Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4429/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı “icarə müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)3503/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə İddiaçı1, 2/3 hissədə İddiaçı2 mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyriyaşayış sahəsinin yerləşdiyi 0,03061 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, iddiaçıların istifadəsinə verilmişdir. 2. 11 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 306,1 kv.m torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİ dməti tərəfindən İddiaçı1 və İddiaçı2 icarəsinə verilməsi barədə müqavilə bağlanmşdır. Həmin müqaviləni İddiaçı1 və İddiaçı2 adından X4 imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların iştirakı olmadan cavabdehin rəsmiləşdirdiyi 11 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 306,1 kv.metr torpaq sahəsinə dair 708 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddia onunla əsa slandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 may 1994cü il tarixli, 801 nömrəli Sərəncamı ilə onlara ünvan 3 ünvanda torpaq sahəsi ayrılmışdır. Xüsusi mülkiyyətlərində olan əmlakın yerləşdiyi 306,1 kv.metr torpaq sahəsi, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş Torpaq Məcəlləsinə əsasən İcra Hakimiyyətinin Sərəncamına uyğun olaraq daimi istifadələrinə ayrılmışdır. Qeyri-yaşayış sahəsinin altındakı 306,1 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi üçün hansı məbləğdə pul vəsaitin ödənilməli olmasını öyrənmək məqsədilə 2021-ci ilin avqust ayında Dövlət orqanına müraciətlər edilmiş, 11 avqust 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nümayəndə ilə İddiaçı2 və İddiaçı1 arasında 708 nömrəli “icarə müqaviləsi” rəsmiləşdirilmişdir. Lakin qeyd olun an müqavilədəki imzalar iddiaçılara məxsus olmadığından qanunsuzdur.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2(011)-572/2022 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 11 avqust 2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istina d edərək hesab etmişdir ki, qeyri-yaşayış sahəsinə dair 11 avqust 2021-ci il tarixli müqavilə əhəmiyyətsiz əqdir, əqdin əhəmiyyətsiziliyini doğuran hal isə müqavilə bağlanarkən X2 əqdi imzalamağa səlahiyyətinin olmamasıdır.
7. Belə ki, iş materiallarında olan 11 avqust 2021-ci il tarixli, 708 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin son bölməsində icarəçi qismində iddiaçıların adları qeyd olunsa da, Kərim Səfərov tərəfindən imzalanmışdır. Bu həm də işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi də işin həmin halını etiraf edərək, etibarnaməni təqdim etmədən Kərim Səfərovun sözügedən müqaviləni imzaladığını məhkəmə baxı şı zamanı bildirmişdir. Cavabdehin nümayəndəsi bunu onunla izah etmişdir ki, Kərim Səfərovun iddiaçılar tərəfindən ona etibarnamə verildiyini bildirdiyi üçün və sərt pandemiya şəraiti ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər mövcud olduğu üçün müqavilənin iddiaçıların adından onun tərəfindən imzalanmışdır. Sonradan belə bir etibarnamənin mövcud olmaması müəyyən olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2022ci il tarixli, e-2(011)-572/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2022-ci i l tarixli, 2(103)3503/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2(011)-572/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmış və apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, 11 avqust 2021-ci il tarixli icarə müqaviləsi bağlanılarkən X1 olmaması cavabdehə məlum olmuş, bununla belə müqavilə səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmışdır. Bu isə əqdlərin etibarlılığı üçün mülki qanunvericilikdə müəyyən edilmiş qaydalara zidd olmuşdur. Apellyasiya şkayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-3503/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi d övlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndi, Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsi, Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1-ci maddələri pozulmuşdur. Belə ki, fiziki və ya hüquqi şəxslərə məxsus müəssisə və ya obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya məqsədləri üçün yalnız icarə müqaviləsi əsasında istifadə edilə bilər və belə torpaq sahələrini icarəyə vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, 11 avqust 2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bağlanarkən Kərim Səfərovun səlahiyyətli olmaması cavabdehə məlum olmuş, bununla belə müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Halbuki, məhkəmə kollegiyası bu barə də gəldiyi nəticəni əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası nəzərə almamışdır ki, bu işdə təqsirkar Əmlak Məsələləri Dövlət Xidməti deyil, iddiaçılar olmuşdur. Beləliklə, iddiaçılardan birinin atası olmuş X4 iddiaçıların adından Xidmətə gəlmiş, özünü onların nümayəndəsi kimi təqdim etmiş və onların adından icarə müqaviləsini imzalamışdır.
13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. İddiaçılar İddiaçı2 və İddiaçı1 birgə, həmçinin üçüncü şəxs X4 ayrıca olaraq kassasiya şikayətinə qarşı etirazlar verərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
15. Hər iki etiraz onunla əsaslandırılmışdır ki, apellya siya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, kassasiya şikayəti formal mülahizə əsasında yazılmışdır. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayə t edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən ə qd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəf lərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razıdır.
22. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərar).
23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə mübahisələndirilən müqaviləni icarəçilərin adından imzalayan şəxsin buna səlahiyyəti olmaması işin mübahisəsiz halıdır. Odur ki, müqavilə tərəflərinin müqavilənin bağlanmasında iştirakları və onun bağlanmasına iradələrinin olmaması müəyyən edildiyindən müqavilənin etibarsız əqd olmasından ibarət apellyasiya məhkəməsinin mövqeyi qanuni olmuşdur.
24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, fiziki və ya hüquqi şəxslərə məxsus müəssisə və ya obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya məqsədləri üçün yalnız icarə müqaviləsi əsasında istifadəyə verilməsi qanunvericiliyin tələbi olsa da, bu müqavilə etibarlı olmalıdır. Etibarsız müqavilənin tərtib edilməsi qanunvericiliyin məqsədlərinə xidmət etmir.
25. Kassasiya şikayətinin işin hallarının tam nəzərə alınmamasına (iddiaçılardan birinin atası olmuş X4 iddiaçıların adından Xidmətə gəlməsi, özünü onların nümayəndəsi kimi təqdim etməsi və onların adından icarə müqaviləsini imzalaması) dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
26. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qə tnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-3503/2022 nömr əli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.