Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-76/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı ("xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: icarə müqavilənin etibarsız hesab edilməsivə torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil4, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 nömrəli aylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 02 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməyə görə ünvan 1 ünvanında yerləşən 7582,7 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" KM-nin adına xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" KM-nin direktoru O.Əliyevə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" KM-nin torpaqlarının B.Çobanzadə küçəsi boyunca şəhərarası avtomobil yoluna bitişik olan hissəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla su kəmərinin mühafizə və sənaye zonalarını yaşayış massivindən ayıran sanitar-mühafizə zolağı kimi istehsal obyektlərinin yerləşdirilməsi, fəaliyyəti və istismarına lazımi şərait yaradılması məqsədilə nəzərdə tutulan ərazi olduğu, B.Çobanzadə küçəsinə paralel keçən Bakı Su Kəməri İstismar İdarəsinə məxsus (şəhərin şərq zonasını su ilə təchiz edən diametri 1200-1400 mm-lik) yeraltı magistral su kəmərlərinin üstündəki həmin mübahisəli sahədə fiziki şəxs Cavabdeh1 Nizami bələdiyyəsinin 26 sentyabr 2003-cü il tarixli 12 saylı qərarı ilə mülkiyyətinə 105 kv.metr və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 avqust 2010-cu iİ tarixli 0912 saylı icarə müqaviləsi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli qərarı ilə istifadəsinə 826,2 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən hasara alınaraq orada qanunvericilikdə nəzərdə tutulan norma və şərtlər gözlənilmədən özbaşına tikinti işləri aparıldığını, hansı ki, həmin ərazidən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla yalnız müəyyən edilmiş qaydada bostan və tərəvəz bitkilərinin becərilməsi üçün istifadə oluna biləcəyi bildirilmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-37/2013 saylı qətnaməsi ilə ilk iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 və onun qəyyumu Qanuni nümayəndə Əli qızı tərəfindən Bakı şəhərini içməli su ilə təhciz edən magistral su kəmərinin yanında və sanitar mühafizə zonasında, yəni, ünvan 13 ünvanında inşa edilmiş tikililərin, o cümlədən, ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evinin sökülməsi, göstərilən ərazidə magistral su kəmərinin sanitar mühafizə rejiminin təmin edilməsi, ilk iddia «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehə verilmiş reyestrdən çıxarışın və texniki pasportun tikilinin magistral su kəmərinin sanitar mühafizə rejimini pozan hissəsində etibarsız hesab edilməsi» hissəsində və Cavabdeh1 "xxxx" ASC-yə qarşı «törədilmiş hərəkətlərin qanunsuz hesab edilməklə qadağan edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair» qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühəndis-texniki ekpertizası ilə bağlı xx.xx.2015-ci il tarixli 11046 saylı ekspert rəyinə görə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən, icra işinin icraatı zamanı sökülmüş 38.5 metr hasar ilə 1400 mm-lik su kəməri arasında olan məsafənin bir tərəfdən 5.84 metr, digər tərəfindən isə 5.7 metr olduğu, 22 metr uzunluqda sökülmüş hasar ilə 1400 mm-lik su kəməri arasında olan məsafənin bir tərəfdən 9.25 metr, digər tərəfindən isə 9.2 metr olduğu, sökülmüş olan tikilinin isə həmin borunun üzərində yerləşdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-ci il tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının" 6., 6.1.2.1-ci bəndlərinə əsasən icra işinin icraatı zamanı sökülmüş (əvvəllər Cavabdeh1 qəyyumu Qanuni nümayəndə tərəfindən inşa edilmiş) tikililərin həmin ərazidən keçən 1400 mm- lik yeraltı su kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur.
5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-806/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KM-nin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddiaçıya məxsus ilkin torpaqayırma sənədi olan 4294 saylı pasportun təsdiqlənmiş surətinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi üzrə ididaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlandığın üçün ərizə təmin edilmiş, idida ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır.
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-635/2015 saylı, 15 yanvar 2015ci il tarixli qərarı ilə iddia tələbi Bakı şəhəri Nizami bələdiyyəsinin 26 sentyabr 2003cü il tarixli 12 saylı qərarının etibarsız hesab edilməsi hissəsində təmin edilmiş, Bakı şəhəri Nizami bələdiyyəsinin “vət. Cavabdeh1 mülkiyyətinə torpaq sahəsinin verilməsi haqqında” 26 sentyabr 2003-cü il tarixli 12 nömrəli qərarı etibarsız hesab edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs Cavabdeh1 qəyyumu Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-635/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-23/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə Əli qızı cavabdeh Bakı şəhər İcra Şöbəsinə qarşı üçüncü şəxslər "xxxx" KM və "xxxx" ASC cəlb edilməklə cavabdeh tərəfindən hasarın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və bunun nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-23/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı qüvvədə qalmışdır.
9. xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Cavabdeh1 adından Qanuni nümayəndə Bakı şəhəri, Çobanzadə küçəsi, 30c ünvanında yerləşən torpaq sahəsini 49 il müddətinə abadlıq və kiçik sahibkarlıq fəaliyyəti məqəsdi ilə verilmişdir.
