Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1539/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1539/2024 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (Prosessual müddətlər, prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “üç azyaşlı uşaqları ilə birlikdə mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” barədə mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1000/2023 nömrəli, 22 fevral 2024-cü il tarixli q ərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları 1.İddiaçı Cavabdeh qarşı «üç azyaşlı uşağı ilə birlikdə mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç azyaşlı övladı ilə birlikdə atası Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, H. Əliyev prospekti 11/41 ünvanında yerləşən mənzildən istifadə, yaşamaq hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 1 may 2023-cü il tarixli, 2(039)-820/2023 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1000/2023 nömrəli mülki iş üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunma sını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
6. Ali Məhkəmənin Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) 2(102)-779/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır.
7. İddiaçı kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpasına dair ərizə verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
8. Ərizədə iddiaçı prosessual müddəti üzrlü səbəbdən ötürməsini, maddi vəziyyətinin pis olması və üç uş aq anası olduğuna istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-1000/2023 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) iddiaçının vəsatəti təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə elektron kabinetinə 19 oktyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin iddiaçı həmin qətnamədən kasassiya şikayətini 3 gün ötdükdən sonra, yəni 22 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Həmçinin məhkəmə kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyini və müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkəməyə t əqdim edilməməsinə istinad etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-in 133, 263-264, 400, 402 və 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadının ləğv edilməsi və xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı üç uşaq anasıdır və kassasiya şikayəti vermək üçün vəkil tutulmasına maddi imkansızdır. Vəkil Nümayəndə ilə hər instansiya üzrə ayrı-ayrılıqda müqavilə bağlamış və kassasiya şikayəti vermə müdətinin poçtla qətnaməni aldığı va xtdan hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 405.0.2. Kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində verilə bilər.
16. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
19. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
20. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiy ası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.
25. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
26. Belə ki, kasasiya şikayəti formal olaraq tərtib edilmiş, kassator kasasiya şikayətində buraxılmış prosessual müddətin hər hansı üzrlü səbəbdən baş verməsini, mübahisələndirilən qərardad qəbul edilərkən apelyasiya kollegiyasının hansı prosessual pozuntuya yol verməsini ifadə etməmiş və ya edə bilməmiş, yalnız həmin sübutları müqyisəli tədqiq etmədiyini göstərmişdir. Bu isə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas hesab edilə bilməz.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzə rə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2(107)-1000/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvəyə minir.