Məhkəmə qərarları › İş №2(107)-1095/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1095/2022

17.11.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1095/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala Rayon Mosul Bələdiyyəsi və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli “İcarə müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala Rayon Mosul bələdiyyəsi və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd ediməsi 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və vəkili Vəkil1 apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2(107)- 309/2022 nömrəli qətnaməsi ilə İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və vəkili Vəkil1 kassasiya şikаyəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respubliaksı Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3534/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2(107)-309/2022 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh nümayəndəsi X2, həmçinin məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon Mosul Bələdiyyəsinin sədri Elçin Alasıyev də daxil olmaqla imzaladıqları barışıq sazişi ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişində aşağıdakı şərtlər göstərilmişdir:

1. İddiaçı, cavabdehin nümayəndəsi X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon Mosul Bələdiyyəsi aralarında olan razılaşmaya əsasən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1095/2022 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar.

2. İddiaçı cavabdeh ilə aralarında olan 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsinin müddətini (müqavilədə müddət xx.xx.2019-xx.xx.2029 nəzərdə tutulmuşdur) 3 il artıraraq yəni xx.xx.2032-ci il tarixinədək uzadılmasına dair yeni müqavilə bağlanmasını öhdəsinə götürür.

3. İddiaçı və cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində (xx.xx.2019-xx.xx.2029) icarə haqlarının qiymətlərində artırılma və azalma olduğu təqdirdə tərəflər mövcud vəziyyətə uyğun olaraq rəsmi qurum tərəfindən tənzimlənmiş qiymətlərə münasib olaraq icarə haqqlarına yenidən baxacaqları barədə razılıq əldə edirlər.

4. Cavabdeh 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsində göstərilmiş 393 (üç yüz doxsan üç) manat icarə haqqını hər il aprel ayının 01-10 tarixlər arasında iddiaçının "xxxx" ASC-nin Zaqatala filialında açılmış bank hesabına ödənilməsini öhdəsinə götürür.

5. İddiaçı və cavabdeh 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsinin müddətini 3 illik artırmaqla bağlı razılaşmaya əsasən uzadılmış müddət ərzində icarə haqqını həmin vaxtı mövcud vəziyyətə, rəsmi qrum tərəfindən tənzimlənən qiymətlərə və 1 ha torpaq sahəsi üçün həmin ərazidə olan icarə haqqlarına münasib olaraq tənzimləyəcəkləri barədə razılığa gəlirlər.

6. Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdığı vaxtı (3 illik uzadılmış müddətin sonu) subicarəyə götürdüyü torpaqdan hər hansı şərt və ya tələb irəli sürmədən torpaq sahəsindən çıxmağı, torpaq sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürür.

7. Cavabdeh torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, müqavilənin müddəti başa çatdığı vaxt (2032-ci il) torpaq sahəsini iddiaçıya təhvil verməyi və torpaq sahəsini təhvil verən zaman torpaq sahəsinin istifadəsində olduğu müddət ərzində torpaq sahəsinə çəkilmiş xərc ilıə bağlı hər hansı bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür.

8. İddiaçıya və cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin, o cümlədən həmin məcəllənin 261.0.2-ci və 261.0.5-ci maddələrinin tələbləri aydındır. Barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə, barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala Rayon Mosul Bələdiyyəsi və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı, cavabdehin nümayəndəsi X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon Mosul Bələdiyyəsi aralarında olan razılaşmaya əsasən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1095/2022 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar.

2. İddiaçı cavabdeh ilə aralarında olan 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsinin müddətini (müqavilədə müddət xx.xx.2019-xx.xx.2029 nəzərdə tutulmuşdur) 3 il artıraraq yəni xx.xx.2032-ci il tarixinədək uzadılmasına dair yeni müqavilə bağlanmasını öhdəsinə götürür.

3. İddiaçı və cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində (xx.xx.2019-xx.xx.2029) icarə haqlarının qiymətlərində artırılma və azalma olduğu təqdirdə tərəflər mövcud vəziyyətə uyğun olaraq rəsmi qurum tərəfindən tənzimlənmiş qiymətlərə münasib olaraq icarə haqqlarına yenidən baxacaqları barədə razılıq əldə edirlər.

4. Cavabdeh 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsində göstərilmiş 393 (üç yüz doxsan üç) manat icarə haqqını hər il aprel ayının 01-10 tarixlər arasında iddiaçının "xxxx" ASC-nin Zaqatala filialında açılmış bank hesabına ödənilməsini öhdəsinə götürür.

5. İddiaçı və cavabdeh 01 aprel 2019-cu il tarixli, 3M-114 reyestr nömrəli İcarə müqaviləsinin müddətini 3 illik artırmaqla bağlı razılaşmaya əsasən uzadılmış müddət ərzində icarə haqqını həmin vaxtı mövcud vəziyyətə, rəsmi qrum tərəfindən tənzimlənən qiymətlərə və 1 ha torpaq sahəsi üçün həmin ərazidə olan icarə haqqlarına münasib olaraq tənzimləyəcəkləri barədə razılığa gəlirlər.

6. Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdığı vaxtı (3 illik uzadılmış müddətin sonu) subicarəyə götürdüyü torpaqdan hər hansı şərt və ya tələb irəli sürmədən torpaq sahəsindən çıxmağı, torpaq sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürür.

7. Cavabdeh torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, müqavilənin müddəti başa çatdığı vaxt (2032-ci il) torpaq sahəsini iddiaçıya təhvil verməyi və torpaq sahəsini təhvil verən zaman torpaq sahəsinin istifadəsində olduğu müddət ərzində torpaq sahəsinə çəkilmiş xərc ilıə bağlı hər hansı bir tələbi və iddiası olmayacağını öhdəsinə götürür.

8. İddiaçıya və cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin, o cümlədən həmin məcəllənin 261.0.2-ci və 261.0.5-ci maddələrinin tələbləri aydındır. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(033)-766/2021 nömrəli qətnaməsi ləğv edilərək icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar