Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1539/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı1 Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1539/22 (Açar sözlər: pul tələbi, ipoteka predmetinə tutma yönəldilməsi, sübut etmə yükü, iddia müddəti) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" MMC-yə və Cavabdeh6 qarşı “kredit müqa viləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2870/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı1 kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Texnikabank" ASC ilə Cavabdeh1 arasında 29 may 2009-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya mənzil alınması məqsədi ilə illik 16 faizlə 12 ay müddətində 100000 manat kredit verilib. 2. “Texnikabank" ASC ilə Cavabdeh1 arasında 30 iyun 2009-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya mənzil alınması məqsədi ilə illik 16 faizlə 12 ay müddətində 85000 manat kredit veri lib. 3. “Texnikabank" ASC ilə Cavabdeh2 arasında 29 dekabr 2010-cu il tarixində bağlanmış kredit müqaviləsinə sonuncuya torpaq sahəsinin alınması məqsədi ilə illik 14 faizlə 12 ay müddətində 216.000 manat kredit verilib. 4. “Texnikabank" ASC ilə Cavabdeh3 arasında 10 yanvar 2011-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya mənzil alınması məqsədi ilə illik 14 faizlə 12 ay müddətinə 120.000 manat kredit verilib.
5. İddiaçı2 ASC ilə Cavabdeh3 arasında 14 iyun 2011-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya mənzilin təmir olunması məqsədi ilə illik 12 faizlə 12 ay müddətinə 20.000 manat kredit verilib. 6. “Texnikabank" ASC ilə Cavabdeh4 arasında 28 dekabr 2010-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən mənzilin təmir olunması məqsədi ilə sonunsu ya illik 15 faizlə 6 ay müddətinə 110.000 manat məbləğində kredit verilib. 7. "xxxx" ASC ilə Cavabdeh4 arasında 28 oktyabr 2010-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən yaşayış sahəsinin alınması məqsədi ilə sonuncuya illik 14 faizlə 12 ay müddətinə 61.000 manat kredit verilib. 8. "xxxx" ASC ilə "xxxx" MMC arasında 03 dekabr 2010-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən mal-materialların alınması məqsədi ilə sonuncuya illik 14 faizlə 12 ay müddətinə 308.600 manat məbləğində kredit verilib.
9. Yuxarıda qeyd edilən kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi üçün 28 yanvar 2011-ci il tarixli, FP/Q-011-011 saylı ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şaqan qəsəbəsi, H.Pənahov küçəsində istifad ədə olan 0,06195 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307.4 kv.m yaşayış, 538.7 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi “Texnikabank" ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilədə əmlakın qiyməti 1.500.000 manat müəyyən edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı1 Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 29 may 2009-cu il tarixli kredit müqaviləsi üzrə 99.000 manat, 22 fevral 2011ci il tarixli kredit müqaviləsi üzrə 84.000 manat əsas borcların, Cavabdeh2 29 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 117.911,21 manat əsas, 19.552 manat faiz borcu olmaqla, cəmi 137.463,21 manat borcun, Cavabdeh3 10 yanvar 2011-ci il tarixli kredit müqaviləsi üzrə 12.560 manat, 14 iyun 2011-ci il tarix li kredit müqaviləsi üzrə 2.061 manat faiz borclarının, Cavabdeh4 28 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 109.000 manat əsas borcun, 28 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 60.000 manat əsas, 8.450 manat faiz olmaqla cəmi 68.540 manat borcun, cavabdeh "xxxx" MMC-dən 03 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 279.377 manat əsas, 2.865,26 manat faiz borcu olmaqla, cəmi 282.242,26 manat borcun tutulması, qeyd edilən kredit müqavilələri üzrə tutmanın mülkiyyət hüququ üzrə X3 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində istifadədə olan 0,06195 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307,4 kv.m. yaşayış, 538,7 kv.m. köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış q iymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, tələb yönəldilən fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlərə kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, habelə bildirişlər göndərilmiş, buna baxmayaraq, cavabdehlər bu günə qədər kredit borclarını ödəməyiblər.
12. Tələbdə göstərilən borc məbləği 13 oktyabr 2017-ci il tarixinə hesablanıb.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 319, 385.1, 386.1, 442, 462.1 və “İpoteka haqqında” Qanunun 39.1-ci maddələrinə istinad etmişdir.
14. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh6 qarşı tələbin irəli sürülməsinə baxmayaraq, onu texniki səhv nəticəsində iddia üzrə cavabdeh qismində cəlb etmədiklərini, buna görə də, Cavabdeh6 hazırki mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
15. İddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsi 29 yanvar 2018-ci il tarixli qərardadla qiymətləndirilmə ekspertizası təyin etmiş, qiymətləndirməni "xxxx" MMCyə həvaləetmişdir. 16. "xxxx" MMC-nin 27.04.2018-ci il tarixli, LP-041/18 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 nömrəli fərdi yaşayış evinin 12 mart 2018-ci il tarixinə likvid dəyəri 1.780.000 manatdır.
15. Cavabdehlər Cavabdeh1, Red-Fund MMC-nin nümayəndələri və Cavabdeh4 onlar tərəfindən 2015-ci ildə edilmiş ödənişlərin qəbzlərinin məhkəməyə təqdim edilməsi barədə vəsatət vermiş və bunu onunla əsaslandırmışlar ki həmin tarixlərdə onlar ödəniş etməyiblər.
16. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Red-Fund MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişlər.
17. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdeh maddi vəziyyətinin pisləşməsi səbəbindən kreditin ödənilməsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra edə bilməmişdir. Nəticədə Banka borcu yaranmışdır. Lakin onun borcu iddia üzrə tələb edilən məbləğdə deyil, daha azdır. Belə ki, 22.02.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən 10.000 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, bu ödəniş nəzərə alınmamışdır. Aparıl mış bütün ödənişləri nəzərə alınmaqla Cavabdeh2 münasibətdə ədalətli qətnamə qəbul edilməlidir.
18. Cavabdeh3 nümayəndəsi və vəkili iddiaya etiraz edib. Etirazın dəlilləri: - Cavabdeh3 10 yanvar 2011-ci il tarixli Təminatsız kredit müqaviləsinə əsasən 12 ay müddətinə 120.000 manat, 14 iyun 2011-ci il tarixli Təminatsız kredit müqaviləsinə əsasən isə 12 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir; - Cavabdeh3 kredit müqavilələri üzrə göstərilən məbləğdə krediti qəbul etmiş və 10.01.2011-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 05.07.2013-cü il tarixdə 11.047,37 manat məbləğində, 14.06.2011-ci il tarixli kredit müqaviləsi üzrə isə sonuncu dəfə 27.03.2013-cü il tarixdə 20.000 manat məbləğində ödəniş etmişdir; - Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 10.01.2011-ci il tarixli kr edit müqaviləsi üzrə müddətin axımı sonuncu ödəniş, yəni 05.07.2013-cü il tarixdə başlamış və 05.07.2016-cı il tarixdə bitmişdir. 14.06.2011-ci il tarixli kredit müqaviləsi üzrə isə müddətin axımı 27.03.2013-cü il tarixdə başlamış, 27.03.2016-cı il tarixdə bitmişdir. Hazırki iddia isə 2017-ci ilin noyabr ayında məhkəməyə verilmişdir. Bununla da hazırki iddia üzrə iddia müddəti keçmişdir.
