsabiqə yolu ilə icarəyə verilməli olduğu halda Bakı şəhər İcra Hakimiyyəti heç bir əsas olmadan, qanunsuz olaraq torpaq sahəsini müsabiqə və hərracdan kənar Cavabdeh1 icarəsinə vermişdir. xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinə keçən gecə Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsində yerləşən yüksək təzyiqli magistral su kəmərində qəza baş vermişdir. Qəzanın aradan qaldırılması üçün "xxxx" ASCnin əməkdaşları qazma işləri apararkən Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin sərhədi olan və Çobanzadə küçəsi boyu uzanan sökülmüş hasarın altından diametri 1200 mm olan digər magistral su kəməri aşkar ed ilmiş və qəzanın məhz həmin boruda baş verməsi müəyyən edilmişdir. Cavabdeh1 Nizami rayon İcra Şöbəsinə və qeyrilərinə qarşı sökülmüş hasarın yerində bərpa edilməsi və vurulmuş ziyanın ödənilməsinə dair iddiası üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində aprılmış məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekpertizası ilə bağlı 01 sentyabr 2015-ci il tarixli, 11046 saylı ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin ortasından 1400 mm-lik magistral su kəmərinin keçməsi və həmin ərazinin yüksək təzyiqli magistral su kəmərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 109 nömrəli qərar ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarınıır 6.1.2.1-ci bəndi ilə müəyyən edilmiş 10 metrlik mühafizə zonasınd a yerləşməsi bir daha tam təsdiq olunmuşdur.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)272/2022 nömrəli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsində xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv olunması və torpaq sahəsindən çıxarılmaya dair mübahisəyə 2(007)- 48/201 8 saylı mülki iş üzrə məhkəmədə baxılarkən artıq xx.xx.2018-ci il tarixdən İddiaçı "xxxx" KM-in 100 faiz paya malik olan yeganə təsisçisi olmuşdur. Həmin mülki iş üzrə mübahisə gedərkən xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin 2018-ci ilin aprel ayının 20də ləğv olunması ilə bağlı Qanuni nümayəndə tərəfindən bildiriş təqdim etməsi və buna görə də məhkəmədə sonuncu ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış mübahisəli icarə müqaviləsinə xitam verilməklə bu münasibətlərə son qoyulması qənaətinə (Qətnamə: 23-cü səhifə) gəlinmiş və ilk iddia tələbinə həmin hissədə xitam verilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, həmin iş üzrə məhkəmədə mübahisə gedən ərəfədə iddiaçı "xxxx" KM-in 100 faiz paya malik olan yeganə təsisçi olduğundan və hazırda əvvəllər müəssisəyə məxsus olan əmlak xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ var.

11. İddiaçı məhkəmədə hazırda mübahisələndirilən icarə müqaviləsinin mövcudluğundan 2018-ci ilin iyun ayında xəbərdar olmuş, bununla bağlı onun digər cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə edilmiş müraciətinə xx.xx.2021-ci il tarixdə sözügedən müqavilə üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İddiaçı tərəfindən Qanuni nümayəndə tərəfindən bu barədə bildirilənədək həmin müqavilənin mövcudluğundan xəbəri olmamış, bu barədə məlumat əldə etdiyi vaxtdan isə 1 il müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti artıq ona Bakı şəhər Səbail Rayon Məhkəməsinin Cavabdeh1 ilə icarə müqavilə sinin bağlanılmasına dair öhdəlik qoyulması barədə qətnamənin öz hüquqi qüvvəsini itirməsinə, bununla bağlı Cavabdeh1 iddiasının inzibati məhkəmə tərəfindən mümkünsüz hesab edilməsinə baxmayaraq, özü tərəfindən xx.xx.2018-ci il tarixdə ləğv edilmiş icarə müqaviləsi ləğv edildiyi gün həmin ərazi ilə bağlı məhkəmədə mübahisə olduğunu bilə-bilə yeni, hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli 1460 saylı müqaviləni bağlamışdır. Həmin müqavilənin bağlanılması əsası kimi isə Ali Məhkəmənin xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi ilə bağlı məhkəmə qətnaməsinin dönüşü barədə tələbin əsassız hesab olunması barədə xx.xx.2014-cü il tarixli 2(103)-4357/2014 saylı qərarı götürülmüşdür. Qeyd olunmalıdır ki, həmin qərarın tərəflər arasında mübahisəli sahə ilə bağlı yeni icarə müqavi ləsinin bağlanılması üçün əsas götürülməsi qanuna uyğun olmamışdır. Belə ki, hazırkı icarə müqaviləsinin bağlanılması üçün müraciət edən şəxsin ərizəsi olmalı, həmin sahədə su boruları yerləşən "xxxx" ASC-nin, torpaq sahəsindən istifadəyə və onların mühafizəsinə dövlət nəzaratini həyata keçirən müvafiq dövlət orqanlarının razılığı alınmalı, torpaq sahəsinin sərhədləri yerə (naturaya) keçirildikdən, onun sahəsi ölçüldükdən sonra torpağın icarəyə verilməsi barədə müqavilə bağlanıla bilərdi. Lakin qeyd olunan prosedur qaydalara əməl edilməmişdir.