10. X3 Reystrindən çıxarışa əsasən xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış "xxxx" KM-nin təsisçisi və nizamnamə kapitalında 100% maya olan İddiaçı olmuş və çıxarış xx.xx.2018-ci il tarixdə verilmişdir.
11. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qərardadı ilə vətəndaş Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Cəlal qızının xx.xx.2018-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Əli qızı arasında ünvan 4 ünvanda yerləşən 826,2 kv.m torpaq sahəsinə bağlanmış 0912 saylı xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının ünvan 5 ünvanda yaşayan fiziki şəxs Cavabdeh1 ünvanladığı xx.xx.2018ci il tarixli 7-183/10q saylı ləğvetməyə dair bildirişi nəzərə alınaraq, ilk iddiaçı "xxxx" Kollektiv Müəssisəsinin iddia tələbinin Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv.m (əslində isə faktiki olaraq 598 kv.m) torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə xitam verilməsi, ilk iddianın Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydinin ləğv edilməsi, həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması tələbinə, həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" Kollektiv müəssisəsinə verilmiş RX seriyalı ******* saylı «Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış»ın ləğv edilməsinə dair Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin qarşılıqlı iddialarına mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016- ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, Cavabdeh1 "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı «xx.xx.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd edilməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Texniki pasportuna əsasən ünvan 6 ünvanı hüquq subyekti kimi İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfəindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" KM xx.xx.2020-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və hüquqi varislik müəyyən olunmamışdır.
16. 07.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Buxar MMC tərəfindən qanunsuz olaraq hasar söküntüsü və yaxud torpaq sahəsinə olan mülkiyyət hüququnun pozulması halları müəyyən edilmədiyindən, həmin hasarın Qanuni nümayəndə torpaq sahəsinin nəzdində olmasına dair sənəd və çıxarışlar olmadığından materialda cinayət tərkibi yaradacaq digər səbəb və əsas müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi belə əsaslandırılmışdır ki, 1970-ci ildə Bakı şəhəri, Çobanzadə küçəsində (keçmiş Studençeskaya küçəsi) inşa edilmiş Birləşmiş Qazanxana və İstilik şəbəkələri İdarəsinə xidmət etmək məqsədi ilə İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi yaradılmış, idarəyə ünvan 7 ünvanında yerləşən torpaq sahəsi ayrılmış və sahə hasarlanmışdır. Sonradan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı dəyişdirilərək "xxxx" KM kimi dövlət qeydiyyatına alınmış, Dövlət müəssisəsi olan həmin idarə 1992-ci ildə özəlləşdirilmiş, 2003-cü ildə isə ona xx.xx.2004-cü il tarixli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 300282 saylı Şəhadətnamə verilmişdir. "xxxx" KM-nin əməkdaşını döydüyünə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2014cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilmiş Qanuni nümayəndə (Əli qızı) zamanın tələblərinə uyğun olaraq qardaşı Cavabdeh1 ruhi xəstə kimi tədim edərək 1998-ci ildə qanunsuz yolla əlillik statusu əldə etmişdir. Sonradan qardaşı Cavabdeh1 əlillik statusundan istifadə edərək "xxxx" KM-nin hasar qonşuluğunda olan torpaq sahəsini zəbt etmişlər. Qanuni nümayəndə zəbt edilmiş torpaq sahəsinin Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitarmühafizə zolağında yerləşdiyini bilirdi. Amma məkrli niyyəti olan Qanuni nümayəndə bu torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək üçün 2010-cu ildə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsinin magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşdiyindən onun mülkiyyətə və ya uzun müddətli istifadəyə verilməsinin qanunsuz olduğunu bildiyindən Qanuni nümayəndə müraciətinə cavab verməmişdir. Buna görə Qanuni nümayəndə məkrli niyyətinə çatmaq üçün məsələnin məhkəmə qaydasında həll edilməsi üçün Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən torpaq sahəsinin qəyyumluğunda olan əlil qardaşı Cavabdeh1 icarəyə verilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair Səbail Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(009)-2298/2010 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhz bu qətnamə qüvvəyə mindikdən sonra ünvan 8 ünvanında yerləşən 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsi bağlanarkən ayrılmış torpaq sahəsinin ilkin cizgi-sxemi mövcud olmamışdır. Torpaq sahəsinin cizgi-sxeminin və dönmə nöqtələrinin hazırlanması üçün Qanuni nümayəndə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər idarəsinə müraciət etmiş, Qanuni nümayəndə həmin idarədə olan əlaqələri vasitəsilə uzun müddətli məkrli planını həyata keçirmək üçün bilərəkdən icarəyə verilmiş 826.2 kv.m. torpaq sahəsinin 598 kv.m. hissəsinin faktiki zəbt etdiyi ərazi, 40 kv.m. "xxxx" KM-in ərazisi və 188,2 kv.m. isə ümumi istifadədə olan torpaq sahəsi ilə əhatə olunmasına nail olmuşdur. Yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında qanunsuz olaraq fərdi yaşayış evinin tikintisinə başladığı üçün Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən Qanuni nümayəndə və qardaşı Cavabdeh1 barəsində CM-in 222-1-ci maddəsi üzrə cinayət işi açılmışdır. Həmin cinayət işinin materiallarında olan ekspert rəylərindən onlara məlum olmuşdur ki, Cavabdeh1 icarəsinə verilən torpaq sahəsinin bir hissəsi "xxxx" KM-nin mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. 2016-cı ildə "xxxx" KM cavabdehlər Cavabdeh1, ünvan 9 ünvanında yerləşən 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia üzrə məhkəmə araşdırması zamanı keçirilən ekspertizaların rəyləri və başqa toplanmış sübutlar əsasında icarə müqaviləsi üzrə "xxxx" KM-in mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq Cavabdeh1 icarəsinə verildiyi sübut edildiyindən icarə müqaviləsinin məhkəmə qaydasında etibarsız sayılmasından və məsuliyyətdən yayınmaq məqsədi ilə Qanuni nümayəndə səyləri nəticəsində qeyrimüəyyən şəraitdə və qəfildən peyda olmuş Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun imzasıyla 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixli, 7-183/10g nömrəli “ünvan 10 ünvanında yaşayan, fiziki şəxs Cavabdeh1 İəğvetmə bildirişi məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənəddə qeyd edilmişdir: Vətəndaş Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Cəlal qızının 2018-ci il tarixli müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Əli qızı arasında ünvan 11 ünvanda yerləşən 826,2 kv.m. torpaq sahəsinə bağlanmış 0912 saylı, xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilir. Ləğvetməyə dair bildirişin mötəbərliyi kifayət qədər ciddi şübhə altında olsa da Bakı şəhəri Nizami Rayon Məhkəməsi 04 oktyabr 2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsi ilə "xxxx" KM-in iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 "xxxx" KM-in mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddia tələbinin icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qətnaməsində qeyd edilmişdir ki, mübahisələndirilən müqavilə ləğv edildiyindən və faktiki olaraq belə bir müqavilə qüvvədə olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Sonradan "xxxx" KM qanuni əsaslarla ləğv edilmiş və onun bütün əmlakı, həmçinin ünvan 12 ünvanında yerləşən əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra 1970-ci ildən inşa edilən əmlak kompleksində təhlükəli qəza vəziyyətində olan hissələrin, əsasən də hasarların təmir-bərpa işlərinə başlamış, lakin Qanuni nümayəndə təmir-bərpa işlərinin həyata keçirilməsinə maneə yaratmaq məqsədilə əsassız olaraq DİN-in “102 Xidməti” nə şikayətlər etməyə başlamışdır. İlk dəfə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X6 Həmidovanın şikayətinin tamamilə əsassız olması və mübahisəli torpaq sahəsinə dair heç bir hüququnun olmaması səbəbindən 24 yanvar 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Onlar yenidən işləri bərpa etdikdə Qanuni nümayəndə növbəti dəfə DİN-in “102 Xidməti’nə şikayət etmişdir. Şikayət üzrə araşdırma aparan Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Həsən Məmmədov eyni əsaslarla, yəni Qanuni nümayəndə şikayətinin tamamilə əsassız olması və onun ələ keçirmək istədiyi, qonşuluqlarında olan torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması səbəbindən 06 may 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Sonradan Qanuni nümayəndə həmin qərardan verdiyi şikayət əsasında Nizami Rayon Prokurorluğu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edib işi yenidən araşdırılması üçün Nizami RPİ-nin 24-cü PŞ-yə göndərilmişdir. İş üzrə aparılan yeni araşdırma zamanı onun, Qanuni nümayəndə və hüquqşünası Tural Hacıbəylinin iştirakı ilə yerində baxış keçirilərkən Qanuni nümayəndə mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olmaması mübahisəyə səbəb olmuş və bu zaman Qanuni nümayəndə həmin torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun imzaladığı yeni 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsini tanış olmaları üçün onlara təqdim etmişdir. Lakin sənədin surətini onlara və polisə təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 Həmidovanın şikayətinin tamamilə əsassız olması və onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması əsası ilə 07 avqust 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. O, 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin saxta olub-olmamasını müəyyən etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət etmiş, icarə müqaviləsinin maraqlarına toxunduğundan ləğv edilməsini və surətinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyevin 26 iyul 2021-ci il tarixli, B-104-091 nömrəli imtina məktubu verilmişdir. 2021-ci ilin sentyabr ayında Qanuni nümayəndə qəyyumluğunda olan Cavabdeh1 istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsində oğurluq hadisəsinin baş verdiyini iddia edərək növbəti dəfə DİN-in “102 Xidməti’nə şikayət etmişdir. Şikayət üzrə araşdırma aparılarkən Qanuni nümayəndə mübahisəli torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 qəyyumu Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsini təhqiqata təqdim edərək həmin torpaq sahəsinə dair əmlak hüquqlarının olmasını iddia etmişdir. xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin (qanuniliyi ciddi şübhələr yaradır. Çünki, xx.xx.2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov 7-183/10g nömrəli ləğvetmə bildirişi əsasında 20 avqust 2010cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləgv edib və həmin gün xx.xx.2018-ci il tarixli, 1460 nömrəli yeni icarə müqaviləsi bağlamışdır. Üstəlik bütün bu proseslər Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2018-ci il tarixli Sərəncamından bir gün əvvəl baş vermişdir. Bu cür hərəkətlər cinayət qanunvericiliyində vəzifə səlahiyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, sənədləri saxtalaşdırma, saxta sənədlərdən istifadə etmə və s. cinayət əməli kimi qiymətləndirilir və kifayət qədər ağır cəzalarla cəzalandırılır. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”-nın 3-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyətə və icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Göründüyü kimi qeyd edilən torpaq sahəsi yalnız hərrac və müsabiqə yolu ilə icarəyə verilməli olduğu halda Bakı şəhər İcra Hakimiyyəti heç bir əsas olmadan, qanunsuz olaraq torpaq sahəsini müsabiqə və hərracdan kənar Cavabdeh1 icarəsinə vermişdir. "xxxx" KM-in direktoru 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək Bakı şəhəri, Çobanzadə küçəsində yerləşən və əslində ümumi istifadədə olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilərək ərazinin hasarlanması, bununla da müəssisəyə yeganə giriş-çıxışı təşkil edən yolun bir hissəsinin zəbt edilməsi nəticəsində müəssisənin normal fəaliyyətinə ciddi problem yaradılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülməsi barədə müraciətinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov tərəfindən 01 may 2012-ci il tarixli 17- 3/348 saylı məktubla cavab verilmişdir. Cavabda bildirilib ki, qeyd edilən ərazi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan, ərazi su kəmərinin mühafizə və sənaye zonalarını yaşayış massivindən ayıran sanitar-mühafizə zolağı kimi istehsal obyektlərinin yerləşdirilməsi, fəaliyyəti və istismarına lazımi şərait yaradılması məqsədilə nəzərdə tutulduğundan, ərazidən şəhərin şərq zonasını su ilə təchiz edən diametri 1200-1400 mm-lik yeraltı magistral su kəmərləri keçdiyindən həmin ərazidən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla yalnız müəyyən edilmiş qaydada bostan və tərəvəz bitkilərinin becərilməsi üçün istifadə oluna bilər. Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Lakin, Bakı şəhər İcra Hakimiyyəti ayrıayrı vaxtlarda olmaqla iki dəfə qanunvericiliyin bu tələblərini pozaraq qeyd edilən torpaq sahəsini Cavabdeh1 icarəsinə vermişir. Bundan başqa, Nizami rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iddiası qismən, Cavabdeh1 və Qanuni nümayəndə Əli qızı (Əliyevna) tərəfindən Bakı şəhərini içməli su ilə təchiz edən magistral su kəmərlərinin yanında və sanitar mühafizə zonasında, yəni, ünvan 13 ünvanında inşa edilmiş tikililər, o cümlədən, ümumi sahəsi 105 kv.m. fərdi yaşayış evinin sökülməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nizami Rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi icraya yönəldilərək Nizami rayon İcra Şöbəsi tərəfindən 15 yanvar 2015-ci il tarixindən Cavabdeh1 və Qanuni nümayəndə Əli qızı (Əliyevna) tərəfindən ünvan 13 ünvanında həm 105 kv.m., həm də 826.2 kv.m. torpaq sahəsində inşa edilmiş bütün tikililər sökülərək qətnaməninin icrası təmin edilmişdir. Nizami Rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(007)-37/2013 saylı qətnaməsi icra edildikdən, magistral su kəmərlərinin sanitar mühafizəsində yerləşən tikililərin sökülməsindən sonra Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin yüngül konstruksiyadan hasarlanmasına icazə istəsə də bununla bağlı Nizami rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi öyrənilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi məsələyə müsbət rəy verməmiş, bildirmişdir ki, su kəmərinin mühafizə zolağını əhatə edən həmin torpaq sahəsinin yalnız abadlaşma məqsədi üçün istifadə olunması məqsədə uyğundur. Göründüyü kimi bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti mübahisəli torpaq sahəsini Cavabdeh1 uzun müddətli icarəsinə verir, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisinə razılıq verir, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi mübahisəli torpaq sahəsində sökülmüş hasarın yerində yüngül konstruksiyadan hasar çəkilməsini Cavabdeh1 qadağan edir, qarşılıqlı razılıq əsasında Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsinə dair bağlanmış xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləğv edir, başqa tərəfdən isə eyni tərəflər arasında, eyni torpaq sahəsinə dair eyni gündə yeni xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsi bağlanır. Bu faktlar bir daha təsdiq edir ki, magistral su kəmərlərinin mühafizə zonasında yerləşən mübahisəli torpaq sahəsinin hərrac və müsabiqədən kənar Cavabdeh1 uzun müddətli icarəsinə verilməsi ciddi qanun pozuntuları ilə müşayiət olunub. xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinə keçən gecə Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsində yerləşən yüksək təzyiqli magistral su kəmərində qəza baş vermişdir. Qəzanın aradan qaldırılması üçün "xxxx" ASC-nin əməkdaşları qazma işləri apararkən Cavabdeh1 icarəsinə verilmiş torpaq sahəsinin sərhədi olan və Çobanzadə küçəsi boyu uzanan sökülmüş hasarın altından diametri 1200 mm olan digər magistral su kəməri aşkar edilmiş və qəzanın məhz həmin boruda baş verməsi müəyyən edilmişdir. Cavabdeh1 Nizami rayon İcra Şöbəsinə və qeyrilərinə qarşı sökülmüş hasarın yerində bərpa edilməsi və vurulmuş ziyanın ödənilməsinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində aprılmış məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə mühəndistexniki ekpertizası ilə bağlı 01 sentyabr 2015-ci il tarixli, 11046 saylı ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin ortasından 1400 mm-lik magistral su kəmərinin keçməsi və həmin ərazinin yüksək təzyiqli magistral su kəmərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 109 nömrəli qərar ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarınıır 6.1.2.1-ci bəndi ilə müəyyən edilmiş 10 metrlik mühafizə zonasında yerləşməsi bir daha tam təsdiq olunmuşdur.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 nömrəli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbi təmin edilmiş, ünvan 14 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir.
20. Məhkəmə cavabdehlərin iddaçı İddiaçı hazırki iddianın məhkəmədə qaldırılmasında subyektiv hüququnun olmaması barədə etirazlarına münasibətdə qeyd etmişdir ki, İddiaçı "xxxx" KM-nin 100 faiz paya malki olan yeganə təsisçisi olmuş və bununla bağlı müvafiq çıxarış xx.xx.2018-ci il tarixdə verilmişdir. Daha sonra müəssisə ləğv edilmiş və "xxxx" KM-nin yerləşdiyi ünvan 1 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsində sübut kimi qiymətləndirilmiş məhkəmə ekspertizasının xx.xx.2018-ci il tarixli, 13907 saylı rəyinin nəticə hissəsinə əsasən "xxxx" KM-nin mülkiyyətində olan torpaq sahəsi müvafiq məhkəmə qərarları ilə özəlləşdirildiyindən Ayrıc aktının olmadığı, müəssisəyə məxsus iş materiallarında olan çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilərək "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşdüyü müəyyən edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsində hələ xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv olunması və torpaq sahəsindən çıxarılmaya dair mübahisəyə 2(007)- 48/2018 saylı mülki iş üzrə məhkəmədə baxılarkən artıq xx.xx.2018-ci il tarixdən İddiaçı "xxxx" KM-nin 100 faiz paya malik olan yeganə təsisçisi olmuşdur. Həmin mülki iş üzrə mübahisə gedərkən xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin 2018-ci ilin aprel ayının 20-də ləğv olunması ilə bağlı Qanuni nümayəndə tərəfindən bildiriş təqdim etməsi və buna görə də məhkəmədə sonuncu ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış mübahisəli icarə müqaviləsinə xitam verilməklə bu münasibətlərə son qoyulması qənaətinə (Qətnamə səh: 23-cü səh) gəlinmiş və ilkin iddia tələbinə həmin hissədə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin iş üzrə məhkəmədə mübahisə gedən ərəfədə iddiaçının "xxxx" KM-nin 100 faiz paya malik olan yeganə təsisçisi olması və hazırda əvvəllər müəssisəyə məxsus olan əmlakın xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olması, artıq qanuni qüvvəyə minmiş qeyd olunan məhkəmə qətnaməsi ilə Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi ilə bağlı dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçıya məxsus olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən 40 kv.m sahəsini zəbt etməklə müəssisənin mülkiyyət hüquqlarını pozmasının müəyyən olunması (Qətnamə səh: 21-ci səh), xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi ləğv olunan xx.xx.2018-ci il tarixində, yəni eyni gündə də Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında məhkəmədə mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin bağlanılmışdır. Qeyd olunan müqavilə iddiaçının hüquqlarına toxunduğundan, onun əmlak hüquqlarını həyata keçirməyə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) tərəfindən hüquq müafizə orqanlarına müxtəlif vaxtlarda müraciətlər edilməklə mane yaradıldığından bu hallar iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə bağlı subyektiv hüququnun mövcud olması qənaətinə gəlməyə əsas vermişdir.
22. Məhkəmə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə hazırda məhkəmədə mübahisələndirilən xx.xx.2018-ci il tarixli 1460 saylı icarə müqaviləsindən "xxxx" KM-nin tam xəbərdar olması, bütün məhkəmə mübahisələrinə son qoyularaq, bununla bağlı heç bir pretenziyasının olmaması və 40 kv.m. torpaq sahəsi ilə bağlı məsələnin də öz həllini tapması "xxxx" KM-nin direktoru və hazırda iddiaçının atası olan Oktay Əliyevin şəxsi imzası ilə Bakı şəhər Nizami rayon İcra şöbəsinə xx.xx.2021-ci il tarixdə müraciət olunması və işin icraatına xitam verilməsini şəxsən xahiş etməsi, buna görə də iddiaçının xx.xx.2021-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə bu barədə bilməsi və ya bilməli olması dəlilləri ilə bağlı bildirmişdir ki, iddiaçı tərəfindən hazırda məhkəmədə iddia qaldırması onun tərəfindən əmlak kompleksində təmir bərpa işləri aparılarkən Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzi Sisteminə iddiaçı tərəfindən onun bıçaqla hədələnməsini bildirməsi ilə bağlı müraciət etməsi, öz izahatında iddiaçının ona məxsus olan torpaq sahəsini zəbt etməsi və bununla bağlı iddiaçı tərəfindən verilmiş izahatda isə onların torpaqla bağlı mübahisələrinin olması, lakin şikayətçinin bununla bağlı hüquqlarının ləğv edilməsi, şikayətçinin onun təmir bərpa işləri apararkən gəlib işlərinə maneə yaratması bildirilmiş, əməldə cinayət tərkibi olmadığı üçün Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanov tərəfindən 24 yanvar 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Qanuni nümayəndə növbəti dəfə AR DİN-in “102” Xidməti Zəng Mərkəzi Sisteminə şikayət etdikdə şikayət üzrə araşdırma aparan Nizami RPİ-nin 24cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 Həmidovanın şikayətinin tamamilə əsassız olması və onun ələ keçirmək istədiyi, qonşuluqlarında olan torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması səbəbindən 06 may 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Qanuni nümayəndə həmin qərardan verdiyi şikayət əsasında Nizami Rayon Prokurorluğu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edib işi yenidən araşdırılması üçün Nizami RPİ-nin 24-cü PŞ-yə göndərmişdir. İş üzrə aparılan yeni araşdırma zamanı iddiaçının, Qanuni nümayəndə və hüquqşünası Tural Hacıbəylinin iştirakı ilə yerində baxış keçirilərkən Qanuni nümayəndə mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olmaması mübahisəyə səbəb olmuş və bu zaman Qanuni nümayəndə həmin torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun imzaladığı yeni 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsini təqdim etmiş, lakin müqavilənin surətini onlara və polisə təqdim etməkdən imtina etdiyindən Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 Həmidovanın şikayətinin tamamilə əsassız olması və onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən hər hansı sənədinin olmaması əsasıyla 07 avqust 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, daha sonra qərarı aldıqdan sonra İddiaçı xx.xx.2018-ci il tarixli müqavilədən xəbəri olmuşdur. İddiaçı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi İddiaçı öz hüququnun pozulduğunu, yəni məhkəmədə hazırda mübahisələndirilən icarə müqaviləsinin mövcudluğundan 2018-ci ilin iyun ayında xəbərdar olmuş bununla bağlı onun digər cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə edilmiş müraciətinə xx.xx.2021-ci il tarixdə sözügedən müqavilə üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Qanuni nümayəndə tərəfindən bu barədə bildirilənədək həmin müqavilənin mövcudluğundan xəbəri olmamışdır. Bu barədə məlumat əldə etdiyi vaxtdan isə 1 il müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında 2010-cu il üzrə icarə müqaviləsi ilə bağlı əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə qərardadında və ya qətnaməsində də 2018-ci ildə bağlanılmış müqavilənin olması barədə hər hansı bir müddəa əks olunmamış, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
23. Məhkəmə göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti artıq ona Bakı şəhər Səbail rayon Məhkəməsinin Cavabdeh1 ilə icarə müqaviləsinin bağlanılmasına dair öhdəlik qoyulmasına dair qətnamə öz hüquqi qüvvəsini itirməsinə, bununla bağlı Cavabdeh1 iddiasının inzibati məhkəmə tərəfindən mümkünsüz hesab edilməsinə baxmayaraq, özü tərəfindən xx.xx.2018-ci il tarixdə ləğv edilmiş icarə müqaviləsi ləğv edildiyi gün həmin ərazi ilə bağlı məhkəmədə mübahisə olduğunu bilə-bilə yeni, hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli 1460 saylı müqaviləni bağlamışdır. Həmin müqavilənin bağlanılması əsası kimi isə Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi ilə bağlı məhkəmə qətnaməsinin dönüşü barədə tələbin əsassız hesab olunması barədə xx.xx.2014-cü il tarixli 2(103)-4357/2014 saylı qərarı götürülmüşdür. Qeyd olunmalıdır ki, həmin qərarın tərəflər arasında mübahisəli sahə ilə bağlı yeni icarə müqaviləsinin bağlanılması üçün əsas götürülməsi qanuna uyğun olmamışdır. Belə ki, hazırki icarə müqaviləsinin bağalanılması üçün müraciət edən şəxsin ərizəsi olmalı, həmin sahədə su boruları yerləşən "xxxx" ASC-nin, torpaq sahəsinidən istifadəyə və onların mühafizəsinə dövlət nəzaratini həyata keçirən müvafiq dövlət orqanlarının razılığı alınmalı, torpaq sahəsinin sərhədləri yerə (naturaya) keçirildikdən, onun sahəsi ölçüldükdən sonra torpağın icarəyə verilməsi barədə müqavilə bağlanıla bilərdi. Lakin qeyd olunan prosedur qaydalara əməl edilməmişdir.
24. Məhkəmə iddia tələbinin “Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş materiallar əsasında Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən 826.2 kv.m. (əslində isə faktiki olaraq 598 kv.m.) torpaq sahəsinin icarəyə verilərkən Cavabdeh1 "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsini zəbt edilməsi, bu fakt sübut kimi qiymətləndirilmiş "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m-nin üstüstə düşdüyü müəyyən edilməsinə dair məhkəmə ekspertiza mərkəzinin xx.xx.2018-ci il tarixli 13907 saylı rəyi ilə də təsdiq edildiyindən, (2(007)-48/2018 saylı mülki iş üzrə qəbul edilmiş Qətnamə səh: 20) iddiaçının mülkiyyət hüquqları pozulduğundan və mübahisələndirilən icarə müqaviləsi etibarsız hesab edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 354.1, 377.1, 337.1, 337.2, 560.1, 560.2, 560.3.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu”na, Su Məcəlləsinin 83-cü maddəsiə, ”Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının” Qanununa, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2003-cü il tarixli 109 saylı qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"na, Mülki Prosessual Məcəllənin 77.3, 78.3, 81, 89.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
27. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunan iddianın əsası kimi istinad olunan hallar, dəlillər və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, eləcə də işin hallarına dair sənədlər ləğv olunmuş "xxxx" KM-nə aid olmaqla yanaşı, həmin KM ilə onun arasında yaranmış hüquq münasibətlərini tənzimləyir. İddiaçı tərəfindən göstərilənlərə istinad edilməsi üçün onun KM-nın hüquqi varisi olması zəruridir. Məhkəmə iddiaçının əldə etdiyi torpaq sahəsinin faktiki ölçülərini və onun hazırda istifadəsində olan torpaq sahəsinin faktiki ölçülərini ekspert və ya mütəxəssis rəyi ilə müəyyən etmədən, həmin torpaq sahələrinin hansı ölçüdə üst-üstə düşmələrini müəyyən etmədən yekun nəticəyə gəlmişdir.
28. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasının müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyətə malikdir. Məhkəmədə nümayəndənin israrlı tələbinə baxmayaraq Bakı şəhəri İcra Hakimiyyəti ilə digər cavabdehin qanuni nümayəndəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin iddiaçının hüquqlarına toxunduğunun nədə ifadə olunması, bunun onun hansı hüququnu və necə pozması sualları nə iddiaçı tərəfindən əsaslandırılmamış, nə də məhkəmə qətnaməsində əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
30. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
31. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).
34. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). 35.Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
43. Göründüyü kimi 1970-ci ildə Bakı şəhəri, Çobanzadə küçəsində (keçmiş Studençeskaya küçəsi) inşa edilmiş Birləşmiş Qazanxana və İstilik şəbəkələri İdarəsinə xidmət etmək məqsədilə İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi yaradılmış, İdarəyə ünvan 7 ünvanında yerləşən torpaq sahəsi ayrılmış və sahə hasarlanmışdır. Sonradan İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin adı dəyişdirilərək "xxxx" KM kimi dövlət qeydiyyatına alınmış, Dövlət müəssisəsi olan həmin idarə 1992-ci ildə özəlləşdirilmiş, 2003-cü ildə isə ona xx.xx.2004-cü il tarixli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 300282 saylı Şəhadətnamə verilmişdir.
44. Qanuni nümayəndə Bakı şəhəri, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən, lisenziya əsasında fəaliyyət göstərən İ.Ağayev tərəfindən tərtib olunmuş plan-sxemə əsasən mövcud vəziyyətdə faktiki istifadəsində olan 826.2 kv.m torpaq sahəsinin ona icarəyə verilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırmışdır. Səbail rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(009)-2298/2010 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhz bu qətnamə qüvvəyə mindikdən sonra ünvan 8 ünvanında yerləşən 826.2 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlamışdır.
45. "xxxx" Kollektiv Müəssisəsi həmin müqavilənin, müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə ilkin iddia ilə, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə isə "xxxx" Kollektiv Müəssisəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı «RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı «xx.xx.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» barədə qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişlər. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qərardadı ilə vətəndaş Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Cəlal qızının xx.xx.2018-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Əli qızı arasında ünvan 4 ünvanda yerləşən 826,2 kv.m torpaq sahəsinə bağlanmış 0912 saylı xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi qərara alınmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsilə isə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016- ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, Cavabdeh1 "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə və Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı «xx.xx.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə ekspertizasının xx.xx.2018-ci il tarixli, 13907 saylı rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq mütəxəssis rəyindən "xxxx" KM-nin mülkiyyətində olan torpaq sahəsi müvafiq məhkəmə qərarları ilə özəlləşdirildiyindən ayrıc aktının olmadığı müəyyən edilmişdir. Müəssisəyə məxsus iş materiallarında olan çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş, "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin 40 kv.m-nin üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Cəlal qızının xx.xx.2018-ci il tarixli müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 adından çıxış edən Qanuni nümayəndə Əli qızı arasında ünvan 4 ünvanda yerləşən 826,2 kv.m torpaq sahəsinə bağlanmış 0912 saylı xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının ünvan 15 ünvanda yaşayan fiziki şəxs Cavabdeh1 ünvanladığı xx.xx.2018-ci il tarixli, 7-183/10q saylı ləğvetməyə dair bildiriş verməsini, bunu həm Qanuni nümayəndə Cəlal qızı, həm də Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də təsdiq etmələrini və həmin hissə üzrə artıq mübahisə olmayaraq bu hissədə icraata xitam verilmişsir.
46. xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Cavabdeh1 adından Qanuni nümayəndə Bakı şəhəri, Çobanzadə küçəsi, 30c ünvanında yerləşən torpaq sahəsini 49 il müddətinə abadlıq və kiçik sahibkarlıq fəaliyyəti məqsədi ilə verilmişdir.
47. Hazırda iddiaçı onun hüquqlarını pozduğu üçün həmin müqavilənin etibarsız sayılması və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.
48. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə preyudisial hesab edərək nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, həmin iş üzrə iddia "xxxx" Kollektiv Müəssisəsi tərəfindən qaldırılmışdır.
49. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, X4 29 mart 2020-ci il tarixdə ləğv edilərək, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və hüquqi varislik müəyyən edilməmişdir.
50. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
51. Göründüyü kimi "xxxx" Kollektiv Müəssisəsi ləğv edildiyindən, hüquq varisliyindən söhbət gedə bilməz və İddiaçı da onun hüquqi varisi hesab olunmur.
52. Belə vəziyyətdə əvvəlki işlə hazırki işdəki iddiaçılar fərqli olduğu müəyyən olunur ki, bu ba da preyudisiallığı istisna edir.
53. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Texniki pasportundan görünür ki, ünvan 6 ünvanı hüquq subyekti kimi İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
54. Həmçinin sözügedən xx.xx.2018-ci il tarixli qətnamə icra edilmiş, “icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan "xxxx" Kollektiv Müəssisəsinin direktoru Oktay Əliyevin (iddiaçının atası) Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda icra sənədi tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.
55. İddiaçının hazırki tələbi üzrə onun mülkiyyətində olan ünvan 1 8-ci km qəsəbəsində yerləşən 0,758270 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, həmin torpaq sahəsinə hər hansı müdaxilə olub-olmaması müəyyən edilməsi məqsədi ilə Kollegiya tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsi sənəd üzrə 0,75827 ha olsa da, faktiki olaraq 0,7748 ha təşkil etdiyi, İddiaçı (**********76-12301 reyestr nömrəsi ilə) mülkiyyətində olan əmlak kompleksi kimi müəssisəsinin texniki pasportunda göstərilən preimetrik ölçülərə nəzərən isə sahə 0,7811 ha təşkil etdiyi müəyyən edilmişdir.
56. Ekspert tərəfindən qeyd olunmuşdur ki, aparılmış müqayisəli tədquqatla İddiaçı adına tərtib olunmuş (xx.xx.2020-ci il tarixli **********76-12301 reyestr nömrəsi ilə) Texniki Pasportda qeyd olunan koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş Texniki Pasportun baş planında qeyd olunan perimetrik ölçülərə nəzərən torpaq sahəsinin koordinatları arasında fərd olduğu müəyyən edilmişdir.
57. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mübahisələndirilən hissəsində hər hansı müdaxilə aşkar edilmədiyi müəyyən edilmişdir.
58. İddiaçının iddia etdiyinin əksinə olaraq ekspert rəyi ilə müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinə hər hansı müdaxilə yoxdur.
59. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Çobanzadə küçəsində piyada səkisinin kənarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan ərazidə yerləşir. Dəqiq koordinatlar məlum deyil. İddiaçı bildirdi ki, cavabdeh əvvəllər ona məxsus torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, lakin Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası nəticəsində daş hasar sökülərək həmin sahə ona qaytarılmışdır, hazırda cavabdeh tərəfindən onun torpaq sahəsinə müdaxilə yoxdur.
60. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. İddiaçı özü də müdaxilə olmadığını göstərmişdir.
61. Lakin iddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməli olduğu bildirsə də, Kollegiya qeyd edir ki, iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur.
62. Beləliklə iddiaçının iddia etdiyi hallar təkzib olunmuş, ona məxsus torpaq sahəsinin zəbt olunmadığı, hər hansı müdaxilə edilmədiyi müəyyən edilmişdir, ona görə də iddiaçının əsassız tələbi rədd edilməlidir.
63. Həmçinin cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi iddiaçının hər hansı hüquqlarını pozmadığı, yəni həmin müqavilə nəticəsində iddiaçının torpaq sahəsinə müdaxilə olmadığı üçün, həmin müqavilənin etibarsız hesab olunması barədə tələb də rədd olunmalıdır. Torpaq sahələri qonşu ərazilərdə yerləşsə də, bir-birinə aidiyyəti yoxdur.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-272/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” iddiası rəd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.