19. Cavabdehlər Red-Fund” MMC-nin, Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdehlərin hər biri ilə bağlı ayrı-ayrılıqda iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə (dəftərxana vasitəsi ilə və məhkəmə iclasında) yazılı ərizə təqdim edbilər. 29.05.2009-cu il tarixli Təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə 100.000 manat, 30.06.20 09-cu il tarixli Təminatsız kredit müqaviləsi üzrə isə 12 ay müddətinə 85.000 manat məbləğində kredit verilmişdir. Hazırki iddia isə 2017-ci ilin noyabr ayında qaldırılmışdır; - iddiaçı 29.05.2009-cu il tarixli və 30.06.2009-cu il tarixli kredit müqavilələrinin hər biri üzrə 03.06.2015-ci il tarixdə 1000 manat ödəniş edildiyini bildirir, lakin bu halı təsdiq edən kassa mədaxil orderlərinin əslini və ya müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilmir. Halbuki, məhz bu sənəd həmin tarixdə qeyd edilən vəsaitlərin banka ödənilməsini təsdiq edir. Bu sənədin təqdim edilməsi barədə vəsatətin verilməsinə və məhkəmə tərəfindən bunun üçün kifayət qədər vaxt ayrılmasına baxmayaraq, iddiaçı bu sənədi məhkəməyə təqdim etməmişdir; - iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışl arı isə mötəbər sübut sayıla bilməz. Belə ki, həmin sənədlər bir başa iddiaçının öz maraqlarına uyğun olaraq tərtib edilir. Həqiqətdə isə 03.06.2015-ci il tarixdə hər hansı məbləğdə ödəniş edilməmiş, 29.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.05.2011-ci il tarixdə, 30.06.2009-cu il tarixli kredit müqaviləsi üzrə isə 05.08.2011-ci il tarixdə aparılmışdır; - Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən iddia müddəti 3 il olduğundan və bu müddətin axımının qeyd edilən müqavilələr üzrə iddia müddətinin axımı müvafiq olaraq 03.05.2011-ci il tarixdə və 05.08.2011-ci il tarixdə başlamış və müvafiq olaraq 03.05.2014cü və 05.08.2014-cü il tarixdə bitmişdir. Nəticədə iddia müddəti ötürülmüşdür; - həmin müqavilələr üzrə son ödəniş tarixi kimi 03.06.2015-ci il tarixi əsas götürüld ükdə belə iddia müddəti ötürülmüş olur. Belə ki, 29.05.2009-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu iki ödəniş 03.05.2011-ci il tarixdə və 03.06.2015-ci il tarixdə aparılmışdır. 30.06.2009-cu il tarixli kredit müqaviləsi üzrə isə sonuncu iki ödəniş 05.08.2011-ci və 03.06.2015-ci il tarixlərdə aparılmışdır. Başqa sözlə birinci müqavilə üzrə iki ödəniş arasında 4 ildən bir qədər artıq müddət, ikinci müqavilə üzrə 4 ildən bir qədər az müddət keçmişdir. İddia müddəti bitdikdən sonra ödənişlərin edilməsi bitmiş müddətin axımını kəsə bilməz və bu müddət yenidən hesablana bilməz; - eyni vəziyyət Cavabdeh4 ilə bağlı da müşahidə olunur. Belə ki, Cavabdeh4 28.12.2010-cu il tarixli Təminatsız kredit müqaviləsinə əsasən 06 ay müddətinə 110.000 manat, 28.10.2011-ci il tarixli Təminatsız kredit müq aviləsinə əsasən isə 12 ay müddətinə 61.000 manat məbləğində kredit verilmişdir. İddiaçı hər iki müqavilə üzrə ayrı-ayrılıqda 1000 manat olmaqla sonuncu ödənişin 20.05.2015-ci il tarixdə aparıldığını göstərir və bu barədə maliyyə arayışı təqdim edir, lakin bu halı təsdiq edən kassa mədaxil orderlərini məhkəməyə təqdim edə bilmir. Həqiqətdə isə həmin tarixdə hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən 28.12.2010-cu il tarixli müqavilə üzrə sonuncu ödəniş qismində 04.08.2011ci il tarixi, 28.10.2011-ci il tarixli müqavilə üzrə isə 28.10.2011-ci il tarixi qəbul edilməli və müddətin axımının bu tarixlərdən başladığı nəzərə alındığı təqdirdə 3 illik iddia müddəti yenə də ötürülmüş olur. Digər tərəfdən bu ödənişlərlə əvvəlki sonuncu ödəniş arasında 4 ildən bir qədər az müddət keçmişdir. Bu səbəbdə n 20.05.2015-ci il tarixli ödənişlər həqiqi ödəniş kimi qəbul edildiyi təqdirdə belə, iddia müddəti yenə də ötürülmüş hesab edilir; - cavabdeh "xxxx" MMC ilə bağlı da iddiaçı eyni mövqedən çıxış etmişdir. Belə ki, 03.12.2010-cu il tarixli Təminatsız kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 12 ay müddətinə 308.600 manat məbləğində kredit verilmişdir. İddiaçı bu barədə maliyyə arayışı təqdim etməklə həmin kredit müqaviləsi üzrə sonuncu ödənişin 20.05.2015-ci il tarixdə edildiyini göstərir. Lakin eyni qaydada bu halı təsdiq edən kassa mədaxil orderini təqdim edə bilmir. Belə ki, həqiqətdə 20.05.2015-ci il tarixdə hər hansı ödəniş edilməmiş, sonuncu ödəniş isə 29.12.2012-ci il tarixdə edilmişdir. İddia müddətinin də axımı bu tarixdən başlamaqla 29.12.2015-ci il tarixdə bitmişdir. İddia isə 201 7-ci ilin noyabr ayında qaldırılmış və yenə də iddia müddəti ötürülmüşdür. Bu səbəbdən bu tələbə də iddia müddəti tətbiq edilməklə iddia bu hissədə də rədd edilməlidir.
20. İddiaçını nümayəndəsi cavabdehlərin etirazı ilə bağlı bildirmişdir ki, cavabdehlər tərəfindən edilmiş ödənişlər müvafiq hesabdan çıxarışlarda və maliyyə arayışlarında öz əksini tapır. Lakin bu ödənişlərin edilməsi ilə bağlı kassa mədaxil orderlərini aşkar etmək olmur. Halbuki, bu orderlər olmuşdur. Araşdırma zamanı həmin ödənişlərin X6 adlı işçi tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Bu şəxs vaxtı ilə bankın idarə heyətinin sədri olmuş X5 tərəfindən işə qəbul edilmiş və onun yaxşı münasibətdə olduğu və etibar etdiyi işçisi olmuşdur. Hər ikisinin barəsində cinayət işi açılmış və onlar məsuliyyətə cəlb edilmişdil ər. Etimal olunur ki, həmin orderlər X2 tapşırığı əsasında məhz Əlizadə Sürayyə tərəfindən aradan çıxarılmışdır və bu səbəbdən hazırda tapılmır. Belə ki, hazırki iş üzrə cavabdehlər kredit müqavilələrini imzalasalar da, həmin müqavilələr üzrə kreditlər həqiqətdə X5 tərəfindən götürülmüşdür. Məhz bu səbəbdən bütün bu müqavilələrdən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh6 öz mülkiyyətində olan əmlakı bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bu şəxs X2 atasıdır və onun digər cavabdehlərə hər hansı aidiyyəti yoxdur.
21. Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyin 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 29.12.2010-cu il tarixli təminatsız kredit müqaviləsi üzrə 107911,21 manat məbləğində əsas, 19552 manat məbləğində faiz borcu olmaqla, cəmi 127463,21 manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh6 məxsus olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh6 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 n ömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.780.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 nömrəli fərdi yaşayış evi satıldıqda Cavabdeh6 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Fuad Abdiyev)
22. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehlər arasında ayrı-ayrı kredit müqavilələrinin bağlanmasını nəzərə alıb hesab etmişdir ki, borcun tutulması hissəsində iddia tələbinə hər bir cavabdehlə bağlı ayrıca hüquqi qiymət verilməlidir.
23. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 kredit borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlib ki, Cavabdeh2 29.12.2010-cu il tarixli kredit müqa viləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
24. İddia tələbi Cavabdeh2 münasibətdə əsas borcun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı təqdim etdiyi 13.10.2017-ci il tarixli maliyyə arayışında Cavabdeh2 tərəfindən sonuncu dəfə 18.09.2015-ci il tarixdə 5.000 manat məbləğində ödənişin edildiyini və onun banka 117.911,21 manat məbləğində əsas borcunun qaldığını bildirir və iddia üzrə bu məbləği tələb edir. Lakin sonradan təqdim ediləni 23.05.2018-ci il tarixli maliyyə arayışında 29.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 22.02.2018-ci il tarixdə 10.000 manat məbləğində ödənişin edildiyi və cavabdehin 107.911,21 manat məbləğində əsas borcunun qaldığı göstərilir. Buna baxmayaraq iddia tələbinin həcmi bu hissədə dəyişdirilmir.
25. Birinci instansiya məhkəməsi qeyd edib ki, 22.02.2018-ci il tarixdə ödənilmiş 10.000 manat məbləğində pulun da müqəddaratı həll edilməli və bu ödəniş iddia üzrə tələb edilən 117.911,21 manat məbləğində əsas borcdan silinməli (117.911,2110.000=107.911,21), qalan 107.911,21 manat Cavabdeh2 əsas borcu qismində müəyyən edilməklə, ondan Ləğv proses ində olan İddiaçı2 ASC-nin xeyrinə tutulmalıdır.
26. Birinci instansiya məhkəməsi Cavabdeh2 tələb edilən faiz borcunun kredit müqaviləsi üzrə kredit müddətinin sonuna hesablandığını nəzərə alıb, belə qənaətə gəlib ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 19.552 manat məbləğində faiz borcu Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə tutulmalıdır.
27. Birinci instansiya məhkəməsi Cavabdeh3 kredit borcunun tutulması hissəsi ilə bağlı qeyd edib ki, tərəflər arasında bağlanmış həm 10.01.2011-ci il, həm də 14.06.2011-ci il tarixli kredit müqavilələrindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və sonuncu dəfə ödəniş 10.01.2011-ci il tarixli müqavilə üzrə 05.07.2013-cü il tarixdə, 14.06.2011-ci il tarixli müqavilə üzrə isə 27.03.2013-cü il tarixdə olmuşdur. Bunun la belə, həmin müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı həmin tarixlərdə başlamış və müvafiq olaraq 05.07.2016-cı il və 27.03.2016-cı il tarixlərdə bitmişdir. Buna baxmayaraq, iddiaçı bu münasibətlərindən yaranan mübahisələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hazırki iddia ilə məhkəməyə 24.11.2017-ci il tarixdə müraciət edərək, hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır və Cavabdeh3 kredit borcunun tutulması tələbinə iddia müddəti tətbiq edilməli və iddia tələbi bu hissədə rədd edilmə lidir.
28. Birinci instansiya məhkəməsi Cavabdeh1 kredit borcunun tutulması barədə iddia ilə bağlı qeyd edib ki, iddiaçı cavabdehlə bağlanmış 29.05.2009-cu il tarixli və 30.06.2009-cu il tarixli kredit müqavilələri üzrə ayrı-ayrılıqda sonuncu dəfə 03.06.2015-ci il tarixdə 1000 manat məbləğində ödənişin edildiyini göstərsə də, bu halı müvafiq hesabdan çıxarış və onun əsasında verilmiş maliyyə arayışı səviyyəsində təsdiq edir. Bu pulun Bankın kassasına mədaxil edilməsini təsdiq edən kassa mədaxil qəbzini təqdim edə bilmir. Halbuki, Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarının tələblərinə əsasən nağd pulun mədaxili “nağd pulun mədaxili üçün elan”a (forması Qaydalara əlavə edilmişdir) əsasən həyata k eçirilir. Başqa sözlə, ödənişinin reallıqda həyata keçirilməsini təsdiq edən əsas sənəd məhz mədaxil qəbzidir. Lakin bununla bağlı iddiaçı tərəfə vaxt verilməsinə baxmayaraq, bu sənədin təqdim edilməsi mümkün olmamışdır.
29. Birinci instansiya məhkəməsi bu halı, habelə cavabdehin 03.06.2015-ci il tarixdə ödəniş etməməsi barədə mövqeyini nəzərə alıb, belə qənaətə gəlib ki, cavabdeh tərəfindən və ya onun tapşırığı əsasında 03.06.2015-ci il tarixdə hər hansı məbləğdə ödəniş edilməmiş, həmin tarixdə, ümumiyyətlə, ödəniş olmamışdır. Belə ki, iddiaçı bu ödənişlə bağlı hesabdan çıxarış təqdim etsə də, bu ödənişin köçürmə və ya nağd ödəmə şəklində, habelə kimin tərəfindən aparılması barədə məhkəməyə hər hansı məlumat verə bilmir. Belə olan halda, sonuncu ödəniş 29.05.2009-cu il tarixli müqavilə üz rə 03.05.2011ci il, 30.06.2009-cu il tarixli müqavilə üzrə isə 05.08.2011-ci il tarixə təsadüf edir. Bu baxımdan iddia müddətinin axımının həmin tarixdə başlaması əsas götürüldükdə, bu müddət müvafiq olaraq 03.05.2014-cü il və 05.08.2014-cü il tarixdə bitimişdir. İddiaçı da bu münasibətlərindən yaranan mübahisələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hazırki iddia ilə məhkəməyə 24.11.2017-ci il tarixdə müraciət edərək, hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır.
30. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, bu müqavilələr üzrə sonuncu ödənişin 03.06.2015-ci il tarixdə aparılması əsas götürüldükdə belə, iddia müddəti ötürülmüş hesab edilir. Belə ki, 03.06.2015-ci il tarixli ödənişdən əvvəlki ödəniş 29.05.2009-cu il tarixli müqavilə üzrə 03.05.2011-ci il, 30.06.2009-cu il tarixli müqavilə üzrə isə 05.08.2011-ci il tarixdə aparılmışdır. Həmin tarixdən başlamış iddia müddətinin axımı da müvafiq olaraq 03.05.2014-cü il və 05.08.2014-cü il tarixdə artıq bitimişdir. İddia müddəti bitdikdən sonra ödənişlərin edilməsi bitmiş müddətin axımını kəsə bilməz və bu müddət yenidən hesablana bilməz. Bununla belə, iddia tələbinə bu hissədə hər bir halda iddia müddəti tətbiq edilməli və iddia tələbi bu hissədə rədd edilməlidir.
31. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin “Cavabdeh4 kredit borcunun tutulması hissəsi ilə də bağlı eyni hallar müşahidə edilir. Belə ki, həm 28.12.2010-cu il, həm də 28.10.2011-ci il tarixli müqavilələr üzrə 20.05.2015-ci il tarixdə edilmiş ödənişləri təsdiq edən kassa mədaxil qəbzini iddiaçı təqdim edə bilmir. Bu səbəbdən 28.10.2011-ci il tarixli və 28.12.2010-cu il tarixli kredit müqavilələri üzrə 20.05.2015-ci il tarixdə aparılmış ödəniş cavabdeh tərəfindən və ya onun tapşırığı əsasında aparılmış ödəniş kimi qəbul edilə bilməz. Həmin tarixdə, ümumiyyətlə, ödənişin edilməsini qəbul edilmir. Belə olan halda, iddia müddətinin axımının müvafiq olaraq 28.10.2012-ci il tarixdən və 04.08.2011-ci il tarixdən başlandığı və 28.10.2015-ci il tarixdə və 04.08.2014-cü il tarixdə bitməsi, hazırki iddianın isə 2017-ci ilin noyabr ayında qaldırılması n əzərə alınarsa, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsaslıdır. Bundan əlavə, bu ödəniş qəbul edilsə belə, 04.08.2011-ci il tarixli ödənişlə 20.05.2015-ci il tarixli ödəniş arasında 4 ilə yaxın müddət fərqi var. Həmin müqavilə üzrə isə iddia müddətinin axımı artıq 04.08.2014-cü il tarixdə bitmiş olur. İddia müddəti bitdikdən sonra isə ödənişlərin edilməsi bitmiş müddətin axımını kəsə bilmədiyi üçün bu müddət yenidən hesablana bilməz. Bu baxımdan da iddia müddətinin tətbiq barədə ərizə əsaslıdır və tələb üzrə iddia müddəti tətbiq edilməli və iddia tələbi Cavabdeh4 kredit borcunun tutulması hissəsində rədd edilməlidir.
32. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh "xxxx" MMC-dən kredit borcunun tutulması hissəsi ilə bağlı göstərib ki, iddiaçı bu cavabdehə münasibətdə də 20.05.2015-ci il tarixdə ödənişin cavabdeh və ya onun tapşırığı əsasında, habelə ümumiyyətlə, ödənişin edilməsini sübut edə bilmir. Cavabdeh də bu tarixdə ödəniş aparmadığını bildirir. Bu məsələ ilə bağlı yuxarıda nümayiş edilən mövqeyə əsasən 20.05.2015-ci il tarixdə cavabdeh "xxxx" MMC tərəfindən hər hansı məbləğdə ödəniş aparılmamışdır. Belə olan halda, 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə müddətin axımı 29.12.2012-ci il tarixə başlamış və 29.12.2015-ci il tarixdə bitmişdir. İddia ərizəsi isə 2017-ci ilin noyabr ayında qaldırıldığından iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır və "xxxx" MMC-yə qarşı tələb iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
33. Birin ci instansiya məhkəməsi iddiaçı tərəfin kassa mədaxil qəbzlərinə dair dəlilləri ilə bağlı göstərib ki, 20.05.2015-ci il və 03.06.2015-ci il tarixli ödənişləri qəbul edən X1 işçisi (kassir) olmaqla inzibati idarəetmə qaydasında bankın digər məsul şəxslərin tabeliyində olmuşdur. Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarında mədaxil kassası üzrə kassanın yekunlaşdırılması proseduru öz əksini tapmışdır. Bu Qaydaların tələblərinə uyğun olaraq 20.05.2015-ci il və 03.06.2015-ci il tarixlərdə əməliyyat günü tamamlandıqdan sonra bu şəxs mədaxil sənədlərini, o cümlədən həmin tarixli qəbzləri və tərəfindən tərtib edilmiş “Kassaya daxil olmuş nağd pulun məbləği və sənədlərin sayı haqqında arayış”la birlikdə m üdirinə həm arayışa, həm də kitaba imza etdirməklə təhvil verir. Kassa müdiri kassirlərdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edib, baş mühasiblə qarşılıqlı imzalayır. Göründüyü kimi, X6 bu işə görə məsul olan yeganə şəxs deyil. Həmin qəbzlər onun tərəfindən məhv edildiyi və ya hər hansı digər formada götürüldüyü təqdirdə, onun üzərində nəzarəti həyata keçirən kassanın müdiri bunu aşkar etməli və ondan həmin qəbzləri tələb etməli idi. Digər tərəfdən məhkəmə aktlarından da göründüyü kimi, 2015-ci ilin may-iyun aylarında X7 azadlıqdan məhrum edilmiş şəxs olmuşdur və onun X6 ilə ünsiyyətdə olması qeyri-mümkün idi. Qeyd edilən kredit müqavilələri üzrə kreditin həqiqətdə X7 tərəfindən götürülməsi də nə həmin kredit müqavilələrindən, nə də ki, digər maliyyə sənədlərindən irəli gəlmir. Əksinə, cavabdehlər krediti şəxsi ehtiyacları üçün götürdüklərini bildirirlər. Cavabdeh2 isə müqavilə üzrə kredit məbləğini götürdüyünü və hazırda da ödənişlərini davam etdirdiyini bildirir. Hər bir halda, iddia müddətinə riayət etməklə həmin müqavilələr üzrə yaranmış borcu tələb etmək hüququndan Bankı heç kim məhrum etməmişdi. Son bir neçə il ərzində qeyri-iş günlərini çıxmaq şərti ilə Bankın iddia qaldırmaq üçün iş günü baxımından xeyli sayda imkanları olmuşdur. Lakin göründüyü kimi, bank bu imkanlarından vaxtında istifadə etməmişdir.
34. Birinci instansiya məhkəməsi 30.06.2009-cu il və 29.05.2009-cu il tarixli kredit müqavilələri üzrə aparılmış ödənişlərlə bağlı onu da vurğulayıb ki, hər iki müqavilə üzrə 2011-ci ilin ortalarına kimi mütəmadi ödənişlər edilmişdir. Lakin bu tarixdən sonra iddia qaldırılmış tarixə kimi, yəni ötən 6 il ərzində cəmi bir dəfə 03.06.2015-ci il tarixdə ödəniş edilir. 28.10.2011-ci il tarixli müqavilə üzrə ötən 6 il ərzində cəmi bir dəfə 20.05.2015-ci il tarixdə ödəniş edilmişdir. 28.12.2010-cu il tarixli müqavilə üzrə isə 04.08.2011-ci il tarixdə ödəniş edilir və bundan sonra ötən 6 il ərzində cəmi bir dəfə 20.05.2015-ci il tarixdə ödəniş edilir. Eyni hal, 03.12.2010-cu il tarixli müqavilədə də müşahidə olunur. Belə ödəniş tərzi bir daha bu ödənişlərin həqiqətdə aparıldığını şübhə altına alır.
35. Birinci instansiya məhkəməsi Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı qeyd edib ki, Cavabdeh2 29.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş iddiaçının ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “Legal Prime Hüquq və Konsaltinq şirkətinin 23.04.2018-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti 1.780.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı “İpoteka haqqında” Qanunun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi p roseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır.
36. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi, 1 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana qaytarılmalıdır. İpoteka predmetinə tutma yönəldildikdə isə onun ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən olunmuş 1.780.000 manat məbləğində müəyyən edilməlidir.
37. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin "fərdi yaşaış evinin satıldıqdan 1 ay sonra boşaldılması" hissəsini də “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin tələbləri baxımından qanuni və əsaslı saymışdır.
38. Birinci instansiya məhkəməsi gəldiyi Mülki Məcəllənin 269.1, 269.7, 317.1, 319.1, 369.1, 372.1, 373.2, 375.2, 376, 377.2, 380.1, 385.1, 427.3, 442, 443.1, 448. 1, 448.2, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3, 59.4-cü və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat
39. İddiaçı1 apellyasiya şikayəti verib qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə təmin etməmişdir. 03.12.2010-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 20.05.2015ci il tarixdə 2000 manat, 29.05.2009-cu il tarixli və 30.06.2009-cu il tarixli kredit müqavilələrinin hər biri üzrə ayrı-ayrılıqda sonuncu dəfə 03.06.2015-ci il tarixində 1000 manat, 28.12.2010-cu il tarixli və 28.10.2011-cu il tarix li kredit müqavilələrinin hər biri üzrə ayrı-ayrılıqda sonuncu dəfə 20.05.2015-ci il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Sözügedən ödənişlərin kassa mədaxil qəbzlərini Fondun arxivində aşkar etmək mümkün olmamışdır; - Cavabdeh3, Cavabdeh4 və Red-FundMMC-nin nümayəndələri iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmə müraciət etməklə faktiki borclarını etiraf ediblər və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş ediblər. Birinci instansiya məhkəməsi mədaxil qəbzlərinin faktiki olaraq mövcud olmamasını əsas gətirərək 3 illik iddia müddətini tətbiq edib. Lakin vacib məqamlar yetərincə araşdırılmamışdır; - əsas məqamlardan biri odur ki, kredit götürən şəxslər bir-biri ilə əlaqəsi olmayan şəxslərdir. Onların hamısının kredit borcunun təminatı olaraq bankın əvvəlki idarə heyətinin sədri X2 atası X3 məxsus bağ evi bank qarşısında girov qoyulub. Həmçinin birinci instansiya məhkəməsində tərəflərindən sübut edilmişdir ki, kassa mədaxil qəbzlərini, müəmmalı şəkildə yoxa çıxan ödənişlərin hamısını həmin vaxtlar bankda çalışmış kassir Əlizadə Sürayyə tərəfindən qəbul edilmişdir; - həmçinin Nərimanov rayon Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü təqdim edilib. Həmin hökmdə Sürayyə Əlizadə və Samir Hüseynovun cinayət əlaqəsinin olması, hər ikisinin cinayət məsuliyyətinə cəlb edilməsi öz əksini tapmışdır. Burdan məntiqi qənaətə gəlmək olar ki, sözügedən qəbzlərin itirilməsində S.Hüseynov bilavasitə maraqlıdır, belə ki, həmin kreditlərin təminatı olaraq onun atasına məxsus mülk banka girov qoyulub. Sürayyə Əlizadə bilavasitə həmin qəb zlərə çıxışı olan əməkdaş idi; - həmçinin tərəflərindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, hakim tərəfindən vəsatət təmin edilməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilsə idi, sözügedən ödənişlərin faktiki olması müəyyən edilərdi. Bütün bu əsaslar sonuncu mədaxil qəbzlərinin iddiaçının iradəsindən asılı olmayan səbəblərdən yoxa çıxmasına dəlalət edir; - birinci instanbsiya məhkəməsi qeyd edib ki, ödəniş edilən vaxtlar Samir Hüseynov barəsində cinayət işi başlanmışdı və o, artıq bankda rəhbər vəzifə tutmadığından işçiyə təsir etmək iqtidarında olmamışdır. X21 və Sürayyə Əlizadə sırf əmək münasibətlərində olsaydılar, məhkəmənin bu mövqeyi ilə razılaşmaq olardı. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış hökmü ilə onların cinayət əlaqəsində olması, 500dən artıq saxta sənədi hazırlaması sübuta yetirilmişdir. Belə olan halda, S.Hüseynov istintaqda olsa belə, S.Əlizadəyə təsir etmək iqtidarında idi. Bu məsələ birinci instansiya məhkəməsi tərəfindən yetərincə araşdırılmamışdır; - S.Hüseynov Texnika Bank ASC-nin idarə heyətinin sədri vəzifəsinə çalışmışdır. İdarə Heyətinin sədri bankın idarəedici orqanında ən ali vəzifəyə malik olan şəxsdir. Bu qeyd edilən halların özü kifayət qədər şübhəlidir və odur ki, sənədlərin kredit dosyesində aşkar edilməməsin səbəbi aydındır; - hesabdan çıxarışda qeyd olunan ödəniş məlumatları və iddiaçının irəli sürdüyü arqumentlər yetərincə araşdırılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəf hesabdan çıxarış və arayışda qeyd olunanlara etiraz olaraq əsaslı sübutlar təqdim etməm işdir və yazılanların əksini sübuta yetirməmişdir. Bank sisteminin proqramından çıxarışda borclunun etdiyi bütün ödənişlər öz əksini tapır. “Azərbaycan Respublikasının Bank sistemində maliyyə hesabatlarının tərtib və təqdim olunması Qaydalarına” əsasən bank proqramından edilən çıxarışlar mötəbər sübut əhəmiyyəti daşıyır. Belə ki, bank proqramına və sisteminə hər hansı bir həqiqəti əks etdirməyən məlumatları daxil etmək mümkün deyil. İstənilən dövlət orqanı, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası MBNP, Mərkəzi Bank və digərləri banklarda istənilən əməliyyatın aparılmasını və ya uçot qaydalarını həmin sistemlə müəyyən edir və yoxlayır. Belə olan halda, faktiki mübahisələndirilən ödənişlər reallıqda ödənilməsə idi və sistemə qeyri- qanuni yol ilə daxil edilsəydi, elə həmin günün sonunda bankın kassasına edilən ödənişlərlə sistemdə öz əksini tapan ödənişlərdə fərq büruzə verərdi və uyğunsuzluq yaranardı; - bundan əlavə aylıq, rüblük və digər hesabatlar istər nəzarət orqanına, istər digər qurumlara bank proqramından çıxarışlar əsasında verilir. Əmanətlərin Sığortalanması Fondu bankı təhvil alarkən LPO “ Texnika Bank" ASC aid sənədlər tamamilə sistemsiz və dağınıq vəziyyətdə idi. Belə olan halda, həmin vəziyyətdə hər hansı bir kağız parçasının, yəni kassa mədaxil qəbzinin aşkar edilməməsi mümkündür. Lakin bu həmin ödənişin olmaması demək deyil. S.Hüseynov bankda uzun müddət idarə heyətinin sədri vəzifəsində çalışmışdır. Birinci instansiya məhkəməsi bu məqama lazımı hüquqi qiymət verməmişdir, idarə heyətinin sədri bankın inzibatçılarından biridir və istənilən sənədi əldə etmək imkanı var; - S.Hüseynov qeyd edilən vəzifədə çalışdığı müddət ərzində bir çox qanun pozuntularına yol verib və banka külli miqdarda ziyan vurub; - ibtidai və məhkəmə istintaqında S.Hüseynovun təqsiri tam sübuta yetirilib və barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü mövcuddur. Qeyd edilən cinayət işində bank mülki iddiaçı qismində tanınıb və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03.04.2014 cü il tarixli qərarına əsasən - X2 qanunsuz əməlləri nəticəsində banka 4169654.66 manat ziyan dəyib. Birinci instansiya məhkəməsi bu halların heç birinə diqqət yetirməyib və məsələyə formal yanaşıb; - birinci instansiya məhkəməsi yeganə dəlil kimi və işin əhəmiyyətini, iddianın məbləğini, iddiaçının subyektiv hüquqlarını nəzərə almadan, iş üzrə mədaxil orde rini yeganə sübut kimi qəbul etməklə səhv nəticəyə gəlmiş və formal tələblərə riayət etdiyini güman etmişdir. Halbuki. S.Hüseynov bankın keçmiş rəhbəri olmaqla, işçilərə təsir etmək imkanına malik olmuşdur ki, mədaxil qəbzləri bu cür təsir altında da planlı şəkildə itirilə bilərdi. Bunun S.Hüseynovun banka ziyan vurması və vəzifə cinayətləri ilə bağlı barəsində cinayət işi üzrə qəbul edilən hökm də təsdiq edir.
41. Cavabdeh2 apellyasiya şikayəti verib qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
42. Apellyasiya şikayətinin dəlilləri: - iddia müddəti iddiaçı Cavabdeh2 münasibətdə də ötürlümüşdür. Belə kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kreditdən istifadə müddəti 12 aydır, müddət 2015-cü ildə bitmişdir; - Cavabdeh2 adından 22 fevral 2018-ci il tarixdə edilmiş 1000 0 (on min) manat məbləğində ödəniş isə onun özü tərəfindən deyil, başqası tərəfindən icra edilmişdir. 43.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2316/2019 nömrəli, 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(005)-591/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Elnur Həsənov )
44. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, hər iki şikayətin dəlillərini əsasız sayıb.
45. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququndan məhrum edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin məzmununa görə ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.
46. Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetmə prosesində olan bankı təhvil alarkən LPO “ Texnika Bank" ASC-yə aid sənədlərin tamamilə sistemsiz və dağınıq vəziyyətdə olması kassa məxaric orderlərinin itirilməsi üçün əsas ola bilməz. Həmin qəbzlər ciddi hesabat blankı olmaqla onların tamlığı və qorunması bankın məsul şəxsləri tərəfindən həyata keçirilməli idi. Ləğvetmə prosesində ol an İddiaçı2 ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilərkən təhvil-təslim aktı ilə həmin qəbzlərin mövcud olmaması müəyyən edilməli idi. Lakin buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərib ki, cavabdeh hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etmiş və tərəfindən 22.02.2018-ci il tarixdə ödənilmiş 10.000 manat məbləğində pul vəsaitinin nəzərə alnmasını xahiş etmişdir. Belə olan halda Cavabdeh2 apellyasiya şikayətində iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair göstərdiyi əsaslar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.