13. Məhkəmə iddia tələbinin “Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş materiallar əsasında Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv.m. (əslində isə faktiki olaraq 598 kv.m.) torpaq sahəsi icarəyə verilərkən Cavabdeh1 "xxxx" KM-in mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsini zəbt edilməsi, bu fakt sübut kimi qiymətləndirilmiş "xxxx" KM-in mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşdüyünün müəyyən edilməsinə dair məhkəmə ekspertiza mərkəzinin xx.xx.2018-ci il tarixli 13907 saylı rəyi ilə də təsdiq edildiyindən, (2(007)-48/2018 saylı mülki iş üzrə qəbul edilmiş qətnamə (səhifə 20) iddiaçının mülkiyyət hüquqları pozulduğundan və mübahisələndirilən icarə müqaviləsi etibarsız hesab edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 354.1, 377.1, 337.1, 337.2, 560.1, 560.2 və 560.3.1-ci, Su Məcəlləs inin 83-cü, Mülki Prosessual Məcəllənin 77.3, 78.3, 81 və 89.3-cü maddələrinə, “Torpaq İcarəsi” haqqında Azərbaycan Respublikasının Qanununa, ”Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının” Qanununa, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2003-cü il tarixli 109 saylı qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunan iddianın əsası kimi istinad olunan hallar, dəlillər və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, eləcə də işin hallara dair sənədlər ləğv olunmuş "xxxx" KM-ə aid olmaqla yanaşı, həmin KM ilə onun arasında yaranmış hüquq münasibətlərini tənzimləyir. İddiaçı tərəfindən göstərilənlərə istinad edilməsi üçün onun KM-in hüquqi varisi olması zəruridir. Məhkəmə iddiaçının əldə etdiyi torpaq sahəsinin faktiki ölçülərini və onun hazırda istifadəsində olan torpaq sahəsinin faktiki ölçülərini ekspert və ya mütəxəssis rəyi ilə müəyyən etmədən, həmin torpaq sahələrinin hansı ölçüdə üst-üstə düşmələrini müəyyən etmədən yekun nəticəyə gəlmişdir.

17. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasının müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyətə malikdir. Məh kəmədə nümayəndənin israrlı tələbinə baxmayaraq Bakı şəhəri İcra Hakimiyyəti ilə digər cavabdehin qanuni nümayəndəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin iddiaçının hüquqlarına toxunmasının nədə ifadə olunması, bunun onun hansı hüququnu və necə pozması sualları nə iddiaçı tərəfindən, nə də məhkəmə qətnaməsində əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-272/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxar ılma tələbi”nə dair iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası əvvəla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı iş üzrə preyudisial hesab edərək nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, həmin iş üzrə iddia "xxxx" Kollektiv Müəssisəsi tərəfindən qaldırılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, X2 29 mart 2020-ci il tarixdə ləğv edilərək, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və hüquqi varislik müəyyən edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 59.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, "xxxx" Kollektiv Müəssisəsi ləğv edildiyindən, hüquq varisliyindən söhbət gedə bilməz və İddiaçı da onun hüquqi varisi hesab olunmur. Belə vəziyyətdə əvvəlki işlə hazırkı işdəki iddiaçıların fərqli olduğu müəyyən olunur ki, bu da preyudisiallığı istisna edir. Həmçinin sözügedən xx.xx.2018-ci il tarixli qətnamə icra edilmiş, xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi üzrə onun mülkiyyətində olan ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 0,758270 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, həmin torpaq sahəsinə hər hansı müdaxilə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə kollegiya tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2- 8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin sənəd üzrə 0,75827 ha olsa da, faktiki olaraq 0,7748 ha təşkil etdiyi, İddiaçı (**********76-12301 reyestr nömrəsi ilə) mülkiyyətində olan əmlak kompleksi kimi müəssisəsinin texniki pasportunda göstərilən preimetrik ölçülərə nəzərən isə sahənin 0,7811 ha təşkil etdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, aparılmış müqayisəli tədqiqatla İddiaçı adına tərtib olunmuş (xx.xx.2020-ci il tarixli **********76-12301 reyestr nömrəsi ilə) Texniki Pasportda qeyd olunan koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş Texniki Pasportun baş planında qeyd olunan perimetrik ölçülərə nəzərən torpaq sahəsinin koordinatları arasında fərq olduğu müəyyən edilmişdir.

21. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mübahisələndirilən hissəsində hər hansı müdaxilə aşkar edilmədiyi müəyyən edilmişdir. İddiaçının iddia etdiy inin əksinə olaraq ekspert rəyi ilə müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinə hər hansı müdaxilə yoxdur.

22. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Çobanzadə küçəsində piyada səkisinin kənarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan ərazidə yerləşir. Dəqiq koordinatlar məlum deyil. İddiaçı bildirmişdir ki, cavabdeh əvvəllər ona məxsus torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası nəticəsində daş hasar sökülərək həmin sahə ona qaytarılmışdır, hazırda cavabdeh tərəfindən onun torpaq sahəsinə müdaxilə yoxdur. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətin də olan torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. İddiaçı özü də müdaxilə olmadığını göstərmişdir.

23. İddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur.

24. İddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmadığı, hər hansı müdaxilə edilmədiyi müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir.

25. Həmçinin cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi iddiaçının hər hansı hüquqlarını pozmadığı, yəni həmin müqavilə nəticəsində iddiaçının torpaq sahəsinə müdaxilə olmadığı üçün, həmin müqavilənin etibarsız hesab o lunması barədə tələb də rədd olunmalıdır. Torpaq sahələri qonşu ərazilərdə yerləşsə də, birbirinə aidiyyəti yoxdur.

26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.3, 337.4 və 700.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 337.1, 337.2, 352-ci maddələrin tələbləri pozulmuşdur. Mübahisələndirilən icarə müqaviləsi üzrə icarəyə verilən torpaq sahəsi həyat əhəmiyyətli və yüksək təz yiqli magistral su kəmərlərinin sanitar-mühafizə zonasında yerləşir və icarə müqaviləsi bağlanarkən səlahiyyətli dövlət orqanı olan "xxxx" ASC-nin razılığı alınmayıb. Kassasiya şikayətində qeyd edilən həmin orqanın məktubundan da görünür ki, bu gün də səlahiyyətli dövlət orqanı mübahisələndirilən icarə müqaviləsinin qanunsuz olmasını təsdiq edir. İcarə müqaviləsi hazırlanaraq təsdiq edilərkən icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin cizgi-sxemi tərtib edilməyib və bu günə qədər mübahisələndirilən icarə müqaviləsi üzrə icarəyə verilən torpaq sahəsinin cizgisxemi və koordinatları mövcud deyil. Birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı məhkəmə dəfələrlə həm şifahi qaydada, həm də məhkəmə sorğusu vasitəsilə torpaq sahəsinin cizgi-sxeminin məhkəməyə təqdim ed ilməsini cavabdehlərdən tələb etsə də cavabdehlər müxtəlif bəhanələrlə cizgi-sxemi məhkəməyə təqdim etməkdən yayınıblar. Mübahisələndirilən icarə müqaviləsinin 1.3-cü bəndinə görə torpaq sahəsi abadlıq və kiçik sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ayrılıb. Lakin icarəçi Cavabdeh1 ruhi xəstəlik səbəbindən İ qrup əlil olması, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, vergi subyekti kimi qeydiyyatda olmaması açıq-aşkar göstərir ki, icarə münasibətinin icarə müqaviləsində nəzərdə tutulan məqsədlə icrası mümkün deyil. Cavabdeh1 qanuni nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdikləri “Geodeziya işləri” adlı sənəddə göstərilib: “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən torpaq sahəsi 911 kv.metr göstərilmişdir. Fakt olaraq Cavabdeh1 istifadəsində olan sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.metr təşkil edir. Artıq göstərilmiş 40 kv.metr torpaq sahəsi isə Cavabdeh1 hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir. Həmin cavabdeh tərəf “Geodeziya işləri” adlı sənədi məhkəməyə təqdim etməklə mübahisələndirilən icarə müqaviləsi üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq onun icarəsinə verilməsi faktını etiraf edib. Həmçinin həmin sənəddə üst-üstə düşən hissənin qırmızı rəngdə və iddiaçının xüsusi mülkiyyətində olan hissədə qeyd edilməsi, eləcə də “QONŞU” sözünün iddiaçının əmlakı olan hissədə qeyd edilməsi mübahisələndirilən icarə müqa viləsinin iddiaçının mülkiyyət hüququnu pozması və iddiaçının həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüququnun mövcudluğu faktını tam təsdiq edir. Apellyasiya instansiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmiş olsa da bu maddi hüquq normasının işə tətbiq edilib-edilməməli olması, bu maddəyə istinad etməsinin məqsədini hər hansı formada göstərməyib. Sadalananlardan görünür ki, BakıApelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-76/2024 saylı qətnaməsində qanunsuzluqlara yol vermişdir. Bununla apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuşdur. apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 ayrılmış torpaq sahəsinin koordinatlarının naturada yerə köçürülməsi barədə ekspert qarşısında sual qoysaydı və ekspert bu hissə ü zrə araşdırma aparmış olsaydı, iddiaçının iddiasının qanuni və əsaslı olması təsdiq ediləcəkdi. Bununla yanaşı, mübahisələndirilən icarə müqaviləsi bağlanarkən icarəyə verilən torpaq sahəsinin cizgi-sxemi iş materiallarında mövcud olmasa da, Cavabdeh1 qanuni nümayəndəsinin və vəkilinin məhkəməyə təqdim etdikləri və iş materiallarında olan “Geodeziya işləri” adlı sənəddə həmin torpaq sahəsinin koordinatları, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin hansı hissədə və nə qədər sahədə üst-üstə düşməsi tam aydın göstərilib. Bu sübut iş üzrə tikinti-texniki ekspertizanın təyin edilməsi zərurətini aradan qaldırsa da, nə məhkəmə bu sübuta münasibət bildirib, nə ekspert qarşısında sual qoyarkən bu sübuta istinadən Cavabdeh1 icarəsinə veri lmiş torpaq sahəsinin koordinatlarının yerə köçürülməsini tələb edib, nə də ekspert sual qoyulmasa da, iş üzrə əhəmiyyətli olan bu halı araşdırıb rəyində öz mülahizəsini qeyd edib. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə prosessual hüquq normalarının pozuntusuna yol verib və onları düzgün tətbiq etməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.3. Əhəmiyyətsiz əqd m əhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 33.Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

34. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 35.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 36.Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 37.Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ekspert rəyi və məhkəmə tərəfindən mübahisəli sahə yerində müayinə edilməklə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş Bakı şəhəri, Çobanzadə küçəsi, 30c ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi iddiaçının mülkiyyətində olan ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi ilə üst-üstə düşmür və cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə hər hansı müdaxilə yoxdur.

45. Mülki qanunvericiliyə əsasən üçüncü şəxslər tərəfindən tərəf olmadığı müqavilələrin etibarlılıq şərtlərinin mübahisələndirilməsinə o halda yol verilir ki, həmin müqavilənin bağlanması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

46. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin iddiaçının hüquq və mənafelərinə toxunduğu məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən iddiaçının həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur.

47. Kass asiya şikayətinin mübahisələndirilən icarə müqaviləsi üzrə icarəyə verilən torpaq sahəsinin yüksək təzyiqli magistral su kəmərlərinin sanitar-mühafizə zonasında yerləşməsi və icarə müqaviləsi bağlanarkən səlahiyyətli dövlət orqanı olan "xxxx" ASC-nin razılığının alınmaması barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 5.2-ci maddəsinə əsasən yalnız qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün iddia qaldırıla bilər. Hazırkı halda torpaq sahəsinin magistral su kəmərlərinin sanitar-mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin bağladığı müqaviləni mübahisələndirmək hüququ "xxxx" ASC-yə məxsus olduğundan və iddiaçının "xxxx" ASC-nin adından iddia qaldırmaq hüququ olmadığından bu dəlilə bağlı ap elyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmaması prosessual pozuntu hesab edilə bilməz.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyaspı belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar