Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1539/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv olu nması, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-906/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 712-N nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanılmışdır (bənd 2.1). Əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il ta rixədək 3 ay müddətinə bağlanmışdır (bənd 2.3). Müqavilə şərtində işçiyə hər ay 1934 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur (bənd 4.1)
2. Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-69/2024 saylı əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin İdarəetmə aparatının Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmrin əsası kimi İddiaçı şəxsi ərizəsi və 712-N saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi göstərilmişdir.
3. Cavabdeh baş mühəndisi-baş direktorun birinci müavini Rövşən Qarayev tərəfindən Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X1 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən SOCAR-ın Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin Personalın uçotu xidmətinin rəisi vəzifəsinə işçi qəbul edilməsi məqsədilə “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” (No xxxxxxx000400) alarkən mexaniki olaraq müqavilə müddəti 1 il qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə Portalda aidiyyəti üzrə (Noxxxxxxx000401) müvafiq dəyişiklik aparılmışdır.
4. Cavabdeh baş direktoru Əli Qurbanov tərəfindən Cavabdeh “Siyəzənneft” NQÇİ-nin Personalın uçotu xidmətinin rəisi İddiaçı ünvanlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlığından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış “Əmək müqaviləsi”nə xitam verilməklə tutduğu vəzifəsindən azad ediləcəkdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-1/3-1K134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin surətinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq və müqavilə vaxtının bitməsini nəzərə alaraq Cavabdeh “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatının Personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi İddiaçı ilə xx.xx.2024-cü il tarixli, 712-N nömrəli əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi əmr verilmişdir. Əmrin verilməsi üçün əsas kimi İddiaçı müddətli əmək müqaviləsi göstərilmişdir. 6. xxxxxxx0004X0 saylı, xx.xx.2024-cü i l tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixli, 14-21/3-1К-134/2024 saylı əmrinə əsasən Azərbaycan Respublikası 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 7. “Azneft” İB-yə daxil olan təşkilatların əmək kitabçalarının qeydiyyatı kitabının çıxarışına əsasən İddiaçı ******* nömrəli əmək kitabçası xx.xx.2024-cü il tarixdə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının və məcburi işburaxma müddəti üçün əm ək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla SOCAR Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin xitamına dair cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-də vakant vəzifə olan Personalın uçotu xidməti rəisi vəzifəsinə xx.xx.2024-cü il tarixdə imtahan vermiş, imtahanda uğurlu nəticə əldə etmiş və həmin vəzifəyə təyin olunması ba rədə xx.xx.2024-cü il tarixdə əmr imzalanmış o, işə başlamışdır. Onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əvvəlcə bir illik müddətli əmək müqaviləsi bağlanmış, sonradan ona edilən çoxsaylı təzyiqlər yolu ilə xx.xx.2024-cü il tarixdə “qarşılıqlı razılaşma əsasında” əvvəlki bir illik müddətli əmək müqaviləsi qanunsuz olaraq dəyişdirilmiş, müqavilənin müddəti üç ay müəyyən edilmiş, cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. O, SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-də işə başladığı vaxtdan etibarən ona qarşı qərəzli hərəkətlər edilmiş, hədə-qorxu gəlinmiş, guya “tapşırıqla” işə qəbul olduğu üçün işdən uzaqlaşdırılması ilə bağlı xüsusilə də Ramin Əmirov tərəfindən SOCAR Cavabdehnə şər-böhtan xarakterli, həqiqəti əks etdirməyən qərəzli şikayətlər ünvanlanmış və bu şikayətlər əsasında barəsində xx.xx.2024-cü il tarixdə araşdırma aparılmış, araşdırma protokolundan da görünür ki, onun işə qəbulu ilə əlaqədar, eyni zamanda “Siyəzənneft” NQÇ-də xidmət etdiyi dövrdə fəaliyyətində heç bir qanunsuz hal aşkar edilməmişdir. Onun SOCAR Cavabdeh “Siyəzənneft” NQÇ-nin hüquqşünası Ramin Əmirovun və sabiq sədri Ayaz Bağırov tərəfindən məruz qaldığı təzyiqlər, qanunsuzluqlar barədə dəfələrlə dövlət qurumlarına şikayətlər ünvanlanmışdır, lakin indiyə qədər həmin şikayətlərlə bağlı heç bir tədbir görülməmiş, onun hüquqlarını pozan şəxslər barəsində ölçü götürülməmiş, onun pozulmuş hüquqları bərpa edilməmişdir. Həmçinin qeyd olunan faktiki hallarla əlaqədar Azərbaycan Respublikası Həmkarlar İtti faqları Konfederasiyasının sədrinə müraciət olunmuş, Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli, 150/01 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, mütəxəssislərin bildirdiyinə görə işçi ilə daha əvvəl müəssisə arasında bağlanılmış bir illik müddətli müqavilənin daha sonra üç aylıq müqavilə ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, onunla cavabdeh SOCAR Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli 3 aylıq müddətli əmək müqaviləsinin heç bir hüquqi əsası yoxdur, ilkin müqavilənin dəyişdirilərək müddətinin azaldılması onun əmək qanunvericiliyinin 9-cu maddəsi ilə müəyyənləşdirilən işçi hüquqlarının işəgötürən tərəfindən kobud şəkildə pozulması ilə nəticələndiyinə görə etiba rsız müqavilədir, buna görə də heç bir hüquqi nəticənin yaranmasına səbəb ola bilməz. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli əmək müqaviləsi hüquq normalarının tələblərinə uyğun olmayaraq qanunazidd formada bağlandığından iddianın həmin müqavilədə iradə ifadəsinin sərbəst formada əks olunmadığı, onun əlverişsiz vəziyyətə düşməsi ilə nəticələndiyi üçün etibarsız hesab edilməlidir. Onun ailəsi 4 nəfərdən ibarətdir və o, 2 azyaşlı uşaq anasıdır. O, ailəsinin yeganə qazanc yeri və işsiz olduğu üçün ailəsi maddi və mənəvi cəhətdən çətin günlər keçirmişdir. Cavabdeh qanunvericiliyin göstərilən normalarını pozmaqla onunla bağladığı əmək müqaviləsinə müddətin keçməsi səbəblə xitam vermiş və onu işindən, eləcə də qazancından məhrum etmişdir. Göründüyü kimi, mübahis ə predmeti olan üç aylıq müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə ziddir, ilkin bir illik əmək müqaviləsinin 3 aylıq əmək müqaviləsi ilə əvəzləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən əsaslandırılmamış onun konstitusiya, əmək qanunvericiliyi və beynəlxalq konvensiyalarla müəyyən edilən hüquqlarının pozulmasına səbəb olduğu üçün etibarsız hesab edilməlidir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək etirazı belə əsaslandırmışdır ki, İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 712 saylı əmək müqaviləsi bağlanmış və o, “Siyəzənneft” NQÇİnin personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli 14-21/3-1K-69 /2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış 712 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti bitməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam veriləcəyinə dair xəbərdarlıqla xx.xx.2024-cü il tarixdə İddiaçı tanış olmuş və imzalamışdır. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli 14-2-1/3-1K-134/2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçının iddia ərizəsində əmək müqaviləsinin müddətinin qanunsuz olaraq dəyişdirilməsi və digər iddiaları əsassızdır. Belə ki, İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2024- cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış 712 saylı əmək müqaviləsi İddiaçı tərəfindən də imzalanmışdır. İddiada qeyd edilən digər hallarla bağlı da araşdırma aparılmış və iddiaçının iddiasının əsassız olduğunu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə bağlanan əmək müqaviləsindəki tarix mexaniki və səhv olaraq 1 il kimi bildirişdə qeyd olunduğu üçün onun dəyişdirilməsi barədə müraciət olunmuş və müqavilədə göstərilən 3 ay müddət qeyd edilmişdir. İddiaçı 3 ay müddətinə müqavilə bağlamağa razı deyildisə, o, müqaviləni imzalamamalıdır. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən 1 aylıq müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəmə sinin 2(009)-2097/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı onunla SOCAR Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 712 nömrəli üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin xitamına dair cavabdeh SOCAR Cavabdeh baş direktorunun xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün rədd olunması qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məh z işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir.
13. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2-ci bəndi müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının isə müqavilə bağlayarkən bu müqavilənin onun iradəsinə uyğun olmamaqla qərəzli hərəkətlər və hədə-qorxu nəticəsində bağlanmasına dair hallar məhkəmədə müəyyən edilmədiyindən və öz təsdiqini tapmadığından, bununla da həmin dəlillər əsasl ı hesab edilmədiyindən, məhkəmə hesab etmişdir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş, bu səbəbdən iddiaçının onunla cavabdeh arasında bağlanmış üç aylıq müddətli əmək müqaviləsinin etibarsız hesab olunması barədə tələbi əsaslı hesab edilə bilməz.
14. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağl ı gətirdiyi dəlillər əsassızdır.
15. Beləliklə cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42, 45 və 47-ci maddəsinin “f” bəndi, Əmək Məcəlləsinin 68.2, 73.1, 296.2 və 296.5-ci maddələri, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarı, MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Səbail Rayon Məhkəmsinin 29 oktyabr 2024-cü il tarixli, e-2(009)-2097/2004 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilməmiş, ümumiyyətlə müqavilə iddiaçının ziyanına olmaqla yenidən tərtib edimişdir. Bundan başqa iddiaçının yazılı qaydada razılığı alınmamışdır. Nəzərə almaq lazımdır ki, SOCAR-ın elan etdiyi heç bir müsabiqədə əmək müqaviləsi 1 ildən az müddətə olmamışdır. İddiaçı da məhz bunu əsas götürərək müraciət etmiş, öz daimi iş yerindən Siyəzən RİH-də (məsləhətçi kadrlar üzrə işin aparıcısı, dövlət qulluqçusu vəzifəsində işindən) ayrılmışdır. İddiaçı həmin orqanda 9 ilə y axın işlədikdən sonra hazırkı vakansiyaya məhz 1 illik əmək müqaviləsini nəzərə almaqla müraciət etmişdir. Ümumiyyətlə X1 Xidməti Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hər hansı dəyişiklik edən zaman ilk növbədə işçinin razılıq ərizəsini tələb edir. Ərizə ilə yanaşı əmrin və əmək müqaviləsinin surətini, eləcə də əmək kitabçasının surətini tələb edir. İddiaçı ərizəsi olmadığı halda ƏMAS-da müqavilə heç bir halda dəyişdirilə bilməz. DƏMX təcrübəsində belə bir hal yoxdur. Məhkəmə bu hissəni araşdırmamışdır. İddiaçının mütəmadi izahatının alınması, heç bir əsas olmadan barəsində araşdırma aparılması, şirkətdaxili yazışma olan opentext-nin bağlanması bir daha sübut edir ki, iddiaçı mütəmadi təzyiqlərə, ayrı-seçkiliyə məruz qalmışdır. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, işçinin əmək münasi bətlərində daha zəif tərəf olduğundan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən halların təsiri altında işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüz olduğunu nəzərə almalı idi. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı, şahid ifadələri və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir. Hazırkı işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirmədən hesab etmişdir ki, iddiaçı könüllü şəkildə müqavilənin dəyişdirilməsinə razılıq vermişdir. İddiaçı işdən çıxması öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolay ı hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən, hazırkı mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı iddiaçının istinad etdiyi halları (hədə-qorxu, əmək şəraitinin yaradılmaması, səlahiyyətlərinin əlindən alınması, opentextin bağlanması, baş ofisə çağırılması, barəsində əsassız araşdırma aparılması, iş yerinə gedərək onun izahatının alınması işə girdiyi andan ona verilməməsi məcburiyyət təsirinin mövcudluğunu) bir daha təsdiq etmişdir. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu bir daha təsdiq etmişdir. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol ve rilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış, bu hal isə qanunvericilik tərəfindən yo lverilməz hesab edilmişdir.
19. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Azneft” İB arasında tərəflərin iradə ifadəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 3 ay müddətinə 712 saylı əmək müqaviləsi bağlanmış və o “Siyəzənneft” NQÇİ-nin personalın uçotu xidmətinə 15-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə qəbul edilmişdir. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli, 14-21/3-1K-69/2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış 712 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin müddəti bitməsinə görə Azərbaycan Respublikası Əmək Məcəl ləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam veriləcəyinə dair xəbərdarlıqla xx.xx.2024-cü il tarixdə İddiaçı tanış olmuş və imzalamışdır. “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçının əmək müqaviləsinin müddətinin qanunsuz olaraq dəyişdirilməsinə dair qeydi də tam əsassızdır. Belə ki, İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış 712 saylı əmək müqaviləsi İddiaçı tərəfindən də imzalanmışdır. İddiada qeyd edilən cavabdeh tərəfindən iddiaçıya təzyiqlərin edilməsinə dair qeydi tam əsassızdır.
20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 906/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər–Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı istinad etdiyi hallara dair, 3 aylıq müddətə əmək müqaviləsinin bağlanması zamanı iradə ifadəsinin zədələnməsi, iddiaçının buna məcbur edilməsi barədə sübutlar təqdim etməmiş, məhkəmə araşdırmaları nəticəsində bu hallar öz təsdiqini tapmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndində əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi göstərilmişdir.
22. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 14-2-1/3-1K-134/2024 nömrəli əmri qanunvericiliyin tələblərinə əməl edilməklə qəbul edilmiş, əmrin ləğv edilməsi üçün əsaslar yoxdur.
23. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
24. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 5, 42.1, 42.2, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 47 və 68-ci və MPM-in 14.2, 77.1, 121.1, 384.0, 385.1 və 389-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil2 ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnam ənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti Əmək Məcəlləsinin 12, 44.3 və 47-ci maddəsinin “f” bəndi, 69.7, 84, 300.1 və 310-cu, MPM-in 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə olan əmək müqaviləsinə dəyişiklik edilməmiş, əvəzində onun ziyanına olmaqla müqavilə yenidən tərtib edilmişdir. Bundan əlavə, bu dəyişikliklər iddiaçının yazılı razılığı olmadan həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, SOCAR tərəfindən elan olunan heç bir vakansiyada əmək müqaviləsi 1 ildən az müddətə olmamışdır. İddiaçı da bu əsasa əsaslanaraq müraciət etmiş və daimi iş yeri olan Siyəzən Rayon İcra Hakimiyyətində (kadrlar üzrə məsləhətçi, dövlət qulluqçusu vəzifəsi) işdən ayrılmışdır.
27. İddi açı həmin orqanda 9 ilə yaxın fəaliyyət göstərdikdən sonra hazırkı vakansiyaya məhz 1 illik əmək müqaviləsi əsasında müraciət etmişdir. X1 Xidmətinin (DƏMX) Əmək və X4 (ƏMAS) çərçivəsində hər hansı dəyişiklik yalnız işçinin razılığı əsasında, razılıq ərizəsi, müvafiq əmr, müqavilənin və əmək kitabçasının surəti təqdim olunduqdan sonra mümkündür. İddiaçı belə ərizəsi olmadığı halda, müqavilənin ƏMAS-da dəyişdirilməsi hüquqa ziddir və DƏMX təcrübəsində belə hallar qeydə alınmamışdır.
28. Məhkəmə bu aspektləri araşdırmamış, iddiaçının 3 dəfə müqavilə imzalamağa məcbur qalmasını nəzərə almamışdır. İddiaçı SOCAR "Azneft" İstehsalat Birliyinin Bakıdakı baş ofisinə dəvət olunaraq, müqavilənin yenidən imzalamağa məcbur edilmişdir. O isə eyni sənəddə nə qədər səhv ola biləcəyini düşünərək, müqavilə ni oxumadan imzalamışdır.
29. Birinci instansiya məhkəməsi iddiaçının sübut təqdim etmədiyini əsas gətirərək, cavabdehdə olan məlumatların tələb olunmasına dair tədbir görməmiş, əlaqəli şəxslər (Aslan Ramazanov, İzzət Əliyev, Gülnar Əliyeva, Orxan Səfərli, Təranə Məmmədova, Toğrul Əliyev və Siyəzən NQÇİ rəhbəri Ayaz) məhkəməyə çağırılmamış, nəticədə işin əsl mahiyyəti tam araşdırılmamışdır. Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsini iradəsinə zidd olaraq, hədə-qorxu və ya məcburiyyət nəticəsində ləğv etməsi halları birbaşa sübutlarla təsdiqlənməsi çətin olan hallardır və bu zaman dolayı sübutlar, şahid ifadələri, tərəflərin münasibəti və hadisələrin gedişi hərtərəfli qiymətləndirilməlidir.
30. Məlum olur ki, iddiaçının əmək müqaviləsini dəyişdirməyə razılığı könü llü olmamış, əksinə, hədə-qorxu və məcburiyyət nəticəsində verilmişdir. Bu hallar məhkəmə prosesində iddiaçının izahatları və digər sübutlarla təsdiqlənmişdir. Eyni zamanda əmək şəraitinin pozulması, səlahiyyətlərinin əlindən alınması, baş ofisə çağırılması, əsassız araşdırmalara məruz qalması və digər hallar da iddiaçının iradəsinə zidd addım atdığını göstərir. Nəticə etibarilə məhkəmənin işə formal yanaşması, zəif tərəf olan işçinin hüquqlarının pozulmasına və güclü tərəf olan işəgötürənin sui-istifadəsinə şərait yaratmışdır. Bu isə əmək hüququ sahəsində mövcud olan ədalət və tarazlıq prinsipinə ziddir. Belə hallarda məhkəmə əmək mübahisələrinə baxarkən işçinin gələcək əmək fəaliyyətinə təsir göstərə biləcək amilləri aradan qaldırmağa yönəlmiş qərar qəbul etməlidir. b)
31. Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.
32. Maddə
35. İİ hissə. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
33. Maddə
5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
34. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35. işçidir. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə
36. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
37. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
38. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
39. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
40. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
41. Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq v əzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə on ların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
42. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəy yən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. İddiaçının kassasiya şikayətinin dəlilləri iddiaya ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və tərəflər arasında münasibət yaranan zaman qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların a ydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiy a instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam və hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, haqlı olaraq əmək müqaviləsinin 3 aylıq müddətə bağlanmasının işəgötürənin təzyiqləri nəticəsində, iradəsinə zidd olmasının iddiaçı tərəfindən sübuta yetirilə bilinməməsi qənaətinə gəlmiş dir, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-906/2025 nömrəli iş üzrə 23 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.