48. Həmçinin Cavabdeh2 apellyasi ya şikayətində iddia müddətinin tətbiq edilməsi barədə dəlilləri əlavə sübut kimi qəbul edə bilməz. Belə ki, həmin dəlillər birinci instansiya məhkəməsinə təqdim olunmalı olduğu halda Cavabdeh2 bunu etməmiş, birinci instansiya məhkəməsinə ondan asılı olmayan səbəblərdən iddia müddətinin tədbiq edilməsinə dair ərizənin təqdim olunmaması barədə hər-hansı sübut təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
49. İddiaçı İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul çıxarılmasını xahiş etmişlər.
50. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin fakt iki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutları düzgün hüquqi qiymət verməmişdir.
51. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul çıxarılmasını xahiş etmişlər.
52. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5353/2019 nömrəli, 19 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(103)2316/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxıl ması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
54. Kassasiya instansiyası qeyd edib ki, məhkəmə ziddiyətli sübutlar əsasında qərar qəbul etmiş, müqavilə bağlamış şəxslərin həqiqətən də müqavilədə göstərilmiş pul məbləğlərini bankdan şəxsən alıb-olmamalarını araşdırmamış, cavabdehlərin özlərinin şəxsən dindirilməsini təmin etməmiş, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməklə kassa məxaric orderlərindəki imzaların, eləcə də banka pul ödənilməsinə dair sənədlərdəki imzaların cavabdehlərə məxsus olmasını araşdırmamış, bununla da bankdan pul məbləğinin Samir Hüseynov, yaxud cavabdehlər tərəfindən götürülməsini dəqiqləşdirməmişdir. İddiaçının nümayəndəsinin göstərdiyi kimi əgər pul məbləğləri Samir Hüseynov tərəfindən götürülmüşdürsə, həmin müqavilələrin cavabdehlər üçün iddi açı qarşısında öhdəlik yaratması istisna olunur.
55. Kassasiya instansiyası göstərib ki, işə yenidən baxılarkən göstərilən hallar aydınlaşdırılmalı, cavabdehlərlə bağlanmış müqavilələr üzrə pul məbləğinin bankdan Samir Hüseynov tərəfindən götürülməsi aşkar olunarsa, onun əməllərində cinayət tərkibinin olması, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsi müzakirə edilməklə mübahisəyə nəticə verilməli, pul məbləğlərinin cavabdehlər tərəfindən alındığı müəyyən edilərsə, o zaman ayrı-ayrı müqavilələr üzrə iddia müddətinin ötürülübötürülməməsi ətraflı araşdırılmalı, cavabdehlər tərəfindən aparılması iddia olunan ödənişlərin qəbulunu icra etmiş X8 dindirilməklə ödənişlərin həqiqətən də icra olunub- olunmaması dəqiqləşdirilməli, ödəniş sənədlərinin müəyyən edilməsi üçün təkrar təşəbbüs göstərilməlidir.
56. İddia tələbləri üzrə həqiqətən də cavabdehlərin öhdəlik daşımaları müəyyən edilərsə iddia müddətinin ötürülmə səbəbləri aydınlaşdırılmalı, bu halda vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarına yol verilməsi, iddia ərizəsinin qəsdən yubadılmaqla verilməsi halı müəyyən edilərsə buna xüsusi qərardad çıxarılmaqla münasibət bildirilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
57. İşə təkrar apellyasiya instansiyasında baxılarkən cavabdehlər Cavabdeh1, Cavabdeh4, və "xxxx" MMC-nin vəkili X13, Cavabdeh2 nümayəndəsi X23 oğlu kreditin götürülməsi ilə bağlı sənəddəki imzanı təsdiq etdiklərini, pulun götürüldüyünü, lakin müddətin keçdiyini bildirmişlər.
58. Cavabdeh2 nümayəndəsi iddia müddətinin tətbiqi barədə apellyasiya instansiyasına ərizə vermişdir.
59. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14128/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi), Raqib Qurbanov, Etibar Nəbiyev)
60. Apellyasiya məhkəməsi qeyd edib ki, kredit müqavilələri əsasında götürülmüş məbləğlər üzrə cavabdehlərin öhdəlik daşımaları müəyyən edildiyindən, iddia müddətinin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalıdır.
61. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4lə bağlanmış 30.06.2009, 29.05.2009 və 28.12.2010-cu il tarixli kredit müqavilələri ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, hər iki cavabd ehlə bağlanmış kredit müqavilələri üzrə iddia müddəti bitdikdən sonra ödənişlərin edilməsi bitmiş müddətin axımını kəsə bilmədiyi üçün müddət yenidən hesablana bilməz.
62. Digər cavabdeh "xxxx" MMC ilə 03.12.2010-cu il tarixli (12 ay müddətinə) kredit müqaviləsi imzalanmışdır. Bu cavabdehə münasibətdə də iddiaçı 20.05.2015-ci il tarixdə həyata keçirilən 2000 manat ödənişin "xxxx" MMC tərəfindən həyata keçirildiyini sübut edə bilmir. Hesabdan çıxarış və maliyyə arayışına əsasən sonuncu ödəniş 29.12.2012-ci il tarixdə həyata keçirilmiş, iddia ərizəsi iddia müddəti keçdikdən sonra məhkəməyə verilmişdir.
63. Cavabdeh2 münasibətdə isə apellyasiya məhkəməsi qeyd edib ki, hesabdan çıxarış və maliyyə arayışlarından görünür ki, Cavabdeh2 tərəfindən kredit alınan tarixdən (29.12.2010) mütəmadi olara q ödənişlər həyata keçirilmiş, sonuncu ödəniş isə 22.02.2018ci il tarixdə 10.000 manat olmuşdur. 23.05.2018-ci il tarixli maliyyə arayışında əsas borc məbləğinin 107.911,21 manat olduğu qeyd edilsə də iddia ərizəsində 117.911,21 manat borcun tutulması xahiş olunur. Buna görə də birinci instansiya məhkəməsi Cavabdeh2 107.911,21 manat əsas borc 19.552 manat faiz borcunun tutulması barədə haqlı nəticəyə gəlmişdir.
64. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin əlavə olaraq qeyd edib ki, iddiaçı istinad etdiyi və 5 müqavilə üzrə aparılan ödənişlərə dair sənədlərin Samir Hüseynov və Sürəyya Əlizadə tərəfindən bankdan götürülməsi (aradan çıxarılması) barədə hər hansı sübut təqdim etmir. Yalnız iddiaçının özünün də qeyd etdiyi kimi ehtimal edi r ki, bu orderlər həmin şəxslər tərəfindən aradan çıxarılmışdır. Yalnız ehtimala əsasən heç bir sübut təqdim olunmayan orderlər üzrə ödənişlərin həqiqətən də cavabdehlər tərəfindən həyata keçirilməsi nəticəsinə gəlmək olmaz. Bundan əlavə, məhkəmə iclasında iştirak edən cavabdehlər kredit müqavilələri üzrə pulların həqiqətən də onlar tərəfindən götürüldüyünü bildirirlər. Həmçinin hansı müqavilələr üzrə iddia müddətinin ötürüldüyü də ətraflı araşdırılmışdır.
65. Cavabdeh2 nümayəndəsi tərəfindən təkrar apellyasiya baxışı zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni hansı əsasla birinci instansiya məhkəməsinə təqdim etmədiklərini əsaslandırmamışdır. Bu səbəbdən d ə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməsinə zərurət yoxdur. Həmçinin digər cavabdehlərlə müqayisədə Cavabdeh2 tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
66. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, yeni qərar çıxarılmasını xahiş etmişdir.
67. Kassasiya şikayətinin dəlilləri: - kredit müqavilələri üzrə sonuncu ödənişlərin 2015-ci ilin may, iyun aylarında həyata keçirilməklə iddia müddətinin ötürülməsi barədə gəlinən nəticə işin həqiqi hallarına uyğun deyil; - ödənişlərin həyata keçirilməsi barədə kassa mədaxil orderləri həmin dövrdə bankın İdarə Heyətinin sədri işləmiş X2 göstərişi əsasında həmin qəbzləri qəbul etmiş xəzinədar Surəyya Əliz adə tərəfindən yoxa çıxarılıb; - S.Hüseynov və S.Əlizadə məhkəmənin hökmü ilə məhkum olunub; - kassa-mədaxil orderləri tapılmasa da, bank sisteminin proqramında həmin məlumatlar qalıb və onlar sübut əhəmiyyəti daşıyır; - ipoteka predmetinin qiyməti şişirdilməklə müəyyən olunub; - iş üzrə zəruri olduğu halda məhkəmə mühasibatlıq ekspertizası təyin olunmayıb; - iddia müddəti məsələsinə münasibətdə işdə olan sübutlara düzgün və obyektiv qiymət verilməyib.
68. Cavabdeh2 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
69. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüqu q normalarının pozulması ilə qəbul edilmişdir.
70. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4344/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)14128/2019 nömrəli, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh6 məxsus əmlakın ilkin satış qiymətinin 1.780.000 manat məbləğində müəyyən olunması və kredit müqavilələri üzrə borcların tutulması tələbinin rədd olunmasına dair hissələrdə ləğv edilmiş və işin həmin hissələrdə mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməsi, Cavabdeh2 kredit borcuna görə iddiaçının xeyrinə 127.463,21 manatın tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə qətnamənin d əyişdirilmədən saxlanılması, Cavabdeh2 kassasiya şikayətini təmin edilməməsi qərara alınmışdır.
71. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddianın təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsi nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarına əsasən cavabdehlərlə yuxarıda göstərilən kredit müqavilələrini bağlayarkən bank müqavilələrdə nəzərdə tutulmuş kredit məbləğlərini cavabdehlərə ödəməklə üzərinə götürdüyü müqavilə öhdəliyinə əməl etmiş və işin həmin halı tərəflər arasında mübahisə doğurmur.
72. Bankdan alınmış kredit məbləğlərinin kredit müqavilələrində müəyyən olunmuş müddətlərdə və qaydalarda cavabdehlər tərəfindən banka lazımınca və tam qaytarılmaması da, işdən görün düyü kimi, mübahisə doğurmur və məhkəmədə verdikləri ifadələrində cavabdehlər tərəfindən işin həmin halı etiraf olunmuşdur. Bank tərəfindən həmin ödənişlərin edilməsini təsdiq edən sübutlar kimi məhkəməyə müvafiq hesablardan çıxarışlar və maliyyə arayışları təqdim edilmişdir. Lakin bank tərəfindən həmin ödənişlər barədə kassa mədaxil orderlərinin təqdim olunmamasını əsas göstərən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin ödənişlərin həyata keçirilməsi sübut olunmur. Bankın ləğvedicisinə görə həmin kassa mədaxil orderləri göstərilən kredit müqavilələri üzrə borcluların öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş bağ evinin mülkiyyətçisi Cavabdeh6 həmin dövrdə İddiaçı2 ASC-nin Müşahidə Şurasının sədri olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə külli mi qdarda özgə əmlakının mənimsənilməsinə və s. cinayətlərə görə məhkum olunmuş oğlu X4 göstərişi əsasında bankın xəzinədarı işləmiş Sürəyya Əlizadənin vasitəsi ilə yoxa çıxarıldığından həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
73. Samir Hüseynovun rəhbərliyi ilə təşkil edilmiş mütəşəkkil dəstəyə eyni zamanda X9 da cəlb edilmiş və bununla əlaqədar o da cinayət məsuliyyətinə cəlb olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi kassa mədaxil orderlərinin Samir Hüseynovun göstərişi əsasında onları qəbul etmiş Sürəyya Əlizadə tərəfindən yoxa çıxarılması barədə işdə sübutların olmamasına əsaslanaraq bankın həmin dəlilinə əhəmiyyət verməmiş və kassa mədaxil orderlərinin mövcud olmamasını 2015-ci ilin may-iyun aylarında ödənişlərin olunmamasını təsdiq edən sübut kimi qəbul etmişdi r.
74. Kassasiya instansiyası hesab edib ki, Samir Hüseynovun atasına məxsus bağ evinin mübahisə olunan bütün kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilməsi, Samir Hüseynovun həmin dövrdə bankın Müşahidə Şurasının sədri vəzifəsində işləməsi və bankın xəzinədarı Sürəyya Əlizadə ilə cinayət əlaqəsinə girməklə bankın məlumat bazasına yalan məlumatların verilməsi və saxtakarlıqla müşayiət olunan digər hərəkətlərə yol verməsi bankın iddia etdiyi ödənişlərlə bağlı daha ciddi araşdırma aparılmasını tələb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ödənişlərin həyata keçirilməsini təsdiq edən başqa sübutların müəyyən olunmasını, məsələn, bank sistemi proqramından çıxarılmış məlumatların həqiqiliyinin yoxlanılmasını təmin etməmiş və bu məqsədlə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi imkanını müzakirə etməmişdir.
75. Kassasiya instansiyası məhkəməsi qeyd edib ki, bankın rəhbərliyi və digər işçiləri tərəfindən yol verilmiş hərəkətlər hazırkı mübahisənin düzgün həlli üçün mütəxəssis araşdırmasını tələb edir, bankın ləğvedicisinə görə ödənişlərin həyata keçirilməsi barədə kassa mədaxil orderlərinin məhkəməyə təqdim edilməsi mümkün olmasa da, bank proqramından çıxarışlar təsdiq edir ki, həmin ödənişlər 2015-ci ilin may, iyun aylarında həyata keçirilmişdir. Bankın ləğvedicisi tərəfindən cavabdehlərə qarşı kredit borcunun ödənilməsi barədə tələb isə, işdən göründüyü kimi, 2017-ci ilin noyabr ayında irəli sürülmüşdür. Belə olduqda, kollegiya Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş üç illik iddia müddəti ötürülməmiş olur.
76. Kassasiya instansiyasının mövqeyinə görə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması, pozulmuş hüquqların real bərpası təmin edilməmişdir.Buna görə iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və "xxxx" MMC-yə münasibətdə qətnamə ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməlidir.
77. Kassasiya instansiyası məhkəməsi Cavabdeh2 qarşı borcun tutulması tələbinin qismən təmin olunmasına dair hissədə isə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb və göstərib ki, Cavabdeh2 kreditin qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün ondan bankın xeyrinə 127.463,21 manatın tutulması Mülki Məcəllənin 385.1, 425, 442, 448.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Bun a görə də qətnamə Cavabdeh2 münasibətdə ondan kredit borcunun tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia müddətinin ötürülməsi əsası ilə Cavabdeh2 qarşı yönəldilmiş iddianın rədd edilməsi üçün əsaslar yoxdur.
78. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edib ki, qətnamə ipoteka predmetinin qiymətinin müəyyən olunmasına dair hissədə də ləğv olunmalıdır. Çünki ipoteka predmeti olan bağ evinin qiyməti ipoteka müqaviləsində 1.500.000 manat məbləğində müəyyən olunduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC tərəfindən əmlakın ilkin (likvid) dəyəri 1.780.000 manat məbləğində müəyyən edilmişdir.
79. Həmin əmlakın qiymətləndirilməsi ilə əlaqədar 23 aprel 2018-ci il tarixli mütəxəssis rəyi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərin ə müvafiq olaraq əmlakın qiymətinə münasibətdə lazımınca əsaslandırılmadığından həmin rəy əsasında əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi əsaslı olmamışdır e) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
80. İşə apellyasiya instansiyasında yenidən baxılarkən iddiaçı bankın nümayəndəsi bank sistemindən çıxarışa müdaxilənin mümkün olmamamsını, eyni zamanda ödənişin kağız versiyasını təqdim edə bilməyəcəklərini bildirib.
81. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Mərkəzi Bankın nümayəndəsi mütəxəssis qismində cəlb edilərək, bank sistemi proqramı vasitəsilə ödəniş edilməsi, sistemə müdaxilə və s. barədə mütəxəssis T.Abbaszadəni rəyi alınmışdır.
82. İşə apellyasiyada təkrar baxılarkən Sürəyya Əlizadə şahid qismində dindirilmişdir.
83. Apellyasiya instan siyası 2(103)-2870/2021 saylı, 23 aprel 2020-ci il tarixli qərardadla ipoteka predmeti olan evin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə təyin etmiş və qiymətləndirmə aparılmasını“ X12 MərkəziMMC-yə həvalə etmişdir. 84. “X12 Mərkəzi MMC-nin mütəxəssis rəyinə əsasən Bakı şəhəri,Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənagov küçəsində 0.06195 ( faktiki 0.40) ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307.4 kv m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyəri: ******* ( bir milyon altı yüz əlli yeddi min beş yüz) manat, likvid dəyəri: ******* (bir milyon beş yüz yetmiş min) manatdır.
85. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2870/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelly asiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsi ipoteka predimeti olan Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi,1 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin ******* (bir milyon yeddi yüz səksən min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, ******* (bir milyon beş yüz yetmiş min) manat məbləğində müəyyən edilmiş, qətnamə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və "xxxx" MMC-yə aid kredit müqavilələri üzrə borcların tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Mirzə Tağızadə)
86. Apellyasiya məhkəməsinin ekspert rəyinə əsaslanaraq Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsi,1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* ( bir milyon beş yüz yetmiş min) manat (likvid dəyəri) müəyyən edilməsi qənaətinə gəlmişdir.
87. Qalan hissədə apeellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
88. Apellyasiya baxışında X20 ifadəsində bildirmişdir ki, onun Samir Hüseynovdan heç bir asılılığı olmamışdır. Həmçinin ona pul verilməyib. Bankın məlumat bazasına heç bir yalan məlumat daxil etməyib, cavabdehləri tanımır.
89. Apellyasiya məhkəməsi şahid ifadəsinə əsasən hesab etmişdir ki, iddiaçı istinad etdiyi və 5 müqavilə üzrə aparılan ödənişlərə dair sənədlərin Samir Hüseynov və Sürəyya Əlizadə tərəfindən bankdan götürülməsi (aradan çıxarılması) barədə hər hansı sübut təqdim etm ir. Yalnız iddiaçının özünün də qeyd etdiyi kimi ehtimal edir ki, bu orderlər həmin şəxslər tərəfindən aradan çıxarılmışdır. Heç bir sübutla təsdiqlənməyən orderlər üzrə ödənişlərin, yalnız ehtimala əsasən həqiqətən də cavabdehlər tərəfindən həyata keçirilməsi nəticəsinə gəlmək olmaz. Bundan əlavə birinci apellyasiya instansiya məhkəməsi baxışı zamanı cavabdehlər kredit müqavilələri üzrə pulların həqiqətən də onlar tərəfindən götürüldüyünü bildirmişlər, həmçinin hansı müqavilələr üzrə iddia müddətinin ötürüldüyü də məhkəmə kollegiyası tərəfindən ətraflı araşdırılmışdır.
90. Apellyasiya məhkəməsi Mərkəzi Bankın nümayəndəsi T.Abbaszadənin mütəxəssis kimi bank sistemi proqramından çıxarılmış məlumatların həqiqiliyinin yoxlanılmasını müəyyən etməyin mümkün olmaması barədə rəyinə əsaslanaraq qeyd edib ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsində həqiqi nəticənin əldə edilməsi düzgün olmayacağından, ekspertizanın keçirilməsinə zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri
91. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
92. Kassasiya şikayəti əvvəki şikayətlərin məzmununa uyğun əsaslandırılıb, həmçinin şikayətdə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi zamanı əmlakın yerləşdiyi torpaq sahəsinin rəsmi reyestrdə 0,06 ha qeydə alındığı halda, qiymətləndirmənin 0,40 torpağa münasibətdə aparılmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
93. Kass asiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “İpoteka haqqında” Qanun Maddə 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndi ricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını n ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
94. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiri lməməlidir.
95. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində və ipoteka predmetinin qiyməti hissəsinə mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissədə yoxlayır.
96. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
98. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
99. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
100. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 "xxxx" MMC-yə münasibətdə iddia müddəti ötəndən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edib. Qeyd edilən cavabdehlər iddia müddətini tətbiqi barədə ərizə veriblər. Bu da qanunvericiliyin tələbinə görə məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
101. Məhkəmə ko llegiyası qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
102. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddə ti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredi t müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətl ərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
103. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
104. İddiaçının cavabdehlər tərəfindən 2015-ci ilin iyun ayında ödənişlər etməsi və bu səbəbdən iddia müddətinin axımının həmin vaxtdan hesablanması barədə dəlillərini işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi qəbul etməyib.
105. İşdən görünür ki, Ali Məh kəmənin hazırki iş üzrə sonuncu qərarında bank proqramı sistemi vasitəsilə ödənişin olub-olmaması məsələsinin araşdırılması ilə bağlı şərh edilən göstərişlər üzrə apellyasiya məhkəməsi mütəxəssis cəlb etmiş, xəzindar işləmiş Sürəya Əliyevanı (iddiaçı ödəniş qəbzlərinin bu şəxs tərəfindən qəsdən itirildiyini bildirir) dindirmiş və şahid ifadəsi və mütəxəssisin rəyi ilə də iddiaçının istinad etdiyi halların təsdiq edilməməsi müəyyən edilmişdir.
106. Bundan başqa, apellyasiya məhkəməsi həmin mütəxəssisin verdiyi rəy əsasında Ali Məhkəmənin mühasibatlıq ekspertizasının təyin edilməli olub-olmaması barədə göstərişinin də icra edilməsinə zərurət olmaması nəticəsinə gəlmişdir.
107. Həmçinin apellyasiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı Ali Məhkəmənin göstərişinə əməl e dərək qiymətləndirici təyin etməklə, ipoteka predmetinin qiymətini likvid dəyəri ilə müəyyən etmişdir.
108. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarda əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərə əməl edərək zəruri prosessual hərəkətləri etmiş, sübut etmə yükü və mübahisənin qanuni və əsaslı həlli üçün zəruri olan bütün halları araşdırmış və işin hallarına uyğun olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
109. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, sübutların qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətinə aid deyil və idd iaçı tərəfindən təqdim edilən sübut bazası apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 80 və 88-ci maddələrinin tələbi baxımından düzgün qiymətləndirilib.
110. İpoteka predmetinin düzgün qiymətləndirilməməsi barədə dəlil də əsassızdır. İşdən görünür ki, apellyasiya məhkəməsi bu məqsədlə qiymətləndirici təyin etmiş və əmlakın dəyərini də həmin qiymətləndirmə rəyinə əsasən müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, 2011-ci ildə ipoteka müqaviləsi bağlanarkən əmlakın qiyməti (0,06 ha torpaq üzərində) tərəflərin razılığı ilə 1.500.000 manat müəyyən edilmişdi, hazırda likvid dəyəri (faktiki olaraq 0,40 ha torpa üzərində) 1.570.000 manatdır.
111. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı M.Əhmədovun kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
112. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2870/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.